Məhkəmə qərarları › İş №2-1(114)-2408/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2408/2023

24.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2408/2023 24.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Nikahın bağlanması haqqında xx.xx.2006-cı il tarixli AZ-İ 203625 nömrəli şəhadətnaməyə əsasən X12 ilə X9 xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar.

2. Doğum haqqında xx.xx.2004-cü il tarixli İ-КБ 800636 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2004-cü il tarixdə Tatarıstan Respublikasında anadan olmuşdur. X4, anası X5r.

3. AZE seriyalı 18586058 nömrəli şəxsiyyət vəsiqəsinə və Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X1 rayonu, Alçalı kəndində qeydiyyatdadır.

4. X7 xx.xx.2006-cı il tarixdə verilmiş Seriya AA 134086 nömrəli məcburi köçkün vəsiqəsində onun 1972-ci ildə Kəlbəcər rayonunda anadan olması və 1993-cü ildə həmin rayondan məcburi köçkün düşməsi, Xanlar rayonunda müvəqqəti məskunlaşması qeyd edilmişdir.

5. Cavabdeh Başçısının Daşbulaq kənd inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 172 nömrəli arayışında göstərilmişdir ki, X12 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonunun işğalı zamanı Günəşqaya kənd İƏD üzrə nümayəndəliyinin Daşbulaq kəndindən məcburi köçkün düşmüş, məcburi köçkün kimi Göygöl rayonu Balçılı kəndində məskunlaşmışdır. Daşbulaq kənd İƏD üzrə nümayəndəliyin 03 saylı təsərrüfatbaşına kitabın 96-cı səhifəsinin 215 saylı şəxsi hesabda Daşbulaq kəndində daimi qeydiyyatdadır. X12 hər ay dövlətdən 60 manat vahid aylıq müavinət alır.

6. Cavabdeh Başçısının Daşbulaq kənd inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 107 nömrəli arayışına əsasən İddiaçı Cavabdeh başçısının Daşbulaq kənd inzibati ərazi üzrə nümayəndəliyinin Günəşqaya kəndində daimi qeydiyyatdadır və məcburi köçkündür. Məcburi köçkün kimi hal-hazırda Göygöl rayon Xəqani kəndində SUM-33 ünvanında müvəqqəti məskunlaşmışdır.

7. Kəlbəcər rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli 170-3679H-3221 nömrəli arayışında göstərilmişdir ki, X12 barəsində DİN-nin BPQ və Miqrasiya İdarəsinin MAPS sorğu verilmişdir. Sorğuya cavab olaraq X6 xx.xx.2006-cı il tarixdən Kəlbəcər rayon Alçalı kəndində daimi pasport qeydiyyatında olduğu bildirilmişdir.

8. Kəlbəcər rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli 170-7616H-3221 nömrəli arayışında bildirilmişdir ki, 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olunan zaman Kəlbəcər RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupuna aid olan arxiv sənədləri işğal zonasında qaldığı üçün X6 pasport qeydiyyatı barədə Kəlbəcər RPŞ-də heç bir məlumat yoxdur. X7 verilmiş Kəlbəcər rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixdə Kəlbəcər RPŞ-nə təqdim edilmiş 101 saylı arayış və çıxarış formasına əsasən Cavabdeh Başçısının Alçalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində X12 1991-1995-ci illəri əhatə edən 02 saylı təsərrüfatbaşına kitabda 116 saylı şəxsi hesab nömrəsində ailə başçısı, atası X13 ailə tərkibində Vl-cü sutunda məcburi köçkün kimi daimi qeydiyyatda olmaqla hal-hazırda məcburi köçkündür.

9. Kəlbəcər rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli 170-4208H-3222 nömrəli arayışında göstərilmişdir ki, 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olunan zaman Kəlbəcər RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupuna aid olan arxiv sənədləri işğal zonasında qaldığı üçün X6 pasport qeydiyyatı barədə Kəlbəcər RPŞ-də heç bir məlumat yoxdur. X6 qeydiyyatı barəsində DİN-nin BPQ və Miqrasiya İdarəsinin MAPS sorğu verilmişdir. Sorğuya cavab olaraq qeydiyyatı barədə məlumatın müəyyən edilmədiyi bildirilmişdir.

10. Kəlbəcər rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli 170-4635H-3222 nömrəli arayışında bildirilmişdir ki, 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olunan zaman Kəlbəcər RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupuna aid olan arxiv sənədləri işğal zonasında qaldığı üçün X6 pasport qeydiyyatı barədə Kəlbəcər RPŞ-də heç bir məlumat yoxdur. X7 verilmiş Kəlbəcər rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixdə Kəlbəcər RPŞ-nə təqdim edilmiş 101 saylı arayışa əsasən Cavabdeh Başçısının Alçalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində X12 1991-1995-ci illəri əhatə edən 02 saylı təsərrüfatbaşına kitabda 116 saylı şəxsi hesab nömrəsində ailə başçısı, atası X13 ailə tərkibində Vl-cü sutunda məcburi köçkün kimi daimi qeydiyyatda olmaqla hal-hazırda məcburi köçkündür.

11. Cavabdeh Başçısının Daşbulaq kənd inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 139 nömrəli arayışında göstərilmişdir ki, X12 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı Daşbulaq kəndindən məcburi köçkün düşmüşdür. Daşbulaq kənd İƏD üzrə nümayəndəliyin 2021-2025-ci illərə dair 03 saylı təsərrüfatbaşına kitabın 91-ci səhifəsinin 236 saylı şəxsi hesabda Daşbulaq kəndində daimi qeydiyyatdadır. Hal-hazırda məcburi köçkün kimi Göygöl rayon Xəqani kəndində müvəqqəti olaraq yaşayır. X12 hər ay dövlətdən 60 manat vahid aylıq müavinət alır.

12. Cavabdeh Başçısının Daşbulaq kənd inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 140 nömrəli arayışında göstərilmişdir ki, X2 Rayon İcra Hakimiyyəti başçısının Daşbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Daşbulaq kəndində daimi qeydiyyatdadır. Hal-hazırda məcburi köçkün kimi Göygöl rayon Xəqani kəndində müvəqqəti olaraq yaşayır.

13. X12 övladına məcburi köçkün vəsiqəsi almaq üçün arayış verilməsi ilə bağlı Cavabdeh Başçısı Aparatına müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixli H- 24-073 saylı məktubla Kəlbəcər rayonu üzrə 01 yanvar 2006-cı il tarixdə əhalinin siyahısında adının aşkarlanmadığı bildirilərək, 1993-cü və 2006-cı illəri əhatə edən dövr ərzində Kəlbəcər rayonunda daimi pasport qeydiyyatında olmaqları ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, qeydiyyat və miqrasiya idarəsindən arayış təqdim etməsi tövsiyyə olunmuşdur.

14. Azərbaycan Respublikası Qaçqınların və X8 Üzrə Dövlət Komitəsinin X7 ünvanlandığı xx.xx.2022-ci il tarixli 01/4398 saylı məktubda məcburi köçkün düşmələri ilə bağlı arayışın verilməsi üçün Kəlbəcər RİH-ə hər hansı göstəriş vermək Komitənin səlahiyyətində olmadığından təkrar aidiyyəti orqana müraciət etməli olduğu və sənədlər təqdim edildikdən sonra onun övladına məcburi köçkün statusunun veriləcəyi bildirilmişdir.

15. Elektron hökumət portalından çıxarışda İddiaçı məcburi köçkün statusunun mövcud olduğu görünür. II. Məhkəmədə icraat

16. İddiaçı X12 Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonları üzrə sektoru) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün vəsiqəsinin verilməsinə əsas olan məktubun verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh ona məcburi köçkün vəsiqəsinin verilməsi üçün zəruri olan məktubu verməməsi və ya vaxtında verməməsi səbəbindən onun xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən AzərTürk Bank-dan 3000 (üç min) manat kredit götürərək, 491,03 (dörd yüz doxsan bir manat 03 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 3491,03 (üç min dörd yüz doxsan bir manat 03 qəpik) manat kredit borcu ödəməli olmasına səbəb olduğuna görə 3491,03 (üç min dörd yüz doxsan bir manat 03 qəpik) manat maddi və 7000 (yeddi min) manat mənəvi zərərə görə təzminatın cavabdehdən tutularaq ona ödənilməsi, Cavabdeh məsul şəxsləri tərəfindən süründürməçilik yaradılaraq onun 2021-ci il tarixli müraciətinə xx.xx.2022-ci il tarixli H-24-073 nömrəli məktubla verilmiş cavabın məqsədyönlü şəkildə gecikdirilərək avqust ayının sonunda ona təqdim edildiyi üçün cavabdehin barəsində xüsusi qərardad çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür, ona müvafiq məcburi köçkün vəsiqəsi verilmişdir. Övladı İddiaçı ali məktəbə qəbul olmasından sonra təhsil haqqından azad olunması üçün ona məcburi köçkün vəsiqəsinin verilməsinə dair Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə müraciət etmək üçün Cavabdehnə müvafiq olaraq onun məcburi köçkün olmasına dair məktubunun verilməsi üçün müraciət etmiş, ancaq sonuncu heç bir əsas olmadan xx.xx.2022-ci il tarixli H-24-073 nömrəli məktub təqdim etmişdir.

18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1469/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

19. İddiaçı X3 İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1469/2023 nömrəli qərardadından apellyasiya şikayəti vermişdir.

20. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-295/2023 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(114)-1469/2023 nömrəli nömrəli qərardadının ləğv edilməsi və iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

21. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonları üzrə sektorunun üçüncü şəxs kimi cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin edilməmişdir.

22. Eyni zamanda, xx.xx.2023-cü il tarixli sərəncamla məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və həmin iclasda iddiaçıya hüquqi marağının qızı İddiaçı məcburi köçkün vəsiqəsi almaqdan ibarət olduğu bildirilərək, onun tərəfindən həmin tələblə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia qaldırılmalı olduğu bildirilmişdir.

23. X14 tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdehnə və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qarşı ona məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdur.

24. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 və bütün ailə üzvləri Kəlbəcər rayonunda yaşamışlar. Erməni təcavüzkarları Kəlbəcər rayonunu işğal edən zaman atası və digər ailə üzvləri məcburi köçkün düşmüş və Göygöl rayonunda məskunlaşmışlar, halhazırda da Göygöl rayonunda yaşayırlar. X4 məcburi köçkün olduğu üçün bütün növ güzəştlərdən istifadə edirlər və atasına məcburi köçkün vəsiqəsi də verilmişdir. O, 2021-ci ildə DİM-in təşkil etdiyi imtahanda keçid balı toplayıb Gəncə Dövlət Universitetinə daxil olduqdan sonra ona təhsil haqqından azad olunması üçün məcburi köçkün vəsiqəsi almaq zərurəti yarandığından atası tərəfindən cavabdeh orqana müraciət etmiş, lakin ona imtina verilmişdir.

25. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X6 əsl İddiaçı ilə əvəz edilməsi və onun iddianın dəqiqləşdirilməsi barədə ərizəsinin inzibati məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır.

26. Bundan sonra məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və həmin iclasda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində yalnız Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin qeyd olunmasını xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

27. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

28. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

29. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

30. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının faktik yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

31. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

32. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

33. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

34. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

35. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

36. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

37. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o, dövlətdən hər ay aylıq müavinət alır. Onun məcburi köçkün statusu olsa da, bu barədə vəsiqə ona verilmir. Cavabdeh orqana atasının müraciət etməsinin səbəbi onunla bağlı olmuşdur ki, Komitəyə övladına məcburi köçkün vəsiqəsi verilməsi ilə bağlı yalnız onu məcburi köçkün olan valideyni tərəfindən müraciət edilməlidir.

38. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

39. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nikahın bağlanması haqqında xx.xx.2006-cı il tarixli AZ-İ 203625 nömrəli şəhadətnamə; - Doğum haqqında xx.xx.2004-cü il tarixli İ-КБ 800636 nömrəli şəhadətnamə; - X7 məxsus xx.xx.2006-cı il tarixli Seriya AA 134086 nömrəli məcburi köçkün vəsiqəsi; - Daşbulaq kənd inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 172 nömrəli, xx.xx.2022-ci il tarixli 107 nömrəli, xx.xx.2022-ci il tarixli 139 nömrəli və xx.xx.2022-ci il tarixli 140 nömrəli arayışları; - Kəlbəcər rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli 170-3679H-3221 nömrəli, xx.xx.2021-ci il tarixli 170-7616H-3221 nömrəli, xx.xx.2022-ci il tarixli 170-4208H-3222 nömrəli və xx.xx.2022-ci il tarixli 170-4635H-3222 nömrəli arayışları; - Cavabdeh xx.xx.2022-ci il tarixli H-24-073 saylı məktubu; - Azərbaycan Respublikası Qaçqınların və X8 Üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli 01/4398 saylı məktubu; - Elektron hökümət portalından çıxarış.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

40. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

41. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı Kəlbəcər rayonunun Daşbulaq kənd inzibati ərazi üzrə nümayəndəliyinin Günəşqaya kəndində daimi qeydiyyatdadır. Onun X4 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malikdir.

42. X12 övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin məcburi köçkün düşdüyünü təsdiq edən arayışın təqdim edilməməsi səbəbindən müraciətin təminindən imtina edilmişdir.

43. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır.

44. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.

45. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a görə: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Bənd 2.4. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 2.4.1. Rayonun işğal zamanı yaşı 18-dən yuxarı olan kişilər üçün: 2.4.1.1. Ərizə forması; 2.4.1.2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin surəti (əsli ilə birlikdə); 2.4.1.3. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələri və ya Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) rayon şöbəsi tərəfindən verilmiş arayış; 2.4.1.4. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış; 2.4.1.5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. 9 sentyabr 2013-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Qərarı (X16 Reyestrinin qeydiyyat nömrəsi **********0002, X16 Reyestrinə daxil edildiyi tarix 11 sentyabr 2013-cü il) ilə 4.1.6-cı bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 4.1.6. Valideynlərindən hər ikisi “məcburi köçkün” statusuna malik olan və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara.

46. Göründüyü kimi, adıçəkilən Qaydalarda rayonun işğal zamanı yaşı 18-dən yuxarı olan kişilər özlərinə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəni almaq üçün müraciət etdiyi zaman məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış təqdim etməli olması təsbit olunmuşdur. Hazırkı işdə X6 özünün məcburi köçkün vəsiqəsi olmuş, onun cavabdeh orqana müraciəti övladı İddiaçı məcburi köçkün vəsiqəsi almaqla bağlı olmuşdur.

47. Belə ki, İddiaçı xx.xx.2004-cü il tarixdə, yəni Kəlbəcər rayonunun işğalından sonra doğulduğundan, adıçəkilən Qaydalarda isə rayonun işğalı zaman doğulmuş (2.4.1. Rayonun işğal zamanı yaşı 18-dən yuxarı olan kişilər üçün; 2.4.2. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmış və nikaha daxil olmamış qadınlar üçün; 2.4 3. Rayonun işğalından əvvəl nikaha daxil olmuş qadınlar üçün; 2.4.4. Rayonun işğalından sonra nikahı pozulmuş qadınlar və onların övladları üçün; 2.4.5. Rayonun işğalından əvvəl nikahı pozulmuş qadınlar və onların övladları üçün; 2.4.6. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxslər üçün; 2.4.7. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və işğaldan əvvəl ailə başçısını (atanı) itirmiş şəxslər üçün; 2.4.8. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və işğaldan əvvəl hər iki valideynini itirmiş şəxslər üçün; 2.4.9. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və işğaldan sonra hər iki valideynini itirmiş şəxslər üçün; 2.4.10. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və başqa şəxslər tərəfindən övladlığa, himayəyə, qəyyumluğa götürülmüş şəxslər üçün; 2.4.11. Rayonun işğal zamanı hərbi qulluqda olan (həqiqi hərbi xidmət istisna olmaqla) şəxslərə və onun ailə üzvlərinə; 2.4.12. Rayonun işğal zamanı ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan şəxslər üçün) təqdim edilməli sənədlər təsbit edilmişdir.

48. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara isə hər hansı sənəd tələbi olmadan məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verildiyi təsbit olunmuşdur.

49. Həmin bəndə görə o halda uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.

50. Hazırkı işdə isə iddiaçıya münasibətdə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilməsinə dair bütün şərtlər ödənilir. Belə ki, iddiaçının X4 xx.xx.2006-cı il tarixli Seriya AA 134086 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən məcburi köçkün statusuna malikdir. Hər iki valideyinin qeydiyyatı Kəlbəcər rayonu Alçalı (Daşbulaq) kəndidir. İddiaçı xx.xx.2020-ci il tarixdə AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır.

51. Bundan başqa, Elektron hökumət portalından çıxarışda İddiaçı məcburi köçkün statusunun mövcud olduğu görünür, eyni zamanda Elektron məhkəmə informasiya sistemində də onun qaçqın və məcburi köçkün statusuna dair məlumatları sorğu edilmiş və statusu “var” kimi müəyyən edilmişdir.

52. Məhkəmə onu da qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur.

53. Belə ki, istinad olunan Qanunda da “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmış fəsil bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir.

54. İş materialları ilə, o cümlədən iddiaçının izahatı ilə müəyyən edilir ki, o, məcburi köçkün kimi aylıq müavinət alır.

55. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 05 fevral 2002-ci il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 15 fevral 2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən: yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. İV. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara.

56. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsini nəzərdə tutmamış, iddiaçıların anadan olduğu dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir.

57. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.

58. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

59. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

60. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

61. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar