Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-246/2024 21.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində üçüncü şəxs qismində Tovuz rayon Mərkəzi X5 şəxsini qeyd etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2989/2023 nömrəli qərardadı ilə iş üzrə iddiaçının Tovuz rayon Mərkəzi X5 şəxsin üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən güllə yarası almışdır və İl qrup əlildir. Uzun müddətdir ki, xəstədir. Hal hazırda 49 yaşı var. Xəstəxanalarda müalicə kursu keçmişdir. Ona döş qəfəsinin açıq yarası, döş qəfəsini və qarın boşluğunu deşib keçən güllə yarası (1994), nazik bağırsağın 1.0 m., yoğun bağırsağın 20.0 sm rezeksiyası (uc-uca anastomoztın, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət. Bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi, M.B.S-in funksiya pozğunluğu) diaqnozu qoyulmuşdur. Ağırlaşma formasında "Qarın və beldən aşağı hissənin və çanağın açıq yarası, qarın boşluğunu deşib keçən güllə yarası", "Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunluqları, M.B.S-nin funksiya pozğunluğu". "Bağırsaq bitişmələri, keçməməzlik ilə bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi və “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər" və sairə xəstəlikləri var. Bundan əlavə olaraq "Xroniki səthi qastrit" diaqnozu ilə müəyyən olunmuş yanaşı xəstəliyi də var. Bədənimin müəyyən hissəsi yaxşı işləmir və mütəmadi müalicə kursu keçir. Ona pensiya təyin edilmiş, lakin əsassız olaraq 2021-ci ildən etibarən pensiyası dayandırılməşdır. Ağır xəstəyədir, özünü idarə edə bilmir, müddət ötdükcə xəstəliyi ağırlaşır, maddi vəziyyəti çox ağırdır. O, xx.xx.1994-cü ildən-xx.xx.1994cü ilə qədər Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ-də, xx.xx.2021-ci ildən-xx.xx.2021-ci ilə qədər Tovuz Rayon Mərkəzi Xəstəxanası PHŞ-də və xx.xx.1994-cü ildən-xx.xx.1994-cü ilə qədər və həmçinin 16,03.2021-ci ildə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-də stasionar müalicə kursları keçmişdir. Ümumiyyətlə, 1994-cü ildən bu günə kimi mütəmadi olaraq müalicə alır. Səhhəti günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Səhhətində heç bir irəliləyiş yoxdur. Tibb müəssisəsi tərəfindən (Tovuz Rayon Mərkəzi X5 Şəxs tərəfindən) 07 sentyabr 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyasına 0321003AAPUL saylı göndəriş verilmişdir. Lakin Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi verilmir. Ona qarşı haqsızlıq olur. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" elektron xidmətindən məlum olur ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0321003AAPUL saylı göndərişi əsasında TSERAS üzərindən qiymətləndirilmiş və diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbindən imtina qərarı-verilmişdir. Qeydiyyatda olduğum səhiyyə müəssisəsində xəstəlikləri barədə bütün məlumatlar var. TSERAS-a göndərişdə (forma 88) xəstəlikləri barədə tam və dolğun məlumat verilsə də, hansı səbəbdən ona əlillik dərəcəsinin təyin edilməməsi müəmmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 21 iyun 2024-cü il tarixinə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, Tovuz rayon sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0321003AAPUL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 3775 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Torakoabdominal nahiyənin odlu silahla yaralanması nəticəsində nazik və yoğun bağırsağın zədələnməsi, hemopnevmotoraks, əməliyyatlar: lapotoromiya nazik bağırsağın 1m rezeksiyası və yoğun bağırsağın 20 sm rezeksiyası, funksional kolostoma və adheziv plevrit ikinci dərəcəli tənəffüs çatışmazlığı ilə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qəbzlik, qarında ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə yaralandığını onikibarmaq bağırsağından əməliyyat keçirdiyini, bağırsaq keçməzliyindən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı qarının sol tərəfində çapıq toxuma, total laparotomiya, sağtərəfli pararental, sağtərəfli torakosintez əməliyyatlarına müvafiq çapıq toxuma izlənilmiş, aşağı və yuxarı ətraflarda hərəkətlər tam həcmdə olmuşdur. Boyu 167 sm, çəkisi 78 kq, BKİ 28 müəyyənləşdirilmiş, çəki defisiti aşkarlanmamış, qarnın palpasiyası zamanı yumşaq və ağrısız qeydə alınmışdır. Vətəndaşın son illərə dair heç bir müayinə və müalicə sənədi olmadığı aşkarlanmışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X3 tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli,3-17-1/2-H-101007/2023 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən başlamaqla xx.xx.2021-ci il tarixədək (259.78 manat) pensiya ödənilmişdir. Müddəti xx.xx.2021-ci il tarixədəkdir. Pensiya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil olduğuna görə ödənilmişdir. -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-20678/2023 nömrəli « Vətəndaşın əlillik vəziyyəti haqqında » məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının 0321003AAPUL və P00064457QFD nömrəli göndərişləri və müraciəti əsasında xx.xx.2021 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 756/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Döş qəfəsi və qarın boşluğunu deşib keçən güllə yarası (1994). Ağırlaşma: Z98.8 - Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Güllə yarası kolostomadan sonrakı vəziyyət. MBS-nin funksional pozğunluğu ilə. 1994 də RKX-danazik bağırsağın 1 m rezeksiya edilmişdir. 20,2 sm yoğun bağırsaq rezeksiya edilib. K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə nazik bağırsağın 1 m nazik bağırsaq 20,2 sm yoğun bağırsaq rezeksiyası və kolostomanın qoyulması və təkrari loporotomiya, kolostomanın və bitişmələrin ləğvi, əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi, bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi MBS-nin funksiya pozğunluğu ilə” diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional, dəyişikliklər hazırda əlillik əlaməti təyin etmədiyindən əlilliyin təyini zamanı ona, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli qərar təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə bəndlərindən birini aid etmək mümkün olmamışdır.. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona xx.xx.2012-ci il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə “Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr, yoğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit (XBT kodu: XİX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S20 – S29 – Döş qəfəsinin travmaları – S 21 – Döş qəfəsinin açıq yarası – S21.8 – Döş qəfəsinin digər...)” diaqnozu ilə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə eyni diaqnoz ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmiş, lakin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə “Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Döş qəfəsi və qarın boşluğunu deşib keçən güllə yarası (1994). Ağırlaşma K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, nazik bağırsağın 20.2 sm rezuksiyası. Kolostomanın qoyulması və təkrari laparotomiya kolostomanın və bitişmələrin ləğvi əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi, bitişmə mənşəli hissəvi - bağırsaq kecməməzliyi. MBS-nin funksiya pozğunluğu ilə. Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, nazik bağırsağın 20.2 sm rezuksiyası. Kolostomanın qoyulması və təkrari laparotomiya kolostomanın və bitişmələrin ləğvi əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi. MBS-nin funksiya pozğunluğu ilə (XBT kodu: XX sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri – Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar – Y36 – Hərbi əməliyyatlar – Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər...)” diaqnozu ilə, xx.xx.2021-ci il tarixdə “Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Döş qəfəsi və qarın boşluğunu deşib kecən güllə yarası (1994). Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Güllə yarası kolostomadan sonrakı vəziyyət. MBS-nin funksional pozğunluğu ilə. 1994 də RKX də 1MM nazik bağırsaq rezeksiyası edilmişdir. 20.2 m yoğun bağırsaq rezeksiya edilib. Ağırlaşma K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, nazik bağırsdağın 1 m nazik bağarsaq 20.2 sm yoğun bağırsaq rezuksiyası. Kolostomanın qoyulması və təkrari laparotomiya kolostomanın və bitişmələrin ləğvi əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi, bitişmə mənşəli hissəvi bağırsaq kecməməzliyi MBS-nin funksiya pozğunluğu ilə (XBT kodu: XX sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri – Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar – Y36 – Hərbi əməliyyatlar – Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər...)” diaqnozu ilə, xx.xx.2021-ci il tarixə “Döş qəfəsinin açıq yarası, Döş əfəsi və qarın boşluğunu deşib keçən güllə yarası (1994), Nazik bağırsağın 1.0 m, yoğun bağırsağın 20.0 sm rezeksiyası. (uc uca anastomozun, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət. Bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi. MBS-nın funksional pozğunluğu (XBT kodu: XİX sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S20-S29 – Döş qəfəsinin travmaları – S21 – Döş qəfəsinin açıq yarası – S21.1 – Döş qəfəsinin ön divarı...)” diaqnozu ilə və xx.xx.2023-cü il tarixdə isə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Döş qəfəsi və qarın boşluğunu deşib keçən güllə yarası (1994). Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, lapartomiya “S”-vari bağırsaq yaralarının tikilməsi, nazik bağırsağın 1 m, yoğun bağırsağın 20.0 sm rezeksiyası, Kolostomanın qoyulması və ləğvi, bitişmələrin ayrılması (2000) əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 756/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində də iddiaçının “Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, nazik bağırsağın 20.2 sm rezuksiyası. Kolostomanın qoyulması və təkrari laparotomiya kolostomanın və bitişmələrin ləğvi əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi. MBS-nin funksiya pozğunluğu ilə” xəstəliyindən əziyyət çəkməsi qeyd edilsə də, “həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik əlaməti təyin etmədiyindən əlilliyin təyini zamanı ona, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli qərar təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə bəndlərindən birini aid etmək mümkün olmadı” qeyd edilmişdir. Məhkəmə ekspert rəyinin nəticə hissəsinə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə ”Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, nazik bağırsağın 20.2 sm rezuksiyası. Kolostomanın qoyulması və təkrari laparotomiya kolostomanın və bitişmələrin ləğvi əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi. MBS-nin funksiya pozğunluğu ilə” diaqnozu hər müayinə nəticəsində söz ifadəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına baxmayaraq ona verilmiş imtina qanunsuz və əsassız olmuşdur. Bundan başqa, sözügedən ekspert rəyinin « Tədqiqat və tibbi sənədlər » hissəsində qeyd edilmişdir ki, İddiaçı adına Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-də tərtib edilmiş 447 saylı ambulator xəstənin tibbi vərəqində qeyd edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə xəstəxanada laborator-instrumental müayinələrdən keçmiş və ona « K56.5 – Hissəvi bağırsaq keçməməzliyi » və « K86.1 – Digər xroniki pankreatitlər » diaqnozları qoyulmuşdur. Həmçinin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, qeyd edilən diaqnozlar da söz ifadəsi olaraq eyni ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eynidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-246/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-246/2024
21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver