Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2440/2024 20.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Goranboy rayon qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Goranboy rayon qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Goranboy rayon qeydiyyat şöbəsinə qarşı həyat yoldaşı haqqında Goranboy rayonu Xanqərvənd kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1950-ci il tarixli 34 nömrəli doğum haqqında akt qeydində soyadı, adı və ata adı kimi göstərilən “X10” ilə oğlu X2, qızları X3 və X4 doğum haqqında şəhadətnamələrində və həyat yoldaşının şəxsiyyət vəsiqəsində, nikahın bağlanması haqqında şəhadətnaməsində və ölüm haqqında şəhadətnaməsində onun adı, soyadı və ata adı kimi qeyd edilən “X9” adı, soyadı və ata adının eyni şəxsə məxsus olması faktını müəyyən etməklə, xx.xx.1950ci il tarixli 34 nömrəli doğum haqqında akt qeydində X1 qeydiyyat aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X9 xx.xx.1950-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. X9 xx.xx.2023-cü ildə Goranboy rayonunda vəfat etmişdir. X9 vəfat etdiyi günə qədər Naftalan şəhərində qeydiyyatda olmaqla, orada onunla - İddiaçı, oğulları X6, qızları X7 və X8 ilə birlikdə Naftalan şəhəri, H.Əliyev küçəsi, ev 28, mənzil 03-də yaşamışdır. Hazırda o, qızları X7 və X8 ilə birlikdə Naftalan şəhəri, H.Əliyev küçəsi, ev.28, mənzil 03-də yaşayır. O, hazırda işləmir və pensiyada olan laborant həkimdir. X5 pensiyasının onun pensiyasından artıq olan hissəsinin onun pensiyasına əlavə edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər qəbul şöbəsinə müraciət etdikdə tələb edilən sənədlər içərisində ondan X5 doğum haqqında şəhadətnaməsi də tələb edilmişdir. Həmin sənədi evdə axtarıb tapa bilmədiklərindən oğlu X6 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Goranboy rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Ədliyyə Nazirliyinin Goranboy rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/ 8-15-08 /2024 nömrəli cavab məktubunda Goranboy rayon qeydiyyat şöbəsi müraciətinə cavab olaraq bildirmişdir ki, oğlu X2 doğum haqqında şəhadətnaməsində və İsmayıl Muradovun ölüm haqqında şəhadətnaməsində onun adı, soyadı və ata adının "X9" qeyd edilməsinə baxmayaraq, İsmayıl Muradov haqqında Goranboy rayonunun Xanqərvənd kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1950-ci il tarixli 34 nömrəli doğum haqqında akt qeydində soyadı, adı və ata adı "X10" qeyd edilmişdir. Həyat yoldaşının adında ziddiyyət olduğu üçün oğluna doğum haqqında arayış verilməmişdir. Buna görə də cavab məktubunda məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-6537/2024 nömrəli qərardadı ilə hazırki iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
5. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək bildirilmişdir ki, hüquqi marağı X5 xx.xx.1950-ci il 34 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Ona görə də tələb həmin şəkildə qeyd edilməlidir. Digər tərəfdən, cavabdeh orqana müraciət onun tərəfindən deyil, X6 tərəfindən edilmişdir. Halbuki, iddia onun tərəfindən qaldırıldığı üçün cavabdeh orqana eyni məzmunlu müraciət də onun tərəfindən edilməli idi. Bu səbəbdən dəqiqləşdirilmiş iddia ərizəsini və həmin tələblə eyni məzmunlu tələblə cavabdeh orqana müraciət etməsi, həmin ərizəni və yaxud cavab alacağınız təqdirdə cavabdeh orqanın cavab məktubunu məhkəməyə təqdim etmək tələb olunmuş və bununla əlaqədar qeyd edilən xətanın aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilmişdir.
Əsaslandırma hissəsi:
6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
8. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək bildirilmişdir ki, hüquqi marağı X5 xx.xx.1950-ci il 34 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Ona görə də tələb həmin şəkildə qeyd edilməlidir. Digər tərəfdən, cavabdeh orqana müraciət onun tərəfindən deyil, X6 tərəfindən edilmişdir. Halbuki, iddia onun tərəfindən qaldırıldığı üçün cavabdeh orqana eyni məzmunlu müraciət də onun tərəfindən edilməli idi. Bu səbəbdən dəqiqləşdirilmiş iddia ərizəsini və həmin tələblə eyni məzmunlu tələblə cavabdeh orqana müraciət etməsi, həmin ərizəni və yaxud cavab alacağınız təqdirdə cavabdeh orqanın cavab məktubunu məhkəməyə təqdim etmək tələb olunmuş və bununla əlaqədar qeyd edilən xətanın aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilmişdir.
9. Həmin sərəncamın göndərildiyi zərfin üzərinə “Köçüb (qapı bağlı)” yazılaraq məhkəməyə geri qayıtmışdır.
10. Məhkəmə bununla bağlı qeyd edir ki, sərəncam iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir ki, hansı ki həmin ünvan onun rəsmi qeydiyyat ünvanıdır. İddiaçı iddia verildikdən sonra icraat zamanı ünvanını dəyişdiyi halda, bu barədə məhkəməyə məlumat verməli idi.
11. Belə ki, Azərbaycan Respublikası İPM-nə görə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
12. Azərbaycan Respublikası MPM-nə görə: Maddə 146. İş üzrə icraat zamanı ünvanın dəyişməsi Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
13. Məhkəmə onu da qeyd edir ki, sərəncamda qeyd edilən məsələlərin iddiaçının diqqətinə çatdırılması üçün onun iddia ərizəsində qeyd edilən mobil nömrəsi ilə əlaqə saxlanılsa da, nömrə əhatə dairəsindən kənarda olmuşdur (zəng çatmamışdır).
14. Göründüyü kimi, müəyyən edilmiş müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları və çatışmazlıqları aradan qaldırmamışdır.
15. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
16. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva