Məhkəmə qərarları › İş №2-1(114)-2494/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2494/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2494/2025 24.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bərdə rayonu Yeni Daşkənd bələdiyyəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, üçüncü şəxsin nümayəndəsi X22 və üçüncü şəxsin vəkil olan nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bərdə rayonu Yeni Daşkənd bələdiyyəsinə qarşı Bərdə rayon Kürdborakı bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 05 saylı qərarının və Bərdə rayon Şatırlı bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 03 saylı qərarının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 05 saylı iclas protokolu ilə Kürdborakı kənd sakini X2 ərizəsinə əsasən bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək məqsədi ilə 6.0 ha torpaq sahəsi ayrılaraq X4 icarəyə verilmiş və tərəflər arasında 10 sentyabr 2004-cü il tarixli 02 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır.

2. Bərdə rayonu X60nin 04 sentyabr 2004-cü il tarixli 03 saylı iclas protokolundan görünür ki, Kürdborakı kənd sakini X2 ərizəsinə əsasən bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığın inkişaf etdirmək məqsədi ilə 6.0 ha torpaq sahəsi ayrılılaraq X4 icarəyə verilmiş və tərəflər arasında 10 sentyabr 2004-cü il tarixli 04 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12 aprel 2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışlarla Bərdə rayonu Şatırlı kəndində yerləşən 6 ha, 2 ha və 4 ha torpaq sahələri üzərində X2 icarə hüququ xx.xx.2004-cü il tarixdən xx.xx.2074cü il tarixədək 70 il müddətinə qeydiyyata alınmışdır.

4. Bərdə Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(021)-620/2022 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2, X23, X11, X15, X33, X16, X50, X34, X24, X51, X5, X40, X25, X26, X52, X3, X6, X35, X17, X41, X12, X7, X1, X36, X8, İddiaçı1, X42, X13, X18, X9, X19, X53 cavabdehlər Bərdə rayonu Kürborakı kənd Bələdiyyəsinə və X4, üçünçü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı cavabdeh Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi ilə digər cavabdeh arasında 10 sentyabr 2004-cü il tarixdə 02 nömrə ilə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında cavabdeh Bağırov İsmayıl oğlunun adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddialarının əsassız olduğundan təmin edilməməsi; İddia tələbinin təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi; Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 311 manat məbləğində vəsaitin iddiaçılardan müştərək qaydada tutularaq X96 filialı, kod 200372, VÖEN **********, m/h AZ 37NABZ ********************, S.W.İ.F. BK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, hesab nömrəli ********************, VÖEN ********** hesabbına köçürülməsi qət edilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-42/2024 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1, X54, X43 və X61 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 16 iyun 2022ci il tarixli 2(021)-620/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməməsi, iddiaçılar İddiaçı2, X54, X37, X43, X62, X44, X77, X63, X55, X78, X27, X71, X56, X57, X79, X20, X28, X61, X45, X72, X38, X29, X14, X64, X30, İddiaçı1, X73, X39, X46, X31, X47 və X48 müştərək qaydada 311 (üç yüz on bir) manat tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin X96 filialı, kod 200372, VÖEN **********, m/h AZ 37NABZ ********************, S.W.İ.F. BK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, hesab nömrəli ********************, VÖEN ********** hesabına ödənilsin. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul iddiaçılar İddiaçı2, İddiaçı1, X54, X43 və X32 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X10, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 3576/2024 nömrəli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-42/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. II. Məhkəmədə icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli, **********45 nömrəli reyestr çıxarışına əsasən 6.00 ha əkin, xx.xx.2016-cı il tarixli **********46 nömrəli reyestr çıxarışına əsasən 4.0 ha əkin, xx.xx.2016-cı il tarixli, **********47 nömrəli reyestr çıxarışına əsasən 2.0 ha örüş sahəsi olmaqla 70 illik icarə müqaviləsi əsasında verilmiş icarə çıxarışlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, heç bir yerdə işləmir, ancaq kənd təsərrüfatı ilə mal-qara saxlamaqla məşğuldurlar. 60 təsərrüfatdan ibarət kənd sakinlərinin dolanışıq imkanları ancaq torpaq sahələrindən və mal-qara saxlamaqla güzaranlarını yaxşılaşdırmaqdan ibarətdir. 1998-ci il tarixdə torpaq islahatları zamanı mal-qara saxlamaq üçün kənd sakinlərinə örüş sahəsi ayrılmışdır. Bir neçə vaxt həmin örüş sahəsindən istifadə etmiş və hal-hazırda da istifadə edirlər, lakin bir neçə illərdir ki, həmin örüş sahəsini qanunsuz yolla X60 70 illik müqavilə ilə kənd sakini X4 icarə müqaviləsi əsasında vermişdir. Həmin icarə müqaviləsi əsasında 14,84 ha torpaq sahəsinə müxtəlif vaxtlarda çıxarışlar verilmişdir. Həmin icarə müqavilələri Kürdboraki kənd Bələdiyyəsinin imzası ilə X60nin ərazisini qanunsuz yolla icarəyə vermişdir, sonradan Bələdiyyələr birləşmiş vahid X60 yaradılmışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinə etdiyimiz müraciət əsasında məlum olmuşdur ki, qanunsuz yolla örüş sahəsi zəbt edilmiş, hətta örüş sahəsini qanunsuz yolla əkdirdiyi üçün Bağırov Məhərrəm inzibati tənbeh edilmişdir. O cümlədən bu işləri bilən cavabdeh qanunsuz yolla torpağa rəy vermiş, heç bir araşdırma olmamışdır. Qanuna zidd olmasına baxmayaraq 15 il icarə müqaviləsi nəzərdə tutulsa da, 70 illik icarə müqaviləsi bağlanmış və icarə çıxarışı alınmışdır. Qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina cavabı verilərək məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İİ. Prosessual məsələlər

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X21 zəruri cəlbetmə qaydasında, Bərdə rayonu Yeni Daşkənd bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilmişdir.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmiş, iddia tələbi “Bərdə rayon Kürdborakı bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 05 saylı qərarının və Bərdə rayon Şatırlı bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 03 saylı qərarının ləğv edilməsi” tələbinə dəyişdirilmiş, cavabdeh əsl cavabdeh Bərdə rayonu Yeni Daşkənd bələdiyyəsi ilə əvəz edilmişdir.

12. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra işin məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.

13. İddiaçılar, üçüncü şəxsin nümayəndəsi və vəkil olan nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh tərəfə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, bələdiyyənin qərarları barədə məlumatları olsa da, həmin qərarların mübahisələndirilməsi üçün 30 gün müddətin olduğundan məlumatsız olduqlarını bildirməklə, buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

15. İddiaçılar İddiaçı1 və İddiaçı2 müddətin bərpasına dair ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir.

16. İddiaçılardan İddiaçı1 iclas zamanı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, mübahisələndirdikləri qərarlardan qəbul edilən zaman deyil, mülki qaydada işə baxılan zamandan məlumatları olmuşdur. Lakin 30 gün müddətində mübahisələndirməli olduqlarını bilməmişlər. Kənd əhalisinin örüş torpağı üçüncü şəxsə icarəyə verildiyinə görə mahiyyəti üzrə işə baxılmasını tələb edirlər.

17. Üçüncü şəxsin nümayəndəsi X22 müddətin bərpasına dair ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir.

18. Üçüncü şəxsin vəkil olan nümayəndəsi Vəkil müddətin bərpasına dair ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

19. Məhkəmə iddia ərizəsini, müddətin bərpası barədə ərizəni və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

20. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

21. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

22. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

23. Məlum olduğu kimi, iddia tələbində iddiaçılar tərəfindən Bərdə rayon Kürdborakı bələdiyyəsinin və Bərdə rayon Şatırlı bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 03 və 05 saylı qərarları mübahisələndirilir.

24. Məhkəmə qeyd edir ki, həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

25. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.

26. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

27. Göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlum olur ki, iddiaçılar inzibati orqanın təxminən 20 il əvvəl qəbul etdiyi qərarların qanunsuz sayılaraq ləğv olunmasını tələb edirlər.

28. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

29. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.

30. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

31. Hazırda mübahisə olunan qərarlar Azərbaycan Respublikası İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl (xx.xx.2004-cü il tarixdə) qəbul edilmişdir.

32. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənir.

33. Ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).

34. Bununla da, iddiaçılar inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələblə məhkəmədə iddia qaldırmamışlar.

35. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”.

36. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

37. İddiaçılar inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamış və mübahisələndirilən qərarın qəbulundan 20 ildən çox müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə iddia qaldırmaqla, iddia müddətini ötürmüşlər.

38. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4. maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

39. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

40. Göründüyü kimi, iddiaçı sözügedən qərarı - inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir və həmin müddəti buraxılmasından 1 ildən çox vaxt keçdiyi üçün müddətin bərpasına dair ərizə verilə bilməz.

41. Lakin iddiaçılardan İddiaçı1 iclas zamanı sədrlik edənin sualına cavab olaraq mübahisələndirdikləri qərarlardan qəbul edilən zaman deyil, mülki qaydada işə baxılan zaman məlumatları olduğunu, buna baxmayaraq onları 30 gün müddətində məhkəmədə mübahisələndirməli olduqlarını bilmədiklərini, kənd əhalisinin örüş torpağı üçüncü şəxsə icarəyə verildiyinə görə mahiyyəti üzrə işə baxılmasını tələb etdiklərini bildirmişdir.

42. Məhkəmə qeyd edir ki, hətta iddiaçıların öz hüquqlarının pozulduğunu bildiyi vaxt kimi istinad etdikləri zaman əsas götürüləcəyi halda belə, yenə də iddia müddəti iddiaçılar tərəfindən ötürülmüşdür.

43. Belə ki, Bərdə Rayon Məhkəməsində iddiaçılar İddiaçı2, İddiaçı1 və digərlərinin cavabdeh X4 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə çıxarılmış Bərdə Rayon Məhkəməsinin 2(021)-620/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində məhz mübahisəli 6.0 ha və 6.ha olmaqla, cəmi 12.0 ha torpaq sahəsinin Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 05 saylı və Bərdə rayonu X60nin 04 sentyabr 2004-cü il tarixli 03 saylı iclas protokolları əsasında Kürdborakı kənd sakini X4 icarəyə verilməsi qeyd edilmişdir. Habelə həmin qətnaməyə apellyasiya və kassasiya instansiyaları məhkəmələrində baxılan zaman da sözübedən sənədlər məhkəmə qərarlarında öz əksini tapmışdır.

44. Yəni, iddiaçıların ən gec halda 2022-ci ildə artıq sözügedən qərarlardan məlumatlı olduqları həm iş materialları, həm özlərinin izahatı ilə təsdiqini tapır. Bu o deməkdir ki, qərarların mübahisələndirilməsinə dair müddətin ötürülməsi mübahisəsiz haldır.

45. İddiaçılar 30 gün müddətində məhkəmədə mübahisələndirməli olduqlarını bilmədiklərini bildirirlər, hansı ki, həmin hal müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. Ona görə də, müddətin bərpasına dair ərizə təmin edilməməlidir.

46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

47. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

48. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

49. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

50. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

52. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

53. Digər tərəfdən, məhkəmə xüsusilə qeyd edir ki, hətta, müddətlə bağlı mümkünlük şərti ödəniləcəyi halda belə, tərəflər arasındakı mübahisəyə mülki qaydada baxılarkən əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsinin ümumi istifadədə olan örüş torpaq sahəsinə aid olmadığı müəyyən olunmuşdur ki, bu hal iddiaçıların tələbetmə hüquqlarının da olmadığına dəlalət edir.

54. Beləliklə, hazırkı iddia mümkün sayılmamalıdır.

Nəticəvi hissə:

55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar