Məhkəmə qərarları › İş №2-1(114)-242/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-242/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-242/2020 12.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 cavabdeh Gəncə şəhər X3rşı vəzifəli şəxsin qanunsuz hərəkətlərinə qarsi tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxaraq Müəyyən etdi : İddiaçı1 xx.xx.2019-cu il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və onun üzərinə Ədliyyə Nazirliyinin Vahid Reyestr qeydiyyatından “Çıxarış” almadan inzibati orqan tərəfindən keçirilmiş yoxlamanı qanunsuz hərərkət hesab etməklə, həmin hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiasına baxılmamış geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi tələbi qəbul etməyərək izahatında bildirmişdir ki, hazırda mübahisə edilən obyekt iddiaçının hüquqlarını müdafiə etdiyi X2 məxsusdur və onun tərəfindən Gəncə şəhər X3rşı qaldırılmış iddia üzrə məhkəmənin digər hakimi Emin Axundovun icraatında məhkəmə prosesi davam edir və iş şifahi məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etdiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq Qərara aldİ: İddiaçı1oğlnun cavabdeh Gəncə şəhər X3rşı vəziəli şəxsin qanunsuz hərəkətlərinə qarşı tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar