Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2538/2024 06.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Tərtər Rayon XDS İcariyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 370 nömrəli orderinə əsasən İddiaçı, onun 4 nəfərdən ibarət ailəsi ilə birlikdə Nizami küçəsində 4 nömrəli mənzildə, 1-ci blokda, 2-ci mərtəbə, 3 otaqdan ibarət 37,04 kvadrat metr mənzil sahəsini tutmağa ixtiyarı vardır. Tərtər rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 79 nömrəli sərəncamından çıxarışa əsasən Tərtər şəhərində, Nizami küçəsində yerləşən 40 “b” nömrəli binada, sahəsi 37.04 kv.m olan, 3 otaqdan ibarət, 4 nömrəli mənzil həmin mənzildə yaşayan İddiaçı əvəzsiz olaraq şəxsi mülkiyyətinə verilmişdir. xx.xx.1994-cü il tarixdə tərtib edilmiş Fərdi yaşayış fonduna daxil olan mənzilin texniki pasportundan görünür ki, ünvan 1 ünvanı İddiaçı məxsusdur. xx.xx.1994-cü il tarixli, 120 a inventar nömrəli, 847 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Tərtər rayon, Nizami küçəsində yerləşən 3 otaqdan ibarət, 40 b/4 nömrəli yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Tərtər Rayon Mənzil İstehsalat təmir İstismar sahəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı məxsus mənzil Tərtər şəhəri, Nizami küçəsi, mənzil 40b, ev 04 hal-hazırda Tərtər şəhəri, Nizami küçəsi bina 40 q, ev 04 ilə eyni mənzildir. Cavabdeh xx.xx.2024-cü il tarixli, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubunda göstərmişdir ki, mənzillə bağlı zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim etdiyiniz sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə mənzilin ünvanında uyğunsuzluq vardır. Belə ki, köhnə reyestr kitablarında olan məlumatlara əsasən sözügedən mənzil bina 40b mənzil 04 ünvanında yerləşir. Bu səbəbdən də ərizələrin icrası qeyri mümkündür. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 12 iyul 1994-cü il tarixli 847-nömrəli reyestr kitabında "120a” inventar nömrəsi ilə qeydə alınmış “Qeydiyyat vəsiqəsində” qaralama ilə yazılan Tərtər rayonu Nizami küçəsi bina “40b" nömrəli 04 saylı mənzilin Tərtər rayonu, Nizami küçəsi bina “40q” nömrəli 04 saylı mənzil olaraq düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cü ildə Tərtər rayon anadan olmuş, 1987-ci ildə X7 ilə ailə həyatı qurmuşdur. Birgə nikah dövründə Tərtər şəhəri, Nizami küçəsi, bina 40q, 04 nömrəli mənzili almışlar və həmin mənzildə yaşamışlar. Sonralar onlar həmin mənzili özəlləşdirmişlər və buna dair “Qeydiyyat vəsiqəsi № almışlar. Bu yaxınlarda o və həyat yoldaşı həmin mənzili X6 alqı-satqı müqaviləsi yolu ilə satmaq qərarına gəlmişlər və bu məqsədlə Tərtər rayon Notariat Ofisinə müraciət etmişlər. Tərtər rayon Notariat Ofisi onlara Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən Forma 1 arayışının alınıb təqdim edilməsinin zəruri olduğunu bildirmişdir .Onlar həmin arayışı almaq istəyərkən müəyyən oldu ki, ona məxsus 12 iyul 1994-cü il tarixli 847-nömrəli reyestr kitabında “120a” inventar nömrəsi ilə qeydə alınmış “Qeydiyyat vəsiqəsində” ünvanı ünvan 2 edilməliklə Tərtər rayonu, ünvan 3 ünvanın ünvan 4irinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdın İmzasına (yüklüyünə) dair dövlət reyestrindən arayış (“Forma 1) almaq mümkün olmamışdır. Halbu ki, ərizəyə əlavə etdiyi yaşayış sahəsi orderdə, Tərtər rayon İcra Hakimiyyəti Başçısının Sərəncamında Nümunəvi müqavilədə, pasportda,Texniki pasportda və Tərtər rayon MİTİS-nin məktubundada onun ünvanı ünvan 6xılarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən əlavə olaraq ona bildirdilər ki, "ona məxsus Qeydiyyat vəsiqəsində” qaralama ilə yazılan “40b” mənzilin ”40q” mənzil olması faktının müəyyən edilməsi barədə müvafiq məhkəmə qətnaməsi olduğu təqdirdə alqı-satqı etmək üçün “Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasma (yüklülüyünə) dair dövlət reyestrindən arayış (forma 1) verilməsi təmin ediləcək və alqı satqı həyata keçiriləcəkdir. Bundan sonra ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən imtina cavabı verilmişdir. Tərtər Rayon Mənzil İstehsalat təmir İstismar sahəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən vətəndaş İddiaçı onlara müraciət edərək bildirmişdir ki, ona verilmiş 12 iyul 1995 -ci- il tarixli qediyyat vərəqəsində faktiki yaşadığı ünvan Daşınmaz Əmlak texniki səhv olaraq ünvan 7Lakin vətəndaş İddiaçı yaşadığı ünvan 8 mənzili 40 q nömrəli binanın 04 nömrəli mənzilində yaşayır.Nizami küçəsi 40b 49 mənzili 5 mərtəbəli yaşayış binası 04 nömrəli mənzildə hal-hazırda həmin mənzilə məxsus çıxarışı olan X8 məxsusdur. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən ünvan 9 ünvanda yerləşən mənzil Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmamışdır. İddiaçının və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 12 iyul 1994-cü il tarixli 847 nömrəli reyestr kitabinda “120a” inventar nömrəsi ilə qeydə alınmış “Qeydiyyat vərəqəsində” ünvan 10 ünvanında düzəliş edilərək ünvan 11i qeyd edilərək, Tərtər şəhəri Nizami küçəsi bina 40q, 04 saylı mənzilə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1 və 8.0.5-ci maddələri 06 iyul 2006-cı il tarixədək verilmiş hüquqları təsdiq edən qeydiyyat vəsiqələrinin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olduğunu təsbit edir. Belə olan halda, sözügedən qeydiyyat vəsiqəsində mənzilin ünvanında uyğunsuzluq olması iddiaçının təqsiri hesab edilə bilməz, həmin hallar onun təqsirindən baş verməmiş və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi mövcuddur. Həmin qeydiyyat vəsiqəsi hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Həmçinin məhkəməyə təqdim olunmuş Tərtər Rayon Mənzil İstehsalat Təmir İstismar sahəsinin məktubu ilə də müəyyən olunur ki, Tərtər şəhəri, Nizami küçəsi, mənzil 40b, ev 04 hal-hazırda Tərtər şəhəri, Nizami küçəsi bina 40 q, ev 04 ilə eyni mənzildir. Eyni zamanda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Mənzil Təsərrüfatı İdarəsi tərəfindən tərtib edilən “Tutulmuş dövlət yaşayış sahəsi üzrə Pasport” da və X9 X2 və X1 X4 X5 Vidadi Əli oğluna məxsus olan mənzilin ünvanı 40 q ünvanı kimi qeyd edilmişdir. Tərtər Rayon Mənzil İstehsalat təmir İstismar sahəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən vətəndaş İddiaçı onlara müraciət edərək bildirmişdir ki, ona verilmiş 12 iyul 1995 -ci- il tarixli qediyyat vərəqəsində faktiki yaşadığı ünvan Daşınmaz Əmlak texniki səhv olaraq ünvan 7Lakin vətəndaş İddiaçı yaşadığı ünvan 8 mənzili 40 q nömrəli binanın 04 nömrəli mənzilində yaşayır.Nizami küçəsi 40b 49 mənzili 5 mərtəbəli yaşayış binası 04 nömrəli mənzildə hal-hazırda həmin mənzilə məxsus çıxarışı olan X8 məxsusdur. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. 12 iyul 1994-cü il tarixli 847 nömrəli reyestr kitabinda “120a” inventar nömrəsi ilə qeydə alınmış “Qeydiyyat vərəqəsində” ünvan 10 ünvanında düzəliş edilərək ünvan 11i qeyd edilərək, Tərtər şəhəri Nizami küçəsi bina 40q, 04 saylı mənzilə dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2538/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2538/2024
06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver