Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-249/2022 06.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı1-nin təsisçisi X2 və cavabdehin nümayəndəsi X1 ilə, İddiaçı1-nin təsisçisi X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı1-yə qarşı qəbul olunmuş vergilərin hesablanması barədə 10.05.2017-ci il tarixli **********405000, 16.05.2017-ci il tarixli, **********774000, 16.05.2017-ci il tarixli **********777100, 10.05.2017-ci il tarixli **********404300, 16.05.2017-ci il tarixli **********775700, 16.05.2017-ci il tarixli **********793700, 10.05.2017-ci il tarixli **********406700 və 16.05.2017-ci il taixli **********76400 saylı qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi 20.04.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının borcunun silindiyini, lakin baza sistemində düzəliş edilmədiyindən bu düzəliş üçün məhkəmədən vaxt istəmiş və bu səbəbdən məhkəmə iclası təxirə salınaraq 06.06.2022-ci il tarixə təyin olunmuşdur. 06.06.2022-ci il tarixli məhkəmə iclasında isə cavabdehin nümayəndəsi iddiaçının vergi borcunun sistemdən silindiyini göstərən “Pərvin“ MMC-nin Şəxsi hesab vərəqəsini təqdim etmişdir. Məhkəmə sözügedən şəxsi hesab vərəqəsində iddiaçının mübahisələndirilən qərarlarla yaranmış vergi borcunun silindiyini nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Belə olan halda inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Madə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü və Mülki Prosessual Məcəlləsinin 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı1-nin təsisçisi X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdeh tərəfindən İddiaçı1-yə qarşı qəbul olunmuş vergilərin hesablanması barədə 10.05.2017-ci il tarixli **********405000, 16.05.2017-ci il tarixli, **********774000, 16.05.2017-ci il tarixli **********777100, 10.05.2017-ci il tarixli **********404300, 16.05.2017-ci il tarixli **********775700, 16.05.2017-ci il tarixli **********793700, 10.05.2017-ci il tarixli **********406700 və 16.05.2017-ci il taixli **********76400 saylı qərarların ləğv olunması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-249/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-249/2022
06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver