Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2419/2024 16.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun razılığı olmadan, özbaşına 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi ilə əlaqədar cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehlərin üzərinə mülkiyyət hüququ əsasında ona məxsus qeyd olunan torpaq sahəsində inşa edilmiş 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin öz hesablarına sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, habelə həmin 110 kvluq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi nəticəsində 2014-cü ildən bugünədək (7 il müddət ərzində) əldən çıxmış gəlir və qazanclarının əvəzi olaraq 150000 (yüz əlli min) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İş materialları: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1958-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2ayır. ünvan 3tlı torpaq sahəsi – **********00 reyestr nömrəli daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin AA seriyalı 000164 nömrəli plan və ölçüsü xx.xx.2007-ci il tarixdə tərtib edilmişdir. Həmin torpaq sahəsi üzərində 0,4 kv-luq gərginlikli hava xəttinin daşıyıcısı olan 360 mm ölçüdə 3 ədəd elektrik xətti dirəkləri yerləşir və hər bir dirək ayrı-ayrılıqda 120 mm həcmdə torpaq sahəsini əhatə edir (i.m -167-168 səh). Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 111 nömrəli Sərəncamına əsasən, Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində 110 kv-luq Paylayıcı qurğusunun tikintisi altına torpaq sahəsi ayrılması barədə Cavabdeh ATSC-in 07.03.06 saylı 07-BH /227 saylı məktubu nəzərə alınmış, DüyərliZəyəm-Cırdaxan yolunun sol tərəfində, Zəyəm Daş karxanasının cənub hissəsində bələdiyyə mülkiyyətində olan istifadəsiz ərazidən 110 kv-luq paylayıcı qurğunun tikintisi altına 1,0 ha (bir) torpaq sahəsi ayrılmış və daimi istifadəyə verilmişdir. 110 kv-luq hava xətti 2014-cü ildə Cavabdeh ASC tərəfindən inşa edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət edərək onun mülkiyyət hüquqlarının pozulub-pozulmamasının araşdırılmasını, hüquqların pozulması aşkar edildikdə isə mübahisənin hüquq normaları çərçivəsində həll olunmasını xahiş etmişdir. "xxxx" ASC-nin xx.xx.2020 və xx.xx.2021-ci il tarixli məktublarına əsasən 110 kv-luq hava xəttinin iddiaçıya aidiyyəti yoxdur. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun razılığı olmadan, özbaşına 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi ilə əlaqədar cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehlərin üzərinə mülkiyyət hüququ əsasında ona məxsus qeyd olunan torpaq sahəsində inşa edilmiş 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin öz hesablarına sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, habelə həmin 110 kvluq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi nəticəsində 2014-cü ildən bugünədək (7 il müddət ərzində) əldən çıxmış gəlir və qazanclarının əvəzi olaraq 150000 (yüz əlli min) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11769/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının vəkili Vəkil2 müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-47/2023 saylı qərarı ilə (hakim İddiaçı) iddianın qismən təmin edilməsi, MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3 ədəd elektrik dirəyinin sökülməsi öhdəliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın tamamilə qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-169/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-47/2023 saylı qərarının ləğv edilməsi, iş materialları mümkünlük məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş xx.xx.2024-cü il tarixdə yenidən qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İşin hallarından müəyyən edilir ki, iddiaçı məhkəmədən tələb edir: 1) Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun razılığı olmadan, özbaşına 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi ilə əlaqədar cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi 2) cavabdehin üzərinə mülkiyyət hüququ əsasında ona məxsus qeyd olunan torpaq sahəsində inşa edilmiş 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin öz hesablarına sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, 3) həmin 110 kvluq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi nəticəsində 2014-cü ildən bugünədək (7 il müddət ərzində) əldən çıxmış gəlir və qazanclarının əvəzi olaraq 150000 (yüz əlli min) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi Tələbin ilk və ikinci hissələri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının: 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, iddiaçı hüquqi marağına uyğun olaraq mülkiyyətin müdafiəsinə dair iddia qaldırmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə (Mülkiyyətin müdafiəsi) əsasən: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi qeyd olunan mübahisə mülki xarakterli olduğundan, predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid edilə bilməz. Belə olan halda hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, məhkəmə hesab edir ki, iddia həmin hissədə mümkün sayılmamalıdır. Məhkəmə həmin tələblə bağlı iddiaçı tərəfin nəzərinə çatdırır ki, hüquqi marağına uyğun olaraq mülkiyyətin müdafiəsinə dair iddia tələbi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edə bilər. Tələbin “150000 (yüz əlli min) manat məbləğində kompensasiya ödənilməsi” hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin tələb ilkin tələbdən asılıdır. Ona görə də, hər iki tələbə eyni məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun razılığı olmadan, özbaşına 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi ilə əlaqədar cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehlərin üzərinə mülkiyyət hüququ əsasında ona məxsus qeyd olunan torpaq sahəsində inşa edilmiş 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin öz hesablarına sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, habelə həmin 110 kvluq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi nəticəsində 2014-cü ildən bugünədək (7 il müddət ərzində) əldən çıxmış gəlir və qazanclarının əvəzi olaraq 150000 (yüz əlli min) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2419/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2419/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver