Məhkəmə qərarları › İş №2-1(114)-2530/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2530/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2530/2023 22.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı təkrar doğum haqqında şəhadətnamənin alınması üçün sorğu verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Nikoleyevnanın iştirakı ilə, İddiaçı Nikoleyevnanın Cavabdehnə qarşı Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon Klyuqev qəsəbə sovetliyində 16 iyun 1972-ci ildə xx xxxx 1972-ci ildə Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon Klyuqev qəsəbəsində anadan olmuş İddiaçı Nikoleyevnanın barəsində tərtib edilmiş 23 nömrəli doğum haqqında akt qeydi üzrə təkrar şəhadətnamənin alınması üçün şəxsiyyət vəsiqəsi olmadan Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon qeydiyyat şöbəsinə sorğu verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. X4 ilə xx.xx.1972-ci il tarixdə Sverdlovsk vilayəti Nijneserqinsk rayon Klyuqev qəsəbəsində doğulmuş İddiaçı Nikoleyevna xx.xx.1998-ci il tarixdə nikah bağlamışlar və bu barədə akt qeydləri kitabında 242 sayla qeydiyyat aparılmışdır.

2. İddiaçı Nikoleyevna şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin alınması üçün Rusiya Federasiyasına sorğu verilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-514/2023 saylı məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə istinadla onun şəxsiyyət vəsiqəsi olmadığına görə barəsində Rusiya Federasiyasında tərtib olunmuş doğum haqqında akt qeydi üzrə təkrar doğum haqqında şəhadətnamənin alınması üçün sorğunun verilməsinin mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

3. X2 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-15-Ə-17-6/2023 nömrəli məktubunda İddiaçı Nikoleyevna şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin alınması üçün Rusiya Federasiyasına sorğu verilməsi ilə bağlı müraciəti ilə əlaqədar Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon VVAQ şöbəsi ilə əlaqə saxlanıldığı və İddiaçı doğum haqqında akt qeydinin həmin qurumda saxlanıldığının məlum olduğu göstərilmişdir. II. Məhkəmədə icraat

4. İddiaçı Nikoleyevna Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon Klyuqev qəsəbə sovetliyində 16 iyun 1972-ci ildə xx xxxx 1972-ci ildə Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon Klyuqev qəsəbəsində anadan olmuş İddiaçı Nikoleyevnanın barəsində tərtib edilmiş 23 nömrəli doğum haqqında akt qeydi üzrə təkrar şəhadətnamənin alınması üçün şəxsiyyət vəsiqəsi olmadan Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon qeydiyyat şöbəsinə sorğu verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon Klyuqev qəsəbəsində anadan olmuşdur. xx.xx.1998-ci il tarixdə Gəncə şəhər sakini X4 ilə ailə qurmuş və rəsmi qaydada nikah bağlamışdır. Birgə nikahdan uşaqları doğulmamışdır. O, həmin vaxtdan Gəncə şəhərində yaşayır. Onların yaşadıqları ev yanmış və ona məxsus sənədlər də həmi9n evdə yanaraq məhv olmuşdur. O, hazırda özünə şəxsiyyət vəsiqəsi almaq istəyir, lakin doğum haqqında şəhadətnaməsi olmadığına görə ona şəxsiyyət vəsiqəsi verilmir. Onun doğum haqqında şəhadətnaməsi yandığı üçün və onun da başqa sənədi – pasportu olmadığı üçün Rusiya Federasiyasına gedə bilmir və doğum haqqında şəhadətnaməni də başqa qaydada ala bilmir. O, Cavabdehnə bununla bağlı müraciət edərək, doğum haqqında şəhadətnamənin Rusiya Federasiyasından sorğu vasitəsilə alınmasını xahiş etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən bunun üçün şəxsiyyət vəsiqəsi tələb olunmuş, o da hazıradək şəxsiyyət vəsiqəsi almadığına görə məhkəməyə müraciət etməyə məcbur qalmışdır.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

9. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

10. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə onun yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

11. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

16. İddiaçı Nikoleyevna məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, 1998-ci ildə X4 ilə ailə qurduqdan sonra Gəncə şəhərində yaşamağa başlamış, onun doğum haqqında şəhadətnaməsi və SSRİ pasportu olmuşdur. Lakin təxminən 2000-ci ildə evdə xırda yanğın baş vermiş və nəticədə onun doğum haqqında şəhadətnaməsi və SSRİ pasportu yanara məhv olmuşdur. Hazıradək o, şəxsiyyət vəsiqəsi almamışdır. Şəxsiyyətini təsdiq edən heç bir sənədi yoxdur. Şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnaməsi tələb olunur ki, onun təkrar surətini əldə edə bilmədiyindən vəsiqə ala bilmir.

18. Cavabdehin nümayəndəsi X1 hazırlıq iclası zamanı iddiaçının şəxsiyyət vəsiqəsi olmadığına görə barəsində Rusiya Federasiyasında tərtib olunmuş doğum haqqında akt qeydi üzrə təkrar doğum haqqında şəhadətnamənin alınması üçün sorğunun verilməsinin mümkün olmadığı bildirilərək, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nikahın bağlanması haqqında xx.xx.1998-ci il tarixli Vİ-JQ 423420 nömrəli şəhadətnamənin təsdiqli surəti; - xx.xx.1998-ci il tarixli 242 saylı nikah akt qeydinin surəti; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu; - X2 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-15-Ə-17-6/2023 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə proses inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

22. İş materiallarından, o cümlədən işin faktiki hallarından müəyyən olur ki, İddiaçı Nikoleyevna xx xxxx 1972-ci il tarixdə Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon Klyuqev qəsəbəsində anadan olmuş və X4 ilə xx.xx.1998-ci il tarixdə nikah bağlamışlar və bu barədə akt qeydləri kitabında 242 sayla qeydiyyat aparılmışdır. İddiaçı həmin vaxtdan Gəncə şəhərinə köçərək yaşamağa başlasa da, şəxsiyyət vəsiqəsi almamış, onun doğum haqqında şəhadətnaməsi də təxminən 1999-2000-ci illərdə evdə baş verən yanğın zamanı yanaraq məhv olmuşdur.

23. Hazırda iddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin alınması üçün Rusiya Federasiyasına sorğu verilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-514/2023 saylı məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə istinadla onun şəxsiyyət vəsiqəsi olmadığına görə barəsində Rusiya Federasiyasında tərtib olunmuş doğum haqqında akt qeydi üzrə təkrar doğum haqqında şəhadətnamənin alınması üçün sorğunun verilməsinin mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

24. Göründüyü kimi, hazırkı mübahisə iddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin alınması üçün Rusiya Federasiyasına sorğu verilməsinin mümkünlüyü ilə bağlıdır. Belə ki, inzibati orqanın iddiaçının müraciətindən imtinasının əsası onun şəxsiyyətini təsdiq edən sənədin olmamasıdır.

25. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız sayır və aşağıdakıları qeyd edir.

26. MDB üzvü olan ölkələrin 22 yanvar 1993-cü ildə Minsk şəhərində imzaladıqları “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən razılaşmış tərəflərin ədliyyə oranları bir-birilə, əgər Konvensiya ilə başqa qayda müəyyən edilməmişdirsə, öz mərkəzi oranları vasitəsilə əlaqə yaradırlar.

27. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”na görə: Bənd 9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə X2 qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Bənd 9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, X2 reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası X2 arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. Bənd 9.3. Təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Bənd 9.5. Vətəndaşlıq vəziyyəti akt qeydləri qeydiyyat şöbəsində və konsulluq idarəsində olmadıqda təkrar şəhadətnamənin verilməsi haqqında müraciəti qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi müvafiq akt qeydinin əldə edilməsi üçün X2 reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası X2 arxivinə elektron sorğu göndərir. Bənd 9.6. Sorğu edilən akt qeydi X2 reyestri xidmətinin və Naxçıvan Muxtar Respublikası X2 arxivində olduqda akt qeydi skan edilərək sorğu edən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə elektron qaydada göndərilir. Sorğu edən qeydiyyat şöbəsi və konsulluq idarəsi elektron formada daxil olmuş akt qeydi əsasında təkrar şəhadətnamə verir. Bənd 9.7. Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.

29. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, şəxsiyyət vəsiqəsi təkrar şəhadətnamə verilən zaman tələb olunur. İddiaçının müraciəti və xahişi isə Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon qeydiyyat şöbəsində mövcud olan doğum akt qeydi üzrə təkrar şəhadətnamənin alınması üçün həmin qeydiyyat şöbəsinə sorğu verilməsindən ibarətdir və bu zaman iddiaçının şəxsiyyət vəsiqəsi təqdim etməli olması təsbit olunmamışdır.

30. Digər tərəfdən, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edən zaman şəxsiyyət vəsiqəsinin təqdim olunmamasını əsas gətirsə də doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını da nəzərə almamışdır.

31. Belə ki, işin halları ilə iddiaçının indiyənədək şəxsiyyət vəsiqəsi almadığı və hazırda şəxsiyyət vəsiqəsi alması üçün doğum haqqında şəhadətnamənin ondan tələb edildiyi müəyyən edilir. Bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum şəhadətnaməsi təqdim edilməli, digər tərəfdən doğum haqqında təkrar şəhadətnamənin alınmasına görə sorğu verilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Hansı ki, X2 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-15-Ə-17-6/2023 nömrəli məktubunda İddiaçı Nikoleyevna şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin alınması üçün Rusiya Federasiyasına sorğu verilməsi ilə bağlı müraciəti ilə əlaqədar Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon VVAQ şöbəsi ilə əlaqə saxlanılmış və İddiaçı doğum haqqında akt qeydinin həmin qurumda saxlanıldığının məlum olduğu bildirilmişdir.

32. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, xx xxxx 1972-ci ildə Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon Klyuqev qəsəbəsində anadan olmuş İddiaçı Nikoleyevnanın barəsində Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon Klyuqev qəsəbə sovetliyində 16 iyun 1972-ci ildə tərtib edilmiş 23 nömrəli doğum haqqında akt qeydi üzrə təkrar şəhadətnamənin alınması üçün şəxsiyyət vəsiqəsi olmadan Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon qeydiyyat şöbəsinə sorğu verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

33. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. xx xxxx 1972-ci ildə Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon Klyuqev qəsəbəsində anadan olmuş İddiaçı Nikoleyevnanın barəsində Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon Klyuqev qəsəbə sovetliyində 16 iyun 1972-ci ildə tərtib edilmiş 23 nömrəli doğum haqqında akt qeydi üzrə təkrar şəhadətnamənin alınması üçün şəxsiyyət vəsiqəsi olmadan Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijneserqinsk rayon qeydiyyat şöbəsinə sorğu verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar