Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2445/2023 07.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC barəsində cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 010024 seriya nömrəli akta əsasən hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh orqanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli **********1064 saylı və xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarların ləğv edilməsini xahiş etmişdir, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müəssisədə xx.xx.2023-cü il tarixli əldə edilmiş çıxarışa və xx.xx.2023-cü il tarixli **********0326 saylı qərara əsasən operativ vergi nəzarəti həyata keçirilmişdir. Vergi yoxlamasına əsasən xx.xx.2023-cü il tarixli 010024 seriya nömrəli akt tərtib edilmiş və həmin aktın nəticə hissəsində "xxxx" MMC operativ vergi nəzarəti həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57247548,65 manat dəyərində meyvə-tərəvəzin elektron qaimə-faktura təqdim etməli olduğu halda elektron qaimə-faktura təqdim edilmədən satış olduğu müəyyən olundu. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 5724754,86 manat məbləğində maliyyə sanksiyasının, tətbiq edilməsi təklif olunur. Cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş aktda qeyd edilən məlumatlar tamamilə əsassız məlumatlardan ibarətdir. Vergi orqanı tərəfindən tərtib edilmiş akt tamamilə əsassız və qanunsuz olduğu üçün akta əsasən hər hansı qanunsuz hərəkət qadağan edilməlidir. Belə ki, operativ vergi nəzarəti aparan vergi orqanı əməkdaşları tərəfindən yoxlama düzgün aparılmamış və miqdarı, çeşidi, növü bilinməyən 57247548,65 manat məbləğdə meyvə və tərəvəz е-qaimə olmadan satıldığı qeyd edilmiş, lakin müəssisə ixracla məşğuldur. Meyə tərəvəz xarab olan məhsul olduğu üçün onlar saxlanılmadan ölkə xaricinə ixrac edilir. İxrac qanuni olaraq gömrük nəzarətində yük gömrük bəyannamələri ilə rəsmiləşdirilir. Yoxlama iki nəfər şəxs tərəfindən aparılmışdır. X7 və Yaşar Qasımov adlı müfəttişlər 57 milyon məbləğdə meyvətərəvəzi necə hesablamış, bu məhsul satışı nə vaxt başlamış, necə başa çatmışdır? Müəssisənin aylıq dövriyyəsi ixrac bəynnamələrində öz əksini tapmışdır. Müəssisə yerli bazardan meyvə-tərəvəzi alır və ixrac edir. Bu aktda isə guya 57247548,65 manat dəyərində meyvə-tərəvəzin bir günə satışı həyata keçirilmişdir. Bu tamamilə qanunsuz və heç bir əsası olmayan bir aktdır. Ümumiyyətlə bu qədər miqdarda və məbləğdə meyvəni qablaşdırmaq üçün hansı sahə lazımdır? Bu məhsul yığımı, qablaşdırılması saxlanması və satışı bir gün içərisində mümkün deyil. Qeyd edilənlərdən əlavə olaraq meyvə tərəvəz 57247548,65 manat dəyərində qeyd edilmiş bu aktda hansı meyvələr, tərəvəzlərdir? Qeyd edilənlər heç bir məntiqi və qanuni əsası olmayan akt yazıldığını göstərir. Yoxlama zamanı meyvə və tərəvəz olaraq növlərinin və miqdarının müəyyən edilməsi zamanı hər hansı ekspert və mütəxəssis cəlb edilməmiş, yoxlama keçirilməsi qaydalarına əməl edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək 581.670,5 manat (ƏDV-siz) dəyərində kənd təsərrüfatı mallarını elektron qaimə-faktura əsasında, 100.354.567,74 manat dəyərində kənd təsərrüfatı mallarını alış aktı əsasında aldığını və 43.688.689,59 manat dəyərində kənd təsərrüfatı mallarını isə ixrac etdiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məqsədi ilə 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********0326 saylı və 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********0305 saylı “Operativ vergi nəzarətinin həyata keçrilməsi haqqında qərar”larına əsasən Qazax rayonu, Yuxarı Salahlı kəndində və Qusar rayonu, Yeni Həyat kəndində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus obyektlərdə operativ vergi nəzarəti keçirilmişdir. "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarəti zamanı cəmiyyətin rəhbəri Habil Həbilovun yoxlamaya təqdim etdiyi arayışda qeyd edilən ticarət əlavəsi 10-12% nəzərə alınaraq 581.670,50 + 100.354.567,74 – 43.688.689,59 = 57.247.548,65 manat kənd təsərrüfatı malları əskik gəldiyi müəyyən edilmişdir. Aparılmış yoxlama zamanı əskik gələn 57.247.548,65 manat dəyərində kənd təsərrüfatı mallarının cəmiyyətə məxsus obyektlərdə olmadığı və saxlanca verilmədiyinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilmədən satış edildiyi müəyyən edilərək, xx.xx.2023-cü il tarixdə DVX seriyalı 010024 saylı akt tərtib edilmişdir."xxxx" MMC-nin rəhbəri Habil Həbilov tərtib edilmiş aktı imzalamaqdan və surətini almaqdan imtina etmişdir. Bu səbəbdən "xxxx" MMC-yə məxsus obyeklərdə vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinin pozulması faktı aşkar edilərək, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” tərtib edilmiş aktlar, xx.xx.2023-cü il tarixli **********114700 saylı OVN materiallarına baxılma barədə bildiriş, alış sənədləri və digər sənədlər vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 17 aprel 2023-cü il tarixli **********1064 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”la "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 5.724.754.86 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il və 2023-cü ilin yanvar-mart aylarında aparılmış əməliyyarları üzrə müvafiq araşdırmalar aparılan zaman 2022-ci il ərzində 38.923.477,0 manat dəyərində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 10.104.118,0 manat dəyərində kənd təsərrüfatı mallarının ixracının olduğu müəyyən edilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci ildə e-qaimə faktura əsasında 518.766,0 manat, vergi ödəyicisi kimi uçotda olmayan şəxslərdən alış aktı əsasında 20.789.135,0 manat, 2023-cü il ərzində e-qaimə faktura əsasında 24.516.832,0 manat, alış aktı əsasında 79.565.432,0 manat dəyərində kənd təsərrüfatı malları alındığı, Qazax rayonu yuxarı Salahlı kəndində 102 kv.metr sahəsi olan icarə obyekti və Qusar rayonu Yeni Həyat kəndində 400 kv.metr sahəsi olan anbar binasının təsərrüfat subyekti kimi qeydiyyatda olduğu aşkar edilərək **********583900 saylı xidməti məktubla "xxxx" MMC-yə 2022-ci və 2023-cü il tarixlərdə elektron alış aktı əsasında vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslər tərəfindən müxtəlif növ kənd təsərrüfatı məhsullarının təqdim edilib-edilməməsinin, təqdim edildiyi təqdirdə malların həcmi və məbləği nəzərə alınmaqla malların mənbəyinin araşdırılması, malların sahibkarlıq məqsədilə təqdim edildiyi hallarda qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatların verilməsi məqsədi ilə Dövlət Vergi Xidmətinin 3 saylı, 6 saylı və 9 saylı Ərazi Vergilər İdarələrinə müraciətlər edilmişdir. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş cavab məktubuna əsasən Xaçmaz rayon sakinləri Ağayev Şahbala, Tağıyev Rəsul, Babayeva Turanə tərəfindən "xxxx" MMC-ni tanımadıqlarını və heç bir mal satmadıqlarını bildirmişlər. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər idarəsindən daxil olmuş cavab məktubuna əsasən Lənkəran rayonu Xurxatan kənd sakini Əliyev Xudayar və Lənkəran şəhər sakini Məmmədova Südabə tərəfindən təqdim edilmiş izahat məktublarına əsasən "xxxx" MMCni və tanımadıqlarını mal satmadıqlarını bildirmişlər. Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər idarəsindən daxil olmuş cavab məktubuna əsasən Göyçay rayon sakinləri fiziki şəxs X9 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yalnız 1200 manatlıq xurma satıldığını, X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mal satmadığını, X4 isə Göyçay rayonunda qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq Bakı şəhərində yaşadığı üçün əlaqə saxlamaq mümkün olmadığı bildirilmişdir. "xxxx" MMC tərəfindən 14 saylı Ərazi Vergilər İdarəsinin nəzarət əhatəsinə aid olan Qazax rayon sakini X6 alış aktı əsasında 96.146.782,64 manat dəyərində kənd təsərrüfatı məhsullarının əldə edildiyi müəyyən edilmişdir. Malların mənbəyinin araşdırılması məqsədilə fiziki şəxsə X10 xx.xx.2023-cü il tarixli **********930300 saylı məktub göndərilmişdir. Fiziki şəxs X8 etibarnamə üzrə nümayəndəsi təqdim etdiyi izahat məktubuna əsasən X8 "xxxx" MMC-yə mal satmadığını və M.Mansurovun xəstə olması ilə əlaqədar tibbi arayış təqdim etdiyini bildirmişdir. "xxxx" MMC təqdim etdiyi 2022-ci il üzrə Mənfəət vergisi bəyannaməsinin Xərclər hissəsinin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi 38.725.834,19 manat göstərilməsinə baxmayaraq alış aktı vasitəsilə mal əldə edilmiş vətəndaşlardan alınmış izahatlara əsasən heç bir alış aktı tərtib edilmədiyi və mal satılmadığı bildirilmişdir. Bundan başqa 221,13-cü və 233,5-ci sətrlər üzrə cəmi 215.732,79 manat xərc əks etdirilməsinə baxmayaraq zəruri sənədlər və bank çıxarışları təqdim edilməmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar "xxxx" MMC-yə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 11 may 2023-cü İl tarixli **********618600 saylı məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022ci ilin mənfəət vergisi üzrə 1.446.658.67 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 18 may 2023-cü il tarixli **********998500 saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********0326 nömrəli «Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında» qərardan görünür ki, "xxxx" MMC-yə məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2023 il tarixdən xx.xx.2023 tarixədək (xx.xx.2023 tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. - surəti işə əlavə edilmiş «Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasınaa və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2023-cü il tarixli, Seriya DVX 010024 nömrəli aktdan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57248548,65 manat dəyərində meyvə-tərəvəzin elektron-qaimə faktura təqdim etməli olduğu halda elektron qaimə-faktura təqdim etmədən satış olduğu müəyyən olunmuş və sözügedən akt müəssisənin rəhbəri X13 tərəfindən imza edilməkdən imtina olunmuşdur. - surəti işə əlavə edilmiş «Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfadaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların» xx.xx.2023-cü il tarixli, seriya DVX 000116 nömrəli siyahısından görünür ki, malların adı qrafasında «meyvə-tərəvəz», malların alışı cəmi məbləğ qrafasında «57247548,55», elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilmiş malın məbləği qrafasında da «57247548,55» məbləği qeyd edilmişdir. - surəti işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********0305 nömrəli «Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında» qərardan görünür ki, "xxxx" MMC-yə məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2023 il tarixdən xx.xx.2023 tarixədək (xx.xx.2023 tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. - surəti işə əlavə edilmiş «Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasınaa və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2023-cü il tarixli, Seriya DVX 003910 nömrəli aktdan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi ödəyicisinə məxsus Qusar rayonu, Yeni Həyat kəndində yerləşən anbar binasında mal və materialların saxlanılması fakti aşkar edilməmişdir. - surəti işə əlavə edilmiş ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1064 nömrəli qərardan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsininn 58.13-cü maddəsinə əsasən 5724754,86 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2023-cü il tarixədək həmin məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********998500 nömrəli qərarının məzmunundan görünür ki, "xxxx" MMC vergi qanunvericiliyinin pozulmasına görə 1.446.658,67 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - surəti işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********618600 nömrəli «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» məktubdan görünür ki, iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədləri (məlumatları) beş gün ərzində əsaslandırılmış yazılı izahatla birlikdə vergi orqanına təqdim etməsi tələb olunmuşdur. - surəti işə əlavə edilmiş «Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasınaa və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2023-cü il tarixli, Seriya DVX 010017 nömrəli aktdan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 10:25-də Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən "xxxx" MMC-nin fəaliyyət göstərdiyi anbarda heç bir mal qalığının olmadığı aşkar olunmuşdur. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5435 nömrəli ekspert rəyindən görünür ki, 57.247.548,65 manat məbləğdə malların, yəni meyvə tərəvəzin əskik gəlməsi müəyyən olunmadı ; 57.247.548,65 manat dəyərində malların e-qaimə faktura üzrə satışı və nəqliyyat vasitələrinə yüklənməsi (təsdiq edən sənədlər olmadığından və s.) müəyyən edilmir. Həmçinin qeyd edilir ki, müəssisə ixrac fəaliyyəti ilə məşğul olmuşdur; Təsərrüfat daxili yerdəyişmə qaimə fakturası tətbiq edilməsi lazım olan əməliyyatların mövcudluğu müəyyən edilmir; 5.724.754,86 manat maliyyə sanksiyası tətbiq edilmiş olan 57.247.548,65 manat meyvə-tərəvəzin vergi ödəyicisinə və ya vergi ödəyicilərinə elektron qaimə-faktura olmadan satışı və ümumiyyətlə 57.247.548,65 dəyərdə malların satışının olması müəyyən edilməmişdir; Tədqiq olunan dövr üzrə "xxxx" MMC-nin meyvə-tərəvəz ixracından başqa fəaliyyəti müəyyən edilməmişdir; Vergi ödəyicisinin 2022-ci il üzrə hesabladığı 5.206,75 manat mənfəət vergisinin düzgünlüyü müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC vergi qanunvericiliyinin pozulmasına görə 1.446.658,67 manat məbləğində və elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 5.724.754,86 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən müvafiq olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********998500 nömrəli və ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1064 nömrəli qərarlar tərtib edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə qeyd olunan qərarları mübahisələndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarlarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəllənin:- Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi gəliri(mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (mənfəətin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Bunun üçün Azərbaycan Respublikası Vergi Məcəllənin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: -50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə görə operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə görə operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə-malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Məhkəmə ilk olaraq xx.xx.2023-cü il tarixli **********1064 saylı qərarın qanuniliyi ilə bağlı aşağıdakıları qeyd edir: Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərini və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Hazırkı qərar üzrə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********0326 nömrəli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********0326 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlərdə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Seriya DVX 010024 nömrəli aktda «xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57248548,65 manat dəyərində meyvə-tərəvəzin elektron-qaimə faktura təqdim etməli olduğu halda elektron qaimə-faktura təqdim etmədən satış olduğu müəyyən olunmuş» qeyd edilmiş, digər tərəfdən isə iş üzrə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5435 nömrəli ekspert rəyinə dair cavabdehin xx.xx.2023-cü il tarixli mülahizəsində xx.xx.2023-cü il tarixli, Seriya DVX 010024 nömrəli aktda yuxarıda qeyd olunmuş ifadənin vergi ödəyicisinin 2022-2023-cü il ərzində olan dövrlər üzrə elektron qaimə faktura təqdim etmədən topdan satış etdiyinin nəzərədə tutulduğu göstərilmişdir. Bu isə öz-özlüyündə əhəmiyyətli ziddiyyət yaratmaqla bir növ operativ vergi nəzarətinin məqsədlərindən yayınmaqdır. Müəssisə tərəfindən mallar (meyvə və tərəvəz) elektron alış aktları və elektron qaimə-fakturalar (çox az hissəsi) əsasında alınmış və ixrac edilmişdir. Yəni müəssisənin satışı ixracdan ibarət olmuşdur. Həmçinin iş materiallarından göründüyü kimi, həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Bundan başqa qeyd edilir ki, vergi ödəyicisinin Qazax rayonu, Yuxarı Salahlı kəndində 102 kv.m. sahəsi olan anbarında 57.247.548,65 manat dəyərində satışın 1 gündə və ya 1 saat ərzində təqdim edilməsini məhkəmə mümkün hesab etmir. Belə ki, 57.247.548,65 manat dəyərində satışın (meyvə və tərəvəz üzrə) 1 gündə və ya 1 saat ərzində həyata keçirilməsi üçün kifayət qədər geniş anbar sahəsi və çoxlu sayda işçi qüvvəsi lazımdır ki, araşdırma zamanı kifayət qədər anbar sahəsi və işçi qüvvəsi aşkar olunmamışdır. Həmçinin iş materillarında xx.xx.2023-cü il tarixində vergi ödəyicisi tərəfindən 57.247.548,65 manat dəyərində satışın həyata keçirilməsinə dair sənədlər mövcud deyildir və məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən sözügedən faktı təsdiq edən sənədlər təqdim edilməmişdir. İş materiallarında operativ vergi nəzarəti həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57.247.548,65 manat dəyərində meyvə-tərəvəzin elektron qaimə-faktura təqdim etməli olduğu halda, elektron qaimə-faktura təqdim edilmədən satışının olması müəyyən edilərkən «Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfadaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların» xx.xx.2023-cü il tarixli, seriya DVX 000116 nömrəli siyahısından görünür ki, malların adı qrafasında yalnız ümumi olaraq «meyvə-tərəvəz» ifadəsi qeyd edilmiş, həmin meyvə-tərəvəzin miqdarı, çeşidi, növü və itki normalarının və s. halların nəzərə alınması müəyyən edilməmişdir ki, bu hal da sözügedən qərarın qanuniliyini əsaslı şübhə altına alan hallardan biridir. İş üzrə ekspert rəyindən görünür ki, 57.247.548,65 manat məbləğdə malların, yəni meyvə tərəvəzin əskik gəlməsi müəyyən olunmamış, 57.247.548,65 manat dəyərində malların e-qaimə faktura üzrə satışı və nəqliyyat vasitələrinə yüklənməsi (təsdiq edən sənədlər olmadığından və s.) müəyyən edilməmiş, müəssisə ixrac fəaliyyəti ilə məşğul olmuş, təsərrüfat daxili yerdəyişmə qaimə fakturası tətbiq edilməsi lazım olan əməliyyatların mövcudluğu müəyyən edilməmiş, 5.724.754,86 manat maliyyə sanksiyası tətbiq edilmiş olan 57.247.548,65 manat meyvə-tərəvəzin vergi ödəyicisinə və ya vergi ödəyicilərinə elektron qaimə-faktura olmadan satışı və ümumiyyətlə 57.247.548,65 dəyərdə malların satışının olması müəyyən edilməmiş və tədqiq olunan dövr üzrə "xxxx" MMC-nin meyvə-tərəvəz ixracından başqa fəaliyyəti müəyyən edilməmişdir. Bundan əlavə ekspertizaya təqdim edilmiş sənədlər nəzərə alınmaqla "xxxx" MMC-nin 2022-ci il üzrə gəlir və xərcində kənarlaşmanın (alış aktlarına və s. dair) olmadığı müəyyən olunmuşdur. Məhkəmə xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarın qanuniliyi ilə bağlı qeyd edir ki, vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarla 2022-ci il üzrə 1446658,67 manat məbləğində əlavə mənfəət vergisi hesablanarkən alış aktları vasitəsi ilə əldə edilmiş malların qəbul edilməməsi və mal satılmadığı göstərilsə də, vergi orqanı tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 010024 saylı aktda müəyyən olunan hallar üzrə həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Yəni bir qərar üzrə həmin alış aktları vergi orqanı tərəfindən qəbul edilmiş, digər qərar üzrə isə qəbul edilməmişdir. İş üzrə ekspert rəyindən görünür ki, vergi ödəyicisinin 2022-ci il üzrə hesabladığı 5.206,75 manat mənfəət vergisinin düzgünlüyü müəyyən edilmişdir. Göründüyü kimi, vergi yoxlaması nəticəsində cavabdeh tərəfindən qeyd edilmiş faktlar məhkəmə araşdırması, həmçinin ekspertiza zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə ekspertin müvafiq rəyini vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edir. Məhkəmə ekspertin rəyi ilə razılaşır və bu yanaşmanı onunla əsaslandırır ki, vergi yoxlaması zamanı müvafiq sahə üzrə ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmişdir. Məhkəmə araşdırması zamanı isə iş materialları ekspertə təqdim edilmiş və ekspert tərəfindən aparılmış tədqiqat və hesablama vergi ödəyicisinin sonradan ekspertə təqdim etdiyi vergi sənədlərindən istifadə edilməklə həyata keçirildiyindən həmin nəticə vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********1064 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuş, başqa sözlə müvafiq qərarın qəbul olunma əsasları öz təsdiqini tapmamışdır. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1064 nömrəli qərarı ləğv edilməlidir. Vergi orqanının mübahisələndirilən digər xx.xx.2023-cü il tarixli **********998500 nömrəli qərarında mənfəət vergisi üzrə 1.446.658.67 manat əlavə vergi məbləği müəyyən edilmiş, ekspert tərəfindən isə həmin vergi məbləği 5.206,75 manat müəyyən edilmişdir. Odur ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********998500 nömrəli qərarı qismən, yəni 5.206,75 manat mənfəət vergisi istisna olmaqla qalan hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 100 (bir yüz) manat dəyərində məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1064 nömrəli qərarı ləğv edilsin. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********998500 nömrəli qərarı qismən, yəni 5.206,75 manat mənfəət vergisi istisna olmaqla qalan hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. xx.xx.2022-ci il tarixli, 9/2182 nömrəli ekspert rəyi üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2445/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2445/2023
07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver