Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2435/2024 27.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Doğum haqqında AZ-İİ 038183 nömrəli şəhadətnaməyə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2007-ci il tarixində anadan olmuşdur, ata qrafasında Qanuni nümayəndə, ana qrafasında X1 qeyd edilmişdir. xx.xx.2008-ci il tarixli,01 nömrəli doğum haqqında akt qeydinə əsasən X2 xx.xx.2007ci il tarixində anadan olmuşdur, ata qrafasında Qanuni nümayəndə, ana qrafasında X1 qeyd edilmişdir. İddiaçının nümayəndəsi olan Qanuni nümayəndə Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək övladının soyadının İslamzadə qeyd edilməsini xahiş etmişdir. Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-133/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, övladının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3 maddəsinə əsasən uşağın soyadı valideyinlərin soyadı ilə müəyyən edilir, müvafiq tələblə məhkəımə müraciət edə bilər. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun doğum haqqında akt qeydində düzəliş edilərək soyadının “İslamzadə” kimi qeyd edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2007-cı ildə Bərdə rayonunun, Yenidaşkənd anadan olmuş, atası Qanuni nümayəndə, anası- Kərimova Afaq qızıdır. O, şəxsiyyət vəsiqəsini almaq üçün ASAN xidmət mərkəzinə meraciət etdikdə ona bildirilmişdir ki, arxiv məlumatlarında soyadı “Kərimova” kimi qeyd edilmişdir. Halbuki, onun bütün sənədlərində, o cümlədən ona məxsus AZ-İİ 038183 saylı doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və xx.xx.2023-cü il tarixli ümumi orta təhsil haqqında C-781630 saylı attestatda soyad, ad və ata adı düzgün formada yazılsa da, doğum haqqında akt qeydində soyadı “Kərimov” yazılmışdır. Ona məxsus doğum haqqında akt qeydində soyadının düzəliş edilməsinə dair cavabdeh orqana müraciətinə sonuncu tərəfindən imtina cavabı verilərək məhkəməyə müraciət etməyinizi tövsiyə edirlmişdir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsi iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi doğum akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İşdəki sənədlərlə müəyyən edilir ki, iddiaçının doğum haqqında akt qeydində onun soyadı Kərimli kimi qeyd edilsə də, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində, o cümlədən Doğum haqqında AZ-İİ 038183 nömrəli şəhadətnamədə İddiaçı kimi qeyd edilmişdir. Bu da iddiaçının soyadına dair məlumatların qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının doğum haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının soyadı barəsində məlumat düzgün qeyd edilməmişdir. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində İddiaçı subyektiv hüququ pozulmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı məxsus olan 01 nömrəli, 11 yanvar 2008-ci il tarixli doğum haqqında akt qeydində düzəliş edilərək soyadının “İslamzadə” kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus olan 01 nömrəli, 11 yanvar 2008-ci il tarixli doğum haqqında akt qeydində düzəliş edilərək soyadının “İslamzadə” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2435/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2435/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver