Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-245/2021 04.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı mərhum həyat yoldaşına şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı mərhum əri XN döyüşdə iştirakı zamanı aldığı çoxsaylı güllə yarasından həlak olduğu üçün adının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsində şəhidlər siyahısına salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X4 06 iyul N952-ci ildə Daşkəsən rayonunda anadan olmuşdur. Ailə qurduqdan sonra ailəlikcə Daşkəsən rayonunun Bayan qəsəbəsində yaşamışlar. N992-ci ilin mart ayında həyat yoldaşı X4 da qeyriləri kimi, Daşkəsən şəhərində N8 yaşdan 50 yaşa kimi olan kişilərin səfərbər edilərək ön cəbhəyə göndərilməsi üçün keçirilən reyd (o vaxt oblava deyilirdi) zamanı Komissarlığın və rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq, ön cəbhəyə, döyüşə göndərilmişdir. O, xidmətini N saylı hərbi hissədə başlamışdır. Ağdam və Ağdərə rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Onun komandirinin Gəncə şəhərindən X5 olması yadındadır. Rəşid həmişə ondan razılıq edirmiş, onun Əfqanıstanda döyüş keçdiyini, komandir olduğunu deyirmiş. Müdafiə Nazirinin göstərişi ilə, Rəşidgilin 90 günlük xidmətləri başa çatdığına baxmayaraq, onları müharibə qurtarana kimi tərxis etməyəcəkərini bildirmişdilər. Rəşidlə bir hərbi hissədə xidmət edənlərdən biri Şəmkir rayonunun Dəllərcəyir kəndindən Rzayev Səfər, Şəmkirin Seyfəli kəndindən Məmmədov Vahid, Seyidov Asif, Kərimov Etibar və başqaları olmuşlar, çoxunun adını unutmuşdur. Həyat yoldaşı mərhum X4, 25 iyul N992-ci il tarixdə, Ağdərə rayonu ərazisindəki yüksəkliklərdə gedən döyüşlərdə iştirakı zamanı aldığı çoxsaylı güllə yarasından həlak olmuşdur. Həmin vaxtlar özbaşınalıq olduğundan, üç uşaqla tək qaldığından, uşaqları körpə olduğundan, özü də savadsız və kimsəsiz olduğundan başa düşməmişdir ki, Rəşidin ölümü barədə, səfərbər edilərək, göndərildiyi hərbi Komissarlığa məlumat versin və onun adını Şəhidlər siyahısına yazdırsın. İndiki yaşadığı Gəncə şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının nəzdində fəaliyyət göstərən Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsi statusunu müəyyənləşdirən Komissiyasına, onlara şəhid ailəsi statusu verilməsi barədə müraciət etməmişdir. Sonradan Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən N5 mart 200N-ci ildə “Şəhid adının əbədiləşdirilməi və Şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr N993-cü il tarixli Azərbaycan Respublikasının qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququna dair vəsiqə verilmiş, evlə də təmin olunmuşdur. Ancaq bu günə kimi, hələ də həyat yoldaşı XN adı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nə Gəncə şəhəri Kəpəz rayon bölməsində, nə də Daşkəsən rayon bölməsində şəhidlər siyahısına alınmamışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 3N.N0.20N9-cu il tarixli, 2-N (083)-78N/20N9 saylı qərardadı İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı XN adının şəhid olmuş şəxslərin siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 3N.N0.20N9-cu il tarixli, 2-N(083)-78N/20N9 saylı qərardadının ləğv edilməsini xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2-N(N04)-N58/2020 saylı qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 3N.N0.20N9-cu il tarixli, 2-N(083)-78N/20N9 saylı qərardadının dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Ali Məhkəməsinin N7 iyun 2020-ci il tarixli, 2-N(N02)-990/2020 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2-N(N04)-N58/2020 saylı qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin N3 oktyabr 2020-ci il tarixli, 2-N(N04)-699/2020 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 3N.N0.20N9-cu il tarixli, 2-N(083)-78N/20N9 saylı qərardadı ləğv edilmiş, inzibati iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bundan sonra, İddiaçı, onun nümayəndəsi və vəkili X9 iddia ərizəsinə əlavə və dəyişikliklər barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı mərhum həyat yoldaşı 06 iyul N955-ci ildə Daşkəsən rayonunun Almalı kəndində anadan olmuş X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı vuruşaraq şəhid olduğundan ona şəhid statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili X9 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Cavabdehin etibarnamə üzrə nümayəndəsi XN0 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, XN xidməti çağırlmağı ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsində heç bir məlumat yoxdur. Daşkəsən Rayon Məhkəməsinin qətnaməsi və qərardadı onlara təqdim edilmiş, həmin qətnamə üzrə iddiaçının mərhum həyat yoldaşına şəhidlik statusunun verilməsi mümkün deyidir. Digər tərəfdən mərhumun qardaşı X2 da eyniylə hazırki işin dəlillərinə uyğun olaraq şəhidlik statusunun verilməsinə dair iddia tələbi irəli sürülsə də, birinci instansiya məhkəməsi tərəfindən tələb rədd edilmiş və yuxarı instansiya məhkəmələrində də qüvvədə saxlanılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş ******* nömrəli vəsiqə (şəxsin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr N993-cü il Azərbaycan Respublikasının qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququnun olmasına haqqında); - İV-JQ 3200NN nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surəti; - İ-JQ 282423 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun N6.N0.20N8-ci il tarixli **********4 nömrəli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin 24.07.20N8-ci il tarixli 679 nömrəli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon bölməsinin N3.NN.20N8-ci il tarixli N385 nömrəli məktubu; - XN N992-ci ilin mart ayından N992-ci ilin iyul ayının 25-dək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikası Ağdam və Ağdərə rayonları istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinin müəyyən edilməsi haqqında Daşkəsən Rayon Məhkəməsinin N4.02.20N9-cu il tarixli 2(030)-34/20N9 nömrəli qətnaməsi; - XN 25.07.N992-ci il tarixdə ölməsinə dair Daşkəsən rayon Qeydiyyat şöbəsinin 0N.09.2020-ci il tarixli 05/Q-332/69 nömrəli arayışı; - XN mart-iyul N992-ci il tarixlərdə N nömrəli hərbi hissədə hərbi xidmət keçməməsi barədə məlumatın aşkar edilməməsi haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin N0.04.202N-ci il tarixli NN/N369 nömrəli məktubu; - N nömrəli hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətinin əlifba kitablarında, yaralananların qeydiyyatı kitabında XN xidməti həlak olması barədə məlumat aşkar olunmaması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 30.03.2020-ci il tarixli 5/2- 3864 nömrəli məktubu; - Təşkilat-səfərbərlik idarəsində aparılan qaytarılmaz itkilərin elektron məlumat sistemində əsgər XN həlak olması barədə məlumatın olmaması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahı Təşkilat-səfərbərlik idarəsinin N8.03.2020-ci il tarixli 20/796 nömrəli məktubu. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin halların, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbindən məlum olduğu kimi, iddiaçı mərhum əri- X3 şəhidlik statusunun verilməsini tələb edir və iddiasını onunla əsaslandırır ki, mərhum N saylı hərbi hissədə xidmət etmiş və xidmət zamanı ermənilərin açdığı atəş nəticəsində ölmüşdür. Məhkəmə ilkin olaraq qeyd etmək istəyir ki, iş materiallarında olan ******* nömrəli, N5.03.200N-ci il tarixli vəsiqənin verilməsi, həmin vəsiqənin qüvvədə olub-olmaması, həmçinin iddiaçının mərhum ərinin şəhidlik statusunun olub-olmaması ilə bağlı məhkəmə araşdırılması zamanı əldə edilmiş sübutlarla müəyyən edilir ki, qeyd olunan vəsiqənin verilməsi zamanı cavabdeh inzibati orqan tərəfindən arayış təqdim olunmamış, vəsiqənin qüvvədə olması və verilməsi ilə bağlı heç bir məlumat yoxdur. Belə ki, iş materiallarında olan Daşkəsən Rayon İcra Hakimyyəti başçısının 22.05.20N9-cu il tarixli, 347 nömrəli məktubundan məlum olur ki, tərəflərindən vətəndaş X3 şəhidlik statusu verilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsinin 09.06.20N9cu il tarixli məktubunda qeyd olunur ki, İddiaçı tərəflərindən «şəhid» ailəsi kimi Prezident təqaüdü ödənilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin N0.06.20N9-cu il tarixli məktubunda qeyd olunur ki, İddiaçı heç bir növ pensiya, şəhid ailələri üçün verilən Prezident təqaüdü və sosial müavinət almır. Dövlət Sosial Müdafiə XN2 Şəxsinin N8 saylı Regional Ərazi filialının 08.04.2020-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı filial tərəfindən şəhid ailəsi kimi heç bir növ pensiya, müavinət və təqaüd təyin olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin 06.04.202N-ci il tarixli, 352 nömrəli məktubunda göstərilmişdir ki, X3 şəhidlik statusunun verilməsi, həmin statusun qüvvədə olub-olmaması və ya ləğv edilməsinə dair bölmədə heç bir sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 02.04.202N-ci il tarixli, NN/N369 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» təsdiq olunması haqqında N0 nömrəli qərarın 4.N-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Bundan başqa məlumat üçün bildirir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin 30.03.2020-ci il tarixli məktubunda XN mart-iyul N992-ci il tarixlərdə N nömrəli hərbi hissədə hərbi xidmət keçməsi barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən verilən N6.03.2020-ci il tarixli 20/796 nömrəli məktubunda qeyd edilir ki, qayıtmaz itkilərin elektron məlumat sistemində XN həlak olması barədə məlumat yoxdur Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi norma “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03.09.N993-cü il tarixli Qanununun N-ci maddəsidir. Həmin maddəyə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Hazırki işin həllində bu norma ilə yanaşı digər əlaqəli hüquq normalarının da nəzərdən keçirilməsi zəruridir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər (Konstitusiyanın 74-cü maddəsinin İ hissəsi və 76-cı maddəsinin İ hissəsi) «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Qanunun N-ci maddəsinə görə Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsi, dövlətə silahlı hücumun qarşısının alınması, təcavüz olarsa, onun dəf edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin məqsədidir. Silahlı Qüvvələri formalaşdıran hərbi vəzifələri «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr N99N-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03.09.N993-cü il tarixli Qanununun 2-ci maddəsinin tələblərinə əsasən bu Qanunun N-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ya ölmüş hesab edilən şəxslər, o cümlədən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və daxili işlər orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab olunurlar. Valideynlər şəhidin ailə üzvləri hesab olunurlar. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5.0N.N994-cü il tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın N.2.5-ci, N.2.6cı və 2.N.2-ci bəndləri) Həmin Qaydaların 4.N-ci bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin N6 saylı əlavəsinin N.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə verməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının ərinin Daşkəsən rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar çağırılması, xidmətə göndərilməsi, qanunvericiliyin tələblərinə əsasən atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində ölməsi sübut olunmur. Əksinə iş materiallarında olan sorğular əsasında əldə edilmiş məlumatlarda N saylı hərbi hissə komandirinin N992-N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissəsinin şəxsi heyət əlifba qeydiyyatı kitablarında və hərbi hissənin kitablarında XN xidməti və həlak olması barədə məlumat aşkar edilməmişdir. İddiaçının ərinin şəhid hesab edilməsi üçün “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nm 4.N-ci bəndində qeyd olunan sənədlər yoxdur. İddiaçının təqdim etdiyi Daşkəsən Rayon Məhkəməsinin N4.02.20N9-cu il tarixli qətnaməsinin adı çəkilən Qaydaların 4.N-ci bəndində göstərilən əsas kimi qəbul edilib edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun N-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Daşkəsən Rayon Məhkəməsinin N4.02.20N9-cu il tarixli qətnaməsində XN Azərbaycan Respublikası Ağdam və Ağdərə rayonları istiqamətində döyüş əməliyyatlarında iştirak etməsi göstərilməsinə baxmayaraq, bu fakt onun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu təsdiq etmir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı mərhum ərinə «Şəhidlik» statusunu almaq üçün şərtlərin mövcud olmasını sübuta yetirə bilməmişdir. Qeyd olunan normaların tələblərini önəçəkən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı mərhum həyat yoldaşına şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.N və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı mərhum həyat yoldaşına şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-245/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-245/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver