Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-246/2020 30.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Hüseynova Yasəmən Mikayıl qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə Kəlbəcər rayonunda anadan olmuşdur. X1 1930-cu ildə anadan olmuş, 2017-ci ildə vəfat etmişdir. Anası Nəcəfova Göyzəl Çərkəz qızı xx.xx.1945-ci ildə anadan olmuşdur. Hər ikisi Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlıdır. Onun doğum haqqında şəhadətnaməsində milliyyəti azərbaycanlı kimi qeyd edilmişdir. 1981-ci ildə göndəriş əsasında ali təhsil almağa Rusiya Federasiyasına getmişdir. Təhsilini başa vurduqdan sonra Kəlbəcər rayonuna qayıtmış və xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək müxtəlif işlərdə çalışmışdır. Təhsilini artırmaq üçün 1992-ci ildə yenidən Rusiya Federasiyasına qayıtmış və 2001-ci ildə Voronej Dövlət Universitetini bitirmişdir.Rusiya Federasiyasında təhsil aldığı zaman Sovet İttifaqı parçalandığı üçün Sovet pasportunu Rusiya pasportuna dəyişmiş və indiyə kimi orada yaşamışdır. Cavabdeh orqana yazdığı ərizəsinə xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərarla onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəməyə yazılı etiraz təqdim edərək həmin etirazda qeyd edilənləri müdafiə etmiş və iddiaçının tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazında qeyd edilmişdir ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə xx.xx.2019-cu il tarixdə ******* nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, xx.xx.1963-cü ildə Kəlbəcər rayonunda anadan olsa da, sonradan 1981 və 1992-ci illərdə Rusiya Federasiyasına getmişdir. X2rkən həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. Bununla yanaşı İddiaçı Azərbaycan Respublikasında pasport qeydiyyatında olması barədə məlumat yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.1967-ci il tarixli, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Kəlbəcər rayonunda anadan olmuşdur. - xx.xx.2010-cu il tarixli, ******* nömrəli pasportun surətindən görünür ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərarından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara almışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işAzərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X4 Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, tələblə iddiaçı onun vətəndaşlıq mənsubiyyətinin tanınmasını xahiş etmişdir. Tələbin hüquqi əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydaları” təşkil etmişdir. Həmin Qaydaların 1-ci bəndində isə müəyyən edilmişdir ki, bu qayda “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsində isə nəzərdə tutulmuşdur ki, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılırlar: bu qanuna müvafiq surətdə Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxslər. İstinad edilmiş Qaydaların 2.1-ci bəndinə əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. Qaydaların 4-cü bəndi isə “Şəxsin Azərbaycan Respublkasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar”ı müəyyən etmiş və 4.4-cü bənddə nəzərdə tutulmuşdur ki, “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərindənəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi halları sadalanmış və birinci hissənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Göstərilmiş qanunvericiliyin müddəalarından bəlli olur ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı halda, onun vətəndaşlıq mənsubiyyətinin tanınması xüsusi Qayda üzrə həyata keçirilir. Həmin Qaydalarda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasının əsasları kimi digər göndərici normaya istinadən hallar sadalanmışdır. Bu əsasa Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü qəbul etməsi aiddir. İşin hallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının vətəndaşlarından doğulsa da, lakin sonradan Rusiya Federasiyasına getmiş və Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Bu hal isə yuxarıda istinad edilmiş Qaydaların 4.4-cü maddəsinə əsasən, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsas kimi qəbul edilməlidir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşı hesab edilməsi üçün “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən nəzərdə tutulmuş əsaslar iş materialları ilə müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-246/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-246/2020
30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver