Məhkəmə qərarları › İş №2-1(114)-2525/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2525/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2525/2023 06.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı cizgi planının, qeydiyyatın və Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı2 və onun nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı cizgi planının, X3 adına işlənmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin və qeydiyyatın (çıxarışın) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli **********62 saylı məktubu və ona əlavə edilmiş xx.xx.2002-ci il tarixli subyekt siyahısından məlum olur ki, Tovuz rayonu Abulbəyli kəndində gedən islahat zamanı İddiaçı2 0,06 ha torpaq sahəsi ayrılmış və xəritədə nömrəsi 641 nömrə ilə qeyd edilmişdir.

2. Azərbaycan Respublikası DT və XK-nın böyük məsləhətçisi Ramazan Əliyev, Azərbaycan Respublikası DT və XK-nın Tovuz rayon şöbəsinin müdiri Mahir Abbasov, Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutunun Tovuz Rayonlararası Yerquruluşu İdarəsinin rəisi Rəhman Qasımov, X24 və X14 Mərkəzinin Şəmkir regional şöbəsinin müdiri Afiq Hacıyev, X24 və X14 Mərkəzinin nümayəndəsi Samir Əzizov, Tovuz rayon Abulbəyli bələdiyyəsinin sədri Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutunun Tovuz Rayonlararası Yerquruluşu İdarəsinin sahə rəisi Firdovsi Hümbətov, X18 və Məmmədov Vəkil Teymur oğlu tərəfindən xx.xx.2010-cu il tarixdə akt tərtib edilərək, orada qeyd edilmişdir ki, X12 DT və XK-nın sədri Q.Ş.Məmmədovun qəbulunda (xx.xx.2010) olarkən etdiyi şifahi müraciəti Komitənin 11 yanvar 2010-cu il tarixli əmrinə əsasən yerində araşdırılmış və müəyyən edilmişdir ki, torpaq islahatının ikinci mərhələsi kimi vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinə hüquqi sənədlərin verilməsi məqsədilə Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən 2001-ci ildə hazırlanmış və Tovuz rayonunun aidiyyatı təşkilatları tərəfindən təsdiq olunmuş yerquruluşu-layihə sənədləri və siyahıya uyğun olaraq Abulbəyli kənd sakinlərinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr hazırlanaraq, onlara təhvil verilmişdir. Həyətyanı torpaq sahələri Tovuz Rayon AİK-nın xx.xx.1998-ci il tarixli 24 saylı qərarına əsasən verilmişdir. Həmin qərara əsasən ərizəçi T.Orucovanın anası X4 JN 627 (kod ********) saylı şəhadətnamə ilə 0,08 ha (A 004245 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə 840 kv.m) və X5 JN 628A (kod ********) saylı şəhadətnamə ilə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin vətəndaş V.Məmmədova yuxarıda göstərilən torpaq sahəsi düzgün verilməmiş, yəni şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsi ərizəçinin anası C.Kərimovaya və bacısı M.Orucovaya məxsusdur. Belə ki, ərizənin anası C.Kərimovanın həyətyanı torpaq sahəsində 0,12 ha artıq (zəbt olunmuş) torpaq sahəsi olmuş və Abulbəyli bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 04 saylı və xx.xx.2004-cü il tarixli 48 saylı qərarları ilə həmin sahə hərəyə 0,07 ha (faktiki 0,06 ha) olmaqla onun bacısı M.Orucovaya və anası C.Kərimovaya alğı-satqı yolu ilə verilmiş, vətəndaşlar bələdiyyənin hesabına tələb olunan vəsaiti köçürmüşlər. Baxmayaraq ki, torpaqayırma sənədləri “Bələdiyyələrin torpaqların ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq olunması barədə Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq bələdiyyə şurasının kobud səhvi və torpaq sahəsini almış vətəndaşların səhlənkarlığı üzündən tam hazırlanmamış, müvafiq alğı-satqı müqaviləsi tərtib edilməmiş, sənədləşmənin başa çatdırılması barədə Komitənin Tovuz rayon şöbəsinə müraciət olunmamış, rəy və sxem çəkilməmişdir. Lakin Əsasnaməyə uyğun olaraq çatışmayan sənədlərin qısa müddətdə hazırlanaraq həmin şəxslərə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi məqsədəmüvafiq hesab olunur. Vətəndaş V.Məmmədovun 0,08 ha həyətyanı sahəsi Tovuz rayon XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli 36 nömrəli qərarı ilə verilmiş və faktiki olaraq mübahisəli sahədən 30-40 metr aralı məsafədə yerləşməklə X16 (JN 640) və X1 (JN 643) həyətyanı sahələrinin arasında yerləşməklə bundan 0,06 ha texniki səhv olaraq JN 641 saylı şəhadətnamə ilə səhvən İddiaçı2 (X8 əri) və 0,02 ha isə (2023B sahə) bələdiyyə mülkiyyətində saxlanılmışdır. Vətəndaş V.Məmmədova ayrılmış 0,08 ha sahənin yeri Abulbəyli kəndinin sabiq icra nümayəndəsi Mahir Qasımov və sabiq bələdiyyə sədri Ədalət İsmayılov tərəfindən özbaşına dəyişdirilərək əsassız olaraq ərizəçinin anası C.Kərimovanın həyətyanı torpaq sahəsindən verilmişdir. Araşdırma zamanı o da məlum oldu ki, vətəndaş V.Məmmədovun adına 3 ədəd şəhadətnamə deyil, yalnız bir şəhadətnamə - JN 628A (kod ********) hazırlanaraq 01 may 2006-cı il tarixdə Komitənin Tovuz rayon şöbəsində qeydiyyata alınmaqla bir nüsxəsi vətəndaşa verilmiş, ikinci nüsxə isə şöbədə saxlanılmışdır. Məsələnin həlli məqsədilə vətəndaş V.Məmmədovun adına hazırlanmış JN 628A saylı, İddiaçı2 adına hazırlanmış JN 641A saylı şəhadətnamələr ləğv edilməli, İddiaçı1 adına hazırlanmış JN 640A saylı və M.Cəfərovun adına hazırlanmış JN 643 saylı şəhadətnamələrdə isə qismən dəyişiklik aparılmalıdır. Qeyd olunan dəyişikliklər həmin şəxslərin razılığı əsasında, bu mümkün olmadıqda isə məhkəmənin qətnaməsi əsasında aparıla bilər. Akt tərtib olunduqdan sonra Tovuz rayonu Abulbəyli yaşayış məntəqəsinin planından düzəliş olunacaq torpaq sahələrinin yerləşdiyi ərazi üzrə çıxarış tərtib edilmişdir.

3. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə X6 fərdi yaşayış evi tikmək üçün Tovuz rayonu Abulbəyli kəndində 800 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair A№260454 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunaraq, Dövlət Kadastrı kitabında xx.xx.2010-cu il tarixdə 785 nömrə ilə uçota alınmışdır.

4. Azərbaycan Respublikası DT və XK-nın Tovuz rayon şöbəsinin xx.xx.2010-cu il tarixli 107 nömrəli məktubundan məlum olur ki, Tovuz rayonunun Abulbəyli kəndi üzrə yaşayış məntəqəsinin elektron baza xəritəsində müəyyən düzəlişlər edilmiş və həmin düzəlişə dair sxem DƏDRX-nin Tovuz Ərazi İdarəsinə təqdim edilmişdir.

5. Bundan sonra Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair X3 adına AA№003722 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunaraq, xx.xx.2010-cu il tarixdə onun qeydə alınmış və ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış verilmişdir.

6. Tovuz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(62)-30/2011 nömrəli qətnaməsi ilə Tovuz rayonu, Abulbəyli kəndində yaşayan X3 mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinin qanunsuz olaraq tutduqları 0,06 ha hissəsindən İddiaçı1 və 0,02 ha hissəsindən X9 çıxarılmaları qət edilmişdir.

7. Tovuz Rayon Məhkəməsinin 2(62)-1208/2016 saylı mülki iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının 2010-cu ildə fəaliyyətdə olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi Ramazan Əliyevin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan qurumların nümayəndələrinin, Tovuz rayonu Abulbəyli bələdiyyəsinin sədri Aydın Əliyevin, X12 və Məmmədov Vəkil Teymur oğlunun iştirakı ilə 11 yanvar 2010-cu il tarixdə Tovuz rayonu Abulbəyli kəndində tərtib olunmuş, İddiaçı1 maraqlarına toxunan aktı tərtib edildiyi andan etibarsız hesab edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104)-1488/2021 nömrəli qərardadı ilə ləğv edilmiş, iddiaçılar İddiaçı1 və X9 cavabdeh Məmmədov Vəkil Teymur oğluna qarşı aktın etibarsız sayılması tələbinə dair iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

8. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)-666/2017 nömrəli qətnaməsi ilə X6 Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən verilmiş 800 kv.m torpaq sahəsi barəsində xx.xx.2010-cu il tarixdə tərtib edilmiş A 260454 saylı Torpaq sahəsinin planı və ölçüsü adlanan sənədin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın və xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA ******* saylı Torpaq sahəsinin planı və ölçüsü adlanan sənədin etibarsız hesab edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-188/2022 nömrəli qərardadı ilə həmin qətnamə ləğv edilmiş və iddia tələbi üzrə icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)- 4451/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-188/2022 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)-666/2017 nömrəli qətnaməsinin icrasında dönüş edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)-666/2017 nömrəli qətnaməsi ilə ləğv edilmiş X6 Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən verilmiş 800 kv.m torpaq sahəsi barəsində xx.xx.2010-cu il tarixdə tərtib edilmiş A 260454 saylı “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın və xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA ******* saylı “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin bərpa edilməsi qərara alınmışdır.

10. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 1741/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində JN-628A, JN- 640 və JN-641 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin nüsxələri aşkar edilməmişdir. Tovuz rayonu Abulbəyli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı topaq sahələrinə dair cədvəldə (subyekt siyahısında) 628-cı sırada X3 adına 0,08 ha, 640-cı sırada İddiaçı1 adına 0,06 ha və 641-cı sırada İddiaçı2 adına 0,06 ha torpaq sahəsi qeyd olunmuşdur.

11. Məhkəmənin sorğusuna Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-188/2022 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-188/2022 nömrəli qərardadı qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə göndərilmişdir.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2- 8211/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-188/2022 nömrəli qərardadı 15 saylı Tovuz Ərazi İdarəsində icra olunmayıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra DT və XK-nin Tovuz rayon şöbəsi tərəfindən Xidmətin 15 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarına baxılmış və sözügedən JN-640, JN-641, JN- 628A nömrəli şəhadətnamələr arxivdə öz əksini tapmamışdır. II. Məhkəmədə icraat

13. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş şəhadətnamə əsaslı həyətyanı torpaq sahələrinin yerinin dəyişdirilməsinə səbəb olmuş, heç bir hüquqi-inzibati əsası olmayaraq tərtib olunmuş akt əsasında, AİK baza qərarlarına zidd olaraq Tovuz rayonu Abulbəyli yaşayış sahəsinin plan-ölçü koordinatlarının dəyişdirilməsinə səbəb olmuş JN 260454 cizgi-planının və bu əsasda X3 adına işlənmiş AA ******* saylı plan-ölçü sənədlərinin və MA ******* nömrəsi ilə qeydə alınmış dövlət qeydiyyatının (çıxarışın) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1998-ci il tarixdə alqı-satqı yolu ilə Tovuz RİHB-nın Abulbəyli Ərazi Vahidi üzrə nümayəndəliyinin vasitəçiliyi ilə adına 15 saylı T/B kitabın 1307-ci sıra sayında qeydə alınmaqla, təsdiq olunmuş baza sıralama xəritəsi üzrə qeydə alınmış JN 640 sıra nömrəsi ilə aldığı Şəhadətnamə əsaslı 0,10 ha torpaq sahəsinə ilk gündən bu günə qədər fasiləsiz sahiblik etməklə ev tikdirib, bağ salıb, vergi ödəmişdir. 2000-ci ilin əvvəllərindən isə, İddiaçı2 müraciəti əsasında, Ruslana ondan sonra yerləşən JN 641 sıra nömrəli boş sahədəki 0,06 ha torpaq sahəsi verilmişdir və adına həmin sıra nömrəli yerə AİK qərarı əsasında şəhadətnamə işlənmişdir. İddiaçı2 həmin yerə AİK qərarı əsasında kadastr və AN 427261 saylı çıxarış almaqla, o vaxtdan 23 ildir həmin sahəyə sahiblik edir, hasar çəkib, darvaza qoyub bağ salıb, vergi ödəyir. 2009cu ilin sonlarında Ruslan və Rahilə Ağayevlər olaraq adlarına təqdim olunmaq üçün Abulbəyli bələdiyyəsinə Tovuz rayon Torpaq şöbəsi tərəfindən şəhadətnamələr göndərilsə də, tələb olunan 50 manat rüsum ödəmək imkanları olmadığından şəhadətnamələr onlara təqdim olunmamışdır. Tovuz rayonu Abulbəyli kəndinin həyətyanı torpaq sahələrinin plancizgi koordinatların dəyişdirilməsinin iştirakçısı olan və bu məqsədlə 11 yanvar 2010-cu il tarixli inzibati əsassız aktın tərtibində birbaşa iştirak edən Tovuz rayon Torpaq şöbəsi tərəfindən, məlum aktın tərtibindən sonra, Abulbəyli bələdiyyə kitabına "texniki düzəliş" edilmək adlı məqsədli dələduzluq qeydiyyatı edilməklə, şəhadətnamələri oradan geri götürülmüşdür. İştirakları və imzaları olmadan, digər küçədə torpaq almış Kərimova Ceyran adlı qadının yanında, 12 il torpaqdan istifadə olunma müddətindən sonra, bələdiyyə ərazisində qeydiyyatda olmayan ailə üzvlərinin də onunla yan-yana bir cərgədə yerləşdirilməli olması barədə rayon Torpaq şöbəsinə verilmiş tapşırığa əsasən, aidiyyəti məsuliyyətsiz məmurlar tərəfindən, yaşayış sahəsinin baza plan və ölçülərinin dəyişməsi məqsədi ilə qanunazidd xx.xx.2010-cu il tarixli akt tərtib olunmuşdur. Qanunsuz əməliyyatın icrasında məhkəmə hüquqlarını belə mənimsəyən, Tovuz rayon Torpaq şöbəsi rəhbərliyi tərəfindən tərtib etdikləri akta əsasən ilkin olaraq JN 260454 saylı plan və ölçü (kadastr) sənədi tərtib edilmişdir. Daha sonra onun icrasının mümkünsüzlüyünü dərk edərək, saxtalaşma düzəlişi etməklə həmin texniki "kadastrın" üzərində qələm ilə aydın seçilən şəkildə sıra nömrəsi yerdəyişikliyi (JN 640-JN641) etməklə, tərtib etdikləri həmin "kadastrın" ikinci düzəlişli variantı ilə, Tovuz rayonu, Abulbəyli yaşayış sahəsinin plan və həyətyani sahələrin xəritə üzrə koordinat ölçülərində saxtakarlıq dəyişikliyi (tərtib etdikləri kadastrın arxasında imza və möhürlə bunu təsdiq ediblər) edilmişdir. İddiaçı1 olaraq, onun texniki pasportlu evi qarışıq JN 640 sıra nömrəli alqı-satqılı 0,10 ha ev və torpaq sahəsindən ancaq 0,06 ha saxlanmaqla, İddiaçı2 AİK qərarlı JN 641 sıra nömrəli 0,06 ha torpaq sahəsi ilə koordinat-ərazi yerdəyişməsi edilmişdir. Və bu saxtalaşdırma əməliyyatının davamı olaraq, onlardan 30-40 metr aralı olan, digər küçəyə çıxışlı, yan qonşuları JN 627 sıra nömrəli Ceyran Kərimova və JN 629 sıra nömrəli Rübabə Vəliyeva göstərilmiş, JN 628 sıra saylı X6 qanun pozuntusu ilə verilmiş (1992-ci ildə ona qərar əsasında verilmiş 0,08 ha həyətyanı sahə üzrə sərəncamın heç bir bəndinin, o cümlədən torpaq ayırma və uçota alınma icrası prosesindən iddiaçı tərəfindən imtina edilmiş, Tovuz RİHB-nın Abulbəyli kəndi üzrə Nümayəndəsinin torpaq ayırma barədə 4 nömrəli sərəncamının sonuncu bəndində göstərildiyi kimi-tələb olunan bəndlər icra olunmadığı halda sərəncam etibarsız hesab olunması göstərilsə də, hüquqi qüvvəsini itirmiş sənədi yenidən AİK-də 1998-ci ildə təkrar uçota aldırmışlar) 0,08 ha torpaq sahəsini JN 260454 saylı qanuna zidd tərtib olunmuş "kadastra" əsasən, 10 il faktiki istifadə etdiyi torpağından çıxararaq, xx.xx.2010-cu il tarixli akta qorxudularaq imza atdırmaqla və şəhadətnaməsini də əlindən almaqla, İddiaçı2 şəhadətnamə ilə məxsus JN 641 nömrəli sahə yerinə oturdulmuşdur. Və ona həmin yerə AA ******* nömrəli texniki kadastr və MA ******* nömrəli dövlət qeydiyyatı çıxarışı almaq üçün Tovuz rayon Torpaq şöbəsi ilə DƏDRX-nın Tovuz rayon şöbəsi arasında cinayət xarakterli qanuna zidd olan sövdələşmə aparılmışdır. Və həmin Vilayət Məmmədova məxsus JN 628 sıra nömrəli 0,08 ha torpaq sahəsi bu qanuni araşdırmadan yayınan iştirakçıya çevrilmiş DƏDRX-nin verdiyi sənədlər əsasında yerindən 30-40 mertr aralıda yerləşən 0,06 ha İddiaçı2 JN 641 sıra nömrəli torpaq sahəsinə, 0,02 ha isə qonşusu Həsrət Zeynalovun torpağı üzərinə oturdulmuşdur. İddiaçı2 məxsus JN 641 saylı 0,06 ha torpaq sahəsi, JN 639 saylı sahədən sonra onun evinin və torpağının üzərinə işləndiyindən və onun 0,04 qanuni torpağı uçotdan silinməklə bu baş gicəlləndirici əməliyyat nəticəsində (Akt və ona əsasən AİK-nın baza-arxiv qərarındakı sıra nömrələməsini saxtalaşdıra bilmədiklərindən, verilmiş kadastr və çıxarışa görə torpaq sahəsi sıralaması baza xəritəyə zidd olaraq belə işlənib: JN 639-»JN 641-»JN 640-JN 628) 0,06 ha torpağının da üstünə oturdulan və "Vilayət Məmmədovla qonşu" salındığından, Məmmədov qardaşları tərəfindən məhkəmələrdə cavabdeh qismində o göstərilmişdir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

16. İddiaçılar xx.xx.2023-cü il tarixdə məhkəməyə əlavə ərizə ünvanlayaraq, iddia ərizəsində göstərilən tələblərin yerinə yetirilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər və ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında icraata qəbul edilmişdir. III. Prosessual məsələlər

17. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

19. İddiaçı2 və onun nümayəndəsi G.Ağayev, üçüncü şəxsin nümayəndəsi V.Məmmədov məhkəmə iclasına gəlmiş, lakin İddiaçı1, üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məlumat verməmişlər.

20. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının gəlməyən şəslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

21. İddiaçı2 və onun nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

22. İddiaçının nümayəndəsi sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçılara aqrar islahat zamanı verilən 0,06 ha torpaq sahələri üzərində onların mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Yəni, iddiaçıların hüquqlarının qeydiyyatı xx.xx.2010-cu il tarixli aktdan əvvəlki hüquqi vəziyyətə uyğun olaraq aparılmışdır. Lakin bununla belə və X3 mübahisəli torpaq sahəsinə olan qeydiyyatı bərpa olunmamış olsa belə, onların marağına toxunduğu üçün həmin qeydiyyatın aparılmasına əsas olmuş cizgi-planın, plan və ölçü sənədinin və qeydiyyatın ləğv olunmasını istəyirlər və bunu ona görə zəruri hesab edirlər ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)- 188/2022 nömrəli qərardadının icra olunması gələcəkdə yeni mübahisələrə yol açacaqdır, hansı ki, onsuzda illərdir bu mübahisə davam edir və onlar üçüncü şəxsin qeydiyyatının ləğvi ilə artıq mübahisəyə son qoyulmasını istəyirlər.

23. Üçüncü şəxsin nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)-666/2017 nömrəli qətnaməsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-188/2022 nömrəli qərardadı ilə ləğv edilməsinə və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-188/2022 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)-666/2017 nömrəli qətnaməsinin icrasında dönüş edilməsinə baxmayaraq, iş X6 Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən verilmiş 800 kv.m torpaq sahəsi barəsində xx.xx.2010-cu il tarixdə tərtib edilmiş A 260454 saylı “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın və xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA ******* saylı “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin bərpa edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən təmin edilməmişdir. Onlar bununla bağlı Ərazi İdarəsinə bir neçə dəfə müraciət etsələr də, müsbət nəticə əldə edə bilməmişlər. Əsaslandırma hissəsi:

25. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

26. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

27. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Tovuz rayonu Abulbəyli kəndində aparılan aqrar islahat zamanı 628-cı sırada X3 adına 0,08 ha, 640-cı sırada İddiaçı1 adına 0,06 ha və 641-cı sırada İddiaçı2 adına 0,06 ha torpaq sahəsi ayrılmış, lakin adları çəkilən vətəndaşlara torpağa mülkiyyət hüququna dair şəhadətnamələr verilməmişdir. Daha sonra Azərbaycan Respublikası DT və XK-nın böyük məsləhətçisi R.Əliyev, Azərbaycan Respublikası DT və XK-nın Tovuz rayon şöbəsinin müdiri M.Abbasov, Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutunun Tovuz Rayonlararası Yerquruluşu İdarəsinin rəisi R.Qasımov, X24 və X14 Mərkəzinin Şəmkir regional şöbəsinin müdiri A.Hacıyev, X24 və X14 Mərkəzinin nümayəndəsi S.Əzizov, Tovuz rayon Abulbəyli bələdiyyəsinin sədri A.Əliyev, Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutunun Tovuz Rayonlararası Yerquruluşu İdarəsinin sahə rəisi F.Hümbətov, T.Orucova və V.Məmmədov oğlu tərəfindən xx.xx.2010-cu il tarixdə tərtib edilmiş akt əsasında Azərbaycan Respublikası DT və XK-nın Tovuz rayon şöbəsi tərəfindən Tovuz rayonunun Abulbəyli kəndi üzrə yaşayış məntəqəsinin elektron baza xəritəsində müəyyən düzəlişlər edilmiş və həmin düzəlişə dair sxem DƏDRX-nin Tovuz Ərazi İdarəsinə təqdim edilməklə, onun əsasında Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair X3 adına əvvəlcə A№260454 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunaraq, Dövlət Kadastrı kitabında xx.xx.2010-cu il tarixdə 785 nömrə ilə uçota alınmışdır. Sonra isə AA№003722 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış verilmişdir.

28. İddiaçı1 Şəmil qızı X3 adına aparılmış qeydiyyatı məhkəmədə mübahisələndirmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)-666/2017 nömrəli qətnaməsi ilə X6 Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən verilmiş 800 kv.m torpaq sahəsi barəsində xx.xx.2010-cu il tarixdə tərtib edilmiş A 260454 saylı Torpaq sahəsinin planı və ölçüsü adlanan sənədin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın və xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA ******* saylı Torpaq sahəsinin planı və ölçüsü adlanan sənədin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra X3 apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-188/2022 nömrəli qərardadı ilə sözügedən qətnamə ləğv edilmiş, eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli 2(104)-188/2022 nömrəli qərardadı ilə X3 icrada dönüş barədə ərizəsi təmin edilərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)-666/2017 nömrəli qətnaməsinin icrasında dönüş edilmişdir.

29. Həmin qərardadla Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)- 666/2017 nömrəli qətnaməsi ilə ləğv edilmiş X6 Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən verilmiş 800 kv.m torpaq sahəsi barəsində xx.xx.2010-cu il tarixdə tərtib edilmiş A 260454 saylı “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın və xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA ******* saylı “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin bərpa edilməsi qərara alınsa da, həmin qərardad icra edilməmişdir.

30. Belə ki, məhkəmənin sorğusuna Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(104)-188/2022 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-188/2022 nömrəli qərardadı qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə göndərilmişdir.

31. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclası zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X23 bildirmişdir ki, X6 Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən verilmiş 800 kv.m torpaq sahəsi barəsində xx.xx.2010-cu il tarixdə tərtib edilmiş A 260454 saylı Torpaq sahəsinin planı və ölçüsü adlanan sənədin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın və xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA ******* saylı Torpaq sahəsinin planı və ölçüsü adlanan sənədin etibarsız hesab edilməsinə dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)- 666/2017 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra İdarə tərəfindən iddiaçılara aqrar islahat zamanı verilən 0,06 ha torpaq sahələri üzərində onların mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-188/2022 nömrəli qərardadının icrası İdarəsi tərəfindən mümkün olmamışdır və mübahisəli torpaq sahəsinə iddiaçıların çıxarışı qüvvədə olduğu müddətdə də mümkün olmayacaqdır.

32. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2- 8211/2023 nömrəli cavab məktubunda da bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-188/2022 nömrəli qərardadı 15 saylı Tovuz Ərazi İdarəsində icra olunmamışdır.

33. Göründüyü kimi, iddiaçıların hazırda ləğv olunmasını tələb etdiyi qeydiyyat və bu qeydiyyata dair sənədlər, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)- 666/2017 nömrəli qətnaməsi əsasında etibarsız hesab edilərək hüquqi qüvvələrini itirmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra X3 apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-188/2022 nömrəli qərardadı ilə sözügedən qətnamə ləğv edilmiş, eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)- 188/2022 nömrəli qərardadı ilə X3 icrada dönüş barədə ərizəsi təmin edilərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)-666/2017 nömrəli qətnaməsinin icrasında dönüş edilmişdir.

34. Həmin qərardadla Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)- 666/2017 nömrəli qətnaməsi ilə ləğv edilmiş X6 Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən verilmiş 800 kv.m torpaq sahəsi barəsində xx.xx.2010-cu il tarixdə tərtib edilmiş A 260454 saylı “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın və xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA ******* saylı “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin bərpa edilməsi qərara alınsa da, mübahisəli torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından cavabdeh tərəfindən həmin qərardadın icrası mümkün olmamış və icra edilməmişdir.

35. Yəni, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-188/2022 nömrəli qərardadı icra edilmədiyi və üçüncü şəxsin adına aparılmış qeydiyyat və buna dair sənədlər bərpa edilmədiyi üçün, bir sözlə, iddiaçıların hazırkı iddiada mübahisələndirdikləri qeydiyyat və buna dair sənədlər hazırda mövcud olmadığı üçün cavabdehin hərəkətləri nəticəsində iddiaçıların subyektiv hüququnun pozulması halı da müəyyən edilmir.

36. Bununla da iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilməmişdir.

37. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

38. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçıların istinad etdiyi hallar üzrə onların hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçılar tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

40. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar