Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-25/2023 13.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək vergi orqanlarının struktur bölmələrində ikinci qrafadakı - “Gəncə, Sumqayıt şəhərləri” üzrə vəzifə maaşları əsas götürülməklə hesablanması və qalığın ödənilməsi; 2014, 2018, 2019-cu ildəki əmək haqqına olan artım nəzərə alınmaqla hesablanıb ona ödənilməmiş qalıq məbləğin və gecikdirilməsi səbəbindən dəymiş maddi və mənəvi ziyanın alınıb verilməsi; bu zaman gecikdirilmiş məbləğ üçün bir il üçün məbləğin 5% məbləğində təzminatın hesablanıb verilməsi, 01 yanvar 2020-ci il tarixdən onun pensiyasına ödənilməli olan 30% əlavənin ödənilməmiş hissəsinin alınıb ona verilməsi və əlavənin 30% həcmində ödənilməsi; ona pensiyaya çıxdığı vaxtdan təyin edilmiş əmək haqqının 80%-i həcmində pensiyanın bu formada axıradək ödənilməsinə dair qərar çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddianın tələbinin həcmini azaldaraq xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təyin edilmiş pensiyanın vergi orqanlarının struktur bölmələrində ikinci qrafadakı-“Gəncə, Sumqayıt şəhərləri” üzrə vəzifə maaşları əsas götürülməklə hesablanması və qalığın ödənilməsi; 01 yanvar 2020-ci il tarixdən onun pensiyasına ödənilməli olan 30% əlavənin ödənilməmiş hissəsinin alınıb verilməsi və əlavənin 30% həcmində ödənilməsi; pensiyaya çıxdığı vaxtdan təyin edilmiş əmək haqqının 80% -i həcmində pensiyanın bu formada axıradək ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı ildə Gəncə şəhəri Kəpəz rayonu üzrə dövlət vergi müfəttişliyinə işə qəbul olunmuş, xx.xx.2000-ci ildə struktur dəyişikliyi ilə əlaqədar rayon vergi müfəttişlikləri ləğv edilmiş və o, həmin tarixdən Gəncə şəhəri üzrə vergilər idarəsinə keçirilmiş, xx.xx.2002-ci il tarixədək orada işlədikdən sonra xx.xx.2002-ci il tarixdə işdən çıxmışdır. 2006-cı ildə noyabr ayından xəstəliklə əlaqədar olaraq 2-ci qrup əlil kimi pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra ona 17 il 5 ay 10 gün əmək stajına görə Azərbaycan Respublikasının Dövlət qulluqçularının pensiya təyinatı haqqında 28 iyun 2005-ci il tarıxli 968 İİQD nömrəli qanuna əsasən işlədiyi dövrün 3 vəzifə üzrə (27 ay şöbə гəisi, 21 ay baş müfəttiş, 12 ay böyük müfəttiş) 60 aylıq orta aylıq əmək haqqını nəzərə alaraq ona 80% miqdarında pensiya təyin etdilər. Pensiyaya çıxdıqdan sonra 2013-cü ildə Azərbaycan Respublikasının Dövlət qulluqçularının pensiya təyinatı haqqında Qanunun 7.1. maddəsinə əsasən öz istəyilə Gəncə şəhəri Vergilər İdarəsindən 1993-1998-ci illəri əhatə edən dövr üçün 60 aylıq gəliri barədə arayış alıb DSMF-nin Nizami rayon şöbəsinə ərizəsilə birlikdə təqdim edərək pensiyasının yenidən haqq-hesab edilməsini xahiş etmiş, həmin vaxtdan 2020-ci ilin sentyabr ayına qədər pensiyada bütün haqq-hesablar həmin hesablanmaya uyğun aparılmışdır. Onun 2014, 2018 və 2019-cu illərdə artımla əlaqədar pensiyası düzgün hesablanmamışdır, dəfələrlə DSMF-nin Gəncə şəhəri Nizami rayon şöbəsinə müraciət etdikdən sonra 2018, 2019-cu illər ərzində olan artımları, yuxarıda qeyd etdiyi kimi pensiyaya çıxdıqdan sonra əmək haqqının 80% həcmində deyil, AR Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanması qaydalarına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Təminatı Nazirliyının kollegiyasının qərarı ilə 2017ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına quluq stajına görə əlavələrin yenidən hesablanmasına kollegiyanın qəbul etdiyi qaydalara müvafiq olaraq pensiyası yenidən 57,25%-ə haqq-hesab edilmişdir. Lakin 2014-cü il üzrə olan artımı yenidən hesablamamışdır. Bundan başqa “X2 xidmət haqqında” Əsasnamənin xx.xx.2020-ci il tarixdə qüvvəyə minən dəyişikliklərinə əsasən pensiyasına 15 ildən artıq qulluq illərinə görə əmək haqqının 30% həcmində əlavə ödənilməlidir. Lakin ona hazırda 20% əlavə ödənilir. O, hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İşin şifahi məhkəmə baxışı iclası 13 dekabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Gəncə şöbəsi tərəfindən 24 noyabr 2006-cı il tarixindən Azərbaycan Respublikası Vergilər Xidməti sabiq xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən onun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 294,83 manat, rütbə maaşı 33,00 manat, qulluq stajına görə əlavəsi 27,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 183,88 manat olmaqla orta aylıq əmək haqqısı 539,01 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (539,01 manat) 80 faizi - 431,21 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stafının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 17 il 5 ay 10 gün qulluq stajına görə İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 57,25 faiz təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 324,63 manat, rütbə maaşı 33,00 manat, qulluq stajına görə əlavəsi 27,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 202,53 manat olmaqla orta aylıq əmək haqqısı 587,46 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada İddiaçı 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (539,01 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (587,46 manat) arasındakı fərq məbləğinin (48,45 manat) 57.25 faizi-27,74 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (431,21 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 458,95 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına Əsasən adıçəkilən şəxsin 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 495,67 manat, rütbə maaşı 33,00 manat, qulluq stajına görə əlavəsi 27,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 308,80 manat olmaqla orta aylıq əmək haqqısı 864,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (587,46 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən şonrakı orta aylıq əmək haqqısı (864,77 manat) arasındakı fərq məbləğinin (277,31 manat) 57,25 faizi-158,76 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (458,95 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyasının məbləği 617,71 manat müəyyən edilmişdir. “X2 xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 495,67 manat, rütbə maaşı 33,00 manat, qulluq staiına görə əlavəsi 104,09 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 308,80 manat olmaqla orta aylıq əmək haqqısı 941,56 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (864,77 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (941,56 manat) arasındakı fərq məbləğinin (76,79 manat) 57,25 faizi - 43,96 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (617,71 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 661,67 manat müəyyən edilmişdir. Lakin xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 724,35 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində İddiaçı 564,12 manat artıq pul vəsaiti ödənilib. Odur ki, iddia tələbi əsassız və qanunsuz hesab olunmalı və məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 50/**********8 nömrəli məktubu, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********987600 nömrəli məktubunun surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubunun surəti, iddiaçının pensiya işi materialları, Məhkəmə Ekspertiza Mərkəzinin 9/1544 nömrəli xx.xx.2023-cü il tarixli və 9/5436 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyləri. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. İş materiallarından görünür ki, iddiaçı pensiyasının “Gəncə, Sumqayıt şəhərləri” üzrə vəzifə maaşlarının məbləği əsas götürülməklə əmək haqqının 80%-i məbləğində pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən pensiyasına ödənilməli olan əlavənin 30% müəyyən edilməklə fərq məbləğlərinin ödənilməsini tələb edir, cavabdeh isə ona təyin edilmiş pensiyanın qanunvericiliyin tələblərinə əsasən hesablanaraq təyin edildiyini qeyd edərək müraciətin təmin edilməsindən imtina edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə 20.11.3-cü maddəyə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir 29.1-ci maddəsinə əsasən Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. “X2 Xidmət Haqqında” Əsasnamənin 2020-ci il yanvarın 1-dən qüvvəyə minən 73cü bəndi dəyişiklikdən sonra aşağıdakı formada təsbit edilmidir: Vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: 1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası, xx.xx.2016-cı il tarixdən isə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət qulluğunda iş stajı 17 il 5 ay 10 gündür. İddiaçının Pensiyaya çıxdığı xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bundan əlavə məhkəmə işlə bağlı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1544 nömrəli ekspert rəyini sübut kimi qəbul etmir. Belə ki, həmin rəyin “tədqiqat prosesinin təsviri” hissəsindən görünür ki, sözügedən ekspertiza cavabdeh inzibati orqanın mütəxəssisi ilə birgə keçirilmişdir. Yəni, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş orqanın əməkdaşı iş üzrə obyektivliyin təmin olunması üçün təyin edilmiş ekspertiza prosesinə cəlb edilmişdir ki, bu hal öz-özlüyündə ekspert rəyinin obyektivliyini şübhə altına almaq üçün danılmaz faktdır. Məhkəmə iş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5436 nömrəli ekspertin rəyi ilə razılaşır və bu yanaşmanı onunla əsaslandırır ki, sözügedən rəyin verilməsi zamanı cavabdeh orqanın mütəxəssisi iştirak etməmiş, rəy iş materialları nəzərə alınmaqla verilmişdir. Odur ki, həmin nəticə xx.xx.2023cü il tarixli, 9/1544 nömrəli ekspert rəyindən daha əsaslı və mötəbər hesab edilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5436 nömrəli ekspertin rəyində qeyd edilir: İddiaçının Gəncə şəhəri Kəpəz rayonunda işlədiyi vəzifə maaşlarına əsasən əlilliyə görə dövlət qulluqçusu pensiya məbləği aşağıdakı qaydada (21 ay vergi orqanının tərkibində idarə rəisi, şöbə rəisi, 26 ay baş dövlət vergi müfəttişi, 13 ay böyük dövlət vergi müfəttişi vəzifələrində) hesablanır: xx.xx.2013-cü il tarixdən:
1. vəzifə maaşı - ((21 ay * 340) * (26 ay * 310) + (13 ay * 305)) / 60 = 319,42 manat;
2. qulluq stajına görə əlavə = 22,50 manat;
3. ixtisas dərəcəsinə (rütbə) = 33,00 manat;
4. mükafatlar (340*2109,56% + 310*1861,57% + 300*700% = 251,31 manat. 626,23 manat х 80% = 500,98 manat;
xx.xx.2018-ci il tarixdən: 1.vəzifə maaşı – ((21 ay * 374) + (26 ay*341) + (13 ay*336)) / 60 = 351,47 manat;
2. qulluq stajına görə əlavə = 22.50 manat;
3. ixtisas dərəcəsinə (rütbə) = 33,0 manat;
4. mükafatlar - (374*2109,56% + 341*1861,57% + 336*700%)/60 = 276.49 manat. 683,46-626,23=57,23х57,25=37,76+500,98 = 533,74 manat;
xx.xx.2019-cu il tarixdən:
1. vəzifə maaşı – ((21 ay * 565) * (26 ay * 520) + (13 ay * 510))/ 60 = 533,58 manat;
2. qulluq stajına görə əlavə = 22,50 manat;
3. ixtisas dərəcəsinə (rütbə) = 33,0 manat;
4. mükafatlar - (565 * 2109,56% + 520 * 1861,57% + 510 * 700%)/60 = 419,49 manat. 1008,57-683,46=325,11х57,25=186,13+533,74 = 719,87 manat; xx.xx.2020-ci il tarixdən:
1. vəzifə maaşı - ((21 ay * 565) + (26 ay * 520) + (13 ay *510)) / 60 = 533,58 manat;
2. qulluq stajına görə əlavə = 160,07 manat;
3. ixtisas dərəcəsinə (rütbə) = 33,0 manat;
4. mükafatlar - (565*2109,56% + 520*1861,57% * 510*700%))/60 = 419,49 manat. 1146,14-1008,57=137,57х57,25=78,76 + 719,87= 798,63 manat;
xx.xx.2022-ci il tarixdən: 798,638 + 79,89 = 878,52 manat;
xx.xx.2023-cü il tarixdən: 878,52 + 14,7% = 1007,66 manat;
Ekspertiza tədqiqatı ilə yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı hesablanmalı olan əmək pensiyasının məbləği 1007,66 manat məbləğində müəyyən edilir. Bundan başqa qeyd edilir ki, İddiaçı pensiya məbləği xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş qanunvericiliyinə əsasən xidmət illərinə görə əlavə hesablanmaqla yaranmış fərq məbləği aşağıdakı kimi müəyyən edilir: xx.xx.2020-ci il tarixdən 798,63 manat ödənilməli olmasına baxmayaraq 661,67 manat ödənilmiş bununla da (136,96x24ay) 3287,04 manat fərq yaranmışdır; xx.xx.2022-ci il tarixdən 878,52 manat ödənilməli olmasına baxmayaraq 717,83 manat ödənilmiş bununla da (150,69x12ay) 1808,28 manat fərq yaranmışdır; xx.xx.2023-cü il tarixdən 1007,62 manat ödənilməli olmasına baxmayaraq 834,82 manat ödənilmiş bununla da (172,84x8ay) 1382,72 manat fərq yaranmışdır; Yəni, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməli olan əmək pensiya məbləği ilə ödənilmiş pensiya məbləğləri arasında yaranmış fərq məbləği 6.478,04 manat (altı min dörd yüz yetmiş səkkiz manat dörd qəpik) məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçının işlədiyi vəzifələrin “Gəncə, Sumqayıt şəhərləri” üzrə vəzifə maaşlarının məbləği əsas götürülməklə pensiyasının əmək haqqının 80%-i məbləğində yenidən hesablanması və xx.xx.2020-ci il tarixdən sonuncunun pensiyasına ödənilməli olan əlavənin 30% müəyyən edilməklə 6.478,04 manat (altı min dörd yüz yetmiş səkkiz manat dörd qəpik) fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı iddiası təmin edilməli, iddiaçının işlədiyi vəzifələrin “Gəncə, Sumqayıt şəhərləri” üzrə vəzifə maaşlarının məbləği əsas götürülməklə pensiyasının əmək haqqının 80%-i məbləğində yenidən hesablanması və xx.xx.2020-ci il tarixdən sonuncunun pensiyasına ödənilməli olan əlavənin 30% müəyyən edilməklə 6.478,04 manat (altı min dörd yüz yetmiş səkkiz manat dörd qəpik) fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov