Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2539/2021 09.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Quliyev Zəfər Arif oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, müəyyən e t d i m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 29.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2006-cı il iyulun 6-dək fərdi yaşayış evinin və 0,25 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnu təsdiq etmiş və öz hüquqi qüvvəsini saxlamış təsərrüfatbaşına kitabdan çıxarış əsasında həmin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın anaları olan X1 adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd edilən normanın mənasına görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı həmin prosesin tərəfləri üçün məcburi hüquqi qüvvəyə malik olmaqla eyni tərəflər arasında eyni predmetin eyni əsaslarla yenidən məhkəmə qaydasında mübahisələndirilməsini istisna edir Hazırkı iş materiallarından isə aşkar olunur ki, iddiaçılar 02 noyabr 2021-ci il tarixdə hazırkı tələbi ilə eyni şəxslərə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, lakin Gəncə İnzibati Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2-1(114)-2332/2021 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçılar həmin qərardaddan şikayət verməmiş, daha sonra təkrar eyni şəxslərə qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. Beləliklə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğundan iddiaçının eyni tərəflər arasında eyni predmet və əsasla qaldırdığı hazırkı iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “2006-cı il iyulun 6-dək fərdi yaşayış evinin və 0,25 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnu təsdiq etmiş və öz hüquqi qüvvəsini saxlamış təsərrüfatbaşına kitabdab çıxarış əsasında həmin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın anaları olan X1 adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçılara izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2539/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2539/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver