Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-25/2022 09.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsinin Dəllər-Cəyir Bələdiyyəsi arasında tərtib olunmuş 0,01 ha torpağın alqı-satqısına dair aktın bağlanmış (hüquqi qüvvəsini almış) hesab edilməsi və həmin torpağın onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2-1(114)-463/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2-1(114)- 463/2021 nömrəli qərarı icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə göndərilmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi Gəncə İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixli ərizə göndərərək yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 28 sentyabr 2021-ci il tarixli, 2-1(114)-463/2021 nömrəli qərardadı ilə yeni açılmış hallarla bağlı iş üzrə icraat təzələnmişdir. Gəncə İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(114)-25/2022 nömrəli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsinin Dəllər-Cəyir Bələdiyyəsi arasında tərtib olunmuş 0,01 ha torpağın alqı-satqısına dair aktın bağlanmış (hüquqi qüvvəsini almış) hesab edilməsi hissəsində mümkün sayılmamamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 20 iyul 2007-ci il tarixdə Şəmkir rayon Dəllər Cəyir bələdiyyəsinə ərizə ilə müraciət edərək 0.01 ha torpaq sahəsinin alqı-satqı edilməsini xahiş etmişdir. Onun müraciəti ilə bağlı Şəmkir rayon Dəllər-Cəyir bələdiyyə başçısının 30 iyul 2007-ci il tarixli, 14 nömrəli qərarı ilə Dəllər-Cəyir bələdiyyə torpaqlarından 0.01 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ona satılmasına razılıq verilmişdir. Onun müraciəti əsasında Şəmkir rayon Dəllər-Cəyir bələdiyyəsi ilə onun arasında 22 avqust 2007ci il tarixdə Torpaqların alqı-satqısına dair akt tərtib edilərək bir nüsxəsi ona verilmişdir. Lakin diqqətsizlikdən möhürün biri vurulmamışdır. Dəllər-Cəyir bələdiyyəsinə Şəmkir rayonunun baş memarı tərəfindən xx.xx.2007-ci il tarixdə 404 A nömrəli rəy verilərək bildirilmişdir ki, nəzərdə tutulan 0.01 ha torpaq sahəsinin mövcud qanunvericiliyə uyğun qaydada sahibkarlıq xidməti ilə bələdiyyə tərəfindən İddiaçı adına sənədləşdirilməsinə etiraz olunmur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsinin xx.xx.2011-ci il tarixli, 792 nömrəli Rəyində bildirilir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0.01 hektar olmaqla X4 mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Həmin torpaq sahəsinin müsabiqə və hərrac qiymətinə uyğun satılmasını qanuna müvafiq hesab edir. Şəmkir rayon Dəllər-Cəyir Bələdiyyəsinin 30 iyul 2007-ci il tarixli, 14 nömrəli qərarı ilə ona satılmış 100 kv.m sahibkarlıq məqsədi ilə verilmiş torpaq sahəsi X6 kitabında qeydiyyat nömrəsi A 363913 olmaqla Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsünə dair 09 sentyabr 2011-ci il tarixdə 732 nömrə ilə həm də uçota alınmışdır. O, aidiyyəti üzrə çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 09 iyun 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Torpaqların alqı-satqısına dair 22 avqust tarixli, 321 nömrəli aktın surəti; - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 363913 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surəti; - Şəmkir rayon Dəllər-Cəyir bələdiyyə başçısının xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarının surəti; - 20.07.2007-ci il tarixli Kassa mədaxil orderinin qəbzinin surəti; - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsinin müdirinin 792 nömrəli rəyinin surəti; - Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Memarlıq və Tikinti şöbəsinin müdirinin xx.xx.2007-ci il tarixli, 404 nömrəli rəyinin surəti; - Cavabdehin xx.xx.2021-ci il tarixli, **********05 nömrəli məktubunun əsli; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********63 nömrəli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 17 fevral 2022-ci il tarixli, 10/502 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Cəfərovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı istifadəsində olan 0.01 ha naturada olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsinin konfiqurasiya fərqi var. Sözügedən torpaq sahəsinin elektron baza xəritəsinə əsasən sənəd üzrə olan torpaq sahəsinin 55.20 kv.m hissəsi kənd yolunun yaşıllıq zonasına, digər 44.8 kv.m hissəsi isə 32 saylı Yol İstismar İdarəsinin ərazisinə düşdüyü qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının hazırda tələb etdiyi torpaq sahəsinin bir hissəsi kənd yolunun (meşə) yaşıllıq zolağına, digər hissəsi isə 32 saylı Yol İstismar İdarəsinin ərazisinə düşdüyündən, cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 31.5-ci maddəsinə əsasən meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında » Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1. maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Eyni zamanda, hüquqların dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən torpaq sahəsinin ayrılması (satılması) barədə qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaqda və ya məhkəmədə iddia qaldırmaqda haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanunidir və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat pul İddiaçı alınaraq SAP (XİİS), X3, kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat pul İddiaçı alınaraq SAP (XİİS), X3, kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-25/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-25/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver