Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2504/2022 01.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı ümumi müsahibədə iştirakının təmin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2009-cu il tarixdən xx.xx.2016cı il tarixədək Xocalı rayon İcra Hakimiyyətində qulluq keçdiyini və dövlət qulluğunda inzibati vəzifələr üzrə 6 il 6 ay qulluq stajının olduğunu nəzərə alaraq onun ümumi müsahibədə iştirak hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10957/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək Xocalı Rayon İcra Hakimiyyətində (01.10.09-cu il tarixdə referent, 01.05.10-cu il tarixdə aqronom, xx.xx.2012-ci il tarixdə böyük məsləhətçi—aqronom vəzifəsinə, xx.xx.2015-ci ildə böyük məsləhətçi dövlət qulluğu vəzifəsinə təyin edilmiş və xx.xx.2016cı il tarixədək sonuncu qeyd olunan vəzifədə) qulluq keçmiş, ümumilikdə dövlət qulluğunda altı il altı ay qulluq stajı var və ona xx.xx.2011-ci il tarixdə 39 nömrəli Sərəncamla kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2013-cü il tarixdə 06 nömrəli Sərəncamla 3-cü dərəcəli dövlət qulluqçusu, xx.xx.2014-cü il tarixdə 24 nömrəli Sərəncamla 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Müvafiq olaraq aparılmış təyinatlar və verilmiş ixtisas dərəcəsi barədə məlumatlar rəsmi qaydada “Dövlət Qulluqçularının Reyestri”nə (bundan sonra - Reyestr) təqdim edilmiş və Reyestr aparan səlahiyyətli qurum tərəfindən həmin məlumatlar Reyestrə daxil edilmişdir. Qulluq keçdiyi müddətdə dövlət qulluqçularına aid olan bütün təminatlar ona şamil edilmiş, o cümlədən mükafatlandırma, qulluq stajına görə əlavələr və s. verilmişdir. İddiaçı dövlət qulluğunda 5 ildən artıq qulluq stajının olduğunu və ixtisas dərəcəsinin verildiyini nəzərə alaraq ümumi müsahibədə iştirakı ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh ona icazə verməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, onun ümumi müsahibəyə buraxılmaması barədə cavabdehin mövqeyi əsassız və qanunsuzdur. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək etiraz təqdim etmiş və bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən, 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncüyeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq staiı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də dövlət qulluğunun xüsusi növündə qulluq keçən və xüsusi rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq stajı olan və xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa 1 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, yuxarıda göstərilən maddənin müddəaları həmin Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları barəsində tətbiq edilmir. Həmin Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları dedikdə, yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində qulluq keçən şəxslər nəzərdə tutulur. Yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində qulluğa qəbul edilmə ilə bağlı məsələlər 12 fevral 2008-ci il tarixdə qanunvericiliyə yeni müddəanın daxil edilməsi ilə tənzimlənmişdir. Belə ki, yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində inzibati dövlət qulluğu vəzifələrinin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında yalnız müsahibə yolu ilə həyata keçirilir. Göstərilən müddəa 14 may 2008-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd edilən müddəa 14 may 2008-ci il tarixdə qüvvəyə mindiyi üçün həmin tarixdən etibarən yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində qulluğa qəbul edilən şəxslərin dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən ümumi müsahibədə iştirakı qanunvericiliklə mümkün deyil. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2009-cu ildə, 36 №-li əmrlə Xocalı rayon İcra Hakimiyyəti başçısı aparatında ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinə referent vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu il tarixdə, 01 №-li əmrlə Xocalı rayon İcra Hakimiyyəti başçısı aparatında həmin işdən aqrar məsələlər şöbəsinə aqronom işinə keçirilmiş, xx.xx.2011-ci il tarixli, 39 №-li sərəncamla ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2012-ci il tarixli, 32 №-li sərəncamla tutduğu vəzifədən azad edilərək aqrar məsələlər şöbəsində böyük məsləhətçi-aqronom vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixli, 06 №-li sərəncamla İİİ dərəcəli dövlət qulluqçusu, xx.xx.2014-cü il tarixli, 34 №-li sərəncamla isə İİ dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2015-ci il tarixli, 17 №-li əmrlə sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin edilmiş və xx.xx.2016-cı il tarixdə, 21 №-li əmrlə sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində böyük məsləhətçi vəzifəsindən azad edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-1155 nömrəli məktubundan görünür ki, iddiaçının yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində qulluğa qəbul ilə məsələni tənzimləyən normanın qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2008-ci il tarixdən sonra yerli icra hakimiyyəti orqanında qulluğa qəbul edildiyi üçün müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək Xocalı rayon İcra Hakimiyyəti başçısı aparatında “məsləhətçi” və “böyük məsləhətçi” vəzifələrində çalışmış və ona xx.xx.2011-ci il tarixdə kiçik, xx.xx.2013cü il tarixdə 3-cü dərəcəli, xx.xx.2014-cü il tarixdə isə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcələri verilmişdir. İddiaçı ümumi müsahibədə iştirak etməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən xx.xx.2008-ci il tarixdən sonra yerli icra hakimiyyəti orqanında qulluğa qəbul edildiyi üçün müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunçuluq və vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi dövlət qulluğunun prinsiplərindəndir. Həmin Qanunun 29.2-ci maddəsinin 4-cü hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun 29.4-cü, 29.6-29.8-ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir. 1 may 2018-ci il tarixli 1114-VQD nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən 29.3-cü maddənin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir.”. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın imtinasında və iddiaya dair etirazında istinad etdiyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəaları xx.xx.2018-ci il tarixdən sonra qəbul edildiyindən həmin müddəaların iddiaçıya münasibətdə şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının Prezidentinin ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 29 dekabr 2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.23-cü bəndinə əsasən həmin Qanunun 28.12-ci maddəsinin birinci cümləsində, 29.2-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü və dördüncü hissələrində, 29.3-cü maddəsinin birinci və ikinci hissələrinin birinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Qəbul olunmuş normativ hüquqi aktların ümumi qaydaya görə geriyə qüvvəsi yoxdur. İstisna olaraq şəxsin hüquqi vəziyyətini yaxşılışdıran, onun hüquq və azadlıqlarını daha yüksək səviyyədə müdafiə edən normativ hüquqi aktların geriyə qüvvəsi vardır. Sözügedən hal Azərbaycan Respublikası Konstitusiyasında da öz əksini tapmışdır. Həmin normaya uyğun olaraq hüquqi və ya fiziki şəxsin vəziyyətini pisləşdirən heç bir normativ hüquqi aktın, o cümlədən qanunun hüquqi qüvvəsi geriyə şamil edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş normalar normativ hüquqi aktların ən yüksək pilləsində dayandığından şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsinin təminatı hüququn bütün sahələrini əhatə edir. Qeyd olunanlardan məhkəmə o nəticəyə gəlir ki, iddiaçının yerli icra hakimimiyyəti orqanında xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək inzibati vəzifədə qulluq keçməsi, yəni “Dövlət qulluğu haqqında” Qanuna müvafiq müddəa (29.3-cü maddənin birinci hissəsinin ikinci cümləsi) əlavə olunandək (xx.xx.2018-ci ilədək) iddiaçının ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Rayon İcra Hakimiyyətində xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək inzibati vəzifədə qulluq keçməsi, yəni iddiaçının ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olması işin mübahisələndirilməyən halı olduğundan, cavabdeh inzibati orqanın imtina məktubunda və iddiaya dair yazılı etirazında istinad etdiyi qanunvericiliyin normaları xx.xx.2018-ci il tarixdən sonra qüvvəyə mindiyindən və həmin müddəalar iddiaçının vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyasının 149- cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq isə hüquqi və ya fiziki şəxsin vəziyyətini pisləşdirən heç bir normativ hüquqi aktın, o cümlədən qanunun hüquqi qüvvəsi geriyə şamil edilmədiyindən, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı ümumi müsahibədə iştirakının təmin edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2504/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2504/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver