Məhkəmə qərarları › İş №2-1(114)-2491/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2491/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2491/2025 30.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı cavabdeh Goranboy İcra Hakimiyyətinə qarşı cavabdeh orqanın vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə dair itirilmiş icraatın bərpa edilməsinə dair ərizəyə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 1-8-12-1/2- 2314/2024 nömrəli məktubundan müəyyən edilmişdir ki, İddiaçı Azərbaycana qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərarına Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunda baxılması məsələsinin həlli ilə əlaqədar iş materiallarının bərpa edilməsi məqsədi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesav edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2012-ci il tarixli 2-1-4(84)-18/2012 nömrəli qərardan müəyyən olunur ki, İddiaçı cavabdeh Goranboy İcra Hakimiyyətinə qarşı cavabdeh orqanın vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə dair məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı əsasında iddia rədd edilmişdir. İddiaçı tərəfindən qərardan apellyasiya şikayəti verilmiş Gəncə Apellyasiya Məhkəməsinin 08 avqust 2012-ci il tarixli 2-1(104)-107/2012 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2012-ci il tarixli 2-1-4(84)-18/2012 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 delabr 2012-ci il tarixli 2-2(102)-605/12 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 08 avqust 2012-ci il tarixli 2-1(104)-107/2012 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin sədrinin 05 aprel 2023-cü il tarixli 22 nömrəli əmri əsasında arxiv işlərinin yoxlanılması üçün komissiya yaradılmış və məhkəmənin arxivində saxlama müddəti bitmiş 2012-ci il üzrə işlərin məhkəmə aktlarının məhkəmədə saxlamaq şərti ilə məhv edilməsi həyata keçirilmişdir. Həmin işlərin sırasında Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1-4(84)-18/2012 nömrəli inzibati işin materialları da vardır.( xx.xx.2023-cü il tarixli akt) Beləliklə, məhkəmə iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, İddiaçı cavabdeh Goranboy İcra Hakimiyyətinə qarşı cavabdeh orqanın vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə dair iddia ərizəsinin Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılaraq iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi iş materialları ilə təsdiq olunur, itirilmiş həmin məhkəmə sənədlərinin və həmin sənədlərinin aid olduğu inzibati iş üzrə icraatın bərpa edilməsi üçün kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Goranboy İcra Hakimiyyətinə qarşı cavabdeh orqanın vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə dair Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2012-ci il tarixli qərarının aid olduğu inzibati işin icraatı bərpa edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar