Məhkəmə qərarları › İş №2-1(114)-2485/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2485/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2485/2025 20.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2024-cü il tarixdən iddiaçıya səhhətindəki xəstəliklərə müvafiq olaraq orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixdə qiymətləndirilərək “Diaqnozun öz təsdiqini tapmaması” səbəbindən, xx.xx.2018-ci il tarixdə qiymətləındirilərək “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

2. İddiaçı xx.xx.2019-cu il tarixdə 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçı əlillik müddəti bitdikdən (xx.xx.2024) sonra Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – T93.1 – Bud sınığının nəticələri, Sol bud sümüyünün burmalardan keçən (yerdəyişən), qeyri-düzgün bitişmiş sınığı, budun varus deformasiyası. İkitərəfli koksartroz. Sol budun yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma defisiti 20 dərəcə). Sol aşağı ətraf əzələlərinin hipotrofiyası. Sol aşağı ətrafın qısalığı (8,0 sm). Daimi ağrı sindromu, axsama. Yeriş və dayaq funksiyasının pozulması. ETTOİ-xx.xx.2024. Arayış-№- **********.AB-6025/2024; Ağırlaşma - M24.5 – Oynaqların kontrakturası, Sol budun yaxınlaşdırıcı konturakturası (uzaqlaşma defisiti 20 dərəcə); Ağırlaşma – Z98.8 – Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər; Ağırlaşma – M21.1 – Digər rubrikalarda təsnif olunmayan varus deformasiya; Ağırlaşma – R52.2 – Digər daimi ağrı, Daimi ağrı sindromu; Ağırlaşma – S72.1 – Burmadan keçən sınıq, sol bud sümüyünün burmalardan keçən (yerdəyişən), qeyri-düzgün bitişmiş sınığı; Ağırlaşma – M21.7 – Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sol aşağı ətrafın qısalığı (8,0 sm); Ağırlaşma – Z74.1 – Özünə xidmət zamanı köməyə ehtiyac; Ağırlaşma – Z73.6 – Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması; Ağırlaşma – M21.8 – Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları; Ağırlaşma – R26.2 – Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, axsama, yerişin və dayaq funksiyasının pozulması; Yanaşı xəstəliklər – H90.3 – Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İkitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə İİİ-İV dərəcə.

4. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir.

5. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli 1170 nömrəli qərarı ilə iddiaçının “Sol budun burmadankeçən sınığı, cüzi yerdəyişmə ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

6. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2014-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Sol bud sümüyünün burmalardan keçən (yerdəyişən), qeyri-düzgün bitişmiş sınığı, budun varus deformasiyası. İkitərəflikoksartroz. Sol budun yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma defisiti 20 dərəcə). Sol aşağı ətraf əzələlərinin hipotrofiyası. Sol aşağı ətrafın qısalığı (8,0 sm). Daimi ağrı sindromu, axsama, yerişin və dayaq funksiyasının pozulması” kimi qeyd edilmişdir.

7. Xəstəlik tarixindən çıxarışlardan və xx.xx.2024-cü il tarixli göndərişdən görünür ki, İddiaçı “S72.1 Burmadan keçən sınıq” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə şəhər Birləşmiş Xəstəxansında, “B90.9 Tənəffüs orqanları vərəminin və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdə X1 İnstitutunda, “İ20.8 stenokardiyanın digər formaları” diaqnozu üzrə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsdə, “İ25 Ürəyin xroniki işemik xəstəliyi” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X3, “S72.1 Burmadan keçən sınıq” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X2, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanasında, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X2, “H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsdə və “S72.1 Burmadan keçən sınıq” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdə isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicələr almışdır.

8. Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/177 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barəsində xx.xx.2010-cu il tarixli 1170 saylı qərar vardır və hal-hazırda qüvvədədir. II. Məhkəmədə icraat

9. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ikinci dərəcə əlilliyin müəyyən edilməsi və əlilliyə görə pensiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur və 1979-cu ildə ilkin olaraq Gəncə şəhəri Kəpəz RHK tərəfindən hərbi xidmətə çağrılmışdır və 1981-ci ildə əsgəri xidmətini başa vurmuşdur. Erməni qəsbkarlarının Karabağ ərazisində başladıqları müharibə ilə əlaqədar Gəncə RHK tərəfindən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikası Müdafiə Naziliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1170 №-li xx.xx.2010-cu il tarixli qərarı ilə göstərilmişdir ki, 1991-ci ildə aktiv iştirak etmişdir və həmin vaxtı aldığı güllə, mərmi qəlpələri nəticəsində sol budunda sınıqlar olmuşdur. Ona görə xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə almışdır. O zaman onun xəstəliyinə qoyulmuş diaqnoz "Sol budun burmadan keçən sınığ, cüzi yerdəyişmə ilə" olmuşdur. Bu fakt Kəpəz RHK-nin xx.xx.2010cu il tarixli 1665 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 75 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1992-ci il tarixli çıxarış, MH MHHK-nin həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir) Travmadır, hərbi xidmət dövründə alınmışdır". Sonradan dəfələrlə X4 stasionar müalicə almışdır. Daha sonra onun ağciyərində də xəstəlik əmələ gəlmiş və hazırda ağciyər xəstəliyindən də əziyyət çəkir. xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi Ak.Mirqasımov adına Respublika Xəstəxanasında ağciyər və arterial-ürək damar çatışmamazlıqlarından müalicə almışdır. xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi Gəncə xəstəxanasında həm aldığı güllə-qəlpə yaraları, həmçinin kontuziya nəticəsində sonradan aşkar olunan beyin infaktı müharibə zamanı aldığı yaraların nəticəsi kimi göstərilmişdir. xx.xx.2022-ci ildə Gəncə Xəstəxanasında ürək və ağciyər xəstəliyindən müalicə almışdır. xx.xx.2023-cü ildən xx.xx.2023-ci ilə kimi X3 "120.8.Ü.İ.X:Gərginlik stenokardiyası fs-İİİ ", yanaşı xəstəlik : Hipertoniya xəstəliyi İl mərhələ diaqnozu üzrə müalicə almışam. EKO : Ritm sinusdur, ÜEO-xu normal yerləşmişdir… Miokardda diffuz dəyişiklik izlənilir. EXOKQ: AOZ -İl dərəcə, AV qalınlaşıb, ekskursiyası zəifləyib. Ürək boşluqları genişlənməyib. Sol mədəciyin divarları konsentrik qalınlaşıb. Sol mədəciyin sistolik funksiyası /AF-51%… xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi X2 xəstəlikləri üzrə - Sol buddan aldığı gülləqəlpə yarasından, ürək xəstəliyindən müalicə almışdır. xx.xx.2024-cü ildə AR SN "Azərbaycan Elmi Tədqiqat Travmatologiya və ortopediya İnstutunda" müayinədən keçmişdir və onun xəstəliyinin diaqnozu: Sol bud sümüyünün burmalarda keçən (yerdəyişən), qeyri düzgün bitişmiş, budun varus deformasiyar, ikitərəfli konsartioz, sol budun yaxınlaşdırıcı kontranturası (uzaqlaşması), sol aşağı ətrafın qısalığı (0,8 sm.) daimi ağrı sindromu axsama, yerişin və dayaq funksiyasının pozulması. Xəstəliyi ilə əlaqədar elektron qaydada müraciət edərək ona əlilliyin təyin edilməsi üçün xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial ekspert Komissiyası xx.xx.2024-cü ildə verdiyi cavabda bildirmişdir ki, "Sol bud sümüyünün burmalarından keçən (yerdəyişən), qeyri-düzgün bitişmiş sınığı, budun varus deformasiyası ikitərəfli koksartroz. Sol budun yaxınlaşdırıcı kontraktura uzaqlaşma defisiti 20-dək . Sol aşağı artrat əzələlərin hipotrofiyası.Sol aşağı ətrafın qısalığı (8 sm.). Daimi ağrı sindromu axsama. Yeriş və dayaq funksiyalarının pozulması. İkitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə İİİ-İV dərəcə" diaqnozu üzrə əlillik təyin edilməsindən imtina edilib. Səbəb əlavə müayinəyə ehtiyac olması, ətraflı müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Əgər onun xəstəliyinin mövcud olması faktları onu müayinə edən professorlar tərəfindən təsdiq edildiyi halda, cavabdehin ona 2-ci dərəcəli əlillik təyin etməməsi tamamilə qanusuzdur. Onun bud sümüyü 8 sm. balacalaşıbsa və onun 65 yaşı varsa, bundan sonra onun budunun uzanması mümkündürmü? Cavabdeh onun yenidən müayinə və müalicə almağını bildirməklə onu ələ salır. Bu biabırçılıqdır. Cavabdehin hərəkətləri onun əsəblərini tarıma çəkməklə onu məhvə sürükləyir. Cavabdehin imtinası onu ələ salmaqdır və 1-ci Qarabağ döyüşlərində iştirak edərək xəsarət alan insanları dövlətdən incik salmasıdır. Onun l Qarabağ döyüşlərində aldığı xəsarətlər onun orqanizminin fəaliyyətini dayandırmışdır. Onun hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmağı qeyri-mükündür. Onun yaşamağı üçün sağlamlığının olması vacibdir. Lakin xəstə olduğundan o, heç yerdə işləyə bilmir. Eyni zamanda, cavabdeh onun xəstə olmağını və müalicənin mümkün olmamasını bildiyi halda, ona qanunla müəyyən edilmiş əlillik təyin etmir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Hazırda bütün müalicə müəssisələri, xəstaxanalarında onun Qarabağ uğrunda döyüşlərdə aldığı xəstəliklər təsdiq olunduğu və ona qoyulmuş diaqnozu təsdiq edildiyi halda, heç bir əsaslı səbəb olmadan imtina edilməsi qanunsuzdur.

11. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ona təyin edilmiş ikinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2025-ci il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

12. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi « xx.xx.2024-cü il tarixdən iddiaçıya səhhətindəki xəstəliklərə müvafiq olaraq orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması » tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, İddiaçı xx.xx.2024-cü əyani müayinəsi həyata keçirilmiş və əlillik təyinatından imtina edilmişdir. İmtina barədə qərar xx.xx.2024-cü il tarixdə sistemə daxil edildiyi, iddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün onun tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

22. İddiaçının nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - xx.xx.2024-cü il tarixli göndəriş; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli 1170 nömrəli qərarı; - “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2014-cü il tarixli ********** nömrəli arayışı; - Xəstəlik tarixindən çıxarışlar; - Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/177 nömrəli cavab məktubu. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

25. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixdə qiymətləndirilərək “Diaqnozun öz təsdiqini tapmaması” səbəbindən, xx.xx.2018-ci il tarixdə qiymətləındirilərək “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

26. İddiaçı xx.xx.2019-cu il tarixdə 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir.

27. İddiaçı əlillik müddəti bitdikdən (xx.xx.2024) sonra Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – T93.1 – Bud sınığının nəticələri, Sol bud sümüyünün burmalardan keçən (yerdəyişən), qeyri-düzgün bitişmiş sınığı, budun varus deformasiyası. İkitərəflikoksartroz. Sol budun yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma defisiti 20 dərəcə). Sol aşağı ətraf əzələlərinin hipotrofiyası. Sol aşağı ətrafın qısalığı (8,0 sm). Daimi ağrı sindromu, axsama. Yeriş və dayaq funksiyasının pozulması. ETTOİ-xx.xx.2024. Arayış-№- **********.AB-6025/2024; Ağırlaşma - M24.5 – Oynaqların kontrakturası, Sol budun yaxınlaşdırıcı konturakturası (uzaqlaşma defisiti 20 dərəcə); Ağırlaşma – Z98.8 – Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər; Ağırlaşma – M21.1 – Digər rubrikalarda təsnif olunmayan varus deformasiya; Ağırlaşma – R52.2 – Digər daimi ağrı, Daimi ağrı sindromu; Ağırlaşma – S72.1 – Burmadan keçən sınıq, sol bud sümüyünün burmalardan keçən (yerdəyişən), qeyri-düzgün bitişmiş sınığı; Ağırlaşma – M21.7 – Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sol aşağı ətrafın qısalığı (8,0 sm); Ağırlaşma – Z74.1 – Özünə xidmət zamanı köməyə ehtiyac; Ağırlaşma – Z73.6 – Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması; Ağırlaşma – M21.8 – Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları; Ağırlaşma – R26.2 – Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, axsama, yerişin və dayaq funksiyasının pozulması; Yanaşı xəstəliklər – H90.3 – Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İkitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə İİİ-İV dərəcə.

28. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir.

29. Xəstəlik tarixindən çıxarışlardan və xx.xx.2024-cü il tarixli göndərişdən görünür ki, İddiaçı “S72.1 Burmadan keçən sınıq” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə şəhər Birləşmiş Xəstəxansında, “B90.9 Tənəffüs orqanları vərəminin və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdə X1 İnstitutunda, “İ20.8 stenokardiyanın digər formaları” diaqnozu üzrə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsdə, “İ25 Ürəyin xroniki işemik xəstəliyi” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X3, “S72.1 Burmadan keçən sınıq” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X2, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanasında, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X2, “H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsdə və “S72.1 Burmadan keçən sınıq” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdə isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicələr almışdır.

30. Məhkəmə qeyd edir ki, iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişdə (Forma 88) ona qoyulmuş diaqnozlardan yalnız ağırlaşma halı olan M21.7 və M21.8 XBT kodlu “Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sol aşağı ətrafın qısalığı (8,0 sm) və “Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları” xəstəliyi iddiaçının qiymətləndirildiyi dövrdə qüvvədə olan Əlilliyin müəyyən olunması Meyarlarında mövcud olmuşdur. Belə ki, həmin Meyarların 13.3-cü və 13.4-cü bəndlərində M21 XBT kodu altında Ətrafların digər qazanılma deformasiyaları xəstəliyi qeyd edilmişdir. Meyarların 13.3-cü bəndinin altyarımbəndlərində (sözügedən xəstəliyin qiymətləndirmə hallarında) sadalanan qiymətləndirmə hallarının iddiaçının səhhətində mövcudluğu müəyyən edilməmişdir. Meyarların 13.4-cü bəndinin 13.4.33-cü yarımaltbəndində ayağın 7 sm-dən çox qısalması halının orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlillik təyinatına əsas verdiyi təsbit edilsə də, iddiaçının məhz həmin xəstəlik üzrə minimal müalicə müddətinin ödənildiyi müəyyən edilmir.

31. Belə ki, iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişdən görünür ki, onun həmin xəstəliklə bağlı ambulator müraciəti olmamışdır, hansı ki, 2 nömrəli Əlavənin 29-cu bəndində M21 XBT kodlu xəstəliklərə görə təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddəti olaraq 1 dəfə ambulator müalicə şərti təsbit edilmişdir.

32. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na görə: Bənd 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

33. İddiaçının ambulator müalicəsi olmamış, statsionar isə son bir ildə yalnız S72.1 XBT kodlu xəstəlik üzrə olmuşdur ki, həmin kodlu xəstəlik ümumiyyətlə Əlilliyin müəyyən olunması Meyarlarında mövcud deyildir.

34. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar