Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-25/2025 23.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 300 nömrəli əmrinə əsasən İddiaçı N nömrəli hərbi hissənin hərbi və mülki qulluqçuları xidməti zərurətlə əlaqədar olaraq ezamiyyətə gəlmiş hesab edilmiş və xx.xx.2020-ci il tarixli 316 nömrəli əmrə əsasən xidməti zərurətlə əlaqədar olaraq ezamiyyətə gəlmiş hərbi hissənin hərbi və mülki qulluqçusu getmiş hesab olunmuşdur.
2. 950 nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli fəxri fərmanından görünür ki, mülki işçi İddiaçı hücum əməliyyatları zamanı hərbi hava qüvvələrinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək fəqləndiyinə görə Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin Komandanı tərəfindən təltif olunmuşdur.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 601 nömrəli ezamiyyət vəsiqəsindən müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissəyə xx.xx.2020-xx.xx.2020-ci ildək texniki məsələlərin həlli üçün ezam edilmiş, xx.xx.2020-ci il tarixli 607 nömrəli ezamiyyət vəsiqəsinə əsasən N nömrəli hərbi hissəyə (Şəmkir rayonu) xidməti məsələlərin həlli üçün xx.xx.2020-xx.xx.2020-ci ilədək ezam olunmuş, xx.xx.2020-ci il tarixli 640 nömrəli ezamiyyət vəsiqəsinə əsasən N nömrəli hərbi hissənin döyüş texnikasının bərpa olunması üçün xx.xx.2020-xx.xx.2020-ci ilədək ezam olunmuş, xx.xx.2020-ci il tarixli 662 nömrəli ezamiyyət vəsiqəsinə əsasən N nömrəli h/h-nin döyüş texnikasının bərpa olunması üçün xx.xx.2020-xx.xx.2020-ci ilədək ezam olunmuş, xx.xx.2020-ci il tarixli 680 nömrəli ezamiyyət vəsiqəsinə əsasən N nömrəli h/h-yə Şəmkir rayonuna xidməti məsələlərin həlli üçün xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək ezam olunmuş, xx.xx.2020-ci il tarixli 690 ezamiyyət vəsiqəsinə əsasən N nömrəli h/h Qazax rayonuna döyüş texnikasının bəpa olunması üçün xx.xx.2020-xx.xx.2020-ci ilədək ezam olunmuş, xx.xx.2020-ci il tarixli 701 nömrəli ezamiyyət vəsiqəsinə əsasən N nömrəli h/h-yə döyüş texnikasının bərpası üçün xx.xx.2020-xx.xx.2020-ci ilədək ezam olunmuşdur.
4. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2024-cü il tarixli 2/2-1568 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, vətəndaş İddiaçı ikinci Qarabağ müharibəsi iştirakçısı olaraq komissiya tərəfindən imtinası yoxdur.
5. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024cü il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün göndərilən sənədləri MN aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”-nın iclasında baxılmış, müsbət qərar qəbul edilərək sənədləri razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəkdir.
6. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025ci il tarixli 4/2-5783/25 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əminə əsasən N nömrəli hərbi hissə, N nömrəli hərbi hissənin qərargahı, zenit raket-atilleriya divizionu, qərargah bölüyü, N nömrəli hərbi hissənin qərargahı, zenit raket-artilleriya divizionu, qərargah təchizat bölüyü (44 nəfərlik heyətlə) döyüş əməliyyatlarında iştirak etmişdir.
7. Məhkəmə sorğusuna əsasən N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 1685 aktından müəyyən olunur ki, N nömrəli hərbi hissənin mülki işçisi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sıradan çıxmış hava hücumundan müdafiə texnikalarının təmir edilməsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il taixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş bölgəsində yerləşən döyüş tapşırığını yerinə yetirən N nömrəli hərbi hissənin zenit raket divizionun Qazax rayonu Dəmirçilər kəndində yerləşən döyüş mövqeyində sıradan çıxmış OSA zenit raket kompleksinin tam döyüşə hazır vəziyyətə gətirilməsi məqsədi ilə 9156-3 tipli qazaturbin mühərrikinin, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə və 03.11 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş tapşırığı yerinə yetirən 3-cü zenit raket divizionunun Beyləqan rayonu Xaçın kəndində və Bərdə rayonunun Lamberan kəndində döyüş mövqeylərində "Buk-MB" zenit raket kompleksinin tam döyüşə hazır vəziyyətə gətirilməsi məqsədi ilə 9156-1 tipli qazaturbin mühərrikinın dayışdirilməsində və təmir bərpa işləri aparılmasında, xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək N nömrəli hərbi hissənin Ağdam rayonu Səfərli kəndində döyuş mövqeyində yerləşən "OSA" zenit raket kompleksinin tam döyüşə hazır vəziyyətə gətirilməsi məqsədi ilə 9156-3 tipli qazaturbin mühərrikinin dəyişdirilməsində, təmirində və quraşdırılmasında birbaşa iştirak etmişdir və göstərilən müddətlərdə xidməti ezamiyyətlərdə olmuşdur.
8. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə)
1. Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə
2. Rütbəsi: mülki işçi
3. Vəzifəsi: Texnoloji Layihələndirmə şöbəsinin texnoloqu
4. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2013-cü il tarixli 83 nömrəli əmr
5. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə)
6. Həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə):
7. Həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə):
8. İştirak etdiyi ərazilər: Ağdam rayonu Səfərli kəndi, Qazax rayonu Dəmirçilər kəndi, Bərdə rayonu Lənbəran kəndi, Beyləqan rayonu Xaçın kəndi.
9. Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sıradan çıxmış hava hücumundan müdafiə texnikalarının təmir edilməsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, 06.11 2020-cı il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş bölgəsində yerləşən döyüş tapşırığını yerinə yetirən N nömrəli hərbi hissənin zenit raket divizionun Qazax rayonu Dəmirçilər kəndində yerləşən döyüş mövqeyində sıradan çıxmış "OSA" zenit raket kompleksinin tam döyüşə hazır vəziyyətə gətirilməsi məqsədi ilə 9156-3 tipli qazaturbin mühərrikinin, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş tapşırığını yerinə yetirən 3-cü zenit raket divizionunun Beyləqan rayonu Xaçın kəndində və Bərdə rayonunun Ləmbəran kəndində yerləşən döyüş mövqeyində sıradan çıxmış "BUK zenit raket kompleksinin tam döyüşə hazır vəziyyətə gətirilməsi məqsədi ilə 9156-1 tipli qazaturbin mühərrikinin dəyişdirilməsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin Ağdam rayonu Səfərli kəndində yerləşən "OSA" zenit raket kompleksinin tam döyüşə hazır vəziyyətə gətirilməsi məqsədi ilə 9156-3 tipli qazaturbin mühərrikinin dəyişdirilməsində, təmirində, quraşdırılmasında bir başa iştirak etmişdir və göstərilən müddətlərdə xidməti ezamiyyətlərdə olmuşdur.
10. Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: xəsarət almayıb
11. Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: xəsarət almayıb
12. Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): xəsarət almayıb
13. Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): ehtiyyata buraxılmayıb
14. Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: yoxdur
15. Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): xx.xx.2020-ci il tarixində Döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək fərqləndiyinə görə Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanı General-leytenant Ramiz Tahirov tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandanının müvafiq Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissə (Avia təmir zavodu) komandirinin göstərişi əsasında, ehtiyatda olan avia təmir üzrə mühəndis-texnoloq olduğundan, mülki şəxs kimi Qarabağ uğrunda gedən döyüşlərə qatılaraq xx.xx.2020-ci il tarixdən, 10 noyabr 2020-cı il tarixədək 44 gün davam edən İİ Vətən müharibəsində avia təmir üzrə mühəndis-texnoloq kimi Hərbi Hava Hücumundan Müdafiə Komplekslərinin təmirində iştirak etmişdir. O, 02 oktyabr 2020-ci ildə N sayli hərbi hissənin ehtiyatda olan mühəndis zabiti kimi döyüşlərə cəlb olunsa da, rəsmi qaydada N nömrəli hərbi hissə komandiri, general-mayor Hikmət Həsənovun xx.xx.2020-ci il tarixli, 300 nömrəli əmri ilə xidməti zərurətlə əlaqədar ezamiyyətə gəlmiş hesab edilmişdir. 44 gün davam edən müharibədə qurtarana kimi iştirak etmişdir. Onun İİ Qarabağ müharibəsində iştirak etməyi N nömrəli hərbi hissə komandiri, general mayor Hikmət Həsənovun xx.xx.2020-ci il tarixli, 300 nömrəli əmri ilə də tam təsdiq olunur. Bundan başqa N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli, 601 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən, 03 oktyabr 2020-ci il tarixə kimi iki gün texniki məsələlərin həlli üçün Qazax şəhəri ərazisindəki N nömrəli hərbi hissəyə, xx.xx.2020-ci il tarixli, 607 saylı ezamiyyət vərəqəsi ilə xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixə kimi dörd gün müddətinə xidmət məsələlərin həlli üçün Şəmkir rayonu ərazisindəki N nömrəli hərbi hissəyə, xx.xx.2020-ci il tarixli 640 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən, 17 oktyabr 2020-cı il tarixə kimi dörd gün döyüş texnikasının bərpa olunması üçün Beyləqan şəhəri ərazisindəki N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixli, 662 saylı ezamiyyə vərəqəsi ilə xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci i tarixə kimi dörd gün müddətinə döyüş texnikasının bərpa olunması üçün Bərdə şəhəri ərazisindəl N nömrəli hərbi hissəyə məxsus Ağdam rayonu Səfərli kəndi ərazisində yerləşən. xx.xx.2020-ci tarixli, 680 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən, 27 oktyabr 2020-ci il tarixə kimi dörd gün xidməti məsələlərin həlli üçün Şəmkir şəhəri ərazisindəki N nömrəli hərbi hissəyə, xx.xx.2020-ci il tarixli, 690 saylı ezamiyyə vərəqəsi ilə xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-cı il tarixə kimi iki gün müddətinə döyüş texnikasının bərpa olunması üçün Qazax rayonu ərazisindəki N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Müharibə zamanı mütəxəssis kimi yuxarıda qeyd etdiyi ezamiyyələrdə olduğu müddətlərdə döyüşlər zamanı sıradan çıxmış hərbi texnikaların, o cümlədən "OSA” zenit raket komplekslərinin, "Buk" zenit raket kompleksinin tam döyüş vəziyyətinə gətirilməsi məqsədi 156-1 tipli qazaturbin mühərrikinin dəyişdirilməsində fəal iştirak etmişdir. Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov tərəfindən bu xidmətlərinə görə, hərbi hava qüvvələrinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayış etdirərək fərqləndiyinə görə xx.xx.2020-ci ildə Fəxri Fərmanla təltif olunmuşdur. O, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edib müharibə veteranı adı və vəsiqəsi verilməsini xahiş etmiş, lakin bu günkü tarixədək onun müraciətinə rəsmi cavab verilməmişdir. Odur ki, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
12. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinə cavab verilməmişdir.
16. Hətta, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı 30 gün müddətində zəruri araşdırmanın aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmasına baxmayaraq, qərardad uzun müddət icra edilməyərək yekun qərar qəbul edilmədiyindən məhkəmə işə mahiyyəti üzrə baxmağa davam etməkdə özünü haqlı saymışdır.
17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İV. Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin üzrlü və ya üzrsüz səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
23. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi mümkünsüz sayılmalıdır, çünki iddiaçı komissiyanın rəyini almadan, hər hansı mübahisəni mübahisələndirmədən məhkəməyə müraciət etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adları və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibliyi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli 4/3- 3464 nömrəli məktubundan məlum olmuşdur ki, iddiaçıya bugünədək imtina olunmamışdır. Odur ki iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: -N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 300 nömrəli əmri; -950 nömrəli həbi hissənin xx.xx.2020-ci il tarixli fəxri fərmanı; -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 601 nömrəli ezamiyyət vəsiqəsi; -Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2024-cü il tarixli 2/2-1568 nömrəli cavab məktubu; -Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu; -Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 4/2-5783/25 nömrəli məktubu; -Məhkəmə sorğusuna əsasən N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 1685 aktı; - “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
26. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, müraciəti üzrə yekun qərar qəbul edilməmiş, cavabdeh orqan tərəfindən hərəkətsizlik nümayiş etdirilmişdir.
27. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024cü il tarixli cavab məktubunda vətəndaş İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün göndərilən sənədləri MN aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”-nın iclasında baxıldığı, müsbət qərar qəbul edilərək sənədləri razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəyi bildirilsə də, uzun müddət keçməsinə baxmayaraq, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilib-verilməməsi barədə məhkəməyə məlumat verilməmişdir.
28. Məhkəmə cavabdeh orqanın hərəkətsizliyini əsassız sayır. Belə ki, iddiaçının cavabdeh orqana və məhkəməyə təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sıradan çıxmış hava hücumundan müdafiə texnikalarının təmir edilməsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, 06.11 2020-cı il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş bölgəsində yerləşən döyüş tapşırığını yerinə yetirən N nömrəli hərbi hissənin zenit raket divizionun Qazax rayonu Dəmirçilər kəndində yerləşən döyüş mövqeyində sıradan çıxmış "OSA" zenit raket kompleksinin tam döyüşə hazır vəziyyətə gətirilməsi məqsədi ilə 9156-3 tipli qazaturbin mühərrikinin, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş tapşırığını yerinə yetirən 3-cü zenit raket divizionunun Beyləqan rayonu Xaçın kəndində və Bərdə rayonunun Ləmbəran kəndində yerləşən döyüş mövqeyində sıradan çıxmış "BUK zenit raket kompleksinin tam döyüşə hazır vəziyyətə gətirilməsi məqsədi ilə 9156-1 tipli qazaturbin mühərrikinin dəyişdirilməsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin Ağdam rayonu Səfərli kəndində yerləşən "OSA" zenit raket kompleksinin tam döyüşə hazır vəziyyətə gətirilməsi məqsədi ilə 9156-3 tipli qazaturbin mühərrikinin dəyişdirilməsində, təmirində, quraşdırılmasında bir başa iştirak etmişdir və göstərilən müddətlərdə xidməti ezamiyyətlərdə olmuşdur.
29. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd); Bənd 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
31. Yuxarıda adıçəkilən Əsasnamənin 9-cu yarımbəndindən göründüyü kimi, mülki şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün: - O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı; - Bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır.
32. İddiaçı mülki texnoloji layihələndirmə şöbəsinin texnoloqu kimi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ağdam rayonu Səfərli kəndi, Qazax rayonu Dəmirçilər kəndi, Bərdə rayonu Lənbəran kəndi və Beyləqan rayonu Xaçın kəndi ərazilərində əks hücum zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sıradan çıxmış hava hücumundan müdafiə texnikalarının təmir edilməsində, yəni döyüş əməliyyatlarının maddi-texniki təminatında iştirak etmişdir, hansı ki, bu fəaliyyəti döyüş əməliyyatlarının döyüş təminatının təşkil edilməsi kimi qəbul etmək olar. İddiaçı bu fəaliyyətinə görə Hərbi Hava Qüvvələrinin Komandanı tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
33. Yəni, iddiaçının iştirakı iş materiallarında olan ezamiyyət əmrləri, müvafiq orqanların arayışları və Fəxri Fərmanla öz təsdiqini tapmışdır.
34. Cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtləri mövcudluğunu və imtinasında istnad etdiyi halları sübuta yetirə bilməmişdir.
35. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva