Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2448/2022 02.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxslər X2 və X1 vəkili X24 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3, X15, X10, X16, X17, X11, X18, X19) torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, keçmiş AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-102A KOD 50527018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X7 və onun ailə üzvləri olan X3, X15, X10, X16, X17, X11, X18, X8 adına işlənmiş 0.25 ha torpaq sahəsinin koordinatlarının dəyişdirilərək faktiki olaraq onun sahibliyində olan Gədəbəy rayonu, Çay Rəsullu kəndində yerləşən 0.25 ha torpaq sahəsinə deyil özlərinə məxsus olan torpaq sahəsinə işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X20 iddiaçının atasıdır, sonuncu Gədəbəy rayonu, Çay Rəsullu kəndində yaşamış, həmin ərazidə ona məxsus olan ümumi sahəsi 54 kv.m olan fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi olmuşdur. Ev 1960-ci ildə atası tərəfindən tikilmişdir. O atasından miras qalan evi və torpaq sahəsini əmisi mərhum X12 müvəqqəti istifadəyə vermişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 17 nömrəli qərarı ilə atasına məxsus həmin 0.25 ha həyətyanı torpaq sahəsi səhvən X7 və onun ailə üzvlərinin adına işlənmiş və bu barədə onların adına JN-102A KOD 50527018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Halbuki mərhum X21 və onun ailə üzvləri atasının vərəsəsi deyil və heç vaxt həmin torpaq sahəsinə mülkiyyət hüquqları olmamışdır. Bundan əlavə İslam Hüseynov və ailə üzvlərinin Gədəbəy rayonu, Çay Rəsullu kəndində özlərinə məxsus ayrıca torpaq sahələri vardır. DT və XK həmin şəxslərə ayrılmış torpaq sahəsinin yerində koordinatlarını onların özünə məxsus olan torpaq sahəsinə vurmalı olduğu halda, səhvən onun atasına məxsus və ona miras qalmış 0.25 ha torpaq sahəsinə işləmişdir.Qeyd etdiyi torpaq sahəsinin koordinatlarının mütəxəssis rəyi ilə də üçüncü şəxslərin torpaq sahələri ilə üstüstə düşməsinin təsdiq edilmişdir. Qeyd olunanları nəzərə X7 və onun ailə üzvlərinin adına işlənmiş 0.25 ha torpaq sahəsinin koordinatlarının dəyişdirilərək faktiki olaraq onun sahibliyində olan Gədəbəy rayonu, Çay Rəsullu kəndində yerləşən 0.25 ha torpaq sahəsinə deyil özlərinə məxsus olan torpaq sahəsinə işlənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, ərizəsinin icrasından imtina edilmişdir. Üçüncü şəxslər X2 və X1 vəkili X32 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli sahə təmsil etdiyi şəxslərə qanuni əsaslarla verilmiş və onların istifadəsindədir. İddiaçıya, cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və digər üçüncü şəxslər gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının, digər üçüncü şəxslər və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş:- -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV 577474 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə anadan olmuşdur, atası qrafasında X20, anası qrafasında X4 qeyd edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş AZ-İİ 174746 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1973-cü il tarixində ölmüşdür. -Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 174 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy rayon Dövlət arxivində mühafizə olunan sabiq “K.Marks” adına kolxozun qaytanlanmış torpaq kitabının 74-cü sıra sayında X9 adına 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. -xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı mərhum atası X5 məxsus olduğu iddia edilən Gədəbəy rayonu Çay Rəsullu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi ilə X21, X3, X15, X10, X16, X17, X11, X18 və X13 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarı JN-102A KOD 50527018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0.25 ha torpaq sahələri üst-üstə düşür. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********53 nömrəli məktubundan görünür ki, müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 58 nömrəli məktubundan görünür ki, “K.Marks” adına kolxozunun hər hansı torpaq sahəsinin yerləşmə yeri, planı və koordinatlarının müəyyən edilməsi barədə arxiv sənədləri Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır. ---Beləliklə müəyyən olunur ki, iddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 17 nömrəli qərarı ilə atasına məxsus həmin 0.25 ha həyətyanı torpaq sahəsinin səhvən X7 və onun ailə üzvləri olan X3, X15, X10, X16, X17, X11, X18 və X6 adına işlənməsi və bu barədə onların adına JN-102A KOD 50527018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilməsini bildirsə də iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənəd kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənəd əsasında sözügedən ərazidə istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı üçüncü şəxslərin adına işlənmiş 0.25 ha torpaq sahəsinin atası X14 məxsus olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər yoxdur, bundan əlavə iddia ərizəsinin də məzmunundan görünür ki, həmin torpaq sahəsi iddiaçının istifadəsində deyil. Beləliklə qeyd olunmalıdır ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin atası X14 ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ da istisna olunur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2448/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2448/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver