Məhkəmə qərarları › İş №2-1(114)-242/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-242/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-242/2025 13.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Xidmətin N saylı hərbi hissəsinə qarşı əmrin ləğvi və digər tələblərinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Xidmətin N saylı hərbi hissəsinə qarşı Qazax X7 N saylı hərbi hissəsinə şəxsi heyət üzrə şöbənin baş zabiti vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cu il tarixli əmrinin ləğv edilməsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə, xx.xx.2023-cu il tarixdə verdiyi raport əsasında Dövlət Sərhəd Xidmətinin Qubadlı X7 N saylı hərbi hissəsinin şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsindən ordu sıralarından təxris olunması (ehtiyata buraxılması) barədə yuxarı komandanlıq qarşısında vəsatət (təqdimat) qaldırılmasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissə komandirinə həvalə edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-38-30/2-6-710/2023 nömrəli raportundan görünür ki, mayor İddiaçı ciddi ailə-məişət probleminin olmasını, xidməti vəzifələrinin icrasından yayınmasını, təyin olunduğu vəzifəyə belə səhlənkar və laqeyd münasibətini göstərməsini, vəzifələrinin öhdəsindən qismən gələ bilməməsini, tabeliyində olan şəxsi heyətlə iş qabiliyyətinin, hərbi kollektivdə nüfuzunun aşağı olmamasını, gələcəkdə şəxsi həyatında ciddi problemlərin yarana biləcəyini, bu halın hərbi hissənin zabit-gizir heyətinə, hərbi intizamın və döyüş qabiliyyətinin yüksək səviyyədə qorunub saxlanılmasına mənfi təsir etdiyini nəzərə alaraq barəsində müvafiq tədbrlərin görülməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir.

2. N nömrəli hərbi hissə komandirinin may 2023-cü il tarixli təqdimatından görünür ki, ciddi ailə-məişət problemlərinin olmasını, xidməti vəzifələrinin icrasından yayınmasını, təyin olunduğu vəzifəyə səhlənkar və laqeyd münasibət göstərməsini, tabeliyində olan şəxsi heyətlə iş qabiliyyətinin, hərbi kollektivdə nüfuzunun aşağı olmasını, gələcəkdə şəxsi həyatında ciddi problemlərin yarana biləcəyini, bu halın hərbi hissənin zabit-gizir heyətinə, hərbi intizamın və döyüş qabiliyyətinin yüksək səviyyədə qorunub saxlanılmasına mənfi təsir etdiyini nəzərə alaraq N №-li hərbi hissə şəxsi heyət üzrə şöbə rəisinin müavini mayor İddiaçı xidmət yerinin Dövlət Sərhəd Xidmətinin digər hərbi hissələrindən birinə dəyişdirilməsi barədə təqdimat verilmişdir.

3. Qubadlı ƏSDv “Zəngilan” sərhəd dəstəsinin şəxsi heyət üzrə şöbə rəisinin müavini mayor İddiaçı ilə problemlərinin öyrənilməsi barədə xx.xx.2023-cü il tarixldə aparılmış söhbət vərəqindən görünür ki, İddiaçı ilə xidməti fəaliyyəti təhlil olunaraq şikayət və təklifləri dinlənilmiş və o, “Qubadlı” əlahiddə sərhdə diviziyasında xidmətini davam etdirmək istədiyini bildirmiş, İddiaçı hərbi xidmətin vacibliyi və üstünlükləri, xidmətini davam etdirmək üçün bütnü hərbi qulluqçulara DSX rəhbərliyi tərəfindən laızmi şəraitin yaradıldığı, hərbi xidmətkeçmə qaydalarını tənzimləyən mövcud qanunvericiliyin və Əsasnamənin tələbləri bir daha izah edilmiş, gələcək perspektivi düşünməsi və hərbi xidmətini davam etdirməsi istiqamətində tövsiyyələr verilmişdir.

4. Attestasiya Komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, attestasiyanın nəticəsində mayor İddiaçı xidmətində buraxdığı ciddi nöqsanlara görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq xidmət yerinin digər hərbi hissələrdən birinə dəyişdirilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir.

5. Dövlət Sərhəd Xidməti rəisinin müavininin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Attestasiya Komissiyası tərəfindən mayor İddiaçı xidmətində buraxdığı ciddi nöqsanlara görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq xidmət yerinin digər hərbi hissələrdən birinə dəyişdirilməsi barədə qərar qəbul etdiyi bildirilərək, mayor İddiaçı “Qubadlı” X10 “Zəngilan” sərhəd dəstəsi şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsindən azad olunmaqla “Qazax” X10na şəxsi heyət üzrə şöbənin baş zabiti vəzifəsinə təyin edilməsi üçün vəsatət qaldırılmışdır.

6. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, İddiaçı “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması və Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı təqdirdə təyinat üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Binəqədi rayon idarəsinə göndərilməsi üçün yuxarı rəhbərlik qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.

7. Dövlət Sərhəd Xidməti rəisinin X2 “Qazax” X10 (N nömrəli h/h) üzrə xx.xx.2023cü il tarixli 1076ş/h nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq Dövlət Sərhəd Xidməti rəisinin müavini-X6 xx.xx.2023-cü il tarixli raportuna əsasən mayor İddiaçı “Qubadlı” X7 “Zəngilan” sərhəd dəstəsinin şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsindən azad olunmaqla “Qazax” X7 şəxsi heyət üzrə şöbəsinin baş zabiti vəzifəsinə təyin edilmişdir.

8. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “Qazax” X10 komandirinin xx.xx.2023cü il tarixli 0269 nömrəli əmrinə əsasən İddiaçı “Qubadlı” X7 “Zəngilan” sərhəd dəstəsinin şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsindən azad olunmaqla “Qazax” X7 şəxsi heyət üzrə şöbəsinin baş zabiti vəzifəsinə təyin edildiyindən, şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilmişdir.

9. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, İddiaçı sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilməsini xahiş etmişdir.

10. “Qazax” X10 şəxsi heyət üzrə şöbənin baş zabiti mayor İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar yazmış olduğu raportla bağlı arapılmış söhbət haqqında xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, “Qazax” X10 şəxsi heyət üzrə şöbənin baş zabiti mayor İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədilə yazdığı raportla əlaqədar onunla hərbi hissə komandirinin iştirakı ilə söhbət aparılmışdır. Söhbət zamanı mayor İddiaçı dinlənilmiş, onun xidməti fəaliyyətində hər hansı bir problemlə üzləşməsi və xidmətinə təsir edə biləcək problemlərin olub-olmaması öyrənilmişdir. O, ehtiyata buraxılmaq istəyinin səbəbini 20 (iyirmi) təqvim ili xidmət etməsi, pensiya hüququnu qazanması və silahlı qüvvələrin ehtiyatına buraxılaraq daha çox gəlir əldə edə biləcəyi iş tapmaq istəməsi ilə izah etmişdir. Ona xidmət yerinin Dövlət Sərhəd Xidmətinin Bakı qarnizonunda yerləşən və ya yaşayış yerinə (Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatdadır, Abşeron rayonu, Xırdalan şəhərində yaşayır) yaxın hərbi hissələrindən birinə dəyişdirilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması təklif olunmuş, lakin mayor İddiaçı israrla Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə vəsatət qaldırılmasını xahiş etmişdir. Söhbət zamanı nəzərinə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələbləri çatdırılmışdır. Yuxarıda göstərilənlər və mayor İddiaçı gələcəkdə Dövlət Sərhəd Xidmətində irəli vəzifəyə çəkilmək üçün hər bir şəraitin olması nəzərinə çatdırılaraq xidmətinin davam etdirməsi tövsiyyə olunmuş və bir daha dərindən düşünməsi üçün vaxt verilmiş və hazırki vaxtda Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilməmişdir.

11. “Qazax” X10 şəxsi heyət üzrə şöbənin baş zabiti mayor İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar yazmış olduğu raportla bağlı arapılmış söhbət haqqında xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, “Qazax” X10 şəxsi heyət üzrə şöbənin baş zabiti mayor İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədilə yazdığı raportla əlaqədar onunla hərbi hissə komandirinin iştirakı ilə təkrar söhbət aparılmışdır. O, yenidən dinlənilmiş və ehtiyata buraxılmaq istəyində qaldığını qeyd edərək, təkidlə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Söhbət zamanı bir daha ona mövcud qanunvericiliyin müddəaları izah edilmiş və bildirilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq ehtiyata buraxılacağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılacaqdır. Mayor İddiaçı hərbi hissədə hər hansı bir şəxsə qarşı hər hansı bir məsələ ilə bağlı iddialı olmadığını məruzə etmişdir. Bununla yanaşı o, Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra bir daha xidmətə qəbul (bərpa) edilməsi barədə müraciət etməyəcəyini bildirmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq mayor İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir.

12. “Qazax” X7 komandirinin təqdimatından görünür ki, Sərhəd Diviziyası qərargahın rabitə bölməsinin rəisi mayor İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə təqdimat verilmişdir.

13. Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 319 nömrəli arayışında göstərilmişdir ki, “Qazax” X7 hərbi qulluqçusu mayor İddiaçı hərbi hissənin xx.xx.2024-cü il tarixli 28 nömrəli göndərişinə əsasən şəhadətləndirilməsi DSX MHHK-da aparılıb. DSX MHHK-nın xx.xx.2024-cü il tarixli qərarı: a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 66 “ç” və 10 “c” maddələrinin İİİ qrafasına əsasən: Hərbi xidmətə yararlıdır. Hava desant qoşunlarında, üzən heyətdə, xüsusi təyinatlı dəstələrdə, dəniz piyadasında, xüsusi qurğularda hərbi xidmətə yararsızdır. Diaqnoz: L2, L3, L3-L4, L4-L5, L5- S1 fəqərəarası disklərinin protuziyaları, funksiyaların pozulmaması ilə. L4-L5 fəqərələrinin hemangiomaları. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.

14. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəsinin xx.xx.2024-cü il tarixli 362ş/h nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər) müvafiq olaraq, mayor İddiaçı qərargahın rabitə bölməsinin baş zabiti vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə göndərilmişdir. Əsas: Dövlət Sərhəd Xidməti rəisinin müavini-X6 xx.xx.2024-cü il tarixli 30/k/1368m nömrəli raportu.

15. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “Qazax” X7 komandirinin xx.xx.2024-cü il tarixli 0135 nömrəli əmrindən çıxarışa əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər) müvafiq olaraq, mayor İddiaçı qərargahın rabitə bölməsinin baş zabiti vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinə müvafiq olaraq mayor İddiaçı 30 aprel 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək 45 (qırx beş) gün müddətinə növbəti məzuniyyətə buraxılmış, 15 iyun 2024-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün təminat normalarından çıxarılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Binəqədi rayon idarəsinə göndərilmişdir. Əsas: Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2024-cü il tarixli 362 ş/h nömrəli əmri. II. Məhkəmədə icraat

16. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməklə, xx.xx.2023-cü il tarixdə verdiyi raport əsasında DSX-nin Qubadlı X7 N saylı hərbi hissəsinin şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsindən ordu sıralarından təxris olunması (ehtiyata buraxılması) barədə yuxarı komandanlıq qarşısında vəsatət (təqdimat) qaldırılmasının DSX-nin N saylı hərbi hissə komandirinə, həmin raport əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən təxris olunub ehtiyata buraxılması barədə əmrin verilməsi vəzifəsinin isə Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Tələb onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət etməyə başlamışdır. 2003-cü ildən bugünədək müxtəlif vəzifələrdə və müxtəlif hərbi hissələrdə qüsursuz xidmət etmişdir və hazırda mayor hərbi rütbəsindədir. Təqvim üzrə bugünədək 20 il hərbi xidmət dövrü var. xx.xx.2022-ci il tarixli əmrlə DSX-nin Qubadlı X7 N saylı hərbi hissəsinin şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsinə təyin edilmişdir (X13). xx.xx.2023-cü il tarixdə yuxarıda qeyd edilən vəzifəsindən öz arzusu ilə DSX sıralarından təxris olunmaq xahişi ilə raport yazmışdır. Lakin bugünədək onu həmin vəzifədən təxris etməyiblər. Eyni zamanda təxris edilməsi ilə bağlı raportuna heç bir cavab verilməmişdir. Bu səbəbdən də, qanunvericiliyin tələbinə uyğun olaraq 35 gün gözləmiş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Raport verdikdən sonra onu daha aşağı vəzifəyə təyin etmişlər və hazırda DSXnin xx.xx.2023-cü il tarixli 1076 saylı əmri ilə o, DSX SQ-nın Qazax X7 N saylı hərbi hissəsində şəxsi heyət üzrə şöbənin baş zabiti vəzifəsində xidmət edir. Hesab edir ki, ordu sıralarından yazdığı raport əsasında həmin vaxt qulluq etdiyi vəzifədən təxris olunmaması qanunsuz və əsassızdır. Onun qeyd etdiyi sonuncu vəzifəyə təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli əmr ləğv edilməklə, xx.xx.2023-cü il tarixli raportu əsasında həmin vaxt qulluq etdiyi vəzifədən ordu sıralarından təxris olunması bir vəzifə olaraq Dövlət Sərhəd Xidmətinə həvalə edilməlidir. Belə ki, qeyd etdiyi kimi təqvim üzrə bugünədək 20 illik hərbi xidmət dövrü var. Qanunvericiliyin normalarına əsasən, xx.xx.2023-cü il tarixdə yazdığı raport əsasında o, hərbi xidmətdən ehtiyata buraxılmalı olmasına baxmayaraq, Dövlət Sərhəd Xidməti bu barədə qərar qəbul etməmişdir.

18. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N saylı hərbi hissəsinin cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsi və Qazax X7 N saylı hərbi hissəsinə şəxsi heyət üzrə şöbənin baş zabiti vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cu il tarixli əmrinin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdə verdiyi raport əsasında Dövlət Sərhəd Xidmətinin Qubadlı X7 N saylı hərbi hissəsinin şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsindən ordu sıralarından təxris olunması (ehtiyata buraxılması) barədə yuxarı komandanlıq qarşısında vəsatət (təqdimat) qaldırılmasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissə komandirinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

20. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

21. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

22. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır

23. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə dair şərt ödənilmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cu il tarixli əmrinin ləğv olunmasını xahiş edir və o hazırkı iddia ərizəsini poçt rabitə orqanına xx.xx.2023-cü il tarixdə vermişdir ki, bununla da məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir.

24. Hazırki mübahisə iddiaçı ilə cavabdehlər inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan və iddia qaldırılan (məhkəmənin icraatına qəbul edilən zaman) iddiaçının xidməti yaşayış sahəsi (Dövlət Sərhəd Xidməti “Qazax” X7 N nömrəli hərbi hissəsi) olduğundan, hazırkı işə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yer üzrə baxılır. İddiaçının xidməti yaşayış sahəsinin olduğu yeri olan Qazax rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

25. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

26. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

27. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

28. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişdir.

29. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

30. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2023-cu il tarixli, 1076ş/h №-li əmri ilə "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 81-ci maddəsinin "v” bəndinə (işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq, "Qubadlı" X7 "Zəngilan" sərhəd dəstəsinin şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsindən azad olunmaqla "Qazax” X7 şəxsi heyət üzrə şöbəsinin baş zabiti vəzifəsinə təyin edilmişdir. Yuxarıda adıçəkilən əmrin verilməsinin əsası Dövlət Sərhəd Xidməti rəisinin müavini X6 xx.xx.2023-cü il tarixli raportu olmuşdur. İş materiallarında olan N №-li hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyət üzrə şöbə rəisinin muavini mayor İddiaçı N yanvar 2023-cü ildən hərbi hissədə xidmət edir. Hərbi hissədə xidmətə başladığı müddət ərzində mütəmadi olaraq həm xidmət yerində, həm də zabit heyəti üçün nəzərdə tutulmuş yaşayış binasında hansısa bir qadınla telefonla danışır, telefonla danışdığı müddət ərzində ağlayır, telefon danışıqlarında ailə-məişət probleminin olması qənaəti müşahidə olunur. Raportda göstərilən hallar nəzərə alınaraq, mayor İddiaçı ciddi ailə-məişət probleminin olması, xidməti vəzifələrinin icrasından yayınması, təyin olunduğu vəzifəyə sahlənkar və laqeyd münasibət göstərməsi, vəzifələrinin öhdəsindən qismən gələ bilməməsi, tabeliyində olan şəxsi heyətlə iş qabiliyyətinin, hərbi kollektivdə nüfuzunun aşağı olmasını, gələcəkdə şəxsi həyatında ciddi problemlərin yarana biləcəyini, bu halın hərbi hissənin zabıt-gizir heyətinə, hərbi intizamın və döyüş qabiliyyətinin yüksək səviyyədə qorunub saxlanılmasına mənfi təsir etdiyini nəzərə alaraq barəsində müvafiq tədbirlər görülməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İşdə olan 2023-cü ilin may ayında İddiaçı barəsində verilmiş təqdimatda mayor İddiaçı ilə problemlərinin öyrənilməsi, davranışlarına diqqət etməsi, xidməti vəzifələrinin icrasından yayınmaqla telefonla danışmasının səbəbini öyrənmək məqsədilə rəhbərlik tərəfindən söhbət aparıldığı qeyd edilmişdir. Aparılan söhbət zamanı mayor İddiaçı xidməti vəzifələrinin icrasından yayınmaması və funksional vəzifələrini düzgün qaydada yerinə yetirə bilməməsi bir daha izah olunmuşdur. Lakin həmin söhbətdən sonra onun hərəkətləri bir müddət müşahidə olunmuş, mütəmadi telefonla gizli danışmasının davam etdiyi məlum olmuşdur. Yenidən hərbi qulluqçu söhbətə cəlb olunmuş, davranışları, mütəmadi telefonla qadınla danışması, telefon danışıqları zamanı ağlaması və bu cür davranışlarının ətrafdakı hərbi qulluqçular tərəfindən müzakirə obyektinə çevrilməsi və bu hərəkətlərinin hərbi hissənin nüfuzuna xələl gətirdiyi, həmçinin dəfələrlə sıra düzülüşlərinə bu səbəbdən gecikməsi nəzərinə çatdırılmışdır. Mayor İddiaçı isə bu hərəkətlərinin özünün şəxsi işi olması kimi izah verməsi qeyd edilmişdir. Qeyd olunan təqdimatda mayor İddiaçı onunla aparılan izahedici söhbətlərə, tutulan iradlara, xəbərdarlıq olunmasına baxmayaraq hərbi qulluqçuya və zabit adına yaraşmayan hərəkətlərə davam etməsi göstərilmişdir Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə mayor İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilməsinə, tutulmuş iradlara və verilmiş tövsiyyələrə baxmayaraq eyni nöqsanları yenidən təkrar etmişdir. xx.xx.2023-cü il attestasiya materiallarından görünür ki, mayor İddiaçı xidmət etdiyi müddət ərzində özunü orta səviyyəli hərbi qulluqçu kimi göstərmiş, verilən tapşırıqların yerinə yetirilməsi üçün çalışsa da, buna sonadək nail ola bilməmişdir. Onunla izahedici söhbətlər aparılmasına və verilmiş tövsiyyələrə baxmayaraq nəticə çıxarmamışdır. Belə ki, ailə həyatında müəyyən problemlərin olması onun xidmətinin təşkilinə maneəçilik törədir. İddiaçı ciddi ailə problemlərinin olması, xidməti vəzifələrinin icrasını yerinə yetirə bilməməsi, tabeliyində olan şəxsi heyətlə iş qabiliyyətinin olmaması hərbi kollektivdə nüfuzunuin aşağı olması, hərbi hissənin zabit-gizir heyətinə, hərbi intizamın və döyüş qabiliyyətinin yüksək səviyyədə qorunub saxlanılmasına mənfi təsir göstərmişdir. Mayor İddiaçı xidməti vəzifələrinin öhdəsindən gələ, tabeliyində olan hərbi qulluqçuları nəzarətdə saxlaya və problemlərini öyrənə bilməmiş, xidməti vəzifələrinin icrasında ciddi nöqsanlara yol vermişdir. Vəzifə borclarının icrasına zəif münasibət göstərmiş, peşə hazırlığı qənaətbəxş olmamış və iş keyfiyyətləri aşağı olmuşdur. Attestasiya komissiyası tərəfindən mayor İddiaçı barəsində xidmətində buraxdığı ciddi nöqsanlara görə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin "v" bəndinə (işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq xidmət yerinin digər hərbi hissələrdən birinə dəyişdirilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir. Həmçinin, mayor İddiaçı xx.xx.2023-cü il tarixli attestasiya komissiyasının yekun rəyi ilə razılaşmış və sonda onu öz imzası ilə təsdiq etmişdir. Bununla da qəbul edilən qərardan razı olduğunu bildirmişdir («Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 105-ci maddəsinə əsasən attestasiya qaydasının pozulması və attestasiyanın qeyri-obyektivliyi ilə əlaqədar şikayət müəyyən edilmiş qaydada attestasiyanın elan edildiyi gündən 1 aydan gec olmayan müddətdə verilə bilər. Şikayət üzrə son qərarı attestasiya vərəqəsini təsdiq etmiş rəis qəbul edir. Hərbi qulluqçunun şikayəti əsaslı sayıldıqda, attestasiya vərəqəsinə müvafiq dəyişikliklər edilir, yaxud yeni attestasiya tərtib edilir). DSX-nin İstintaq və Təhqiqat İdarəsinin xidməti məktubuna DSX-nin Sərhəd Qoşunları tərəfindən verilmiş cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətində buraxdığı nöqsanlara görə mayor V.S.X8 Komandanlığında attestasiyası keçirilmiş və attestasiya komissiyası “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 81-ci maddəsinin "v" bəndinə (işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq xidmət yerinin digər hərbi hissədən birinə dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Qərar hərbi qulluqçuya elan olunmuşdur. Qərar ona elan olunduqdan sonra Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün raportla müraciət etmişdir. İddiaçı barəsində hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 81-ci maddəsinin "v" bəndinə (işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq xidmət yerinin digər hərbi hissədən birinə dəyişdirilməsi barədə qərar qəbul edilmişdir.

31. İddiaçının vəkilinin cavabdehin yazılı etirazına dair etirazı məhkəməyə daxil olmuşdur.

32. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü iş tarixli, 1076 ş/h saylı əmrə əsasən “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 81-ci maddəsin “v” bəndinə əsasən (işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) X13nin şöbə rəisinin müavini vəzifəsindən azad olunaraq Qazax X7 şəxsi heyət üzrə şöbəsinin baş zabiti vəzifəsinə təyin edilmişdir. Bu əmrin verilməsinə səbəb isə xx.xx.2023-cü il tarixli Attestasiya Komisiyasının rəyi olmuşdur. Belə ki, həmin rəydə qeyd edilmişdir ki, iddiaçı “orta səviyyəli hərbi qulluqçu olmuşdur”, “tapırıqların yerinə yetirilməsinə nail ola bilməmişdir”, “xidməti vəzifəsini icra etməmişdir”, “ciddi ailə problemləri var”, “hərbi kollektivdə nüfuzu aşağıdır” və s. Məhz bu hallara əsasən Attestasiya Komissiyasının yekun rəyinə görə iddiaçının “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 81-ci maddəsin “v” bəndinə əsasən (işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq xidmət yerinin digər hərbi hissələrdən birinə dəyişdirilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir. Yəni, hələ bu rəy vəsatət qaldırılması üçün verilmişdir və həmin vaxt barəsində hər hansı əmr yox idi. Halbuki, hətta hələ əvvəlki medalları nəzərə alınmasa belə, rəydən 1 gün sonra yəni, xx.xx.2023-cü il tarixdə ona xidmət etdiyi hərbi hissə tərəfindən “Xidməti vəzifələrin icrası zamanı yüksək nəticələrə nail olduğuna görə” Təşəkkür elan edilmişdir. İddiaçının iddia qaldırmaqda məqsədi həmin rəyi və əmri mübahisələndirmək deyil. Lakin qeyd etməyi zəruri hesab edir ki, attestasiya barədə rəydən 1 gün sonra ona təşəkkür elan edilməsi attestasiya rəyinin və başqa vəzifəyə keçirilməsi barədə əmrin hansı məqsədlərlə verildiyini sübut edir. İddiaçı xx.xx.2023-cu il tarixdə, DSX-nin Qubadlı X7 N saylı hərbi hissəsinin şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsindən ordu sıralarından təxris olunmağı ilə bağlı raport yazmışdır. Həmin raportu yazmağına əsas isə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci bəndi olmuşdur. Belə ki, həmin bəndə əsasən vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzuları ilə ehtiyata buraxılmalıdır. Həmin raporta isə “Hərbi qulluqçuların statusu” haqqında Qanunun 4-cü maddəsinə əsasən daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılmalıdır. Yəni, iddiaçı öz arzusunu ifadə etdikdən sonra ən geci 15 gün ərzində Əsasnamənin 15-cü maddəsinə əsasən təxris olunmalı idi. Lakin əmrdən də göründüyü kimi, raport yazdığından 13 gün sonra iddiaçını təxris etmək əvəzinə qanunsuz olaraq aşağı vəzifəyə keçirmişlər. Cavabdehin qeyd etdiyi kimi iddiaçı əgər orta səviyyəli hərbi qulluqçu idisə, tapşırıqların yerinə yetirilməsinə nail ola bilmirdisə, xidməti vəzifəmi icra etmirdisə, ciddi ailə problemləri var idisə, hərbi kollektivdə nüfuzu aşağıdırsa, onda onu digər bir vəzifəyə keçirməyə hansı zərurət vardır? Onu başqa vəzifəyə keçirmə o zaman mütləq zərurət olardı ki, iddiaçı təxris olunmağını cavabdehdən tələb etməsin və yaxud da təxris olunmaq üçün hüququ yaranmasın. Axı həmin “nöqsanlarla” digər bir vəzifədə də iddiaçı hərbi intizamın və döyüş qabiliyyətinin yüksək səviyyədə qorunub saxlanmasına mənfi təsir göstərəcdi. Bir halda ki, iddiaçı təxris olunmağı barədə raport yazmış idi, o zaman “nöqsanlarla dolu” olan bir hərbi qulluqçunu niyə təxris etmək əvəzinə başqa vəzifəyə keçirdiyini cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərlə əsaslandıra bilməmişdir. Ümumiyyətlə, həmin sənədlərlə tanış olduqda müəyyən olunur ki, cavabdeh yalnız aşağı vəzifəyə keçirilməni əsaslandırmağa çalışmışdır, hansı ki, mübahisənin predmeti bu deyil. Hansı səbəbdən təxris olunmaq barədə raportun icra olunmamasını əsaslandırmamışdır. Sanki cavabdehin məqsədi məhkəmənin diqqətini təxrislə bağlı raportun icra olunmamasından yayındırmaq, fikri digər vəzifəyə keçirilməyə yönəltməkdir. İddiaçının raport yazmaqda olan hüquqi marağı təxris olunmaq olmuşdur. Həmçinin, hazırki iddia üzrə də, iddianın əsasını iddiaçının başqa vəzifəyə keçirilməsi yox, təxris olunmaqla bağlı raportumun inzibati orqan tərəfindən icra olunmamasıdır. Təxrislə bağlı raportun tarixi – xx.xx.2023-cü il, digər vəzifəyə keçirilmə ilə bağlı əmrin tarixi – xx.xx.2023-cü il. İşin halından göründüyü kimi cavabdehin sərəncamında onunla bağlı iki qərardan (təxris/digər vəzifəyə keçirilmə) birini qəbul etmək olub. Digər vəzifəyə keçirilmənin səbəbləri isə özlərinin qeyd etdikləri kimi qəbul etsək, iddiaçının ailə problemlərinin olması səbəbindən şəxsi heyətin döyüş hazırlığını lazımi qaydada nizamlaya bilməyəcəyi və s.-dir. İddiaçı özü də cavabdehlərin qeydlərini dərk edərək, həqiqətən də, şəxsi problemləri səbəbindən artıq xidmətini lazımi qaydada icra edə bilməyəcəyi səbəbindən, eyni zamanda bu kimi səbəblərdən gələcəkdə xidmətində yarana biləcək xoşagəlməz halları nəzərə alaraq, ailə problemlərinin və digər problemlərinin həllinə daha çox diqqət ayırmalı olduğu, sərancamına veriləcək əsgər və digər hərbi qulluqçuların taleyinə biganə qalmalı olmadığı və s. qənaətinə gələrək, ümumiyyətlə ordu sıralarından təxris olunmaq qərarına gəlmişdir. Qısa desək, iddiaçıya xidmətə uyğunsuz olduğu bildirilir, o da bunu dərk edərək ümumiyyətlə təxris olunmaq hüququndan istifadə edərək təxris olunmaq istəyir. Bu qərara gəlməyində iddiaçı tərəfindən edilən pozuntu nədir ki, ona buna görə cəza olaraq az əmək haqqı olan vəzifəyə keçirib həmin vəzifədən təxris etməyi planlayırlar? İddiaçının təxrislə bağlı raportum cavabdehin yerdəyişmə ilə bağlı əmrinin verilməsindən 13 gün öncə yazılıb.

33. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

34. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-38-30/2-6-710/2023 nömrəli raportu; - N nömrəli hərbi hissə komandirinin təqdimatı; - xx.xx.2023-cü il tarixli söhbət vərəqi; - Attestasiya Komissiyasının xx.xx.2023-cü il tarixli rəyi; - Dövlət Sərhəd Xidməti rəisinin müavininin xx.xx.2023-cü il tarixli raportu; - xx.xx.2023-cü il tarixli raport; - Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2023-cü il tarixli 1076ş/h nömrəli əmri; - Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “Qazax” X10 komandirinin xx.xx.2023cü il tarixli 0269 nömrəli əmri; - xx.xx.2024-cü il tarixli raport; - Söhbət haqqında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlar; - “Qazax” X7 komandirinin təqdimatı; - Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 319 nömrəli arayışı; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2024-cü il tarixli 362ş/h nömrəli əmri; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “Qazax” X7 komandirinin xx.xx.2024-cü il tarixli 0135 nömrəli əmri.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

35. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

36. Məhkəmə araşdırmaları nəticəsində iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı mayor İddiaçı N saylı hərbi hissədə xidmətə başladığı müddət ərzində mütəmadi olaraq həm xidmət yerində, həm də zabit heyəti üçün nəzərdə tutulmuş yaşayış binasında telefonla danışması və danışdığı müddət ərzində ağlaması, telefon danışıqlarında ailə-məişət probleminin olması qənaəti müşahidə olunmuş, bununla da iddiaçının ciddi ailə-məişət probleminin olması, xidməti vəzifələrinin icrasından yayınması, təyin olunduğu vəzifəyə sahlənkar və laqeyd münasibət göstərməsi, vəzifələrinin öhdəsindən qismən gələ bilməməsi, tabeliyində olan şəxsi heyətlə iş qabiliyyətinin, hərbi kollektivdə nüfuzunun aşağı olmasını, gələcəkdə şəxsi həyatında ciddi problemlərin yarana biləcəyini, bu halın hərbi hissənin zabıt-gizir heyətinə, hərbi intizamın və döyüş qabiliyyətinin yüksək səviyyədə qorunub saxlanılmasına mənfi təsir etdiyini nəzərə alaraq barəsində müvafiq tədbirlər görülməsi üçün xx.xx.2023-cü il tarixdə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və may ayında onun xidmət yerinin Dövlət Sərhəd Xidmətinin digər hərbi hissələrindən birinə dəyişdirilməsi barədə təqdimat verilmişdir. Lakin daha sonra 2023-cü ilin iyul ayında söhbət aparılaraq, İddiaçı ilə xidməti fəaliyyəti təkrar təhlil olunaraq şikayət və təklifləri dinlənilmiş və o, “Qubadlı” X10nda xidmətini davam etdirmək istədiyini bildirdiyi üçün, İddiaçı hərbi xidmətin vacibliyi və üstünlükləri, xidmətini davam etdirmək üçün bütnü hərbi qulluqçulara DSX rəhbərliyi tərəfindən laızmi şəraitin yaradıldığı, hərbi xidmətkeçmə qaydalarını tənzimləyən mövcud qanunvericiliyin və Əsasnamənin tələbləri bir daha izah edilmiş, gələcək perspektivi düşünməsi və hərbi xidmətini davam etdirməsi istiqamətində tövsiyyələr verilmişdir. Daha sonra İddiaçı yenə eyni hərəkətlərə yol verildiyi müəyyən edildiyi üçün iddiaçı attestasiyadan keçirilmiş və Attestasiya Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə attestasiyanın nəticəsində mayor İddiaçı xidmətində buraxdığı ciddi nöqsanlara görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq xidmət yerinin digər hərbi hissələrdən birinə dəyişdirilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir. Bundan sonra isə həmin qərara əsasən Dövlət Sərhəd Xidməti rəisinin müavini tərəfindən yuxarı komandanlığa xx.xx.2023-cü il tarixdə raportla mayor İddiaçı “Qubadlı” X10 “Zəngilan” sərhəd dəstəsi şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsindən azad olunmaqla “Qazax” X10na şəxsi heyət üzrə şöbənin baş zabiti vəzifəsinə təyin edilməsi üçün vəsatət qaldırılmış və Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2023-cü il tarixli 1076ş/h nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq Dövlət Sərhəd Xidməti rəisinin müavini-X6 xx.xx.2023-cü il tarixli raportuna əsasən mayor İddiaçı “Qubadlı” X7 “Zəngilan” sərhəd dəstəsinin şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsindən azad olunmaqla “Qazax” X7 şəxsi heyət üzrə şöbəsinin baş zabiti vəzifəsinə təyin edilmişdir.

37. İddiaçı isə xx.xx.2023-cü il tarixli raportla “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması və Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı təqdirdə təyinat üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Binəqədi rayon idarəsinə göndərilməsi üçün yuxarı rəhbərlik qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Və hazırda həmin raport əsasında ehtiyata buraxılmasını tələb edir.

38. Məhkəmə iddiaçının iddiasını əsaslı saymaraq, qeyd edir ki, attestasiya komissiyası tərəfindən mayor İddiaçı barəsində xidmətində buraxdığı ciddi nöqsanlara görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq xidmət yerinin digər hərbi hissələrdən birinə dəyişdirilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.

39. Mayor İddiaçı də xx.xx.2023-cü il tarixli Attestasiya Komissiyasının yekun rəyi ilə razılaşmış və sonda onu öz imzası ilə təsdiq etmişdir. Həmçinin həmin qərardan şikayət verməyərək, onu mübahisələndirməmişdir. Bunun nəticəsi olaraq Dövlət Sərhəd Xidməti rəisinin müavini xx.xx.2023-cü il tarixli raportla mayor İddiaçı “Qubadlı” X10 “Zəngilan” sərhəd dəstəsi şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsindən azad olunmaqla “Qazax” X10na şəxsi heyət üzrə şöbənin baş zabiti vəzifəsinə təyin edilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmışdır.

40. İddiaçı yalnız bundan sonra xx.xx.2023-cü il tarixli raportla müraciət edərək, “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması və Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı təqdirdə təyinat üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Binəqədi rayon idarəsinə göndərilməsi üçün yuxarı rəhbərlik qarşısında vəsatət qaldırılmasını xahiş etsə də, onun raport verdiyi tarixdə artıq onun barəsində qəbul edilmiş qərar və başqa vəzifəyə keçirilməsi barədə verilmiş raport olduğundan yuxarı komandanlıq qarşısında ehtiyata buraxılması ilə bağlı vəsatət qaldırılmamışdır.

41. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X1 görə: Maddə 1. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Maddə 3. Hərbi intizam hər bir hərbi qulluqçunu: - Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; - hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə, mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; ... məcbur edir. Maddə 5. Hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Komandirlər (rəislər) hərbi qulluqçuların şəxsi keyfiyyətlərinin öyrənilməsinə, onların arasında Nizamnaməyə uyğun münasibətlərin yaranmasına, hərbi kollektivin birliyinə, tabeliyində olanların nalayiq hərəkətlərinin səbəblərini vaxtında müəyyən edərək, bunların qarşısını almağa, hərbi intizamı pozanlara qarşı dözülməz münasibət yaranmasına xüsusi diqqət yetirməlidirlər. Maddə 43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. Maddə 67. Zabitlərə: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. Maddə 85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.

42. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə: Bənd 78. Hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. Bənd 81. Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. Bənd 81.3. İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X3 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir.

43. İstinad olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir.

44. Qeyd edilməlidir ki, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir.

45. Göründüyü kimi, iddiaçı özünün əməli ilə qeyd olunan qanunvericilik normaları ilə müəyyən edilmiş davranış qaydalarını kobud şəkildə pozmuş və nəticədə onun barəsində intizam cəzası qaydasında xidmət yeri dəyişdirilərək aşağı vəzifəyə keçirilmişdir.

46. Ona görə də, onun barəsində Dövlət Sərhəd Xidməti tərəfindən mübahisələndirilən əmr qəbul edilərkən qanunvericiliyin pozulması hallarına yol verilməmişdir ki, bununla da əmrin əsassız və qanunsuz olmasına dəlalət edən hallar aşkar olunmadığından onun ləğv edilməsi tələbi də təmin edilə bilməz.

47. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.

48. Məhkəmə onu da qeyd edir ki, cavabdehin təqdim etdiyi sənədlərlə iddiaçının xidmət yeri dəyişdirildikdən sonra xidmət keçdiyi “Qazax” X4 öz arzusu ilə ehtiyata buraxıldığı müəyyən edilmişdir.

49. Məhkəmə tərəfindən həmin əmrin də mübahisələndirilməsi ilə bağlı iddiaçıya sərəncam ünvanlansa da, iddiaçının vəkil olan nümayəndəsi iddiaçının hüquqi marağının həmin əmri mübahisələndirmək olmadığı, yalnız əvvəlki xidmət yerindən ehtiyata buraxılmaq arzusu olduğu bildirilmişdir.

50. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırkı halda iddiaçı öz raportu (öz arzusu) ilə “Qazax” X4 Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığından onun Qubadlı” X10 “Zəngilan” sərhəd dəstəsi şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsindən ehtiyata buraxılması barədə raportuna əsasən təqdimat verilməsi də mümkünsüzdür.

51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi hissə:

52. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar