Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2530/2022 02.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 146 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və ailə üzvülərinə məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4.39 ha torpaq sahəsinin 2.44 ha hissəsini xx.xx.2008-ci il tarixində müqavilə əsasında Şəmkir rayon sakini X3. Sonuncu xx.xx.2002ci il tarixli müqavilədən istifadə edərək sözügedən torpaq sahəsini bütövlükdə mənimsəmişdir. Belə ki, onlara məxsus olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 4.39 ha hissəsinin 2.44 ha hissəsinə çıxarış almalı olduğu halda, qeyd etdiyi torpaq sahəsinə qeyri-qanuni yolla 1.9472 ha hissəsinə də cavabdeh tərəfindən RX ******* nömrəli çıxarış almışdır. İddiaçı üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin 1.9472 ha hissəsi üzrə dövlət reystrində reystr qeydinin ləğv edilməsi barədə cavabdehə müraciət etsə də, bundan imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2530/2022 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Üçüncü şəxs X8 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, o sahəni iddiaçıdan qanuni əsaslarla notarial qaydada almışdır. Ona görə də iddia əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********71 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, ЈN-595 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında İddiaçı və ailə üzvlərinə məxsus olmuş 2.44 ha torpaq sahəsi Şəmkir rayon 2 saylı Notariat kontorunun 27 noyabr 2002-ci il tarixli, 4Ə-02-248 saylı alğı-satqı müqaviləsi əsasında Şəmkir şəhər sakini X1. İddiaçı 01 sentyabr 2016-cı il tarixdə dövlət aktının itməsi ilə bağlı polisdən arayış və qəzetdən elan və dövlət aktının surətini təqdim edərək həmin torpaq sahəsinə dair reyestrdən çıxarışın alınması məqsədilə ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Lakin həmin torpaq sahəsinin X4 üçün ərizəsinin icrasından imtina edilmişdir. X8 15 sentyabr 2016-cı il tarixdə, ********** nömrəli ərizə ilə Ərazi İdarəsinə müraciət edərək alğı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq 21 sentyabr 2016-cı il tarixli, **********89, **********90,**********91 reyestr nömrəli çıxarışlar almışdır. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - təsdiq edilmiş surəti işə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-595 KOD 50401004 nömrəli Dövlət aktının surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 saylı qərarı ilə 2.44 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri ərazisində 1.9472 ha kənd təsərrüfatı təyinatlı torpaq **********89 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır. -təsdiq edilmş surəti işə əlavə edilmiş Şəmkir rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il tarixli 4Ə-02-248 reyestr nömrəli torpağın alğısatqı müqaviləsindən görünür ki, İddiaçı və onun ailə üzvləri JN-595 nömrəli KOD 50401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən onlara məxsus olan Şəmkir rayonu A.Teymur sovxozu ərazisində yerləşən 2.44 ha torpaq sahəsini 6.410.000 (altı milyon dörd yüz on min) manat müqabilində X3. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********51 nömrəli məktubundan görünür ki, JN-595 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin adına ayrılmış 2.44 ha torpaq sahəsi Şəmkir 2-ci Dövlət notariat kontorunun xx.xx.2002-ci il tarixli, 4Ə-02- 248 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında bütövlükdə X6 adına özgəninkiləşdirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin icra edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-595 KOD 50401004 nömrəli Dövlət aktında Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə 2.44 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi də xx.xx.2002-ci il tarixli 4Ə-02-248 reyestr nömrəli torpağın alğı-satqı müqaviləsi ilə üçüncü şəxs X2. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ərizəsində ona və ailə üzvlərnə məxsus 4.39 ha torpaq sahəsinin 2.44 ha hissəsini satmalarını bildirsə də “Torpağa mülkiyyət hüququna dair” JN-595 KOD 50401004 nömrəli Dövlət aktına və müvafiq sorğuya əsasən əldə edilmiş məlumatdan müəyyən olunur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 4.39 ha torpaq sahəsi deyil 2.44 ha torpaq sahəsi verilmişdir. Həmçinin mübahisələndirilən qeyd əsasında çıxarışın verilməsinə əsas olmuş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı və ailə üzvləri müvafiq dövlət aktı ilə onlara məxsus 2.44 ha torpaq sahəsini xx.xx.2002-ci il tarixli, 4Ə-02-248 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında bütövlükdə X5 və sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Göründüyü kimi X6 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, ********** nömrəli çıxarış qanuni əsaslarla verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin çıxarışın ləğv edilməsi üçün hüquqi əsas yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.3-ci maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. -16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. -16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi tələbi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2530/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2530/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver