Məhkəmə qərarları › İş №2-1(114)-2449/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2449/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2449/2022 02.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəahdətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh doğum haqqında akt qeydləri kitabında 1963cü ilin fevral ayının 5 günündə 31 № ilə edilmiş qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, soyadının “Quliyeva” yazılmalı olduğunun müəyyən edilməsi, qalan yazıların olduğu kimi saxlanılmaqla ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş və doğum haqqında şəhadətnamədə soyadı “Quluyeva” kimi göstərilmişdir. Doğum haqqında şəhadətnamədən başqa, iddiaçıya verilmiş şəxsiyyət vəsiqəsində, habelə digər hüquq müəyyənedici sənədlərdə soyadı “Quliyeva” kimi qeyd edilmişdir. İddiaçının doğum haqqında şəhadətnaməsində soyadının səhv yazılması onun hüquqlarından istifadə etməsinə imkan vermir. Doğum akt qeydində düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının vəkili X3 iddianı müdafiə etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş АЗ 332515 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X5 xx.xx.1963-ci il tarixdə anadan olmuş, ata qrafasında “X4”, ana qrafasında “X2” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.1963-cü il tarixli 31 nömrəli doğum akt qeydindən görünür ki, X5 xx.xx.1963-ci il tarixdə anadan olmuş, ata qrafasında “X4”, ana qrafasında “X2” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.2001-ci il tarixli, Vİ-ЖГ 362968 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, iddiaçının soyadı “Quluyeva” kimi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının soyadı “Quliyeva” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş C00602358 nömrəli pasportdan görünür ki, iddiaçının ad, soyad və ata adı “İddiaçı” kimi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının ad, soyad və ata adı “İddiaçı” kimi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş НB 960161 nömrəli diplomdan görünür ki, iddiaçının ad, soyad və ata adı “İddiaçı” kimi qeyd edilmişdir.. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-365/15 nömrəli məktubundan görünür ki, İddiaçı doğum akt qeydində soyadına dəyişiklik edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləoğlunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının doğum haqqında akt qeydi ilə ona məxsus bəzi rəsmi sənədlərdə soyadı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, doğum akt qeydində və buna uyğun olaraq verilmiş doğum haqqında şəhadətnamədə onun soyadı “Quluyeva” kimi qeyd edilsə də, bundan sonra verilmiş sənədlərdə (pasport, şəxsiyyət vəsiqəsi və diplomda) soyadı “Quliyeva” kimi qeyd edilmişdir. İddiaçı doğum akt qeydinə müvafiq düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Qeyd olunan normaların təhlilindən də görünür ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçının valideynlərinin soyadı “Quluyev” və “Quluyeva”-dır, buna uyğun olaraq da iddiaçının soyadı doğum haqqında akt qeydində və buna uyğun olaraq verilmiş doğum haqqında şəhadətnamədə “Quluyeva” kimi qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının doğum haqqında akt qeydinə düzəliş edilərək soyadının “Quliyeva” kimi qeyd edilməsi tələbi əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəahdətnamənin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar