Məhkəmə qərarları › İş №2-1(114)-2434/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2434/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2434/2021 16.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, iddiaçılar İddiaçı1 və X2 cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə qarşı Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29.07.1997-ci il tarixli, 09 nömrəli qərarı ilə Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi ərazisindən 0.19 ha həyətyanı torpaq sahəsinə dair JN-198F (kod: ********) saylı şəhadətnaməyə əsasən verilmiş ********** saylı (Reyestr nömrəsi **********64-10301 olan daşınma əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış) çıxarışda düzəliş edilərək sənədin X4 aid hissədə ona, yəni İddiaçı1 məxsus olması faktının və X3 aid hissədə digər iddiaçı Məmmədova (Yolçuyeva) Esmira Rafiq qızına məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 və X5 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29.07.1997-ci il tarixli, 09 nömrəli qərarı ilə Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi ərazisindən 0.19 ha həyətyanı torpaq sahəsinə dair JN-198F (kod: ********) saylı şəhadətnaməyə əsasən verilmiş ********** saylı (Reyestr nömrəsi **********64-10301 olan daşınma əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış) çıxarışda düzəliş edilərək sənədin X4 aid hissədə ona, yəni İddiaçı1 məxsus olması faktının və X3 aid hissədə digər iddiaçı Məmmədova (Yolçuyeva) Esmira Rafiq qızına məxsus olması faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona ailə üzvləri il birlikdə Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 iyul 1997-ci il tarixli 09 nömrəli qərarı ilə Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi ərazisindən 0.19 ha torpaq sahəsi, həmin torpaq sahəsinə dair JN- 198F (kod: ********) saylı şəhadətnamə və həmin şəhadətnamənin əsasında ********** nömrəli çıxarış verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən, ********** nömrəli çıxarışdan və şəxsiyyət vəsiqəsindən görünür ki, onun adı Elmar deyil Elnur kimi, ata adı isə Rafiq deyil Yasin kimi qeyd edilmişdir. X1 doğum haqqında şəhadətnaməsinin və nikah haqqında şəhadətnaməsinin surətlərindən göründüyü kimi ata adı Rafiq deyil Yasin kimi qeyd edilmişdir. Hazırda çıxarışın verilməsi zərurəti yaranmış, lakin həmin faktın məhkəmədən kənar həll edilməsi mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1-ci, 6.1-ci və 6.2-ci bəndində Plenum məhkəmələrə izah etmişdir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, qanunvericiliyin tələblərindən də göründüyü kimi, inzibati orqanın publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, bu cür mübahisələrə məhkəmələrdə baxılması qaydası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyən edici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməmlidir (üstüstə düşməməlidir); ikincisi- həmin sənədlər hüuqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçi hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldıraraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırki işdə göstərilən hallar mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında Ağstafa Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və X2 cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29.07.1997-ci il tarixli, 09 nömrəli qərarı ilə Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi ərazisindən 0.19 ha həyətyanı torpaq sahəsinə dair JN-198F (kod: ********) saylı şəhadətnaməyə əsasən verilmiş ********** saylı (Reyestr nömrəsi **********64-10301 olan daşınma əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış) çıxarışda düzəliş edilərək sənədin X4 aid hissədə ona, yəni İddiaçı1 məxsus olması faktının və X3 aid hissədə digər iddiaçı Məmmədova (Yolçuyeva) Esmira Rafiq qızına məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar