Məhkəmə qərarları › İş №2-1(114)-2500/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2500/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2500/2025 10.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X7 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı «əmrin hissəvi ləğv edilməsi və işə bərpa» tələbinə dair inzibati iş üzrə buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə Gəncə İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh zərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı «əmrin ləğv edilməsi, buraxılmış iş günlərinin bərpa olunması və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirinin müavini X3 27 noyabr 2024-cü il tarixli, 049gm nömrəli əmrinin ləğv edilməsi, buraxılmış iş günlərinin bərpa olunması və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 44 günlük vətən müharibəsi veteranıdır, «Müharibə iştirakçısı medalı», «Cəsur döyüşçü» medalı və « 00 illik» medalla təltif olunmuşdur. 2012-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, xidməti layiqincə başa vurduqdan sonra xidmətdən artıq hərbi qulluqçu kimi xidmət etmək üçün hərbi hissəyə müraciət etmiş və nəticədə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müddətdən artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçuların Hazırlığı X5 Sertifkat alaraq kursu bitirmişdir. Kursu bitirdikdən sonra xidmətini N nömrəli hərbi hissədə aparmış və xidməti dövründə komandir və rəislərinin hörmətini qazanaraq yenidən kursa yollanmış və Gizir rütbəsi almışdır. Qeyd edir ki, 2024-cü il tarixdə, hərbçi yoldaş və onun arasında olan anlaşılmazlığa görə, ona xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfinidən cəza tədbiri olaraq töhmət verilmişdir. Lakin xidməti, təltif medalları və veteran olmağı nəzərə alınmayaraq 27 noyabr 2024-cü il tarixli 049gm nömrəli əmri ilə hərbi xidmətdən vaxtsız olaraq ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, qanunsuz işindən azad edilmişdir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan verdiyi etiraz ərizəsində göstərmişdir ki, Cavabdeh (Müdafiə Nazirliyinin Quru Qoşunları) N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir İddiaçı və N nömrəli hərbi hissənin MAHHXHQ-su əsgər X1 qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğundan xx.xx.2024-cü il tarixli 3-3-070/2-022452/2024 nömrəli təqdimat xx.xx.2024-cü il tarixdə daxil olmuş, qanun pozuntularının aradan qaldırılması və gələcəkdə belə halların qarışının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Qeyd olunan təqdimat əsasında müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin reaktiv artilleriya batareyasının reaktiv artilleriya taqımının sürücüsü MAHHXHQ əsgər X4 N nömrəli hərbi hissədə xidmətdə olarkən həmin hərbi hissənin 2-ci tank taborunun tank bölüyünün tank taqımının komandiri gizir İddiaçı ilə söhbət əsnasında onun xidmət yerini N nömrəli hərbi hissəyə dəyişmək istədiyini öyrənmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 aprel 2020-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları"nın 6-cı bəndində təsbit edilmiş davranış qaydalarını pozaraq 2300 (iki min üç yüz) manat pul müqabilində onun xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirə biləcəyinə dair yalan vəd vermiş, bu məqsədlə 09 sentyabr 2021-ci il tarixdə Bərdə rayonu ərazisində sonuncudan ilkin olaraq 2000 (iki min), daha sonra isə 300 (üç yüz) manat pulu alaraq dələduzluq etmişdir. Qeyd olunanlardan göründüyü kimi bu hadisələr zamanı həmçinin gizir İddiaçı Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları"nın 7.5-ci yarımbəndində təsbit edilmiş davranış qaydalarına zidd olaraq qanunsuz yolla hərbi xidmət üzrə irəli çəkilməsi və imtiyazların əldə edilməsinə cəhd etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanı xx.xx.2024-cü il tarixli 447 nömrəli əmri ilə Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları"nda təsbit edilmiş davranış qaydalarını pozaraq qanunsuz hərəkətlərə yol verdiyinə görə Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən N nömrəli hərbi hissənin 2-ci tank taborunun tank bölüyünün tank taqımının komandiri gizir İddiaçı "Xidmət vaxtı başa çatmamış ehtiyata buraxılsın" intizam cəzası elan etmişdir. Buna görə də gizir İddiaçı Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2024-cü il tarixli 049gm nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən ehtiyata buraxılmışdır. Həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 3-3-070/2-022452/2024 nömrəli xx.xx.2024-cü il tarixli təqdimatında qeyd edilmişdir ki, gizir İddiaçı və MAHHXHQ-çu əsgər X1 qanunsuz hərəkətləri ilə əlaqədar Ağdam hərbi prokurorluğunda araşdırma aparılaraq Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü (cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə) maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan başqa Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 1-ci bəndinə əsasən hərbi qulluqçu Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa borcludur. Həmçinin gizir İddiaçı ehtiyata buraxılması üçün N nömrəli hərbi hissə komandirinin verdiyi təqdimatdan görünür ki, o, N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü intizamsız və bacarıqsız bir hərbi qulluqçu kimi göstərmiş, tutduğu vəzifəsinin məsuliyyətini dərk etməmiş, özünün və tabeliyində olanların mənəvi və işgüzar keyfiyyətlərinin artırılması üçün səy göstərməmişdir. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı iddiaları tam əsassızdır, o xidmət etdiyi N nömrəli hərbi hissədə yol verdiyi intizam pozuntuları, "Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları"nın 7.5-ci yarımbəndində təsbit edilmiş davranış qaydalarına zidd olaraq qanunsuz yolla hərbi xidmət üzrə irəli çəkilməsi və imtiyazların əldə edilməsinə cəhd etdiyi nəzərə alınaraq onun xidmət vaxtı başa çatmamış ehtiyata buraxması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı “Əmrin ləğv edilməsi, buraxılmış iş günlərinin bərpa olunması və işə bərpa olunma" barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. Cavabdeh inzibati orqan verdikləri etiraz ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2024-cü il tarixli 447 nömrəli əmri ilə İddiaçı hərbi qulluqçularının etik davranış qaydalarını pozaraq qanunsuz hərəkətlərə yol verdiyi üçün "Xidmət vaxtı başa çatmamış ehtiyata buraxılsın" intizam cəzası elan etmişdir. Həmin əmr (inzibati akt) xx.xx.2024-cü il tarixdə (d/o No8254) N nömrəli hərbi hissəyə daxil olmuş, bundan sonra hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi tərəfindən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 161-ci və 162-ci maddələrinə əsasən onunla söhbətləşmələr aparılmış eləcə də gizir İddiaçı hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi üçün hərbi həkim komissiyasına təqdim olunması planlaşdırılmışdır. xx.xx.2024-cü il tarixdə gizir İddiaçı ilə aparılan 1-ci söhbət zamanı ona “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cu maddəsinə əsasən ehtiyata buraxılacağı elan olunmuş, o isə söhbət zamanı “ehtiyata buraxılmaq istəmədiyini” bildirmişdir. Həmin söhbət vərəqəsinin 1-ci qrafasından aydın olaraq görünür ki, Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının xx.xx.2024-cü il tarixli 447 nömrəli əmri ona elan olunmuş, gizir İddiaçı elan olunmuş, onun mübahisələndirilən əmrdən məlumatı olmuş buna baxmayaraq yalnız xx.xx.2024-cü il tarixdə yəni 93 gün sonra rəsmi olaraq Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Odur ki, iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hisssə ilə əvəz edilməsi və cavabehin xx.xx.2024-cü il tarixli, 447 nömrəli əmrinin hissəvi ləğv edilməsi və işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmənin icraatına qəbul edilmişdir. Eyni zamanda İddiaçı iddia ərizəsi verilməsi üçün buraxılan prosessual müddətin bərpası barədə ərizə verərək buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla aparılan söhbət zamanı mübahisələndirilən əmrin mövcudluğu barədə ona heç bir məlumat verilməmiş, yalnız töhmət tətbiq edildiyi bildirilmışdir. mübahisələndirilən əmrin mövcudluğundan yalnız işdən azad edildikdən sonra xəbərdar olmuşdur. Məhz bu səbəbdən müddət onun tərəfindən ötürülmüşdür. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verib təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisələndirilən əmrdən 2024-cü ilin avqust ayında məlumatı olmuş, lakin iddia ərizəsi həmin ilin dekabr ayında məhkəməyə verilmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, 447 saylı əmr mübahisələndirilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir. İddiaçının həmin əmrdən xx.xx.2024-cü il tarixdən məlumatlı olması, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində onu mübahisələndirməməsi və beləliklə də prosessual müddəti ötürməsi iş üzrə mübahisə predmeti təşkil etmir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli söhbət vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixli əmrdən iddiaçının məlumatı olmuşdur. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə: Bənd 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Bənd 165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi, inzibati akt barədə məlumat, birbaşa elan edildikdə də təqdim olunmuş sayılır. Hazırkı işdə də iddiaçının hərbi qulluqçu olaraq bildiyi (bilməli olduğu) normativ-hüquqi aktın tələblərinə müvafiq olaraq ehtiyata buraxılması barədə əmr ona elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə göstərir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır və üzrlü sayılması üçün real əsaslar təqdim edilməmişdir. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (Bənd 2.3 və 9.). Odur ki, ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilən buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı «əmrin hissəvi ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar