Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2501/2025 14.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: xx.xx.1981-ci il tarixli 53 nömrə ilə akt qeydinə əsasən X1 xx.xx.1981-ci ildə doğulmuşdur, ata qrafasında X3, ana qrafasında X2 qeyd edilmişdir. xx.xx.1985-ci il tarixli 53 nömrə ilə akt qeydinə əsasən İddiaçı xx.xx.1981-ci ildə doğulmuşdur, ata qrafasında X3, ana qrafasında X2 qeyd edilmişdir. Xİ-ЖГ №307378 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx xxxx 1981-ci ildə doğulmuşdur, ata qrafasında X3, ana qrafasında X2 qeyd edilmişdir. AZE №******** seriya nömrəli şəsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1981-ci il tarixində anadan olmuşdur. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə(bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, İlkin doğum haqqında akt qeydində adının “Elçin” dən “Vüsal” a və doğum tarixinin “xx.xx.1981”-dən “xx.xx.1981”-ə dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə müraciətin icra edilməsi səlahiyyət xaricindədir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təkrar açılmış doğum aktının ləğvi və ilkin akt qeydində Elçin adının,Vüsal adına düzəliş edilməsi və doğum tarixinin 29 iyun 1981-ci ildən xx xxxx 1981-ci ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1981-ci il tarixdə anadan olmuşdur, lakin onun doğum aktı qeydində təkrar açılmış doğum aktı mövcuddur ,bu səbəbdən də təkrar açılmış doğum aktının ləğvi və ilkin akt qeydində Elçin adının Vüsal adına düzəlişin edilməsi və xx.xx.1981-ci il doğum tarixinə düzəliş edilərək xx.xx.1981-ci il tarixinə doğum tarixilə bağlı barədə ,Cavabdehnə müraciət etsə də,cavab olaraq akt qeydində düzəlişlərin edilməsində kifayət qədər əsaslar olmadığı üçün Cavabdeh səlahiyyətinə aid olmadığını, məhkəmə səlahiyyətinə aid olduğuna görə ,məhkəməyə müraciət etməli olduğunu bildirilmiş,bununlada ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi doğum haqqında akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İddiaçıya məxsus olan ilkin doğum haqqında akt qeydində adı “Elçin” kimi doğum tarixi 29 iyun 1981-ci il kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə iddiaçının adının “Vüsal” doğum tarixinin xx xxxx 1981-ci il olması müəyyən edilir. Bu da, iddiaçıya məxsus akt qeydində iddiaçıya dair məlumatın qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçıya məxsus doğum haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının adı və doğum tarixi düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə iddiaçıya məxsus doğum akt qeydində düzəliş edilməsi, Elçin adının,Vüsal adına düzəliş edilməsi və doğum tarixinin 29 iyun 1981-ci ildən xx xxxx 1981-ci ilə dəyişdirilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Təkrar açılmış doğum aktının ləğvi və ilkin akt qeydində Elçin adının,Vüsal adına düzəliş edilməsi və doğum tarixinin 29 iyun 1981-ci ildən xx xxxx 1981-ci ilə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2501/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2501/2025
14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver