Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2438/2022 23.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə Şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi X3 Zavodu ASC-də, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi SSRİ ordu sıralarında hərbi xidmətdə olmasını, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixə kimi X3 zavodunda və xx.xx.1978-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi "xxxx" ASC-də işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 01 mart 1978-ci ildən 02 oktyabr 1996-cı ilə kimi "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini və ona yaşa görə əmək pensiyası təyin olunmasını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04 may 1975-ci ildən 10 may 1977-ci ilə kimi SSRi ordusunda hərbi xidmətdə olmuş, 1973-cü ildən 1975-ci ilə kimi X3 Zavodunda, 1977-ci ildən isə X3 Zavodunda işləmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 1977-ci ildən 1978-ci ilin mart ayının 1-nə qədər X3 Zavodunda, 1 Mart 1978-ci ildən - 1996-cı ilə gədər 3 nömrəli Dəmir Beton məmulatları zavodunda çilingər vəzifəsinə qəbul olmuş və 1996-cı il tarixdə həmin vəzifədən azad olmuşdur. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Gəncə şəhər şöbəsinə müraciət etsə də «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən onun 25 il sosial siğorta stajı təsdiq olunmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Əmək kitabçasında qeyd etdiyi əmək fəaliyyəti öz təsdiqini tapır. İşlədiyi müddət DSMF-nin Gəncə şəhər şöbəsində sosial sığorta stajı hesablanmamışdır. Halbuki, «Əmək Pensiyaları haqqında» Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci maddəsinə əsasən sığortaolunanların yaranmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 1978-ci ildən 1996-ci ilə gədər 3 nömrəli Dəmir Beton məmulatları zavodunda çilingər vəzifəsinə qəbul olunmuş və 1996-cı il tarixdə həmin vəzifədən azad olma faktı əmək kitabçası ilə öz təsdiqini tapır. Lakin zavodun arxiv sənədləri hərbi hissə həmin əraziyə köçdüyü üçün yoxa çıxmış və bu səbəbdən də bir neçə il barədə əmək haqqından hesablamalar çıxarıb təqdim etsə də digər illərə dair hesablamalar təqdim edə bilmədiyindən ona imtina məktubu verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 23 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İddiaçı qanunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2021-ci il tarixdə çatmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş 147935 nömrəli hərbi biletə görə İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Hansı ki, həmin müddət ümumilikdə 02 il 06 gün təşkil edir. İddiaçı 15 sentyabr 1973-cü il tarixdə tərtib olunmuş əmək kitabçasında onun xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasında qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı əmək kitabçasında qeyd olunmuş "xxxx" ASC-də işlədiyi dövrdə 1979-cu il tarixdə 6 ay, 1980-ci il tarixdə 6 ay, 1982-ci il tarixdə 12 ay, 1983-cü il tarixdə 6 ay, 1984-cü il tarixdə 6 ay, 1985-ci il tarixdə 12 ay, 1986-cı il tarixdə 6 ay, 1987-ci il tarixdə 6 ay, 1989-cu il tarixdə 6 ay və 1996-cı il tarixdə 9 ay əməkhaqqı almamışdır.Tərtib olunmuş qarşılıqlı yoxlama aktında iddiaçının 1978-ci il iyul-dekabr ayları, 1979-cu il üzrə iyul-dekabr ayları, 1980-ci il yanvar-iyun ayları üzrə, 1981-ci il bütün aylar üzrə, 1983-cü il iyul- dekabr ayları üzrə, 1984-cü il yanvar-iyun ayları üzrə, 1986-cı il tarixi yanvariyun ayları üzrə, 1987-ci il üzrə yanvar-iyun ayları üzrə, 1988-ci il bütün aylar, 1989-cu il yanvariyun ayları üzrə, 1990-cı il bütün aylar üzrə, 1991-ci il fevral-dekabr ayları üzrə, 1992,1993,1994,1995-ci illər bütün aylar üzrə əməkhaqqı aldığı göstərilmişdir. Həmçinin, İddiaçı xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 6 ay 21 gün sığorta stajına uyğun olaraq 12618.60 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 1970.35 manat olmaqla, ümumilikdə 14588,95 təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunann 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasınınn minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.1973-cü il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, xx.xx.1986-cı il tarixli, BB 147935 nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubu, X5 filialının xx.xx.2022-ci il tarixli, 995(271)/3 nömrəli arayışı, "xxxx" ASC-nin 09 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının 01 mart 1978ci ildən 02 oktyabr 1996-cı ilə kimi "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, həmin dövr yoxlanıldığı zaman iddiaçıya əmək haqqı ödənilmədiyi üçün, həmin illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Halbuki, iddiaçının iddiaçının 01 mart 1978-ci ildən 02 oktyabr 1996-cı ilə kimi "xxxx" ASCdə işlədiyi dövr iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan xx.xx.1997-ci il tarixli, ******* nömrəli nömrəli əmək kitabçasından məlum olur ki, İddiaçı 01 mart 1978-ci ildən 02 oktyabr 1996-cı ilə kimi "xxxx" ASC-də işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının 01 mart 1978-ci ildən 02 oktyabr 1996-cı ilə kimi "xxxx" ASC-də işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Bundan başqa, İddiaçı iddia tələbində hüququ yarandığı tarixdən ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda; 2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2021-ci il 1 iyulundan - 2022-ci ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Bununla yanaşı iddiaçının 01 mart 1978-ci ildən 02 oktyabr 1996-cı ilə kimi X7 Zavodu ASC-də işlədiyi dövr də daxil edilməklə, ümumilikdə 25 il sığorta stajı tamam olur və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının 01 mart 1978-ci ildən 02 oktyabr 1996-cı ilə kimi X7 Zavodu ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 01 mart 1978-ci ildən 02 oktyabr 1996-cı ilə kimi X7 Zavodu ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2438/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2438/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver