Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-252/2021 19.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 (bundan sonra mətndə iddiaçının nümayəndəsi), cavabdehin nümayəndəsi X7 və üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi qarşı (üçüncü şəxs X9) ünvan 1 ünvanında yerləşən faktiki vəziyyətdə ona məxsus olan 400 kv.m torpaq sahəsinin sərhədlərinin naturada ölçülərək müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair İnzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə iddiaçı) (üçüncü şəxs X9) qarşı 11.11.2020-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən faktiki vəziyyətdə ona məxsus olan 400 kv.m torpaq sahəsinin sərhədlərinin naturada ölçülərək müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, XDS İK-nın 21.05.1990cı il tarixli, 6 saylı qərarına və şəhər Memarlıq şöbəsinin 21.05.1990-cı il tarixli layihəsinə əsasən fərdi yaşayış evi tikmək üçün ona ümumi sahəsi 400 kv.m olan torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Gəncə şəhəri, S.Pirsultanlı (keçmiş Qızıl Hacılı) küçəsi, 2-ci döngə, ev 8-də yerləşir və torpaq sahəsinə dair onun adına X18 kitabında 28.01.2015-ci il tarixdə 3432 nömrə ilə qeydiyyata alınmış A seriyalı 533735 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. O, 26 aprel 2018-ci il tarixdə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə vermişdir. Ərizəsinin icrasından imtina edilərək bildirilmişdir ki, faktiki torpaq sahəsi sənəd üzrə torpaq sahəsindən az olduğu, hal-hazırda azalmış hissənin başqa vətəndaş tərəfindən istifadə edildiyi və torpaq sahəsinə dair mübahisənin olduğu müəyyən edilmiş, bu səbəbdən də ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. O, Gəncə şəhəri Nizami Rayon Məhkəməsində torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi İlham Tanırverdiyevə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Məhkəmə zamanı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.07.2019-cu il tarixli, 6984 saylı rəyi alınmışdır. Rəydə göstərilir ki, ona məxsus torpaq sahəsi faktiki olaraq 400 kv.m təşkil edir. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin konfiqurasiyası ilə faktiki sahənin konfiqurasiyası arasında fərqliliyin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə də, ona məxsus 400 kv.m torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olmadığı müəyyən olunmuşdur və cavabdehə qarşı iddiası təmin olunmamışdır. Sənədlərdən görünür ki, ona məxsus torpaq sahəsinin kontur perimetrində sürüşmə olmuşdur. Bu əsaslarla cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 15.02.2021-ci il tarixli, 2-1(114)- 252/2021 nömrəli qərardad ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidmətinə həvalə edilmişdir və mütəxəssis qarşısında “Gəncə şəhər XDS İK-nin 21.05.1990-cı il tarixli, 06 saylı protokol qərarından çıxarışa və Şəhər Memarlıq şöbəsinin 21.06.1990-cı il tarixli layihəsinə əsasən 400 kv.m fərdi yaşayış evi tikmək üçün X2 ayrılmış olan ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışı əsasında X5 ünvan 3 ünvanda yerləşən 0.07 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşürmü, düşdüyü halda hansı ölçüdə üst-üstə düşür?” sualı qoyulmuşdur. 19.04.2021-ci il tarixli, **********77 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidməti 14.04.2021-ci il tarixli, 67 nömrəli mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən İnzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 19 may 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Təyin edilmiş şifahi məhkəmə baxışı iclasına iddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi X11 və üçüncü şəxsin nümayəndəsi X10 gəlmişlər. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X11 qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmiş və qeyd edilən torpaq sahəsinin sərhədlərinin naturada ölçülərək müəyyən edildikdən sonra həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olacağını bildirmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsi X10 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı 27.10.2020-ci il tarixli, **********38 nömrəli məktubunun əsli ; - A seriyalı 533735 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surəti; - X6 məxsus 06.09.2018-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, 13.09.2013-cü il qeydiyyat tarixli çıxarışın surəti; - 14.04.2021-ci il tarixli, 67 nömrəli mütəxəssis rəyinin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı İnzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada İnzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq İnzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanladığı 27.10.2020-ci il tarixli, **********38 nömrəli məktubda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı torpaq sahəsinin bir hissəsinin başqa şəxsin istifadəsində olduğu müəyyən edilmişdir. Bu səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. Cavabdehin nümayəndəsi X11 qeyd edilən torpaq sahəsinin sərhədlərinin naturada ölçülərək müəyyən edildikdən sonra həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olacağını bildirmişdir. Məhkəmə cavabdehin imtinasını nəzərdən keçirərək 15.02.2021-ci il tarixli, 2-1(114)- 252/2021 nömrəli qərardad qəbul etmiş və iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır. Mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidmətinə həvalə edilmişdir və mütəxəssis qarşısında “Gəncə şəhər XDS İK-nin 21.05.1990-cı il tarixli, 06 saylı protokol qərarından çıxarışa və Şəhər Memarlıq şöbəsinin 21.06.1990-cı il tarixli layihəsinə əsasən 400 kv.m fərdi yaşayış evi tikmək üçün X2 ayrılmış olan ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışı əsasında X5 ünvan 3 ünvanda yerləşən 0.07 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşürmü, düşdüyü halda hansı ölçüdə üst-üstə düşür?” sualı qoyulmuşdur. 19.04.2021-ci il tarixli, **********77 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidməti 14.04.2021-ci il tarixli, 67 nömrəli mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. 14.04.2021-ci il tarixli, 67 nömrəli mütəxəssis rəyində məhkəmənin sualına cavab olaraq bildirilmişdir ki, aparılmış araşdırma zamanı Gəncə şəhər XDS İK-nin 21 .05.1990-cı il tarixli, 06 saylı protokol qərarından çıxarışa və Şəhər Memarlıq şöbəsinin 21.08.1090-cı il tarixli layihəsinə əsasən 400 kv.m fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX, nömrə ******* çıxarışı əsasında X5 verilmiş Gənçə şəhəri, ünvan 6 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Beləliklə də, məhkəmə araşdrıması zamanı A seriyalı 533735 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə İddiaçı verilmiş ünvan 1 ünvanında yerləşən 400 kv.m torpaq sahəsinin X4 mülkiyyətində olan Gənçə şəhəri, ünvan 6 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olunmuş, bu səbəbdən iddiaçının iddia tələbinin əsaslı olduğu və ünvan 1 ünvanında yerləşən 400 kv.m torpaq sahəsinin sərhədlərinin naturada ölçülərək müəyyən edilməsinə dair heç bir ziddiyyətli məqamın olmadığı qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “X18, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən müəyyənləşdirilir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı, qanunvericiliyin tələblərinə əsasən dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququ əsasında ünvan 1 ünvanında yerləşən 400 kv.m torpaq sahəsinin naturada ölçülərək ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının da iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən İnzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (İnzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin İnzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinin smetasından görünür ki, iş üzrə verilmiş mütəxəssis rəyinin xərci 311 (üç yüz on bir) manat təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən (İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) hesab edir ki, mütəxəssis rəyinin verilməsi ilə bağlı 311 (üç yüz on bir) manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalı, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək göstərilməsi öhdəliyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. A seriyalı, 533735 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə İddiaçı verilmiş ünvan 1 ünvanında yerləşən 400 kv.m torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək göstərilməsi öhdəliyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən 311 (üç yüz on bir) manat məbləğinda torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci tutularaq Kadastr və Yerquruluşu Layihə-Təqdiqat Mərkəzinin (VÖEN **********) müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2X nömrəli hesabına keçirilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-252/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-252/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver