Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2484/2023 14.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı X3 cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ona aid torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı protokolu ilə 0.04 hektar torpaq sahəsi X8 mülkiyyətinə verilmiş və bu barədə JN-457A kod 20000002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.
2. İddiaçı Gəncə şəhər 7 saylı DNK tərəfindən xx.xx.2009-cu il tarixli 7E-02-482 saylı etibarnamə əsasında X8 adından Gəncə şəhəri Sevinc qəsəbəsində yerləşən torpaq sahəsini idarə etməyi və onun üzərində sərəncam verməyi, ... , bütün məhkəmə orqanlarında ona aid mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi Gəncə şəhər 4 saylı notariat kontorunda 7E-2-599 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2009-cu il tarixli etibarnamə ilə X5 etibar etmişdir.
3. X8 etibarnamə üzrə nümayəndəsi X2 şəhərində yerləşən JN-457A (kod ********) nömrəli şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsinin yerində göstərilərək çıxarış verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və həmin İdarə tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, JN- 457A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron baza məlumatlarında öz əksini tapmamış, eyni zamanda şəhadətnamədə torpaq sahəsinin koordinatlarının (XY) qeyd olunmaması səbəbindən müraciətin icrası mümkün olmamışdır. Araşdırma zamanı, vətəndaş X8 naturada təqdim etdiyi 0.04 ha torpaq sahəsi X6 X7 əsasən, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan sahə olduğu, torpaq sahəsi üzərində vətəndaş X13 tərəfindən deyil, digər şəxs tərəfindən inşa edilmiş fərdi yaşayış evinin mövcud olduğu müəyyən edilmişdir.
4. İddiaçı X1 Ramiz Qəzənfər oğlunun verdiyi etibarnaməyə əsasən cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aid olan torpaq sahəsinə dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, X10 Gəncə şəhəri XDS İK-nin 23 avqust 1988-ci il tarixli 11 saylı protokolu ilə verilmiş 0.04 ha torpaq sahəsini X8 etibarnamə ilə nümayəndəsi İddiaçı ona satmışdır. JN-457A (kod ********) saylı şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsinin yerində göstərilərək çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etsə də, imtina cavabı verilmişdir. İmtina məktubunda qeyd olunan nöqsanların ona heç bir aidiyyəti yoxdur.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
8. Belə ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.1. Məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər.
9. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 46-cı maddəsinin (iddia ərizəsinin məzmunu) tələblərinə uyğun tərtib edilməmiş, iddia ərizəsində cavabdeh inzibati orqanın adı tam şəkildə göstərilməmiş, iddia ərizəsi imzalanmamışdır.
10. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 46.1.2 və 46.1.3-cü maddələrinin tələblərinə əsasən iddiaçının tələbi, inzibati orqanın adı və hüquqi ünvanı iddia ərizəsində göstərilməlidir.
11. Bundan başqa, iş materiallarından göründüyü kimi, Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı protokolu ilə 0.04 hektar torpaq sahəsi X8 mülkiyyətinə verilmiş və bu barədə JN-457A kod 20000002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. İddiaçı Gəncə şəhər 7 saylı DNK tərəfindən xx.xx.2009-cu il tarixli 7E-02-482 saylı etibarnamə əsasında X8 adından Gəncə şəhəri Sevinc qəsəbəsində yerləşən torpaq sahəsini idarə etməyi və onun üzərində sərəncam verməyi, ... , bütün məhkəmə orqanlarında ona aid mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi Gəncə şəhər 4 saylı notariat kontorunda 7E-2-599 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2009-cu il tarixli etibarnamə ilə X5 etibar etmişdir.
12. Yəni, qısaca, iddiaçı X9 iddia tələbində İddiaçı ona verdiyi etibarnaməyə istinadla X8 mülkiyyətinə verilmiş sözügedən torpaq sahəsinin ona aid olmasını əsas gətirməklə, həmin torpağa çıxarış verilməsini xahiş edir.
13. Hansı, prosessual qanunvericilik şəxsin etibarnamə əsasında etibar edənin adından iddia qaldırmağı, məhkəməyə müraciət etməsini istisna etmir, İPM-in 31-ci və MPM-in 74-cü maddələrində nəzərdə tutulmuş hallarda və qaydada buna icazə verir, lakin bu zaman tələb hüququ etibar edənə məxsus olduğu üçün tələb də onunla bağlı olmalıdır.
14. Hazırkı işdə isə iddia ərizəsində İddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən yazılsa da, X9 iddianı öz adından qaldırmış və torpağın ona aid olduğunu bildirməklə, çıxarış verilməsini xahiş etmişdir ki, bu halda onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
15. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal eilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
16. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur.
17. Belə ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
18. Yəni, hazırkı işdə iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın onu qeydə almaması nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
19. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
20. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
21. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsinə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən və ona yalnız daşınmaz əmlakla bağlı müəyyən səlahiyyətlər mülkiyyətçi tərəfindən etibar edildiyindən o, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.
22. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddiaçının dinlənilməsindən, eyni zamanda idda ərizəsində yol verilmiş formal xətaların (cavabdehin adının tam qeyd edilməməsi, ərizənin imzalanmaması, tələbin dəqiqləşdirilməsi) aradan qaldırılmasından imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi, həmin xətalar aradan qaldırılacağı halda belə iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülşən Əliyeva