Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-246/2021 25.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X5, Mövsümova Yağmur Vasif qızı) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X5 və Mövsümova Yağmur Vasif qızının ona məxsus olan ünvan 1 mənzil 7 ünvanda yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 3 mənzil 7 mülkiyyət hüququ üzrə vəfat etmiş əri X6 məxsusdur. Həmin mənzilin ümumi sahəsi 35.8 kv.m-dən ibarətdir. Cavabdehlər X5 və Mövsümova Yağmur Vasif qızı evinin keşmiş sakinləridir. O şəxsləri tanımır və şəxslər onun mülkiyyət hüququnu pozur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslər X5 və Mövsümova Yağmur Vasif qızına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 317 nömrəli sərəncamı. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 120-17578b- 3220 nömrəli məktubun məzmunundan görünür ki, X5, Mövsümova Yağmur Vasif qızının ünvan 3 mənzil 7 ünvanından qeydiyyatdan çıxarılması üçün İddiaçı məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. -xx.xx.2013-cü il tarixli AZ-İ № 603076 nömrəli ölum haqqında şəhadətnamə Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X4 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti baxımında əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı, həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 3 mənzil 7 Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavininin Sərəncamı əsasında X2 ölümü ilə əlaqədər X1 hesab edilməsi barədə xahiş etmişdir. Kirovabad şəhər XDS İcraiyyə komitəsinin xx xxx 1989-cu il tarixli 9№-li iclas protokolu əsasında Ermənistan SSR Qafan rayonun Gədikli kəndində olan evi ilə dəyişdirilərək xx xxx 1989-cu il tarixli 711 №-li order ilə X2 istifadəsinə verilmişdir. X2 ölümü ilə əlaqədər mənzilin kirayəçisi oğlu X3 hesab edilməsi barədə sərəncam verilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, hazırda mübahisəli mənzil iddiaçının mülkiyyətində deyil və o, yalnız həmin mənzildə kirayəçi olmaqla orada yaşayır. Belə olan halda, məhkəmə hesab edirki, hazırda iddiaçı mənzilin mülkiyyətçisi olmadığından kirayəçi kimi yaşadığı mənzildən üçüncü şəxləri qeydiyyatdan çıxarması mümkün deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı oğlunun Cavabdehnə qarşı pasport qeydiyyatından çıxarılma tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-246/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-246/2021
25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver