Məhkəmə qərarları › İş №2-1(114)-2446/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2446/2025

03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2446/2025 03.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “qərarın ləğvi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - 10.12.2024-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, İddiaçı “diaqnoz öz təsdiqini tapmaması, ətraflı: diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. - xx.xx.2024-cü il tarixli, 9717 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı barəsində “Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı: Diaqnoz: “F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır dərəcədə ifadə olunmuş X6, tez-tez baş verən dekompensasiyalar, depressiv epizodlarla. Y 36.2 Partlayış travması (xx.xx.2020), döş qəfəsinin sol yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, xarici tənəffes funksiyasının pozulmaması ilə”. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Diaqnoz:“Hər iki gözün hipermetropik astiqmatizmi, Hm 1,0 D və Hm 4,0 D, refraksion amblopiyası nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,6 olmaqla. E 46 Zəif qidalanma BÇİ-18,9. K 00.00 Ongdə ikincili hissəvi adentiya”. “Ümumi Xəstəlikdir" səbəb əlaqəsi ilə” qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 134 nömrəli travma haqqında arayışa əsasən, gizir İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, döş qəfəsinin sol yarısının kor qəlpə yaralanması, xarici tənəffüs funksiyasının qarışıq tip əhəmiyyətli pozulması ilə” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 5252 nömrəli məktubuna əsasən, Həkim Psixiatriya Komissiyasının xx.xx.2024-cü il tarixli, 4941 nömrəli rəyinə əsasən İddiaçı barəsində “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra X6, tez-tez dekompensasiyalar, depressiz epizodlarla F62.0” diaqnozu qoyulmuşdur.

2. İddiaçı cavadbeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən orqanizm funksiyasının 35-60 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu ildə hərbi mükəlləfiyyətli kimi hərbi xidmətə yollanmış, xx.xx.2011-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək SQ TTM-də ximdətdə olmuş, xx.xx.2012ci il tarixdən xx.xx.2018-ci il tarixədək N nömrəli hərbi hissədə MAXE kimi xidmət etmişəm, xx.xx.2018-ci il xx.xx.2022-ci il tarixdə gizir kimi 288 nömrəli hərbi xidmətdə olmuşdur. Həmin hərbi hissədə xx.xx.2020-ci il tarixdə Tərtər, Ağdərə uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə hərbi xidmətlərə görə medalı ilə, Azərbaycan Respublikası Müdafiə nazirinin 250S nömrəli xx.xx.2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə təltif edilmiş, yuxarıda göstərilənlər ilə bağlı iddiaçının hərbi biletində müvafiq qeydlər aparılmışdır. Eyni zamanda ona “Müharibə veteranı” vəsiqəsi verilmişdir. İddiaçı bildirir ki, o, müharibədə keçirdiyi ağır sarsıntıdan sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci İİ tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ambulator müalicələrdə olmuş, xx.xx.2024-cü il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan əsasən, xəstəliyinin əsas kodu F62.0, xəstəliyinin adı isə X9 şəxsiyyətin davamlı dəyişikliyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 9717 №-li xəstəlik haqqında şəhadətnamədən görünür ki, mərkəzi hərbi həkim komissiyasının müvafiq qərarında “Diaqnoz: F 62.0. Fəklakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır dərəcədə ifadə olunmuş X6, tez-tez baş verən dekompensasiyalar, depressiv epizodlarla. Y 36.2 Partlayış travması (xx.xx.2020), döş qəfəsinin sol yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, xarici tənəffüs funksiyasının pozulmaması ilə”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” Diaqnoz: “Hər iki gözün hipermetropik astigmatizmi, HM 1.0 D və Hm 4.0 D, refraksion amblopiyası nəticəsində görmə itiliyinin 0,1 ə qədər azalması, korreksiya ilə 0,6 olmaqla. E 46. Zəif qidalanma BÇİ018.9. K.00.00 Əngdə ikinci hissəvi adentiya” “ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə təsdiq olunur.Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 24240 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilsin” göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 4941 nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun X8 Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra X6, tez-tez dekompensasiyalar, depressiv epizodlarla F 62.0” qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 703№li hərbi hissəsinin xx.xx.2024-cü il tarixli, 134 №-li travma haqqında arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tərtər, Ağdərə istiqamətində “mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayıştravması, döş qədfəsinin sol yarısını kor qəlpə yaralanması, xarici tənəffüs funksiyasının qarışıq tip əhəmiyyətli pozulması ilə" diaqnozu ilə xəsarət almışdır. xəsarət döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədə əsasən ona əlillik verilməsindən imtina edilmiş, imtinanın səbəbi isə diaqnozun öz təsdiqini tapmaması olmuşdur. Halbuki “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında onun diaqnozuu ona əlillik dərəcəsinin təyin edilməsi üçün əsasdır. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası tam əsassızdır, belə ki, bir çox şəxslərə eyni diaqnoz ilə əlillik dərəcəsi təyin edilsə də onaqarşı haqsızlıq edilmişdir. Əlavə olaraq bildirir ki, o, əlillik dərəcəsi təyin edilməsi bağlı rəsmi olaraq müvafiq inzibati orqana müraciət etmiş, müayinədən keçsə də cavabdeh inzibati orqan müraciətin qiymətləndirməsini onu müayindən keçirmədən xx.xx.2024-cü il tarixdə vermişdir, cavabdeh inzibati orqanın onun müraciəti ilə bağlı bütün fəaliyyəti qanunsuzdur və qanunvericiliyin tələblərinə ziddir.

4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli vəsatətə qoşma şəklində əlavə edilmiş vəsatətə qoşma şəklində əlavə edilən xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus “**********” mobil telefon nömrəsinə göndərilmiş sms-bildirişə əsasən, xx.xx.2024-cü il tarixli göndərişə “diaqnoz öz təsdiqi tapmaması” səbəbi ilə əlilliyin təyinatından imtina edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli vəsatətə qoşma şəklində əlavə edilmiş vəsatətə qoşma şəklində əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlə Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı barəsində “diaqnoz öz təsdiqini tapmaması” səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2- 369/2025 nömrəli “vətəndaşın əlillik vəziyyəti barədə” məktuba əsasən, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə dövlət tibb müəssisəsinin K00228650SUL nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Agentlikdə əyani müəyinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən patofunksional pozuntular aşkar olunmadığından, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.2024-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində “diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərara qəbul edilmişdir” səbəbi ilə əlilliyin təyinatından imtina edilmişdir.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2- 3401/2025 nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktuba qoşma şəklində əlavə edilmiş X1 xx.xx.2024-cü il tarixli “Forma 88” tibbi göndərişinə əsasən, İddiaçı barəsində əsas diaqnoz F62.0 “X9 şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra ağır dərəcədə ifadə olunmuş X6, tez-tez baş verən dekompensasiyalar, depressiv epizodlarla”, yanaşı xəstəliklər Y36.2 “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020), döş qəsəfəsinin sol yaralanmasından sonrakı bərkimiş dəri çapığı, xarici tənəffüs funksiyalarının pozulması ilə”, yanaşı xəstəliklər H52.2 “Astigmatizm, Hər iki gözün hipermetropik astigmatizmi” qəbul edilmişdir.

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmkə-psixiatrik ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3219 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1695 saylı rəyinə əsasən, yoxlanılan şəxs İddiaçı hal-hazırda “X9 DAVAMLİ ŞƏXSİYYƏT DƏYİŞİKLİYİ, DEPRESSİV DAXİLOLMALARLA” (F 62.0) aşkar edilir. Bunu iş materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra X6, tez-tez dekompensasiyalar, depressiv epizodlarla F62.0” diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, enməyə meylli olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyristabil olması və s.) sübut edir. İnzibati işi materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci suala cavab: Yoxlanılan şəxs İddiaçı hal-hazırda “X9 X6, depressiv daxilolmalarla” (F 62.0) aşkar edilir. İddiaçı (FİN: xxxxxxx) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün X5 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə İddiaçı təyin olunmuş diaqnoz (X9 şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra ağır dərəcədə ifadə olunmuş X6, tez-tez baş verən dekompensasiyalar, depressiv epizodlarla, beynəlxalq təsnifat kodu (F62.0) düzgün qeyd edilmişdir. 2-ci suala cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 3-cü suala cavab: İddiaçı (FİN: xxxxxxx) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün X5 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. 4-cü suala cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 5-ci suala cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 6-cı suala cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil.

10. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, göndərişin natamam doldurulması - iddiaçının illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunmamışdır. Ağdam rayon sakini xx.xx.1959-cu il təvəllüdlü X2 (FİN: 4UDXW3E) əlillik vəziyyətinin qiymətləndirilməsi tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İ.Mirzaliyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 1049 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması, orta dərəcəli beyin silkələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müharibə zamanı kəlləbeyin travması aldığını, həmin vaxtdan qıcolma tutmalarından əziyyət çəkdiyini bildirmişdir. Anamnestik məlumatları da ilk qıcolma tutmasının nə vaxt baş verdiyini xatırlamadığını, tutma zamanı özünü narahat hiss etdiyini, kənar şəxslərin yardımı ilə dərman qəbul edərək sakitləşdiyini, sonuncu tutmasının ~1 ay öncə olduğunu, medikamentoz preparatlardan ~6 ildir “Depakine”, “Betaserc” qəbul etdiyini, lakin mədəsindəki narahatlıq səbəbindən bir aydır dərman qəbulunu dayandırdığını qeyd etmişdir. Nevroloji statusunda xəstə qıcolma tutmaları haqqında dəqiq məlumat verə bilməmiş (xəstəliyinin başlanma tarixi, əvvəl qəbul etdiyi dərmanlar), son 1 (bir) aydır qıcolma əleyhinə dərman qəbul etmədiyini və qıcolma tutmalarının olmadığını qeyd etmiş, tutmanın kürəkdə ağrı və halsızlıqla başladığını, qıcolma zamanı “Depakine” və “Betaserc” qəbul etdiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, vətəndaşdan köhnə illərə dair instrumental m¸ayinə nəticələrini təqdim etməsi tələb olunmuş, təqdim olunan 2016-cı il EEQ müayinə nəticəsinə əsasən epilepsiya xəstəliyi təsdiqlənməmiş, bu da anamnestik məlumatları inkar etmişdir. Təqdim edilmiş xx.xx.2016-ci il tarixli EEQ m¸ayinəsinin nəticəsi “Kəllədaxili hipertenziya” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X7 xx.xx.2017-ci il tarixli Baş beynin KT müayinəsinin nəticəsi “İntraventrikulyar tip kəllədaxili hipertenziyanın komputer tomoqrafiyası mənzərəsi. Alın sümüyünün sağ yarısında köhnə xətti sınıq” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X11 xx.xx.2024-c¸ il tarixli Tibbi rəyində diaqnoz “Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının forma-88 göndərişləri natamam doldurulma səbəbindən geri qaytarılmışdır. Çünki xəstənin müalicə müddəti yetərli deyildir. Bu səbəbdən yeni forma-88 vurulmasını və stasionar, ambulator yatışlarını davam etdirməyi məqsədə müvafiqdir. Eyni zamanda xəstənin əlilliyinin olubolmamasının dəqiqləşdirilməsi məqsədiylə DTSERA-da əyani müainədə iştirak etməyi zəruridir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, cavabdeh orqanın imtinasının əsassız olduğunu və qardaşının sağlamlığında ciddi problemlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

13. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

14. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsin əlavə edilmiş sənədlər; - cavadbehin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli vəsatətləri və vəsatətlərə qoşma şəklində əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-369/2025 nömrəli “vətəndaşın əlillik vəziyyəti barədə” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-3401/2025 nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsininxx.xx.2025-ci il tarixli, 3219 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1695 saylı rəyi.

Əsaslandırma hissəsi:

15. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. 16.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

17. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.

18. Belə ki, hazırda iddiaçı tərəfindən cavabdehin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərar mübahisələndirilir. Qeyd olunan qərar ilə bağlı məlumat sms-bildiriş vasitəsi ilə iddiaçıya xx.xx.2024-cü il tarixdə ona məxsus “**********” mobil telefonuna göndərilmişdir. İddiaçının mübahisəli qərarla bağlı iddia ərizəsi Gəncə İnzibati Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir.

19. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halı olmamış, müddət gözlənilmişdir.

20. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1940/2024 nömrəli və s.) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla, onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir.

21. Həmçinin, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

22. Hazırkı iş üzrə iddiaçıya tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə - “Forma 88”də qeyd olunan diaqnozun (F62.0 “X9 şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra ağır dərəcədə ifadə olunmuş X6, tez-tez baş verən dekompensasiyalar, depressiv epizodlarla) həqiqətən də, iddiaçıda mövcud olması və həmin diaqnozun ona əlillik təyininə əsas olması məhkəmə tərəfindən araşdırılması zamanı (iş materiallarında olan müxtəlif tibbi müəssisələr tərəfindən verilmiş tibbi sənədlər, məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1695 saylı rəyi və “Əlilliyin müəyyən olunması meyarlarına”na Əlavə) öz təsdiqi tapmışdır.

23. Belə ki, qeyd edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 7.7.1-ci bəndinə əsasən, X9 şəxsiyyətin davamlı dəyişikliyi orqanizmin funksiyalarının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyinatı üçün əsasdır.

24. Digər tərəfdən, İddiaçı barəsində yuxarı bəndlərdə də qeyd edildiyi kimi, xx.xx.2024-cü il tarixli, 9717 nömrəli xəstəlik haqqında şəhadətnamədə İddiaçı barəsində “Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı: Diaqnoz: “F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır dərəcədə ifadə olunmuş X6, tez-tez baş verən dekompensasiyalar, depressiv epizodlarla” və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi, Həkim Psixiatriya Komissiyasının xx.xx.2024-cü il tarixli, 4941 nömrəli rəyinə əsasən “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra X6, tez-tez dekompensasiyalar, depressiz epizodlarla F62.0” qəbul edilmişdir.

25. Həmçinin, məhkəmənin müvafiq tarixli qərardadı ilə keçirilmiş əyani müayinəyə əsasən, ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1695 saylı rəyinə ilə İddiaçı “X9 X6, Depressıv Daxilolmalarla” (F 62.0) aşkar olunmuşdur.

26. Məhkəmə həmçinin qeyd edir ki, tibbi müəssisə tərəfindən göndərilmiş tibbi göndərişdə - “Forma 88”də qeyd edilən tibbi kod “Əlilliyin müəyyən olunması meyarları”nda 7.7.1-ci bənddə eyni ilə qeyd edilmişdir.

27. Cavabdehin “diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı ilə bağlı məhkəmə qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...

28. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.

29. Qeyd olunan qənaət, həmçinin “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

30. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanunsuz və əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

31. Ona görə də, təyin olunmuş diaqnoz üzrə iddiaçıya əlilliyin təyinatı olmalıdır.

32. İddiaçıya orqanizm funksiyasının pozulması faizi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

33. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

34. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2024-cü il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

36. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarını ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi n pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri

7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması.

7.7 Spesifik şəxsiyyət pozuntuları Qeyd. Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: - şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; - dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; - kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); - intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. 7.7.1. X9 şəxsiyyətin davamlı dəyişikliyi F62.0 Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə 35-60 2 il hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski

37. X5 tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli K00228650SUL nömrəli Forma 88-də onun “Zahirən gərgindir. Bələdliyi saxlanılıb. Ünsiyyətə həvəssiz daxil olur. Verilən suallara ləng və qısa cavablar verir. Əhval ruhiyyəsi aşağıdır, depressivdir. Meyl və maraqları məhduddur, solğundur. Xəstədə qorxular, şübhələrlə gedən depressiv əlamətlər müşahidə edilir. Hər şeydən narazıdır, həyatın “maraqsız” olduğunu deyir. Emosional reaksiyaları kütləşib, lakin hövsələsiz, qıcıqlıdır. Ətrafdakılarla yola getmir, daima konfliktlər yaradır, hər xırda sözü bəhanə edərək dava dalaş salır. Yaddaşında zəifləmə müşahidə edilir. Güclü baş ağrılarından və yuxusuzluq dan əziyyət çəkir” xəstəlik əlamətlərinin olması qeyd edilmişdir.

38. İddiaçı barəsində yuxarıda nəzərdə tutulan əlamətlər “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndində nəzərdə tutulan əlamətlərə uyğundur.

39. Bu səbəbdən də məhkəmə iddiaçıya “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndində nəzərdə tutulmuş qaydada orqanizmin funksiyalarının 35- 60 faiz pozulması ilə bağlı əlilliyin təyin edilməsini məqsədəmüvafiq hesab edir.

40. Məhkəmə əlilliyin təyin edilmə müddəti ilə bağlı bildirir ki, “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndində nəzərdə tutulmuş xəstəlik əlamətlərinin olması həmin bəndin tələbinə əsasən şəxsə 2 il müddətinə əlilliyin təyin edilməsini nəzərdə tutmuşdur.

41. Araşırması nəticəsində İddiaçı “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndində nəzərdə tutulan xəstəlik əlamətlərinin olması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçıya təyin edilən əlilliyin müddəti 2 il müəyyən edilməlidir.

42. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 9717 nömrəli qərarı ilə iddiaçının “F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır dərəcədə ifadə olunmuş X6, tez-tez baş verən dekompensasiyalar, depressiv epizodlarla. Y 36.2 Partlayış travması (xx.xx.2020), döş qəfəsinin sol yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, xarici tənəffes funksiyasının pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edildiyindən, qeyd edilən hərbi həkim komissiyasının xx.xx.2024-cü il tarixli 9717 nömrəli qərarında əks olunan diaqnoz X5 tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli K00228650SUL nömrəli Forma 88-də əks olunan əsas diaqnoz eyni olduğundan onun əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

43. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli nömrəli qərarı ləğv edilsin. İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar