Məhkəmə qərarları › İş №2-1(114)-2450/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2450/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2450/2025 07.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “X24, X25, X31, X7, X17, X13, X18, Əsgərova (Musayeva) Bəsdi Sərdar qızı, X10, X26, X4, X32, X27, X8, X19, X9, X11 və X5 Tovuz rayonu, Qovlar şəhəri, Bədirov küçəsi, ev 39 (Yeni qaydalarla: ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 37/2-634/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən 4Ə-105 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi X20 tərəfindən İddiaçı mülkiyyətinə verilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, Qovlar şəhəri, Rasim Bədirov küçəsi, ev 39 ünvanında yerləşən **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. xx.xx.2024-cü il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”a əsasən, X24, X25, X31, X7, X17, X13, X18, X14, X10, X26, X4, X32, X27, X8, X19, X9, X11 və X2 rayonu, Qovlar şəhəri, R.Bədirov küçəsi, ev 39 ünvanında qeydiyyatdadırlar.

3. Cavabdehin iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə xx.xx.2024-cü il tarixli, 3- 13-114/2-Ə-23256/11/24 nömrəli məktubuna əsasən, Tovuz rayon PŞ-yə təqdim edilən ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda adı qeyd olunan vətəndaşlar ünvan 4 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan qeyd olunan hallarda çıxarıla bilər: 1) Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; 2) Başqa ölkədə yaşayış yeri seçdikdə; 3) Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Odur ki, Tovuz rayon PŞ-nə təqdim edilən ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda adı qeyd olunan vətəndaşlar ünvan 4 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması tərəfilərindən mümkün deyildir.

4. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu, Qovlar şəhəri, Bədirov küçəsi, ev 39 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatda olan və ona məxsus olan fərdi yaşayış evindən X24, X25, X31, X7, X17, X13, X18, X14, X10, X26, X4, X32, X27, X8, X19, X9, X11 və X5 pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış ev iddiaçıya məxsusdur, ev dövlət reyestrində onun adına qeydə alınmış və bu barədə ona çıxarış verilmişdir. Evin yeganə mülkiyyətçisi iddiaçıdır. Həmin evdə X24, X25, X31, X7, X17, X13, X18, X14, X10, X26, X4, X32, X27, X8, X19, X9, X11 və X15 qeydiyyatdadırlar. İddiaçı dəfələrlə tələb etsə də, həmin şəxslər qeydiyyatdan çıxmırlar. Onların ona məxsus olan evdən qeydiyyatdan çıxarılmaları ilə əlaqədar cavabdeh orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir. İddiaçı qeyd edir ki, qeyd olunan şəxslərin onun evinə qeydiyyata düşmələri ilə bağlı razılığı olmamış və həmin şəxslərin Qovlar şəhərində özlərinə məxsus fərdi yaşayış evləri mövcuddur.

6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X24, X25, X31, X7, X17, X13, X18, X14, X10, X26, X4, X32, X27, X8, X19, X9, X11 və X15 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, məhdud fəaliyyət qabiliyyətli X24 valideynləri - X26 və X25 ilə təmsil olunmaları qərara alınmışdır.

7. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 37/2-1832/2025 nömrəli məktuba əsasən, müraciətdə qeyd olunan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yeni qaydalarla ünvanı ünvan 5 fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur və mülkiyyətçiyə məxsus fərdi yaşayış evi əvvəllər Tovuz rayonu, Qovlar qəsəbəsində olmuşdur. Sonradan Qovlar qəsəbəsinə “şəhər” statusu verildiyindən ünvan dəqiqləşdirilmiş və X16 Sisteminə (URİS) əsasında yeni qaydalarla ünvan verilmişdir.

8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-114/2- 5095/2025 nömrəli məktuba əsasən, sərəncam qeyd olunan vətəndaşlar Tovuz rayonu, Qovlar şəhəri, Bədirov küçəsi, ev 39 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan qeyd olunan hallarda çıxarıla bilər: 1) Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; 2) Başqa ölkədə yaşayış yeri seçdikdə; 3) Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Odur ki, sərəncamda qeyd olunan vətəndaşların Tovuz rayonu, Qovlar şəhəri, Bədirov küçəsi, ev 39 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi evindən qeydiyyatdan çıxarılmaları tərəflərin mümkün deyildir.

9. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 37/2-2656/2025 nömrəli məktuba əsasən, Tovuz rayonu, Qovlar şəhəri, Rasim Bədirov küçəsi, giriş 55 ünvanı ilə Tovuz rayonu, Qovlar şəhəri, Rasim Bədirov küçəsi, ev 55 ünvanı eyni ünvandır.

10. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəyəmə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18/2-13544 nömrəli məktuba əsasən, sorğu edilən xx.xx.1980-ci il təvəllüdlü X25, xx.xx.1996-cı il təvəllüdlü X31, xx.xx.1990-cı il təvəllüdlü X15, xx.xx.1999-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X17, xx.xx.1971-ci il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X24, xx.xx.1991-ci il təvəllüdlü X18, xx.xx.1991-ci il təvəllüdlü X10, xx.xx.1997-ci il təvəllüdlü X14, xx.xx.1973-cü il təvəllüdlü X26, xx.xx.1972-ci il təvəllüdlü X32 və xx.xx.1965-ci il təvəllüdlü X3 rayonu, Qovlar şəhəri, R.Bədirov küçəsi, ev 39-da, xx.xx.1996-cı il təvəllüdlü X8, xx.xx.1997-ci il təvəllüdlü X19, xx.xx.1968-ci il təvəllüdlü X9 və 1936-cı il təvəllüdlü X1 rayonu, Qovlar şəhəri, R.Bədirov küçəsi, ev 55-də, xx.xx.1996-cı il təvəllüdlü Babayev (Yusibov) X6 şəhəri, X49 küçəsi, ev 8, mənzil 16 (Yeni qaydalarla: Mingəçevir şəhəri, X49 küçəsi, giriş 4, M3, m2) ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

11. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

12. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdehə və üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər.

14. Məhkəmə icraatı iştirakçılarına şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

15. İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

16. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

17. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

20. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

21. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi...

22. Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

23. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

25. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

26. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

27. Məhkəmə araşdırması zamanı da ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq orada yaşamamaları müəyyən edilmişdir.

28. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

29. Digər tərəfdən, üçüncü şəxs qismində qeyd edilən X24 xx.xx.2014-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadığından, inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsə belə, onun müstəqil olaraq özünə yaşayış yeri seçmək, həmin fərdi yaşayış evində qeydiyyatda qalmağa hüququ mövcud deyildir.

30. Məhkəmə qeyd edir ki, X12 yaşayış yeri valideynlərinin yaşayış yerləri sayılır.

31. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

32. X12 atası X26 və anası X25 hazırkı iş üzrə üçüncü şəxslərdir və onların özünün də mübahisəli fərdi yaşayış evində hər hansı əmlak hüquqları yoxdur və faktiki olaraq həmin fərdi yaşayış evində yaşamırlar.

33. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

34. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən fərdi yaşayış evi üzərində hər hansı hüquqlara malik olmadığı və orada uzun müddət yaşamadıqları, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.

35. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.

36. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

37. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin.

X24, X25, X31, X7, X17, X13, X18, Əsgərova (Musayeva) Bəsdi Sərdar qızı, X10, X26, X4, X32, X27, X8, X19, X9, X11 və X5 Tovuz rayonu, Qovlar şəhəri, Bədirov küçəsi, ev 39 (Yeni qaydalarla: ünvan 9 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar