Məhkəmə qərarları › İş №2-1(114)-2416/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2416/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2416/2022 16.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı doğum akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Kəlbəcər rayon Şurtan kənd icra nümayəndəliyi tərəfindən onun adına verilmiş doğum haqqında şəhadətnamənin bərpa edilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci ildə Kəlbəcər rayonunun Tövlədər kəndində doğulmuş və bundan sonra ona Kəlbəcər rayonunun Şurtan kənd icra nümayəndəliyi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Lakin bu yaxınlarda doğum haqqında şəhadətnamə ona lazım olan zaman həmin şəhadətnaməni tара bilməmişdir. O doğum haqqında şəhadətnamənin verilməsi üçün aidiyyatı üzrə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, doğum akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1970-ci il tarixli, İ-ИE 549281 nömrəli “evlənmək haqqında” şəhadətnamədən görünür ki, 1938-ci il təvəllüdlü X3 ilə 1951-ci il təvəllüdlü X6 xx.xx.1970-ci il tarixdə nikah bağlamışlar. Nikahdan sonra ərin soyadı “Xudaquluyev”, arvadın soyadı “Xudaquluyeva” olmuşdur. Qeyd yeri Şurtan kənd soveti. -surəti işə əlavə edilmiş xx.xx.2009-cu il tarixli, AZ-İ 482201 nömrəli “nikah haqqında” şəhadətnamədən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Kəlbəcər rayonu, Tövlədərə kəndində doğulmuş İddiaçı ilə xx.xx.1990-cı il təvəllüdlü Rusiya Federasiyası, Saratov vilayətində doğulmuş X7 xx.xx.2009-cu il tarixdə nikah bağlamışlar. Bu haqda nikahın bağlanması haqqında akt qeydləri kitabında 2009-cu ilin avqust ayının 10 günündə 3 nömrə ilə qeyd aparılmışdır. Nikahdan sonra ərin soyadı “Xudaquluyev”, arvadın soyadı “Xudaquluyeva” olmuşdur. Qeyd yeri Goranboy rayonu, Qazanbulaq qəsəbəsi İƏ üzrə nümayəndəliyi. -surəti işə əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı, adı, ata adı, təvəllüdü və doğulduğu yer müvafiq olaraq İddiaçı, xx.xx.1980, Azərbaycan, Kəlbəcər rayonu, Tövlədərə kəndi kimi qeyd edilmişdir. -işə əlavə edilmiş Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Çıraq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 129 nömrəli arayışında qeyd olunmuşdur ki, Xudaquluyev X1 daimi qeydiyyatdadır, məcburi köçkündür, xx.xx.1980-cı il tarixdə Kəlbəcər rayonu, Tövlədərə kəndində anadan olmuşdur, -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2022-ci il tarixli, 430 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş Goranboy rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 197- 15067X-3222 nömrəli arayışından görünür ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamə Goranboy rayonu ərazisində itmiş, axtarış zamanı tapılmamış və tapılmış kimi Goranboy rayon polis şöbəsinə daxil olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının soyadı, adı, ata adı, təvəllüdü və doğulduğu yer müvafiq olaraq İddiaçı, xx.xx.1980, Azərbaycan, Kəlbəcər rayonu, Tövlədərə kəndidir. İddiaçı doğum haqqında şəhadətnaməsini itirmişdir. O yenidən doğum haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının hazırki hüquqi marağı doğum haqqında şəhadətnaməni əldə etməkdir, bu səbəbdən də doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. İş materiallarından da görünür ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almışdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin:- -2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün “doğum haqqında şəhadətnamə” tələb olunan sənədlərdəndir. Göründüyü kimi şəxsiyyət vəsiqəsinin alınması üçün doğum haqqında şəhadətnamənin təqdim edilməsi müvafiq qanunvericiliyin tələblərindən irəli gəlir. Əgər iddiaçı doğum haqqında şəhadətnaməni təqdim etməsəydi hazırki şəxsiyyət vəsiqəsini əldə edə bilməzdi. Bu faktın özü də şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatları təsdiq edən hal kimi qiymətləndirilməlidir. Dağlıq Qarabağda tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri həmin ərazidə fəaliyyət göstərmiş qeydiyyat şöbələrinin arxivində saxlanıldığından, eləcə də Dağlıq Qarabağ uzun müddət Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalı altında olduğundan iddiaçının doğum haqqında akt qeydinin əldə edilməsi mümkün deyildir. Qeyd edilməlidir ki, iddiaçının doğum haqqında akt qeydinin əldə edilməsinin mümkün olmaması onun tərəfindən təqdim olunan nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsindəki məlumatların doğruluğunu şübhə altına almağa əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hazırki halda iddiaçının doğum akt qeydinin bərpa edilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -2.1-ci bəndində qeyd olunmuşdur ki, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -13-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -16-cı bəndində qeyd olunmuşdur ki, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. -18-ci bəndində qeyd olunmuşdur ki, ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının doğum akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1980-ci il”, doğum yerinin “Kəlbəcər rayonu, Tövlədərə kəndi”, ata qrafasında “X3”, ana qrafasında “X2” yazılması öhdəliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar