Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2449/2024 26.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X6nə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X6nə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları İddiaçı xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi” Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla, diaqnozun mətni: odlu silah yaralanmasından sonrakı vəziyyət. Kəllədaxili travma. Keçirilmiş qapalı kəlləbeyin travmasının qalıq əlamətləri. Xoşxassəli kəllədaxili hipertenziya. Hipertenzion sindrom.Dəqiqləşdirilməmiş ensefalopatiya.Posttravmatik ensefalopatiya İİ dərəcə. Dəqiqləşdirilməmiş epilepsiya. Tez-tez qıcolma tutmamları ilə. İddiaçı xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə səbəbli əlaqəsi” Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla, diaqnozun mətni: odlu silah yaralanmasından sonrakı vəziyyət. Kəllədaxili travma. Keçirilmiş qapalı kəlləbeyin travmasının qalıq əlamətləri. Xoşxassəli kəllədaxili hipertenziya. Hipertenzion sindrom.Dəqiqləşdirilməmiş ensefalopatiya.Posttravmatik ensefalopatiya İİ dərəcə. Dəqiqləşdirilməmiş epilepsiya. Tez-tez qıcolma tutmamları ilə. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin P00144650XRG İ nömrəli göndərişinə əsasən “ F 07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu.” diaqnozu əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X3 məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə direktor müavini, t.ü.f.d Gülnarə Musabəyova tərəfindən müayinə olunub. Diaqnozu: Üzvi ( İ Qarabağ Müharibəsi zamanı alınmış X5 nəticəsində) emosional labil pozuntu kəkələmə ilə F 06.6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 tərəfindən təqdim edilən 294 nömrəli, xx.xx.2023-cü il tarixli Həkim Psixiatr Komissiyasının Rəyində qeyd edilmişdir ki, İddiaçı Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi( İ Qarabağ müharibəsi zamanı alınmış travma) şəxsiyyət pozuntusu, epileptik tutmalar və nitq qüsuru ilə F 07.0. Surəti işə əlavə edilmiş 088 forma arayışından görünür ki, İddiaçı əsas diaqnoz: T 90 Başın travmalarının nəticələri. Keçirilmiş qapalı X5nın qalıq əlamətləri diaqnozundan əziyyət çəkir. Surəti işə əlavə edilmiş 088 forma arayışından görünür ki, İddiaçı əsas diaqnoz: T 90 Başın travmalarının nəticələri. Keçirilmiş qapalı X5nın qalıq əlamətləri diaqnozunun ağırlaşması G 90 Vegetativ ( avtonom) sinir sisteminin pozğunluqları. Vegetativ damar paroksizmləri ilə gedən. F 07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. II. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X6nə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X3 İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 03 dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsi,İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.6-ci bəndində əsasən göndərişin imzalandığı 23 noyabr 2023-cü il tarixindən orqanizmin funksiyalarının 50-60 faiz aralığında pozulmasına görə əlilliyin səbəbli əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” qeyd edilməklə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X3 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992,1993 və 1994-cü illərdə döyüşlərdə müxtəlif travma və xəsarətlər almışdır. Müharibədən sonra aldığı xəsarətlərə görə sağlamlığında problemlər yaranmışdır. xx.xx.20215-ci il tarixli, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 520 nömrəli qərarından görünür ki, « Qəlpə yaralanmalarından sonra baş, sağ burun və sol baldırın orta 1/3-nin ön səthində köhnə çapıq toxumalarının olması diaqnozu qoyulmuşdur. Həmin qərar əsasında ikinci dərəcə əlillik dərəcəsi almışdır.xx.xx.2015-ci il tarixdən etibarən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə pensiya almışdır. 2021-ci ildə müayinədən keçən zaman mənim əlil olmadığım qənaətinə gəldilər. Hesab edir ki, cavabdeh inzibati orqanın ona əlillik dərəcəsinin təyin olunmasından imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin qərarın rəsmi qaydada iddiaçıya təqdim edilməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı basaärılarından, çoxsaylı sosial problemlərindən şikayət etmişdir. Anamnestik məlumatlarında nitqində kəkələmənin hərbi xidmət dövründən öncə də olduğunu, 44 günlük Vətən müharibəsindən sonra daha da pisləşdiyini bildirmişdir. Hal-hazırda asteno-nevrotik vəziyyət, süstlük, həyəcanlanan zaman kəkələməvə meyllik qeyd olunmuş, təqdim olunmuş hərbi qərarda qeyd olunan diaqnoz və instrumental müavinə nəticələrinə əsaslanaraq, xəstəliyin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Xəstə son illər sosial vəziyyətinin pisləşməsi ilə əlaqədar əsəbiliyə, gərginliyə mevilli olduğunu bildirmişdir. Həmçinin psixiatrik sənədlərində qevd olunan intihar fikirləri şikayət və anamnestik məlumatlarında öz əksini tapmamış, ətraflı müavinə və diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə vətəndaşa ixtisaslaşmış tibb müəssisəsinə müraciət etməsi tövsüvvə olunmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında küt ağrılar, qıcolma tutmaları, ~3-4 ildir nitqində yaranmış kəkələmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildən özünü xəstə hesab etdiyini, tutmalarının əsəbləşdiyi zaman bir ayda ~2-3 dəfə baş verdiyini, sonuncu tutmasının 2-3 gün əvvəl baş verdiyini qeyd etmiş, medikamentoz preparatlardan “Cyclodole” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı alında, təpədə, sol baldırın orta 1/3-də çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Psixi statusunda stasionar müraciətlər 2022-ci ildən başlamış, bir ay müddətinə diaqnoz üzvi emosional labildən üzvi şəxsiyyətə çevrilmiş, təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsi (KT) kəllə-beyin travmasını təsdiqləməmiş, həmçinin hərbi sənədlərdə kəllə- beyin travması haqqında məlumat öz əksini tapmamış, bu da psixi sənədlərdə qeyd olunan diaqnozların üzvi əsasını təkzib etmişdir. Müayinə zamanı nitqində kəkələmə müşahidə olunmuş, lakin fikrini ifadə etməyə maneə törətməmiş, diaqnozlarda qeyd olunan üzvi etiologiya təsdiqlənmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli Tibbi rəyində diaqnoz “Üzvi (l Qarabaq müharibəsi zamanı alınmış kəllə bevin travması nəticəsində) emosional labil pozuntu kəkələmə ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X2 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Partlayış nəticəsində keçirilmiş qapalı kəllə bevin travmasının davamlı qalıq əlamətləri. Ağır depressiv epizod. Psixotik əlamətlərlə dəfələrlə intihara cəhdlər3' kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023cü il tarixli 4885 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabaq müharibəsi zamanı alınmış travma) pozuntusu, epileptik tutmalar və nitq qüsuru ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Təqdim etdiyi xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyində tənzimləyici mənşəli pozulma ilə yanaşı sol yarımkürənin gicgah nahiyəsində paroksizmlər geyd olunur” kimi qeyd edilmişdir. Təqdim etdiyi xx.xx.2023-cü il tarixli Serebral KT müayinəsinin nəticəsi “Beyincik yarımkürələrində və bevin sapında morfologiya və struktur dəyişiklikləri aşkarlanmadı. Saq alın təpə, sol gicgah təpə, ən böyüyü 6 m m olmağla, birt neçə sayda, yad cisimləri’’ kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. AR İPM-nin 24.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X3 məktubu. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin P00144650XRG İ nömrəli göndərişinə əsasən “ F 07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu.” diaqnozu əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Halbuki, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi” Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla, diaqnozun mətni: odlu silah yaralanmasından sonrakı vəziyyət. Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Xoşxassəli kəllədaxili hipertenziya. Hipertenzion sindrom.Dəqiqləşdirilməmiş ensefalopatiya.Posttravmatik ensefalopatiya İİ dərəcə. Dəqiqləşdirilməmiş epilepsiya. Tez-tez qıcolma tutmamları ilə,xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə səbəbli əlaqəsi” Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla, diaqnozun mətni: odlu silah yaralanmasından sonrakı vəziyyət. Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Xoşxassəli kəllədaxili hipertenziya. Hipertenzion sindrom.Dəqiqləşdirilməmiş ensefalopatiya.Posttravmatik ensefalopatiya İİ dərəcə. Dəqiqləşdirilməmiş epilepsiya. Teztez qıcolma tutmamları ilə diaqnozu ilə əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, İddiaçı əsas diaqnoz: T 90 Başın travmalarının nəticələri. Keçirilmiş qapalı X5nın qalıq əlamətləri diaqnozundan əziyyət çəkir. Surəti işə əlavə edilmiş 088 forma arayışından görünür ki, İddiaçı əsas diaqnoz: T 90 Başın travmalarının nəticələri. Keçirilmiş qapalı X5nın qalıq əlamətləri diaqnozunun ağırlaşması G 90 Vegetativ ( avtonom) sinir sisteminin pozğunluqları. Vegetativ damar paroksizmləri ilə gedən. F 07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş , qiymətləndirmə zamanı İddiaçı əsas diaqnoz: T 90 Başın travmalarının nəticələri. Keçirilmiş qapalı X5nın qalıq əlamətləri diaqnozunun ağırlaşması G 90 Vegetativ ( avtonom) sinir sisteminin pozğunluqları. Vegetativ damar paroksizmləri ilə gedən. F 07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Qeyd edildiyi kimi, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.6 –ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 50-60 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Belə ki, surəti işə əlavə edilmiş forma 088 arayışından görünür ki, əsas diaqnoz: T 90 Başın travmalarının nəticələri. Keçirilmiş qapalı X5nın qalıq əlamətləri diaqnozunun ağırlaşması G 90 Vegetativ ( avtonom) sinir sisteminin pozğunluqları. Vegetativ damar paroksizmləri ilə gedən. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.6 –ci bəndinə uyğun olaraq əsas diaqnoz T 90 başın travmalarının nəticəsi, ağırlaşma olaraq isə 6.1.6-cı bənddə nəzərdə tutulan G 90 Vegetativ ( avtonom) sinir sisteminin pozğunluqları. Vegetativ damar paroksizmləri ilə gedən, vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə diaqnozundan əziyyət çəkir. Cavabdeh orqan tərəfindən məhkəməyə daxil olan etiraz məktubunda isə qeyd edilmişdir ki, diaqnoz əlillik təyinatına əsas vermir. Beləliklə, cavabdehin nümayəndəsinin də təqdim etdiyi eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.6 –ci bəndində qeyd edilən qiymətləndirmə halının İddiaçı mövcud olması tibbi sənədlərlə tam əksini tapır və əlillik yaranmasının səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarında qeyd edilmişdir ki, şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin olunduğu yaralanmanın nəticələri – diaqnoz”Qəlpə yaralanmalarından sonra baş, sağ burun və sol baldırın orta 1/3-nün ön səthində köhnə çapıq toxumaları” “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Eyni zamanda iddiaçıya xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə səbəbli əlaqəsi” Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla, diaqnozun mətni: odlu silah yaralanmasından sonrakı vəziyyət. Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Xoşxassəli kəllədaxili hipertenziya. Hipertenzion sindrom.Dəqiqləşdirilməmiş ensefalopatiya.Posttravmatik ensefalopatiya İİ dərəcə. Dəqiqləşdirilməmiş epilepsiya. Tez-tez qıcolma tutmamları ilə diaqnozu ilə əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Hazırkı işdə iddiaçı əsas diaqnoz T 90 başın travmalarının nəticəsi, ağırlaşma olaraq isə 6.1.6-cı bənddə nəzərdə tutulan G 90 Vegetativ ( avtonom) sinir sisteminin pozğunluqları. Vegetativ damar paroksizmləri ilə gedən, vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə diaqnozundan əziyyət çəkdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.6 –ci bəndinə istinad edərək, ona müddətli ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir. İş materialları ilə iddiaçının əsas diaqnoz T 90 başın travmalarının nəticəsi, ağırlaşma olaraq isə 6.1.6-cı bənddə nəzərdə tutulan G 90 Vegetativ ( avtonom) sinir sisteminin pozğunluqları. Vegetativ damar paroksizmləri ilə gedən, vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə diaqnozundan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.6 –ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 50-60 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Belə ki, surəti işə əlavə edilmiş forma 088 arayışından görünür ki, əsas diaqnoz: T 90 Başın travmalarının nəticələri. Keçirilmiş qapalı X5nın qalıq əlamətləri diaqnozunun ağırlaşması G 90 Vegetativ ( avtonom) sinir sisteminin pozğunluqları. Vegetativ damar paroksizmləri ilə gedən. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.6 –ci bəndinə uyğun olaraq əsas diaqnoz T 90 başın travmalarının nəticəsi, ağırlaşma olaraq isə 6.1.6-cı bənddə nəzərdə tutulan G 90 Vegetativ ( avtonom) sinir sisteminin pozğunluqları. Vegetativ damar paroksizmləri ilə gedən, vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə diaqnozundan əziyyət çəkir və əlilliyin səbəbli əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Eyni zamanda iddiaçıya xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə səbəbli əlaqəsi” Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla, diaqnozun mətni: odlu silah yaralanmasından sonrakı vəziyyət. Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Xoşxassəli kəllədaxili hipertenziya. Hipertenzion sindrom.Dəqiqləşdirilməmiş ensefalopatiya.Posttravmatik ensefalopatiya İİ dərəcə. Dəqiqləşdirilməmiş epilepsiya. Tez-tez qıcolma tutmamları ilə diaqnozu ilə əlillik dərəcəsi təyin edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.6-ci bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X3 İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 03 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı göndərişin imzalandığı 23 noyabr 2023-cü il tarixindən orqanizmin funksiyalarının 50-60 faiz aralığında pozulmasına görə əlilliyin səbəbli əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” qeyd edilməklə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X3 üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X3 İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 03 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.6-ci bəndində əsasən göndərişin imzalandığı 23 noyabr 2023-cü il tarixindən orqanizmin funksiyalarının 50-60 faiz aralığında pozulmasına görə əlilliyin səbəbli əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” qeyd edilməklə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X3 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2449/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2449/2024
26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver