Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-253/2022 10.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər X1, X2 və X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X8 və X14) dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 16.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-323 kod 50414018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktında adının düzəldilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus bütün hüquqi sənədlərdə soyadı, adı və ata adı “X12” kimi qeyd edilmişdir, sonrada ailə qurduğu üçün soyadı “Məlikzadə” olmuşdur. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25.09.1998-ci il tarixli 55 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə 0.52 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair JN-323 kod 50414018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktında onun adı “Təzəgül” kimi qeyd edilmişdir. Hazırda qeyd olunan dövlət aktında yanlışlıq olduğundan iddiaçı həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. İddiaçı qeyd olunan aktda düzəliş edilməsi məqsədilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 02.02.2022-ci il tarixli qərardadı ilə X7, X8 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxslər X7, X8 və X14 məhkəmə iclasında ayrı-ayrılıqda iddianı qəbul etdiklərini bildirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 02.12.2021-ci il tarixli, **********68 nömrəli məktubunda qeyd edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktında iddiaçının adına düzəliş edilməsi idarənin səlahiyyətləri xaricində olduğundan onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 10.12.1994-cü il tarixli, İ-AZ 173901 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1994-cü il tarixdə anadan olmuş, ata qrafasında X7, ana qrafasında isə X8 qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş 29.03.2015-ci il tarixli, AZ-İİ 035845 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X12 arasında nikah bağlanmış və arvada “Məlikzadə” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş JN-323 kod 50414018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25.09.1998-ci il tarixli 55 saylı qərarı ilə X4, X5, X6 və X13 0.52 ha torpaq sahəsi verilmişdir. -"xxxx" MMC-nin 10.12.2021-ci il tarixli **********57 nömrəli məktubundan görünür ki, arxivdə aparılmış araşdırma zamanı Şəmkir rayonu Təzəkənd kəndinin pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. -"xxxx" MMC-nin 28.02.2022-ci il tarixli **********84 nömrəli məktubuna əlavə edilmiş Şəmkir rayon Təzəkən İƏV-yi üzrə “Düzqışlaq” kənd təsərrüfatı istehsal kooperativi üzrə torpaqdan pay alacaq vətəndaşların siyahısından görünür ki, 710-cu sırada X1, X2, X3 və X10 adları qeyd olunmuşdur. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 04.11.2021-ci il tarixli, **********33 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25.09.1998-ci il tarixli 55 saylı qərarı ilə X4, X5, X6 və X13 0.52 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-323 kod 50414018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktı tərtib edilmişdir. İddiaçı isə dövlət aktında adı qeyd olunan X3 özü olduğunu, sadəcə olaraq adının “Gülüş” əvəzinə “Təzəgül” yazıldığını iddia edərək müvafiq düzəliş edilməsini tələb etmiş, cavabdeh orqan isə Dövlət aktında iddiaçının adına düzəliş edilməsinin idarənin səlahiyyətləri xaricində olduğunu bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçının dövlət aktında müvafq düzəliş edilməsindəki hüquqi marağı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25.09.1998-ci il tarixli 55 saylı qərarı ilə verilmiş torpaq sahəsi ilə bağlı hüquqi sənədlərin əldə edilməsidir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İş materiallarında olan sənədlərdən, eləcə də məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, JN-323 kod 50414018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktında, eləcə də Şəmkr rayonu Təzəkənd kəndinin pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı mövcud deyil, eləcə də Dövlət aktında adı qeyd olunan “X9”nın hazırki iş üzrə İddiaçı olması hər hansı sübutla öz təsdiqini tapmır. Digər tərəfdən İddiaçı ilə X3 eyni şəxs olması öz təsdiqini tapdığı halda belə Dövlət aktında qeyd edilmiş ad, soyad və ata adları ilkin sənəd hesab olunan “adlı siyahı” ilə eynilik təşkil etdiyindən cavabdeh orqan Dövlət aktında düzəliş etmək öhdəliyi daşımır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-253/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-253/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver