Məhkəmə qərarları › İş №2-1(114)-253/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-253/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-253/2025 27.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə qarşı avtomobilə aid dövlət nömrə nişanı və şəhadətnamənin (texniki pasport) bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə qarşı “Honda CRV” markalı 20CS199 dövlət nömrə nişanlı minik avtomobilə aid dövlət nömrə nişanı və şəhadətnamənin (texniki pasport) bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.2009-cu il tarixli AB 409203 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Honda CRV” minik markalı buraxılış ili 1998-ci il olan 20CS199 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 adına qeydiyyata alınmışdır.

2. Göygöl rayon Polis şöbəsinin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən X7 barəsində Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən rədd edilmişdir.

3. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16-3/2-8450/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Honda CRV” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixli tarixdən xx.xx.2021-ci il tarixədək X3 adında qeydiyyatda olub. “Honda CRV” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyata alınaraq sözügedən avtomobilə **-BN-*** dövlət qeydiyyat nömrəsi təhkim edilmiş və xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2021-ci il tarixdə X11 adına qeydiyyata alınaraq **-UL-*** dövlət qeydiyyat nömrəsi verilmiş və xx.xx.2022-ci il tarixdən qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixdən hal-hazıradək sözügedən avtomobil X12 adına rəsmiləşdirilərək ona **-UL-*** dövlət qeydiyyat nömrəsi verilmişdir.

4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-3/2-3081/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Honda CRV" markalı, buraxılış ili 1998, 20-CS- 199 d.q.n-li, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək X3 adında qeydiyyatda olub. "Honda CRV" markalı, buraxılış ili 1998, **-CS-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil xx.xx.2021-ci il tarixdə Göygöl rayonu Qızılqaya qəs., qeydiyyatda olan vət. Quliyeva Ülviyyə llham qızının adına qeydiyyata alınaraq sözügedən avtomobilə **-BK-*** d.q.n-lı təhkim edilmişdir. xx.xx.2021-ci il tarixdə "Honda CRV" markalı, buraxılış ili 1998, **-BK-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil X14 adına BDYPİ-nin Qİİ-ə qeydiyyata alınaraq sözegedən avtomobilə **-UL-*** d.q.n- ri təhkim edilmişdir. xx.xx.2022-ci il tarixdən halhazıradək "Honda CRV" markalı, buraxılış ili 1998, **-UL-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil Sumqayıt RQİ və TBŞ-ə X12 adına rəsmiləşdirilmişdir. Əlavə olaraq bildirilir ki, məktubda qeyd edilmiş "Honda CRV" markalı, buraxılış ili 1999, **-FZ-*** d.q.n-lı ban nömrəsi JHLRD284XYC001281, avtomobil xx.xx.2009-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan vət. X5 adına BDYPİ-nin Qİİə qeydiyyata alınmışdır. xx.xx.2010-cu il tarixdə “Honda CRV" markalı, buraxılış ili 1999, **-FZ-*** d.q.n-lı ban nömrəsi JHLRD284XYC001281 olan avtomobil Bakı şəhəri Qaradağ ray., Ələt qəs., ünvan 2 ünvanında qeydiyyatda olan vət. X8 adına BDYPİ-nin Qİİ-ə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə "Honda CRV" markalı, buraxılış ili 1999, **- FZ-*** d.q.n-lı ban nömrəsi JHLRD284XYC001281 olan avtomobil Göygöl rayonu Pənahlılar kəndində qeydiyyatda olan vət. İddiaçı adına qeydiyyata alınmış və hal-hazırda qeydiyyatdadır. Məlumat üçün bildirilir ki, **-CS-*** dövlət qeydiyyat nişanları hər-hansı bir nəqliyyat vasitəsinin üzərində dövlət qeydiyyat nişanı kimi istifadə edilmir və xx.xx.2021-ci il tarixdə “Honda CRV" markalı, buraxılış ili 1998, **-CS-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil qeydiyyatdan çıxarkən müvafiq təlimata uyğun olaraq **-CS-*** dövlət qeydiyyat nişanı kəsilmə yolu ilə ləğv edilmişdir.

5. Həmin məktuba əlavə edilmiş: xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X15 “Honda CRV” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili 10000 manata X1. xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X17 “Honda CRV” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 5000 manata İddiaçı satmışdır.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-3/2-8224/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Honda CRV" markalı, buraxılış ili 1998, **-CS-*** d.q.n-li, ban nömrəsi JHLRD1850WC250998, avtomobil xx.xx.2009-cu il tarixədən xx.xx.2021-ci il tarixədək X3 adında qeydiyyatda olub. "Honda CRV" markalı, buraxılış ili 1998, **-CS-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil xx.xx.2021-ci il tarixdə Göygöl rayonu Qızılqaya qəs., qeydiyyatda olan vət. X4 adına qeydiyyata alınaraq sözügedən avtomobilə **-BK-*** d.q.n-lı təhkim edilmişdir. xx.xx.2021-ci il tarixdə "Honda CRV" markalı, buraxılış ili 1998, **-BK-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil X11 adına BDYPİ-nin Qİİ-də qeydiyyata alınaraq sözegedən avtomobilə **-UL-*** d.q.n-lı təhkim edilmişdir. xx.xx.2022-ci il tarixdən hal-hazıradək "Honda CRV" markalı, buraxılış ili 1998, **-UL-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil Sumqayıt RQİ və TBŞ-ə X12 adına rəsmiləşdirilmişdir. Həmçinin bildirilir ki, xx.xx.2021-ci il tarixdə “Honda CRV" markalı, buraxılış ili 1998, **-CS-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil qeydiyyatdan çıxarkən müvafiq təlimata uyğun olaraq **-CS-*** dövlət qeydiyyat nişanı kəsilmə yolu ilə ləğv edilmişdir. Əlavə olaraq bildirilir ki, "Honda CRV" markalı, buraxılış ili 1998, **-CS-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomaşın təkrar qeydiyyata alınıb dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi ilə təmin edilməsi üçün müvafiq qaydada məhkəmənin qərarı olmalı, həmçinin sözegedən nəqliyyat vasitəsinin ban nömrəsi (JHLRD1850WC250998) "Honda CRV" markalı, **-UL- *** d.q.n-lı avtomobilin ban nömrəsi ilə eynilik təşkil edildiyinə görə, "Honda CRV" markalı, **-UL-*** d.q.n-lı avtomobilin gələcəkdə hər hansı bir qeydiyyat hərəkətləri ilə bağlı müraciət edilən zaman qaydalara uyğun olaraq ban nömrəsinə diqqət yetirilməlidir.

7. Göygöl rayon X19 bölməsinin HK-1/1192 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında materialdan çıxarış edilərək, iş materiallarına əlavə edilmiş: Nəqliyyat vasitəsinin AB№409203 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, "Honda CRV" markalı, buraxılış ili 1998, **-CS-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil xx.xx.2009-cu il tarixdə X3 adına qeydə alınmışdır. xx.xx.2011-ci il tarixli ƏN-İİİ№344820 nömrəli etibarnaməyə əsasən, mülkiyyətçi X15 "Honda CRV" markalı, buraxılış ili 1998, **-CS-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobilə dair səlahiyyətləri 30 il müddətinə İddiaçı etibar etmişdir. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2021-ci il tarixli ƏN- Vİİ№716328 nömrəli etibarnaməyə əsasən, mülkiyyətçi X15 "Honda CRV" markalı, buraxılış ili 1998, **-CS-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobilə dair səlahiyyətləri İddiaçı vasitəsilə 1 il müddətinə X13 etibar etmişdir (etibarnamə etibaretmişi etibaretmə qaydasında verilmişdir). II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “Honda CRV” markalı 20CS199 dövlət nömrə nişanlı minik avtomobilinə aid dövlət nömrə nişanı və şəhadətnamənin (texniki pasport) bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X18 BDYPİ-nin Gəncə RQİ və TBŞnin əməkdaşları ilə cinayət əlaqəsinə girərək ona məxsus "Honda CRV" markalı, **-CS-*** dövlət nömrə nişanlı avtomobilə aid dövlət qeydiyyat nişanını və şəhadətnaməni 2021-ci ilin iyul ayında saxtalaşdıraraq "Honda CRV" markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobilə işləmişlər. Qeyd olunan fakt üzrə Göygöl rayon Polis şöbəsində araşdırma aparılmış və qeyd olunan xüsusatlar araşdırma zamanı tam olaraq öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələbinə əsasən X10 və digərlərinin törətdikləri əməl üzrə cinayətə cəlb etmə müddəti keçdiyi üçün sonuncunun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Hazırda ona məxsus "Honda CRV" markalı, **-CS-*** dövlət nömrə nişanlı avtomobil özündə olsa da həmin avtomobilin texniki sənədləri yoxdur. Ona görə də o, cavabdeh orqana rəsmi olaraq müraciət etmişdir ki, avtomobilə aid texniki sənədləri bərpa etsinlər, müraciətindən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq ərizəsinə heç bir münasibət bildirilmir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

12. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

13. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

14. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

15. Cavabdehin nümayəndəsi X16 məhkəmə iclasında qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

17. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

19. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

20. İddiaçı hazırki tələbində “Honda CRV” markalı 20CS199 dövlət nömrə nişanlı minik avtomobilinə aid dövlət nömrə nişanının və şəhadətnamənin (texniki pasport) bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

21. İş materialları ilə müəyyən edilmişdir ki, "Honda CRV" markalı, buraxılış ili 1998, **-CS-*** d.q.n-li, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil Nəqliyyat vasitəsinin AB№409203 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən xx.xx.2009-cu il tarixdə X3 adına qeydə alınmışdır. X15 xx.xx.2011-ci il tarixli ƏN-İİİ№344820 nömrəli etibarnaməyə əsasən sözügedən avtomobilə dair səlahiyyətləri 30 il müddətinə İddiaçı etibar etmiş, sonuncu isə Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2021ci il tarixli ƏN-Vİİ№716328 nömrəli etibarnaməyə əsasən, mülkiyyətçi X3 əvəzindən həmin avtomobilə dair səlahiyyətləri 1 il müddətinə X13 etibar etmişdir (etibarnamə etibaretmişi etibaretmə qaydasında verilmişdir). X18 isə həmin etibarnamə əsasında sözügedən avtomobili xx.xx.2021-ci il tarixdə Göygöl rayonu Qızılqaya qəs., qeydiyyatda olan vət. Quliyeva Ülviyyə llham qızına satmış və onun adına qeydiyyata alınaraq sözügedən avtomobilə **-BK-*** d.q.n-lı təhkim edilmişdir. xx.xx.2021-ci il tarixdə "Honda CRV" markalı, buraxılış ili 1998, **-BK-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil X14 adına BDYPİ-nin Qİİ-ə qeydiyyata alınaraq sözegedən avtomobilə **-UL-*** d.q.n- ri təhkim edilmişdir. xx.xx.2022-ci il tarixdən hal-hazıradək "Honda CRV" markalı, buraxılış ili 1998, **-UL-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil Sumqayıt RQİ və TBŞ-ə X12 adına rəsmiləşdirilmişdir.

22. **-CS-*** dövlət qeydiyyat nişanı xx.xx.2021-ci il tarixdə “Honda CRV" markalı, buraxılış ili 1998, **-CS-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobil qeydiyyatdan çıxarkən müvafiq təlimata uyğun olaraq **-CS-*** dövlət qeydiyyat nişanı kəsilmə yolu ilə ləğv edilmişdir.

23. İddiaçı X7 ona məxsus "Honda CRV" markalı, **-CS-*** dövlət nömrə nişanlı avtomobilə aid dövlət qeydiyyat nişanını və şəhadətnaməni 2021-ci ilin iyun ayında saxtalaşdıraraq "Honda CRV" markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobilə işlədiyini, avtomobili X6 geri alsa da, lakin avtomobilin nömrəsi və sənədlərini ala bilmədiyini iddia edərək, hazırkı tələblə inzibati məhkəmədə iddia qaldırmışdır.

24. Lakin iş materialları ilə müəyyən edildiyi kimi, İddiaçı “Honda CRV" markalı, buraxılış ili 1998, **-CS-*** d.q.n-lı, ban nömrəsi JHLRD1850WC250998 olan avtomobilin mülkiyyətçisi olmamış, ona həmin avtomobilə dair səlahiyyətlər mülkiyyətçi X15 tərəfindən verilmişdir.

25. Belə olan halda, “Honda CRV” markalı 20CS199 dövlət nömrə nişanlı minik avtomobil İddiaçı mülkiyyətində olmadığından o, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyildir.

26. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

27. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar