Məhkəmə qərarları › İş №2-1(114)-2423/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2423/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2423/2022 12.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı qərarda dəyişiklik edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 16 may 2021-ci il tarixli, 134 nömrəli qərarında göstərilən “Travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” sözlərinin “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xəsarət alaraq əlil olmuşdur” sözləri ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1994-cü ildə Hərbi Komissarlıq tərəfindən hərbi xidmətə çağrılmışdır. Onu N saylı hərbi hissəyə vermişlər. Bir müddətdən sonra N saylı hərbi hissənin tərkibində artilleriya bölüyündə xidmət etmişdir. Həmin vaxtlarda “Borsunlu-Talış, Tapqaraqoyunlu-Gülüstan, Murovdağ-Sibir” postlarında vətənin müdafiəsi uğrunda mübarizədə iştirak etmişdir. xx.xx.1996-cı ildə QAZ-N markalı avtomaşınla PXD (yemək bişirən katyol) Goranboy rayonu ərazisində yerləşən “Ballı Qaya” adlanan yerdən N saylı hərbi hissənin qərargahına aparan zaman yağışlı havada yol sürüşkən olduğundan avtomaşın aşmış, o da yerə yıxılmış, avtomaşında olan şalbanlar belinə düşərək, onurğa və omba sümüyü çıxmış, kəllə-beyin travması almışdır. Nəticədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası özünün xx.xx.2021-ci il tarixli, 134 saylı qərarında göstərmişdir ki, aldığı xəsarət “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyi onu mənzil növbəsinə götürmür. Bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə 2014-cü ilin yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri o cümlədən hərbi xidməti vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi yaşayış evi ilə təmin edilməsi nəzərdə tutulur. O da ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən travma alaraq İİİ dərəcəli əlil olmuşdur, eyni zamanda da yerli icra hakimiyyəti tərəfindən İİİ dərəcəli müharibə əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bildirir ki, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının verdiyi qərarda “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır” sözləri Azərbaycan Respublikası ərazi bütövlüyünün müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik müəyyən edilmişdir sözləri ilə əvəz edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası məhkəməyə 17 avqust 2022-ci il tarixli, 1752 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, Gəncə şəhər Kəpəz RHK tərəfindən 1994-cü ildən hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu “Böyrəklərin duz diatezi. Oksalaturiya” diaqnozu ilə və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və olunduğu “Xroniki obstruktiv bronxitin kəskinləşməsi. NSD kardial tip” diaqnozu ilə olan xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) bəndinə əsasən “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi və xx.xx.1996-cı ildə Goranboy rayonu ərazisində yük maşınından yıxılaraq aldığı və xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu “İ oma fəqərəsinin sınığı. Onurğa beyninin yüngül dərəcəli (L5-S1) kontuziyası diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) bəndinə əsasən TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir və bu barədə MN MHHK-nın xx.xx.2019cu il tarixli, 552 saylı qərarı vətəndaş İddiaçı verilmişdir. İbrahimov 2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1996-cı il tarixdə aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-1466/2019 nömrəli qərarı ilə onun iddiası rədd olunmuşdur. 2021-ci il tarixdə İddiaçı Samux Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək xx.xx.1996-cı il tarixdə xidmət etdiyi hərbi hissəyə məxsus QAZ N markalı avtomaşında hərbi xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alması faktının təsdiq olunmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)-216/2021 nömrəli qətnaməsi ilə İddiaçı ərizəsi təmin edilmiş və onun “xx.xx.1996-cı il tarixdə xidmət etdiyi hərbi hissəyə məxsus QAZ N markalı avtomaşında hərbi xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alması” faktı müəyyən edilmişdir. Qeyd olunan qətnaməni nəzərə alaraq MN MHHK-nın xx.xx.2021-ci il tarixli, 134 nömrəli qərarı ilə İddiaçı xx.xx.1996-cı il tarixdə aldığı “İ oma fəqərəsinin sınığı. Onurğa beyninin yüngül dərəcəli (L5-S1) kontuziyası” diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi dəyişdirilərək “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilmişdir. Lakin vətəndaş İddiaçı yenidən Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək yuxarıda qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsini xahiş etmişdir. Lakin vətəndaş İddiaçı aldığı travma ilə bağlı xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı xx.xx.1996-cı il tarixdə aldığı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi mümkün deyildir. Vətəndaş İddiaçı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə baxışı iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin Azərbaycan Respublikası müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına xx.xx.2019-cu il tarixli, 5 nömrəli göndərişinin surətindən görünür ki, xx.xx.1994-cü ildə Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış İddiaçı diaqnozu “Oksalaturiya, İ oma fəqərəsinin sınığı, onurğa beyninin yüngül dərəcəli kontuzisyası, kardiopulmonologiya” kimi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 552 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci ilə kimi N nömrəli Hərbi Hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Böyrəklərin duz diatezi. Oksalaturiya” və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi N nömrəli Hərbi Hissədə müalicə olunduğu xəstəlik-diaqnoz: “Xroniki obstruktiv bronxitin kəskinləşməsi. NSD kardinal tip” (Azərbaycan Respublikası SHXÇDX-nin Samux rayon bölməsinin xx.xx.2021-ci il tarixli, 381 nömrəli göndərişi, N nömrəli Hərbi Hissədən verilmiş xx.xx.1995-ci il tarixli, xx.xx.1997-ci il tarixli çıxarış epikrizləri, MN MHHK-nın həkimmütəxəssisinin rəyi ilə təsdiq edilir), XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR". - Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)-216/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, ərizəçi İddiaçı xx.xx.1996-cı il tarixdə hərbi xidməti vəzifələrini yerinə yetirərkən N saylı hərbi hissəyə məxsus QAZ-N markalı avtomaşınla PXD (yemək bişirən katyolu) tapşırılan yerə aparan zaman avtomaşın qəzası nəticəsində xəsarət alması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli, 2022 nömrəli arayışının surətindən görünür ki, 130 nömrəli Hərbi Hissənin sabiq əsgəri İddiaçı həqiqətən xx.xx.1996-cı il tarixdən xx.xx.1996cı il tarixədək Silahlı Qüvvələrin Baş X2 bölməsində stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Postravmatik işalgiya. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin xx.xx.2021-ci il tarixli, 381 nömrəli göndərişinin surətindən görünür ki, 1994-cü ildə Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış İddiaçı diaqnozu “Postravmatik işalgiya” kimi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 134 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci ilə kimi N nömrəli Hərbi Hissədə müayinə və müalicə olunduğu xəstəlikdiaqnoz: “Böyrəklərin duz diatezi. Oksalaturiya” və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi N nömrəli Hərbi Hissədə müalicə olunduğu xəstəlik-diaqnoz: “Xroniki obstruktiv bronxitin kəskinləşməsi. NSD kardinal tip” (Azərbaycan Respublikası SHXÇDX-nin Samux rayon bölməsinin xx.xx.2021-ci il tarixli, 381 nömrəli göndərişi, N nömrəli Hərbi Hissədən verilmiş xx.xx.1995-ci il tarixli, xx.xx.1997-ci il tarixli çıxarış epikrizləri, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR" və xx.xx.1996-cı il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən avtoqəza nəticəsində aldığı və xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixə kimi N nömrəli Hərbi Hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “Postravmatik işalgiya” (N nömrəli Hərbi Hissədən verilmiş xx.xx.1996-cı il tarixli çıxarış epikrizi, SQ Baş Klinik Hospitalından verilmiş xx.xx.2021-ci tarixli, 2022 nömrəli arayışı, Samux Rayon Məhkəməsinin 2(058)-216 nömrəli 2021-ci il tarixli qətnaməsi, MN MHHK-nın həkimmütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİN (XİDMƏTİ VƏZİFİLƏRİN) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 5 il müddətinə (xx.xx.2026-cı il tarixədək) “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” üçüncü dərəcə əlillik təyin edilmişdir. - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 131 nömrəli sərəncamının surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan 3-cü dərəcə müharibə əlili (hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin: - 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbiuçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. - 1.9-cu bəndinə görə vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. - 5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. - 7.1. maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. - 7.2-ci bəndinin “c” yarımbəndinə əsasən, əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa, hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarını çıxarır. - 7.3-cü bəndinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. - 7.4-cü bəndinə görə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim kimissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şahədətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir. Gəncə şəhər Kəpəz RHK tərəfindən 1994-cü ildən hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu “Böyrəklərin duz diatezi. Oksalaturiya” diaqnozu ilə və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və olunduğu “Xroniki obstruktiv bronxitin kəskinləşməsi. NSD kardial tip” diaqnozu ilə olan xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) bəndinə əsasən “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi və xx.xx.1996-cı ildə Goranboy rayonu ərazisində yük maşınından yıxılaraq aldığı və xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu “İ oma fəqərəsinin sınığı. Onurğa beyninin yüngül dərəcəli (L5-S1) kontuziyası diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) bəndinə əsasən TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir və bu barədə MN MHHK-nın xx.xx.2019cu il tarixli, 552 saylı qərarı vətəndaş İddiaçı verilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)-216/2021 nömrəli qətnaməsi ilə İddiaçı ərizəsi təmin edilmiş və onun “xx.xx.1996-cı il tarixdə xidmət etdiyi hərbi hissəyə məxsus QAZ N markalı avtomaşında hərbi xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alması” faktı müəyyən edilmişdir. Qeyd olunan qətnaməni nəzərə alaraq MN MHHK-nın xx.xx.2021-ci il tarixli, 134 nömrəli qərarı ilə İddiaçı xx.xx.1996-cı il tarixdə aldığı “İ oma fəqərəsinin sınığı. Onurğa beyninin yüngül dərəcəli (L5-S1) kontuziyası” diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi dəyişdirilərək “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilmişdir. Həmçinin, vətəndaş İddiaçı iddia ərizəsində yuxarıda qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsini xahiş etsə də, aldığı travma ilə bağlı xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən verilməli olan travma haqqında arayışı cavabdeh inzibati orqana və ya məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, vətəndaş İddiaçı xx.xx.1996-cı il tarixdə aldığı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi mümkün deyildir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı qərarda dəyişiklik edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı qərarda dəyişiklik edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar