Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2401/2023 04.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X5 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X10) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tovuz rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən X15 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir.
2. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(062)-1742/2021 nömrəli qətnaməsi ilə xx.xx.1996-cı il tarixdə vəfat etmiş X8 ərizəçi İddiaçı qohumluq münasibətlərində olması faktı, yəni onun bibisi olması faktı müəyyən edilmişdir.
3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-2009/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinə (üçüncü şəxs X10) qarşı Tovuz rayonu X9 18 aprel 2007-ci il tarixli 5 saylı qərarının X7 aid hissədə ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
4. Tovuz rayonu X9 xx.xx.2021-ci il tarixli 102 saylı arayışında göstərilir ki, ünvan 1i ünvanında yerləşən mərhumə X11 məxsus 0,05 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 48 kv.m sahəsi olan yaşayış evindən xx.xx.1996-cı il tarixdən etibarən mərhumənin qardaşı oğlu İddiaçı istifadə edir.
5. xx.xx.1988-ci il tarixə tərtib olunmuş texniki pasportda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi qismində X15 qeyd edilmişdir.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,071 ha torpaq sahəsi üzərində X5 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. İddiaçı çıxarışın ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş, İdarə tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, başqa şəxsin mülkiyyətində olan daşınmaz əmlakın ləğv edilməsi mümkün deyildir. Belə ki, hüquqların dövlət reyestrində qeydiyyatın aparılması hüquqmüəyyənedici sənədlər əsasında aparılır və sözügedən torpaq sahəsinin hüquqların dövlət reyestrində qeydiyyatı barədə qanunamüvafiq olaraq dövlət reyestrində q eydiyyat aparılmışdır. Bundan əlavə, təqdim etdiyi sənəd qoşmasında Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-2009/2021 nömrəli qərardadından müəyyən edilir ki, məhkəmədə iddia qaldıraraq Tovuz rayonu X9 18 aprel 2007-ci il tarixli qərarının qismən ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Hüquqların dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan sənədlərdən biri də sözügedən bələdiyyə qərarı olmuşdur. Bununla bağlı bildirilir ki, müraciətdə qeyd olunan məsələ ilə bağlı mövcud mübahisəyə dair yükun hüquqi qiymət məhkəmə tərəfindən verilə bilər.
8. Məhkəmənin sorğusuna Tovuz RİHB Aşağı Quşçu kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-79-1/2-32/2023 nömrəli cavab məktubunda bildirilir ki, mərhum X8 təsərrüfatbaşına kitabda (təsərrüfat sistemində) adına evə və həyətyanı torpaq sahəsi qeydə alınmamışdır.
9. Məhkəmənin sorğusuna Tovuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48- 44RA/2-96/2023 nömrəli cavab məktubunda bildirilir ki, Aşağı Quşçu kənd İcra Nümayəndəliyinin arxivdə saxlanılan 1988-1996-cı il təsərrüfatbaşına kitablarda X8 adına təsərrüfat aşkar edilməmişdir. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********232 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, X15 onun doğma bibisi olub. X19 13 yanvar 1996-cı ildə vəfat edib. Mərhum bibisi X11 məxsus olan Tovuz Rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 48 kv.m sahəsi olan yaşayış evi bibisinin ölümündən sonra onun sahibliyində və istifadəsində olub. Həmin evin və torpaq sahəsinin bütün komunal ödənişlərini o ödəmişdir. Həmin evdə quraşdırılan sayğaclar onun adınadır. Ona sonradan məlum olub ki, iş üzrə cavabdeh X3 yollarla köhnə tarixə heç bir əsası və qeydiyyatı olmayan Tovuz rayonu X9 adından 18 aprel 2007-ci il tarixli qərar alaraq mərhum bibisinə məxsus olmuş Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən çıxarış almışdır. Məhrum atası X13 mərhum bibisi X8 doğum haqqında şəhadətnamələri olmadığına görə o Tovuz Rayon Məhkəməsində qohumluq münasibətində olma faktının müəyyən olunmasına dair ərizə ilə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən onun ərizəsi təmin olunmuş və 13 yanvar 1996-cı il tarixdə vəfat etmiş X15 ilə onun qohumluq münasibətlərində olmağı faktı, yəni onun bibisi olması faktının müəyyən edilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra o, həmin qətnamə əsasında Tovuz Regional ASAN xidmət mərkəzinin Notariat Ofisinə müraciət etmiş və müvafiq vərəsəlik işi açılmışdır. Bununla da onun mərhum bibisinə məxsus olan torpaq sahəsi ilə bağlı saxta verilmiş və hazırkı iddianın mübahisə predmeti olan Tovuz rayonu X9 18 aprel 2007-ci il tarixli qərarını mübahisələndirməyə subyektiv hüququ yaranmışdır. Bundan sonra, o, Gəncə İnzibati Məhkəməsində Tovuz rayonu X9 18 aprel 2007-ci il tarixli 5 saylı qərarının X7 aid hissədə ləğv edilməsi barədə iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2-1(114)-2009/2021 saylı qərardadına əsasən həmin iddiası mümkünsüz sayılmışdır. Gəncə İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2-1(114)-2009/2021 saylı qərardadından görünür ki, Tovuz rayonu X9 18 aprel 2007-ci il tarixli 5 saylı qərarında cavabdeh X5 adı mövcud deyildir. Yəni, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən 04 noyabr 2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli **********232 reyestr nömrəli çıxarışı adi kağız parçası əsasında verilib. Belə olan halda mübahisəli torpaq sahəsinə DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən 04 noyabr 2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli **********232 reyestr nömrəli çıxarışı saxta, qeydiyyatı olmayan bir bələdiyyə qərarı əsasında verildiyindən həmin çıxarışın ləğv edilməsi ilə bağlı Tovuz Rayon Məhkəməsində iddia qaldırmışdır. Tovuz Rayon Məhkəməsinin 2(062)-411/2022 nömrəli 04 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən onun cavabdeh X7 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-411/2022 nömrəli 04 avqust 2022-ci il tarixli qətnaməsindən X5 verdiyi apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və 13 oktyabr 2022-ci il tarixli qərardada əsasən Tovuz Rayon Məhkəməsinin 2(062)-411/2022 nömrəli 04 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icrata xitam verilmişdir. Həmin qərardadda tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli 2(104)-2554/2022 saylı qərardadından verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və 10 yanvar 2023-cü il tarixli qərara əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli 2(104)-2554/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə qərarın 2-ci bəndində qeyd edilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2-1(114)- 2009/2021 saylı qərardadına əsasən onun Tovuz rayonu X9 18 aprel 2007-ci il tarixli 5 saylı qərarı X7 aid hissədə ləğv edilməsi barədə iddiasının mümkünsüz hesab edilməsi, yəni Tovuz rayon Dövlət Arxivinin 07 iyun 2021-ci il tarixli 109 saylı məktubundan göründüyü kimi, X9 18 aprel 2007-ci il tarixli 5 saylı protokolunun qərarında vətəndaş X4 adı aşkar edilməmişdir. Bu halda həmin qərar onun hüquqlarına toxunmur. Bununla da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən X9 18 aprel 2007-ci il tarixli 5 saylı protokolunun qərarında vətəndaş X4 adının aşkar edilməməsi məsələsinə öz mövqeyini bildirmişdir. Bu da DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən 04 noyabr 2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli **********232 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan Tovuz rayonu X9 18 aprel 2007-ci il tarixli 5 saylı qərarının X10 ilə bağlı hissədə mövcud olmadığını sübut edir. Yəni, qüvvədə olan Gəncə İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2-1(114)-2009/2021 saylı qərardadına əsasən Tovuz rayonu X9 18 aprel 2007-ci il tarixli 5 saylı qərarının X10 ilə bağlı hissədə mövcud olmadığı müəyyən edilmişdir. Onu da qeyd edir ki, mübahisəli torpaq sahəsində yerləşən yaşayış evinə 30 aprel 1988-ci il tarixli texniki pasport tərtib edilmiş və həmin texniki pasport DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsində mövcuddur. Belə olan halda başqa şəxsin evi olan torpaq sahəsinə dair digər şəxsə sənəd-çıxarış verilməsi nə qədər qanunidir? Buna görə də o cavabdeh təşkilata ərizə ilə müraciət edərək, Tovuz rayonu X9 18 aprel 2007-ci il tarixli 5 saylı qərarı əsasında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən X7 verilmiş 04 noyabr 2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli **********232 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrş və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin ona ünvanladığı məktubda həmin çıxarışın ləğvi üçün məhkəməyə müraciət etməli olmağı bildirilmişdir. X7 verilmiş 04 noyabr 2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli **********232 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş Tovuz rayonu X9 18 aprel 2007-ci il tarixli 5 saylı qərarı mövcud deyildir. Yəni, həmin qərarda X5 adı yoxdur. Bu hal Gəncə İnzibati Məhkəməsinin qüvvədə olan 03 noyabr 2021-ci il tarixli 2-1(114)- 2009/2021 saylı qərardadı ilə də öz təsdiqini tapmışdır.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
13. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
15. İddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məlumat verməmişdir.
16. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
17. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, onun bibisi X1 torpaq sahəsinə dair hüququnun olması iş materiallarında olan texniki pasportla təsdiq olunur. Eyni zamanda, həmin 0,05 ha torpaq sahəsinə görə onun tərəfindən bələdiyyəyə torpaq vergisi ödənilir və torpaqda yerləşən fərdi yaşayış evində qaz sayğacı onun adınadır. Bütün bunlar onun hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olduğunu təsdiq edir.
19. İddia tələbinin “ünvan 1ində yerləşən 0,071 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X5 adına xx.xx.2019-cu il tarixdə aparılmış reyestr qeydinin 0,05 ha hissədə ləğv edilməsi” tələbinə dəyişdirilməsi ilə bağlı məhkəmənin təklifi ilə ona görə razılaşmır ki, o, bibisinə məxsus 0,05 ha torpaq sahəsinin üçüncü şəxsə satılmış 0,08 ha torpaq sahəsinin hansı hissəsində yerləşdiyini dəqiq bilmir və hesab edir ki, mübahisəli torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********232 reyestr nömrəli çıxarış tam ləğv edilməlidir. Çünki, həmin torpaq sahəsi və üzərində yerləşən ev bibisi X14 məxsus olmuş, onun ölümündən sonra isə onun sahibliyinə keçmişdir. Cavabdeh orqan isə saxta sənəd və ya mövcud olmayan sənəd əsasında mübahisəli torpaq sahəsinə dair X5 adına qeydiyyat aparmışdır.
20. Üçüncü şəxs X5 nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbinə etiraz edərək rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsi əvvəllər də onlara məxsus olmuş, üzərindəki fərdi yaşayış evini də atası tikdirmişdir. İddiaçının iddia etdiyi ev onlara məxsus torpaq sahəsinin qonşuluğundadır və çox köhnə, yaşayış olmayan tikilidir. Sona Paşayevanın ölümündən xeyli müddət sonra iddiaçı həmin evə gələrək, ona məxsus olmasını iddia etmişdir.
Əsaslandırma hissəsi:
22. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
23. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
24. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Tovuz rayonu X9 xx.xx.2007-ci il tarixli nömrəli qərarı ilə kəndin ərazisindən X2 0,08 ha torpaq sahəsinin 0,071 ha üzərində sonuncunun xüsusi mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
25. Hazırda iddiaçı həmin torpaq sahəsinin 0,05 ha hissəsinin mərhum bibisi X11 məxsus olduğunu və bibisindən sonra onun sahibliyində və istifadəsində olduğunu iddia edərək, torpaq sahəsinə dair üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv olunmasını tələb edir.
26. Əvvəlcə qeyd edilməlidir ki, məhkəmə tərəfindən sonuncu iclasda iddiaçıya iddia tələbinin “ünvan 1ində yerləşən 0,071 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X5 adına xx.xx.2019-cu il tarixdə aparılmış reyestr qeydinin 0,05 ha hissədə ləğv edilməsi” tələbinə dəyişdirilməsi ilə bağlı təklif edilmiş, lakin o, bununla razılaşmayaraq, bildirmişdir ki, o, bibisinə məxsus 0,05 ha torpaq sahəsinin üçüncü şəxsə satılmış 0,08 ha torpaq sahəsinin hansı hissəsində yerləşdiyini dəqiq bilmir və hesab edir ki, mübahisəli torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********232 reyestr nömrəli çıxarış tam ləğv edilməlidir. Çünki, həmin torpaq sahəsi və üzərində yerləşən ev bibisi X14 məxsus olmuş, onun ölümündən sonra isə onun sahibliyinə keçmişdir. Cavabdeh orqan isə saxta sənəd və ya mövcud olmayan sənəd əsasında mübahisəli torpaq sahəsinə dair X5 adına qeydiyyat aparmışdır.
27. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı iddia tələbini dəyişdirməsə belə, onun hüquqi niyyəti ünvan 1ində yerləşən 0,071 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X5 adına xx.xx.2019-cu il tarixdə aparılmış reyestr qeydinin ləğv edilməsinə yönəlmişdir və tələbdə göstərilənlər ifadə tərzi ilə bağlıdır. İddiaçının çatmaq istədiyi hüquqi maraq mübahisəli torpaq sahəsinə dair üçüncü şəxsin adına aparılmış reyestr qeydinin ləğvidir.
29. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
30. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
31. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə dair başqa şəxsin adına aparılmış qeydiyyatı mübahisələndirmək üçün həmin torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın apardığı qeydiyyat nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
32. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
33. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi istiqamətində məhkəmə tərəfindən araşdırma aparılmış və sorğulara cavab məktubları ilə müəyyən edilmişdir ki, Aşağı Quşçu kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət Arxivində saxlanılan 1988-1996-cı il təsərrüfatbaşına kitablarda X8 adına təsərrüfat aşkar edilməmiş, eyni zamanda mərhum X8 Təsərrüfatbaşına kitabda (Təsərrüfat Sistemində) adına ev və həyətyanı torpaq sahəsi qeydə alınmamışdır (Tovuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-44RA/2-96/2023 nömrəli və Tovuz Rayon İcra Hakimiyyəti başçısının Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-79-1/2-32/2023 nömrəli məktubları).
34. İddiaçı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, onun bibisi X1 torpaq sahəsinə dair hüququnun olması iş materiallarında olan texniki pasportla təsdiq olunur. Eyni zamanda, həmin 0,05 ha torpaq sahəsinə görə onun tərəfindən bələdiyyəyə torpaq vergisi ödənilir və torpaqda yerləşən fərdi yaşayış evində qaz sayğacı onun adınadır. Bütün bunlar onun hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olduğunu təsdiq edir.
35. Məhkəmə iddiaçının istinad etdiyi xx.xx.1988-ci il tarixə tərtib olunmuş texniki pasporta münasibətdə qeyd edir ki, həmin sənəd texniki sənəd olmaqla, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd deyildir.
36. Hüquqmüəyyənedici sənəd dedikdə isə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.
37. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Həmin sənədlər sırasında texniki pasport öz əksini tapmamışdır.
38. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2004-cü il tarixdən qüvvəyə minmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir.
39. Adıçəkilən Fərmana görə:
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
40. Həmin Siyahıya görə:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).
41. Göründüyü kimi, iddiaçının istinad etdiyi texniki pasport adıçəkilən Siyahının 1.11-ci bəndində qeyd edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport deyil. Həmin Siyahının 2.4-cü bəndində isə o texniki pasportlar nəzərdə tutulur ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş olsun və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmiş olsun. İş materiallarında olan texniki pasportda qeyd edilən evin üzərində isə X8 mülkiyyət hüquqları qeydiyyata alınmamışdır.
42. Görünüyü kimi, hazırda mübahisə predmeti olan torpaq sahəsinə dair mərhum X8 adına hüquqmüəyyənedici sənəd mövcud deyil.
43. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
44. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
45. Məhkəmə qeyd edir ki, X1 torpaq sahəsinə hazırkı vəziyyətdə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırkı iddiaçı da həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva