Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2438/2024 21.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2, üçüncü şəxs X7 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə(üçüncü şəxs X7) qarşı “Cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Mübahisənin qısa şərhi: İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə - iddiaçılar) xx.xx.2024-cü il tarixdə Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək onun xx.xx.2000-ci ildə X8 anadan olması barədə Cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 nömrəli akt qeydinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə istinad edərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. İmtina ilə razılaşmayan iddiaçılar xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onlar 12 aprel 1991-ci ildə ailə qurmuşlar və birgə nikahlarından 4 övladı o, cümlədən 18 may 1997-ci ildə Ağcabədi rayon Qiyaməddinli (əvvəl Qiyamadınlı) kəndində X17 (Əbilfəz) oğlu adlı adında hazırda şəhid oğulları anadan olmuşdur. X1 barəsində Ağcabədi rayon Arasbar kənd icra nümayəndəliyində 17 iyul 1997-ci il tarixli 72 nömrəli doğum akt qeydi tətrib edilmiş və ona XX-KT No 377150 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Şəxsiyyət vəsiqəsində adı Əbilfəz kimi göstərilsə də nikah haqqında şəhadətnaməsində və övladlarının doğum haqqında şəhadətnamələrində o, cümlədən oğlu Samir Məmmədovun doğum haqqında akt qeydində onun adı Əbülfəz kimi qeyd edilmişdir. Həmin sənədlərdə göstərilən Əbülfəzlə şəxsiyyət vəsiqəsində qeyd edilmiş Əbilfəzin eyni şəxs olmasının təsdiq edilməsinə dair Xocalı şəhər İN-yi tərəfindən verilmiş arayışı ərizələrinə əlavə etmişlət. Əbilfəzin qarsdaşı X7 və onun birinci arvadı mərhum X5 övladı olmadığından onlar oğulları Samiri kiçik yaşlarında onlara verməyə razılaşsaq da onun övladlığa verilməsi qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilməmişdi və onlar uşağı sənədinin öz adları, soyadları qalması şərti ilə razılaşıb vermişdilər. Onlar oğullarını daimi olaraq övladlığa vermək niyyətində olmamışlar. Samir Aqilin birinci arvadı X9 vəfat edənədək onlarla birlikdə yaşamış, Reyhanın vəfatından sonra isə Aqil ikinci dəfə ailə qurmuş və həmin qadın Samiri istəmədiyindən onunla yola getməmiş və Samir demək olar ki, daima onlarla birlikdə yaşamışlar. X2 MAXHHQ kimi hərbi qulluqçu olmuş və o, 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikası ərazisində aparılan antiterror əməliyyatları zamanı şəhid olmuş və onun xx.xx.2023-cü ildə vəfat etməsinə dair Bərdə ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində xx.xx.2023-cü tarixli 123 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Qeyd edirik ki, oğulları şəhid olan zaman onun kimliyini müəyyən etmək məqsədilə onun valideyləri kimi onların hər ikisindən “DNT” analizi üçün nümumələr götürülmüş və onların onun bioloji valideyinləri olmağı müəyyən edilmişdir. Oğulları Samir şəhid olduqdan sonra bioloji valideyn olmaqları müəyyən edilən zaman onlara məlum olmuşdur ki, Aqil Məmmədov onların məlumatı və razılığı olmadan oğulları Samirin adına Cavabdehndə qanunsuz olaraq guya onun xx.xx.2000-ci ildə Əsgəran rayon Aranzəmin kəndində anadan olmasına dair xx.xx.2000-ci il tarixli, 14 nömrəli saxta doğum akt qeydi tərtib olunmuşdur. Oğulları şəhid olduqdan sonra həmin doğum haqqında akt qeydi əsasında da onun adına Bərdə Asan Xidmət Mərkəzinin qediyyyat şöbəsində ölüm akt qeydi tərtib edilmişdir. Bununla əlaqədar onlar həmin saxta doğum akt qeydi ilə bağlı hüquq mühafizə orqanlarına şikayətlər etmişlər, şikayətləri üzrə Naftalan şəhər Polis Şöbəsində, həmçinin Goranboy rayon prokurorluğunda araşdırma aparılmışdır. Toplanmış material üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı1 (Əbülfəz) mərhum atası X13 tərəfindən oğulları Samir Məmmədovun 3 yaşı olmasına və onun adına Ağcabədi rayon Arasbar kənd icra nümayəndəliyində tərtib edilmiş 17 iyul 1997-ci il tarixli 72 nömrəli doğum akt qeydi olmasına baxmayaraq Samirin guya xx.xx.2000-ci ildə Əsgəran rayon Aranzəmin kəndində anadan olmasına dair Xocalı rayon Mərkəzi Poliklinikasından saxta doğum arayışı əldə etmiş və həmin arayış əsasında xx.xx.2000-ci ildə Cavabdehndə 17 avqust 2000-ci il tarixdə 14 nömrəli saxta doğum haqqında akt qeydi tərtib etdirmiş, lakin həmin saxta doğum arayışını vermiş və saxta doğum akt qeydi tərtib etdirmiş şəxslərin vəfat etməsi səbəbindən Naftalan şəhər polis şöbəsinin 18 dekabr 2023-cü il tarixli qərarı və Goranboy Rayon Prokurorluğunun 17 yanvar 2024-cü il tarixli qərarına əsasən hər iki araşdırma üzrə cinayət işi başlanması rədd edilmişdir. Bununla belə həmin qərarlara əsasən oğulları Samir Məmmədovun adına, X3 verilmiş doğum haqqında tibbi arayış, həmçinin oğullarının xx.xx.2000-ci 11 tarixdə anadan olmasına dair Cavabdehndə tərtib edilmiş xx.xx.2000-ci il tarixli, 14 nömrəli doğum akt qeydi saxta sənəd hesab edilmişdir. Həmin doğum akt qeydinin onların məlumatı olmadan saxta tərtib edilməsi özü də sübut edir ki, onlar heç vaxt oğullarını rəsmi qaydada Aqilə övladlığa vermək fikirləri olmamışdır. Əgər onların belə bir razılığı olsa idi bunu məhkəmə qaydasında edərdilər. Biz oğullarının xx.xx.2000-ci ildə Əsgəran rayon Aranzəmin kəndində anadan olmasına dair xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 saylı saxta doğum akt qeydinin ləğv edilməsi barədə Cavabdehnə müraciət etmişlər, lakin həmin şöbə 15 fevral 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı məktubla müraciətlərinin icrasından imtina etmişdir. Bundan başqa onlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə də müraciət etmişlər, lakin bu məsələyə məhkəmə qərarına əsasən mümkündür. Yuxarıda qeyd edilənlərə əsasən hesab edillər ki, hazırda şəhid olan X1 adına, guya onun xx.xx.2000-ci il tarixdə Əsgəran rayon Aranzəmin kəndində anadan olmasına dair Cavabdehndə tərtib edilmiş 14 nömrəli saxta doğum akt qeydi ləğv edilməlidir. Məhkəmənin 03 iyun 2024-cü il tarixli 2-1(114)-2438/2024 nömrəli qərardadı əsasında X14 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar ayrı-ayrılıqda iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişlər ki, doğum akt qeydi barəsində əvvəllər xəbərləri olmamış, yalnız oğulları şəhid olandan sonra bimişlər ki, belə bir saxta doğum akt qeydi mövcuddur. Həmçinin qeyd etmişlər ki, onlar övladları X21 övladlığa verməmişlər. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı1 onun qardaşıdır, İddiaçı2 isə qardaşının arvadıdır. Hazırda şəhid olan X15 qardaşının oğlu olmuş və ona, onun övladı olmadığı üçün, verilmişdir. Uşaq ona verilən zaman uşağın 3 yaşı olmuşdur. Uşağın doğum akt qeydinin saxtalaşdırılmasını o, yox, onun atası Xasay Məmmədov etmişdir, lakin o, hazırda ölmüşdür. Cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişlərdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İşdəki sənədlərə görə: - iddiaçılara və üçüncü şəxsə məxsus şəxsiyyət vəsiqələrinin surətləri. - Bərdə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli X11 adına verilmiş arayışdan müəyyən olunur ki, o, xx.xx.2023-cü il tarixdə vəfat etməsi barədə xx.xx.2023-cü il tarixli 123 nömrəli ölüm akt qeydi tərtib olunmuşdur. -Cavabdeh 15 fevral 2024-cü il tarixli 14 saylı arayışdan müəyyən olunur ki, X15 xx.xx.2000-ci il tarixdə Əskəran rayonu Aranzəmin kəndində anadan olmuş və bu barədə xx.xx.2000-ci il tarixdə Naftalan şəhər Qeydiyyat şəbəsində 14 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş, ata qrafasında X14, ana qrafasında isə X9 qeyd edilmişdir. - Ağcabədi rayonu Arasbar kənd nümayəndəliyi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş XX-ЖГ № 377150 doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.1997-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, ata qrafasında X12, ana qrafasında isə İddiaçı2 qeyd edilmişdir. - Xocalı şəhər XDS tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş V-ЖГ № 333700 nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X12 ilə İddiaçı2 arasında xx.xx.1991-ci il tarixdə 12 saylı akt qeydi ilə nikah bağlanmışdır. - Xocalı rayon İHB-nın Xocalı şəhər İ.Ə.D.Ü. nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-51-1/3-2-240 nömrəli arayışdam maəyyən olunur ki, İddiaçı1 ilə, X4 doğum haqqında şəhadətnaməsində qeyd edilmiş X12 eyni şəxsdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16/2-4189/2024 nömrəli məktubu. - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-xx-xx/2024 nömrəli məktub. - Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli 14 nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X15 xx.xx.2000-ci il tarixdə Əskəran rayonu Aranzəmin kəndində anadan olmuş ata qrafasında X14, ana qrafasında isə X9 qeyd edilmişdir. - Naftalan şəhər Polis şöbəsinin 18 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının hissəvi olaraq rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan müəyyən olunur ki, X13 və X6 əməlində cinayət tərkibi olsa da, hər iki şəxs vəfat etdiyindən cinayət işinin başlanması rədd edilmişdir. - Goranboy rayon prokurorluğunun 17 yanvar 2024-cü il tarixli qərarından müəyyən olunur ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş, 2000-ci ildə qeyri-rəsmi olaraq bioloji atası İddiaçı1 tərəfindən sonuncunun qardaşı Aqil Məmmədova övladlığa verilmiş Samir Məmmədov üçün babası X22 rayon mərkəzi poliklinikasından əldə etdiyi doğum arayışından istifadə edərək Cavabdehndən Samir Məmmədovun xx.xx.2000-ci il tarixdə doğulması və atasının Aqil Məmmədov kimi qeyd edildiyi yeni doğum haqqında şəhadətnamə əldə etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir 159.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1 və 160.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur 166-cı maddənin tələblərinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır (166.1). Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir (166.2). Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülür (166.3). “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın: 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Beləliklə, doğumun qeydiyyatı barədə Ailə Məcəlləsinin və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heç kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıların iddiası hazırda şəhid olmuş oğulları X8 adına Cavabdeh tərəfindən açılmış xx.xx.2000-ci il tarixli 14 saylı doğum akt qeydinin ləğv edilməsidir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıların müraciətləri nəticəsində Naftalan şəhər Polis şöbəsi və Goranboy rayon prokurorluğu tərəfidən araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş, 2000-ci ildə qeyri-rəsmi olaraq bioloji atası İddiaçı1 tərəfindən sonuncunun qardaşı Aqil Məmmədova övladlığa verilmiş Samir Məmmədov üçün babası X22 rayon mərkəzi poliklinikasından əldə etdiyi doğum arayışından istifadə edərək Cavabdehndən Samir Məmmədovun xx.xx.2000-ci il tarixdə doğulması və atasının Aqil Məmmədov kimi qeyd edildiyi yeni doğum haqqında şəhadətnamə əldə etmişdir. Bu halı məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində cəlb edilmiş Aqil Məmmədov vermiş olduğu izahatı ilə təsdiq etmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olduğundan həmin qeydlər qanunsuz inzibati akt olaraq ləğv edilməli, qeydlər əsasında verilmiş doğum haqqında şəhadətnamə isə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. xx.xx.2000-ci il təvəllüdlü X15 barədə Cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2438/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2438/2024
21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver