Məhkəmə qərarları › İş №2-1(114)-2434/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2434/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2434/2024 17.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı ölüm akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı XX.XX.1940-cı il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixli ölüm haqqında akt qeydində düzəliş edilməklə, soyadının “Əmiraslanova” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.1956-cı il tarixli 8 nömrəli evlənmə haqqında akt qeydinə əsasən X7 ilə X9 xx.xx.1956-cı il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada “Məmmədəliyeva” soyadı verilmişdir.

2. XX.08.1966-cı il tarixli 10 nömrəli boşanma haqqında akt qeydinə əsasən X7 ilə X3 Rayon Xalq Məhkəməsinin xx.xx.1966-cı il tarixli qətnaməsi əsasında boşanmışlar. Boşanmadan sonra arvada “Əmiraslanova” soyadı verilmişdir.

3. xx.xx.1977-ci il tarixli İ-ЖQ 268556 nömrəli, İ-ЖQ 268559 nömrəli və İ-ЖQ 268555 nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamələrə əsasən, X4 Səmayə Məhəmməd qızından xx.xx.1967-ci il tarixdə doğulmuş X16, xx.xx.1969-cu il tarixdə doğulmuş İddiaçı, xx.xx.1975-ci il tarixdə doğulmuş X17 ataları hesab edilmişdir.

4. Doğum haqqında xx.xx.1977-ci il tarixli İV-ЖQ 462150 nömrəli, İV-ЖQ 462154 nömrəli və İV-ЖQ 462151 nömrəli şəhadətnamələrə əsasən, xx.xx.1967-ci il tarixdə doğulmuş X16, xx.xx.1969-cu il tarixdə doğulmuş İddiaçı və xx.xx.1975-ci il tarixdə doğulmuş X17 ata qrafasında X23, ana qrafasında X6 adı qeyd edilmişdir.

5. xx.xx.2022-ci il tarixli AZ-İİ 288142 nömrəli ölüm haqqında akt qeydinə və xx.xx.2022-ci il tarixli AZ-İİ 288142 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

6. Tovuz Rayon İcra Hakimiyyəti başçısının Dondar Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 167 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı, X20 və X17 anaları mərhum X14 ilə X9 həqiqətən eyni şəxsdir.

7. Cavabdeh xx.xx.2024-cü il tarixli 778/2024 nömrəli arayışında X10 nikahı haqqında akt qeydinin aşkar edilmədiyi göstərilmişdir.

8. İddiaçı mərhum anasının ölüm akt qeydinə düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 54 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, XX.XX.1940-cı ildə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş X9 barəsində doğum haqqında akt qeydi elektron axtarış sistemində yoxlama aparılmış, lakin aşkar olunmadığından Cavabdehndə doğum haqqında şəhadətnamə vermək mümkün olmamışdır.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli3-48-DA/2-586/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1940-cı ilə dair Tovuz rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında (Cavabdeh, Qovlar, Çatax, Keşişkənd, Vahidli, Yuxarı Öysüzlü, Düzqırıxlı, Alakol, Cəlilli, Qədirli, Azaplı, Aşağı Ayıblı, Əlimərdanlı, Böyük Qışlaq, Yanıxlı, Əsrik-Cırdaxan, Şamlıx, Kirən, Aşağı-Quşçu, Bozalqanlı icra nümayəndəlikləri) X10 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Tovuz qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən X14 barəsində verilmiş ölüm haqqında şəhadətnamədə anasının Yusifova soyadının dəyişdirilib Əmiraslanova kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X23 ilə X6 birgə yaşayışınlarından anadan olmuşdur. Atası ilə anasının nikahları qeydə alınmayıb. Atası xx.xx.2005-ci ildə anası, xx.xx.2022-ci ildə vəfat edib. Onun doğum haqqında şəhadətnaməsində anasının soyadı Əmirlaslanova qeyd olunub. Anasının adına tərtib olunmuş ölüm haqqında şəhadətnamədə isə soyadı Yusifova qeyd olunub. Anası soyadının dəyişdirilməsi ilə sağlığında cavabdeh təşkilata ərizə verməyib. Səhv olaraq anasının soyadı ölüm kağızında Yusifova yazılıb. Hesab edir ki, heç bir əsas olmadan anasının soyadı atasının soyadına uyğunlaşdırılıb. Halbuki, anasının soyadının Yusifov kimi qeyd olunmasına heç bir qanuni əsas olmayıb. O, cavabdeh təşkilata anasının ölüm kağızında soyadının texniki səhv olaraq yazıldığını və ona görə də ölüm kağızında anasının soyadının dəyişdirilməsi ilə rəsmi müraciət etsə də, cavabdeh imtina edilmişdir. Halbuki, anasının soyadının ölüm kağızında səhv olaraq yazılması cavabdeh təşkilatın səhvidir. Yuxarıda qeyd etdiy kimi Əmiraslanova soyadının Yusifova ilə dəyişdirilməsinə heç bir qanuni əsas olmayıb. Ona görə də Yusifova qeydinin Əmiraslanova kimi yazılması Cavabdeh vəzifə borcudur.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, XX.XX.1940-cı il təvəllüdlü X10 xx.xx.2022ci il tarixli ölüm haqqında akt qeydində düzəliş edilməklə, soyadının “Əmiraslanova” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdehin yerləşdiyi yer olan Tovuz şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

22. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.

23. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1956-cı il tarixli 8 nömrəli evlənmə haqqında akt qeydi; - xx.xx.1977-ci il tarixli İV-ЖГ 462150 nömrəli doğum haqqında və xx.xx.1977-ci il tarixli İ- ЖГ 268555 nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamələr; - xx.xx.1977-ci il tarixli İV- ЖГ 462154 nömrəli doğum haqqında və xx.xx.1977-ci il tarixli İ- ЖГ 268559 nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamələr; - xx.xx.1977-ci il tarixli İV- ЖГ 462151 nömrəli doğum haqqında və xx.xx.1977-ci il tarixli İ- ЖГ 268556 nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamələr; - XX.XX.1966-cı il tarixli 10 nömrəli boşanma haqqında akt qeydi; - xx.xx.2022-ci il tarixli AZ-İİ 288142 nömrəli ölüm haqqında akt qeydi; - xx.xx.2022-ci il tarixli AZ-İİ 288142 nömrəli ölüm haqqında şəhadətnamə; - Tovuz Rayon İcra Hakimiyyəti başçısının Dondar Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 167 nömrəli arayışı; - Cavabdeh xx.xx.2024-cü il tarixli 778/2024 nömrəli arayışı; - Cavabdeh xx.xx.2024-cü il tarixli 54 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2024cü il tarixli3-48-DA/2-586/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mərhum anası X9 xx.xx.1956-cı il tarixdə X7 ilə nikaha daxil olaraq, nikahdan sonra onun soyadını götürmüş, daha sonra Tovuz Rayon Xalq Məhkəməsinin xx.xx.1966-cı il tarixli qətnaməsi əsasında boşandıqdan sonra ona “Əmiraslanova” soyadı verilmişdir. X9 bundan sonra X23 ilə faktiki ailə qurmuş və onların birgə yaşayışlarından xx.xx.1967-ci il tarixdə X20, xx.xx.1969-cu il tarixdə İddiaçı, xx.xx.1975-ci il tarixdə X21 adlı uşaqları doğulmuşdur.

28. X9 ilə X18 arasında rəsmi nikah bağlanmadığından xx.xx.1977-ci il tarixli İ-ЖQ 268556 nömrəli, İ-ЖQ 268559 nömrəli və İ-ЖQ 268555 nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamələrə əsasən, X4 Səmayə Məhəmməd qızından xx.xx.1967-ci il tarixdə doğulmuş X16, xx.xx.1969-cu il tarixdə doğulmuş İddiaçı, xx.xx.1975-ci il tarixdə doğulmuş X17 ataları hesab edilmiş, bundan sonra həmin şəxslərə doğum haqqında xx.xx.1977-ci il tarixli İV-ЖQ 462150 nömrəli, İV-ЖQ 462154 nömrəli və İV-ЖQ 462151 nömrəli şəhadətnamələr verilməklə, ata qrafasında X23, ana qrafasında X6 adı qeyd edilmişdir.

29. X6 xx.xx.2022-ci il tarixdə ölməsi ilə onun ölümü barədə Tovuz “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə akt qeydi tərtib edilmiş və buna müvafiq olaraq xx.xx.2022-ci il tarixli AZ-İİ 288142 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir.

30. Həmin ölüm haqqında akt qeydi və ölüm haqqında şəhadətnamədə X2 “Yusifova” kimi qeyd edilmişdir.

31. Hazırda İddiaçı mərhum anasının ölüm akt qeydinə düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 54 nömrəli cavab məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir.

32. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

33. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

35. Göründüyü kimi, iddiaçının mərhum anası XX.XX.1940-cı il tarixdə doğulmuş X9 ilə X23 arasında rəsmi nikahın bağlanmamasına (nikahın qeyd edilməməsinə), bununla da X1 soyadını qəbul etməməsinə baxmayaraq, Tovuz “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə X6 xx.xx.2022-ci il tarixdə ölməsi ilə bağlı ölüm akt qeydi tərtib edilərkən yalnışlığa yol verilərək, soyadı “Yusifova” kimi qeyd edilmişdir.

36. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, XX.XX.1940-cı il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixli ölüm haqqında akt qeydində düzəliş edilməklə, soyadının “Əmiraslanova” kimi qeyd olunması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. XX.XX.1940-cı il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixli ölüm haqqında akt qeydində düzəliş edilməklə, soyadının “Əmiraslanova” kimi qeyd olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar