Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2486/2022 14.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatına alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2022-ci il tarixli, 170- 7403N-3222 nömrəli məktubu ilə uşaqları X5 və X6 Kəlbəcər pasport qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırmışıldır ki, Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri əsasında digər rayonlardan qeydiyyata alınma və qeydiyyatdan çıxarılma işğaldan azad olunmuş rayonlara məskunlaşma başa çatanadək dayandırılmışdır. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı uşaqları X5 və X6 Kəlbəcər rayonu, Keştək kəndinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1986-cı il tarixdə Kəlbəcər rayonunun Keştək kəndində doğulmuş,1993-cü ildə erməni silahlı birləşmələri Kəlbəcər rayonunu işğal edən zaman ailəsi ilə birlikdə məcburi köçkün düşmüş və Goranboy rayonu ərazisində məskunlaşmışdır. O, 2007-ci ildə X2 ilə ailə qurmuş birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X8 və xx.xx.2009-cu il tarixdə X9 doğulmuşdur. Kəlbəcər rayonundan məcburi köçkün olduğu üçün məcburi köçkünlərə şamil edilən güzəştlərdən istifadə etmiş, hal-hazırda da o və iki övladı məcburi köçkünlərə şamil edilmiş güzəştlərdən istifadə edirlər. Lakin arvadı X1 məcburi köçkün statusuna malik olmadığından həmin güzəştlərdən istifadə etmir. Lakin bir müddət öncə Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən ona bildirilmişdir ki, övladları X8 və X9 anaları, yəni onun arvadı X1 ata evində olan ünvanına qeydiyyata alınmışdır. Oğlu X3 Hərbi Qeydiyyata Alınma Haqqında xx.xx.2022-ci il tarixli, İQ 428125 nömrəli vəsiqəsini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində qeydiyyata alınaraq almışdır. Lakin bütün bunlara baxmayaraq hər iki övladı yanlışlıqla arvadının qeydiyyatda olduğu ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Göstərilən yanlışlığın aradan qaldırılması üçün cavabdehə müraciət etmiş, lakin ona mübahisə ilə bağlı məhkəməyə müraciət etməyi izah olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 14 dekabr 2022-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşlar (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına AA*******, AZE15638117, AZE 18095201, AZE 12255969 nömrəli şəxsiyyət vəsiqələrinin surəti, « Nikah haqqında » xx.xx.2007-ci il tarixli, AZ-İ 310970 nömrəli şəhadətnamənin surəti, « doğum haqqında » xx.xx.2007-ci il tarixli, AZ-ll 020927 nömrəli və xx.xx.2009-cu il tarixli, AZ-ll 361945 nömrəli şəhadətnamələrin surəti, Cavabdeh xx.xx.2022-ci il tarixli, 170-7403N-3222 nömrəli məktubu, xx.xx.2005-ci il tarixli, AA 125654 nömrəli məcburi köçkün vəsiqəsinin surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Göründüyü kimi İddiaçı uşaqları X5 və X6 Kəlbəcər rayonu, Keştək kəndinə qeydiyyata alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb edir. İş materiallarında olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 170-7403N-3222 nömrəli məktubda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri əsasında digər rayonlardan qeydiyyata alınma və qeydiyyatdan çıxarılma işğaldan azad olunmuş rayonlara məskunlaşma başa çatanadək dayandırılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun;
1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
2. maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.
5. maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Hazırda qeydiyyatda olan şəxsin iddia ərizəsində tələb etdiyi ünvana qeydiyyata alınmaması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmır və onun yaşayış sahəsi üzrə ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatına alınma barədə iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatına alınma barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov