Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2419/2023 06.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı Cavabdehnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və ölüm haqqında akt qeydinin ləğv edilməsi və qeydlərin müvafiq sistemdən silinməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyənetdim: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, sağ olması faktının müəyyən edilməsi, Tərtər Rayon Məhkəməsinin xx.xx.1987-ci il tarixli 2-55 nömrəli qətnaməsi əsasında verilmiş ölüm haqqında şəhadətnamənin və ölüm haqqında akt qeydiyyatı kitabında aparılmış qeydlərin müvafiq sistemdən silinməsi və sağ olmasına dair məlumatların müvafi sistemdə yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı sağ olduğu halda onun ölmüş bacısı Rəsmiyyənin ölüm faktının müəyyən edilməsi barədə qərar çıxarılarkən valideynlərinin səhvi ucbatından ad yanlış yazılaraq onun ölməsi faktı müəyyən edilmişdir. Ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Tələbin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi hissəsi ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən bu qəbildən olan işlərin baxılması ümumi (rayon) məhkəmələrin səlahiyyətindədir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən hesab edirəm ki, hazırki ərizə üzrə tələb özəl hüquq münasibətlərini tənzimləyən hüquq normaları vasitəsilə nizama salınmalıdır. Tələbin digər hissəsi ilə bağlı qeyd olunur ki, iddiaçının ölməsi faktı məhkəmə qərarı ilə müəyyən edilmişdirsə və yaxud məhkəmə qərarında adla bağlı yanlışlığa yol verilmişdirsə həmin qüsurun aradan qaldırılması inzibati məhkəmə icraatının predmeti deyildir. İddiaçı sözügedən qətnamədən şikayət və yaxud yanlışlığın aradan qaldırılması ilə bağlı həmin məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı Cavabdehnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və ölüm haqqında akt qeydinin ləğv edilməsi və qeydlərin müvafiq sistemdən silinməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2419/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2419/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver