Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-253/2024 11.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5, X6) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-260A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə əsasında Göygöl rayonu, Mixaylovka kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslnadırılmışdır ki, Xanlar Rayon Mixaylovka Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 07 saylı qərarına əsasən bələdiyyənin mülkiyyətində olan 0.36 ha yararsız torpaq sahəsi ayrılaraq 3 nəfər sakinə, hər birinə 0,12 ha olmaqla satılmışdır. Həmin şəxslərdən də biri iddiaçı olmaqla ona 0.12 ha torpaq sahesi satilmış və xx.xx.2005-ci il tarixdə torpağa mülkiyyət hüququna dair JN-260A, KOD-50802028 saylı şəhadətnamə almışdır. 18 ildir mübahisəli torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Qeyd olunan JN-260A, KOD-50802028 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında çıxarışın verilməsi üçün cavabdeh organa müraciət etsə də imtina edilmiş, səbəb kimi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpağa düşdüyü, həmçinin yeni uçot xəritəsinə əsasən torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi göstərilir. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı sahə olduğu, həmçinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunu və təqdm edilmiş digər sənədlərlə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə Xanlar rayonu Mixaylovka Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 07 nömrəli qərarına əsasən ona verilmiş 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etmiş, cavabdeh isə həmin sahənin digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini əsas gətirərək qeydə almaqdan imtina etmişdir. İş üzrə verilmiş mütəxəssis rəyində bildirilir ki: -"Torpağın mülkiyyət verilməsinə dair" bütün Şəhadətnamələrdə torpaq sahəsinin ölçüsü və konfiqurasiyası göstərilsə də həmin torpaq sahələrinin koordinatları (X,Y) əks olunmur. Buna görə də, "Torpağın mülkiyyət verilməsinə dair bütün Şəhadətnamələrdə göstərilən torpaq sahələrinin koordinatları həmin torpaq sahələrinin öz əksini tapdığı ərazinin kompleks yerquruluşu layihələrinə və həmin layihələrin naturada yerləşmə vəziyyətinə istinadən müəyyən edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Məcnun oğlunun adına verilmiş "Torpağın mülkiyyət verilməsinə dair JN-260A (kod- ********) nömrəli Şəhadətnamədə göstərilən torpaq sahəsinin naturada yerləşmə koordinatları müəyyən olundu. Lakin Göygöl rayon Mixaylovka bələdiyyəsinin xx.xx.2005ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı Məcnun oğlu və digər 2(iki) şəxsə hər birinə verilmiş 0.12 ha torpaq sahələrinə dair tərtib olunmuş yerquruluşu planından çıxarış sənədində həmin torpaq sahələrinin koordinatları qeyd olunmamış, şərti çəkilmiş cizgi planda üç nəfərə ayrılmış sahənin üfüqi istiqamətdə göstərilmiş, planın sol tərəfində həmin sahələr şaqulu istiqamətdə qeyd olunaraq nömrələnmiş, şərti çəkilmiş cizgi planda isə üfüqi istiqamətdə göstərilən sahələrdə nömrələr qeyd olunmamışdır. Odur ki, qeyd olunan hallar səbəbindən JN-260A (kod-********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsinin Göygöl rayon Mixaylovka bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı Məcnun oğluna verilmiş 0.12 ha torpaq sahəsinin koordinatları ilə uyğun olub olmamasını müəyyən etmək mümkün deyildir. -xx.xx.2007-ci il qeydiyyat tarixli **********02 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 2.0 ha torpaq sahəsinin 1.8 ha hissəsi ilə xx.xx.2011-ci il qeydiyyat tarixli **********44 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 1.8 ha torpaq sahəsi eyni koordinatlarda yerləşən torpaq sahəsidir. xx.xx.2020-ci il qeydiyyat tarixli, xx.xx.2021-cil il qeydiyyat tarixli və xx.xx.2022-ci il qeydiyyat tarixli **********44 reyestr nömrəli Çıxarışlara əsasən 1.8 ha torpaq sahəsi ilə xx.xx.2011-ci il qeydiyyat tarixli **********44 reyestr nömrəli Çıxarışa əsasən 1.8 ha torpaq sahəsi eyni koordinatlarda yerləşən torpaq sahəsidir. -xx.xx.2011-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-cil qeydiyyat tarixli **********44 reyestr nömrəli Çıxarışların verilməsinə əsas olan ilkin sənəd X2 adına qeydə alınmış xx.xx.2007-ci il qeydiyyat tarixli **********02 reyestr nömrəli Çıxarış sənədidir. X2 mülkiyyətində olan 2.0 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il qeydiyyat tarixli **********02 reyestr nömrəli Çıxarış sənədinin verilməsinə əsas olan JN-0374 (KOD ********) nömrəli Dövlət Aktında göstərilən 2.0 ha torpaq sahəsi eyni koordinatlara və konfiqurasiyaya malikdir. JN-0374 (KOD ********) nömrəli Dövlət Aktında göstərilən 2.0 ha torpaq sahəsi torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmamışdır. -İddiaçı Məcnun oğlunun, mübahisəli ərazidə faktiki istifadəsində torpaq sahəsi olmadığı müəyyən olndu. İddiaçı tərəfin iddia edərək naturada təqdim etdiyi torpaq sahəsi 0.12 ha təşkil edir. -İddiaçı tərəfin iddia edərək naturada təqdim etdiyi 0.12 ha torpaq sahəsi 2005-ci il tarixli JN-260A (KOD ********) saylı "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə eynilik təşkil etməklə, İddiaçı Məcnun oğlunun xüsusi mülkiyyətinə verilmiş yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsidir. 2005-ci il tarixli JN-260A (KOD ********) saylı "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnaməyə əsasən İddiaçı Məcnun oğlunun xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə xx.xx.2022-ci il qeydiyyat tarixli **********44 reyestr nömrəli Çıxarışa əsasən X3 xüsusi mülkiyyətində olan 1.8 ha torpaq sahəsi üst-üstə düşür. -Rəy hazırlanarkən, Xanlar rayonu Yeni Zod kəndi ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş, 2000-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinad olunmuşdur. Göründüyü kimi hazırki vəziyyətdə iddiaçının qeydə alınmasını tələb etdiyi sahə üzrə yüklülük (üst-üstə düşmə halı) aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün deyil. Həmçinin iddiaçıya izah olunur ki, yuxarıda qeyd olunan üçüncü şəxslərin mülkiyyət hüququna dair sənədlər ləğv edildiyi təqdirdə qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin yüklülükdən azad edilməsi baxımından hazırki iddiaya baxılmasına zərurət aradan qalxa bilər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-253/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-253/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver