Məhkəmə qərarları › İş №2-1(114)-2436/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2436/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2436/2025 24.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Şəmkir rayonu Düyərli kənd nümayəndəliyi tərəfindən tərtib olunmuş 08 may 1965-ci il tarixli 149 nömrəli doğum akt qeydində adının “Rehan”dan “Reyhan”a, ata adının “Əmirah”dan “Əmrah”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Doğum haqqında xx.xx.1965-ci il tarixli 149 nömrəli akt qeydinə əsasən X6 xx xxxxx 1965-ci ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olmuşdur. Bu barədə 08 may 1965-ci il tarixdə Şəmkir rayonunun Düyərli kənd icra nümayəndəliyində 149 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X4r.

2. 12.08.1989-cu il tarixli РВ 042392 nömrəli diplomdan görünür ki, İddiaçı 1984-cü ildə C.M.Kirov adına X13 ordeni Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1989-cu ildə orada fizika ixtisası üzrə tam kursu bitirmişdir. X3 xx.xx.1989-cu il tarixli qərarı ilə ona fizikşünas, fizika müəllimi ixtisası verilmişdir.

3. Ölüm haqqında xx.xx.2003-cü il tarixli 19 nömrəli akt qeydinə və xx.xx.2003-cü il tarixli AZ-İ 047090 nömrəli şəhadətnaməyə əsasən X8 xx.xx.2003-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 19 nömrə ilə qeyd edilmişdir.

4. Ölüm haqqında xx.xx.2024-cü il tarixli AZ-İİ 45698 nömrəli şəhadətnaməyə əsasən X5 xx.xx.2016-cı il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 41 nömrə ilə qeyd edilmişdir.

5. İddiaçı doğum haqqında akt qeydində adının “Rehan”dan “Reyhan”a, ata adının “Əmirah”dan “Əmrah”a düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-2916 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməlidir.

6. Cavabdeh xx.xx.2024-cü il tarixli 2693 nömrəli arayışına əsasən X6 xx xxxxx 1965-ci ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olmuşdur. Bu barədə 08 may 1965-ci il tarixdə Şəmkir rayonunun Düyərli kənd icra nümayəndəliyində 149 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X4r.

7. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-16-5/8-05 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Əmirah qızının nikahı və övladları barədə məlumatın öyrənilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, nikah və doğum haqqında akt qeydi aşkar olunmamışdır.

8. İddiaçı fərdi uçot kartoçkasından görünür ki, İddiaçı xx xxxxx 1965-ci ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olmuşdur. II. Məhkəmədə icraat

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Düyərli kənd nümayəndəliyi tərəfindən tərtib olunmuş 08 may 1965-ci il tarixli 149 nömrəli doğum akt qeydində adının “Rehan”dan “Reyhan”a, ata adının “Əmirah”dan “Əmrah”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1965-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuşdur. Bu barədə 08 may 1965-ci il tarixdə Şəmkir rayonunun Düyərli kənd nümayəndiliyində tərtib olunmuş 149 nömrəli doğum haqqında akt qeydində ata qrafasında X7, həmçinin adı "Rehan" qeyd edilmişdir. Sonuncu dəfə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etmiş və şəxsiyyət vəsiqəsini dəyişdikdən sonra doğum haqqında şəhadətnaməsində adı və ata adının yanlış qeyd edildiyini bildirmişlər. Daha sonra doğum haqqında şəhadətnaməsində adının "Rehan" ata adının "Əmirah" kimi qeyd edildiyini öyrənmişdir. Ona məxsus bütün sənədlərində "İddiaçı" kimi qey edilmişdir. Lakin, tək doğum qeydində adı "Rehan" ata adı "Əmirah" kimi qeyd edilmişdir. Bununla bağlı Şəmkir Rayonu qeydiyyat şöbəsinə müraciət etdikdə onların səlahiyyəti xaricində olduğunu və məhkəməyə müraciət etməyini bildirmişlər.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdehin yerləşdiyi yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

20. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

21. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Doğum haqqında xx.xx.1965-ci il tarixli 149 nömrəli akt qeydi; - 12.08.1989-cu il tarixli РВ 042392 nömrəli diplom; - Ölüm haqqında xx.xx.2003-cü il tarixli 19 nömrəli akt qeydi; - Ölüm haqqında xx.xx.2003-cü il tarixli AZ-İ 047090 nömrəli şəhadətnamə; - Ölüm haqqında xx.xx.2024-cü il tarixli AZ-İİ 45698 nömrəli şəhadətnamə; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-2916 nömrəli imtina məktubu; - Cavabdeh xx.xx.2024-cü il tarixli 2693 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-16-5/8-05 nömrəli cavab məktubu; - X2 fərdi uçot kartoçkası.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. İş materiallarından müəyyən olur ki, İddiaçı ona məxsus xx.xx.1965-ci il tarixli 149 nömrəli doğum haqqında akt qeydində ata adının texniki səhv olaraq Əmrah əvəzinə Əmirah kimi, adının isə Reyhan əvəzinə Rehan kimi qeyd olunduğunu əsas gətirməklə, akt qeydində ad və ata adına düzəliş edilməsini Cavabdehndən xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2024-cü il tarixli cavab məktubu ilə buna kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməli olmadı bildirilmişdir.

27. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

30. 12.08.1989-cu il tarixli РВ 042392 nömrəli diplomdan görünür ki, İddiaçı 1984cü ildə C.M.Kirov adına X13 ordeni Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1989cu ildə orada fizika ixtisası üzrə tam kursu bitirmişdir. X3 xx.xx.1989-cu il tarixli qərarı ilə ona fizikşünas, fizika müəllimi ixtisası verilmişdir.

31. Ölüm haqqında xx.xx.2003-cü il tarixli 19 nömrəli akt qeydinə və xx.xx.2003-cü il tarixli AZ-İ 047090 nömrəli şəhadətnaməyə əsasən X8 xx.xx.2003-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 19 nömrə ilə qeyd edilmişdir.

32. İddiaçı fərdi uçot kartoçkasından görünür ki, İddiaçı xx xxxxx 1965-ci ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olmuşdur.

33. Yəni, İddiaçı doğum haqqında akt qeydində adı səhvən Rehan kimi, ata adı isə Əmirah kimi qeyd edilmişdir. Lakin iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçının ad, soyad və ata adı İddiaçı kimi qeyd edilmişdir.

34. Bu isə o deməkdir ki, həqiqətən də İddiaçı doğum akt qeydində səhvə yol verilmiş, iddiaçının adı və ata adı barəsində məlumat düzgün qeyd edilməmişdir.

35. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində İddiaçı subyektiv hüququ pozulmuşdur.

36. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Şəmkir rayonu Düyərli kənd nümayəndəliyi tərəfindən tərtib olunmuş 08 may 1965-ci il tarixli 149 nömrəli doğum akt qeydində adının “Rehan”dan “Reyhan”a, ata adının “Əmirah”dan “Əmrah”a düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Şəmkir rayonu Düyərli kənd nümayəndəliyi tərəfindən tərtib olunmuş 08 may 1965ci il tarixli 149 nömrəli doğum akt qeydində İddiaçı adının “Rehan”dan “Reyhan”a, ata adının “Əmirah”dan “Əmrah”a düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar