Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2436/2021 16.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, iddiaçı X1 cavabdeh Ağstafa rayon Polis şöbəsinə qarşı doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı Svimonişvili Sapiko Vasilyevna cavabdeh Ağsatafa rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə 15.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 18.05.1925-ci il təvəllüdlü nənəsi X2 doğumu haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsində cavabdeh qismində cəlb edilmiş Ağstafa rayon Polis şöbəsi hazırki iddiaya cavab verməli olan inzibati orqan deyil. Başqa sözlə polis orqanları doğum haqqında şəhadətnamə vermək hüququ və yaxud vəzifəsi daşımır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının nümayəndəsi Cavabdehnə müraciət etmişdir. Lakin verilmiş cavabın məzmunundan görünür ki, cavab imtina xarakterli deyil. Yəni nümayəndəyə müraciətin forması və aidiyyəti izah edilmişdir. Bundan əlavə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı Gürcüstan Respublikasının vətandaşıdır və həmin ölkədə yaşayır. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın 13-cü maddəsinin 1-ci bəndinə görə Razılığa gələn Tərəflər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında sənədlərin bilavasitə Razılığa gələn Tərəflərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə orqanlar vasitəsilə və sənədlərin ötürülməsi haqqında vətəndaşları məlumatlandırmaqla, sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər. Göründüyü kimi Konvensiyaya qoşulmuş ölkələrin vətəndaşları üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında sənədlərin əldə edilməsi qaydası müəyyən edilmişdir. Odur ki, iddiaçı sözügedən Konvensiyanın tələblərinə uyğun qaydada müvafiq səlahiyyətli qurumlar vasitəsilə hazırda tələb etdiyi sənədi əldə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı X1 cavabdeh Ağstafa rayon Polis şöbəsinə qarşı doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2436/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2436/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver