Məhkəmə qərarları › İş №2-1(114)-254/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-254/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-254/2024 06.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubkik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bərdə rayon, Qazıqurdalı Bələdiyyəsi) torpaq sahəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Qazıqurdalı Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 06 nömrəli qərarı ilə ona satılmış və Dövlət Kadastr kitabında xx.xx.2009-cu il tarixli A №167107 nömrə ilə qeydiyyata alınmış 0.11 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2009-cu il tarixdə Bərdə rayonu, Qazıqurdalı kənd bələdiyyəsi arasında torpağın alqı-satqısına dair akt tərtib olunmuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Şöbəsində xx.xx.2009-cu il tarixdə 05 sayla qeydiyyata alınmışdır. Bundan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə Ərazi İdarəsinə müraciət edilmiş, aparılan alqı-satqı əsasında həmin İdarə tərəfindən almış olduğu torpaq sahəsi X4 kitabında xx.xx.2009-cu il tarixli, 0058 nömrə ilə uçota alınmış, A №167107 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. O, sənədlərlə birlikdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq yeni çıxarışın alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin qurumun xx.xx.2023-cü il tarixli məktubu ilə torpaq sahəsinin onun adına qeydiyyata alınmasından imtina olunmuşdur. İddiaçı nümayəndəsi(vəkili) Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 0,1070 ha torpaq sahəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buradə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair dəqiqləşdirmə ərizəsi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-3042/2023 nömrəli qərardadı ilə inzibati iş üzrə mütəxəssis rəyinin verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 06 fevral 2024-cü il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən, faktiki olaraq iddiaçının istifadəsində olan 0,1070 ha torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X3 tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Bərdə rayon, Qazıqurdalı Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Bərdə rayon Qazıqurdalı Bələdiyyəsinin 23 iyun 2009-cu il tarixli 06 saylı iclas protokolundan çıxarış; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Şöbəsinin rəyinin surəti; - 22 iyun 2009-cu il tarixli ******* nömrəli qəbzin surəti; - Bərdə rayonu Qazıqurdalı Bələdiyyəsinin 23 iyun 2009-cu il tarixli, 06 saylı qərarı ilə vətəndaş İddiaçı alqı-satqı (icarə) qaydasında veriləcək torpaq sahəsinin qaiməsinin surəti; - Bərdə rayon X1 Firdovsi Novruz oğluna ayrılmış torpaq sahəsinin ərazisinin memarlıq sxeminin surəti; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinin daşınmaz əmlakın texniki pasportunun surəti; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən çıxarış; - Torpaq sahəsinin kadastr göstəriciləri –torpaq sahəsinin qaiməsinin (sertifikatının) surəti və torpaq sahəsinin planı ; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-213-46/2-71-0045-8/2023 nömrəli məktubun surəti; - xx.xx.2023-cü il tarixli, 3-21-46/2-5552/2023 nömrəli mütəxəssis rəyi. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bərdə rayonu Qazıqurdalı Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 06 saylı qərar və xx.xx.2009-cu il tarixli alqı-satqıya dair akt əsasında Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 0.11 ha torpaq sahəsi satılmışdır. Çıxarışın verilməsi üçün DƏDRX 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən xx.xx.2009cu il tarixdə 05 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, xx.xx.2009-cu il tarixli, 06 nömrəli qərara əsasən Bərdə rayonu Qazıqurdalı Bələdiyyəsi ərazisindən 0,11 ha torpaq sahəsi İddiaçı satılmışdır. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən A 167107 nömrəli xx.xx.2009-cu il qeydiyyat tarixli Torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evi tikmək üçün 0,11 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. İnzibati orqan AR ƏMDX yanında DƏDRX 7 saylı Bərdə Ərazi İdarəsi Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 0,11 ha torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməsini sənədlərin bələdiyyə tərəfindən qanunauyğun şəkildə ayrılmadığı, bələdiyyənin qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaması kimi əsaslandırmışdır. Bundan sonra, Gəncə İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli, e-2-1(114)-3042/2023 nömrəli qərardad qəbul edərək inzibati iş üzrə mütəxəssis rəyinin verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə etmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-46/2-5552/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu Qazıqurdalı Bələdiyyəsini xx.xx.2009-cu il tarixli 06 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün DTXK tərəfindən hazırlanmış Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatları, İddiaçıvə ailə üzvlərinin hal-hazırda istifadə etdikləri 0.3030 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir, koordinatları isə bütünlüklə üst-üstə düşmür, yəni üst-üstə düşən torpaq sahəsi 0.1070 hadır. Bununla yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-46/2- 5552/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, DTXK tərəfindən hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlara əsasən iddiaçının istifadəsində olan Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 0.11 ha torpaq sahəsi TEKUİS məlumat bazasında xüsusi mülkiyyət kimi göstərilsə də, kompleks yer quruluşu layihəsinə əsasən 722BB nömrəli bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyalı həyətyanı torpaq sahəsidir və TEKUİS məlumat bazasına əsasən digər hər-hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst üstə düşmür. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tiklilər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülkii Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət huququ, istifadə hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1. maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə bununla əlaqədar olaraq qeyd edir ki, alqı-satqı bağlandığı zaman qüvvədə olmuş «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanunun 9.1-ci maddəsinə əsasən Azərbaycn Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Lakin, 28 oktyabr 2008-ci il tarixli, 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilərək, yeni redaksiyada həmin maddədə qeyd olunmuşdur ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları uzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi bələdiyyə ilə iddiaçı arasında torpağa dair alqı-satqı müqaviləsi bağlanarkən qüvvədə olmuş qanunvericilik normasına əsasən torpaqları üzərində mülkiyyət hüququnun yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi təsbit olunsa da, sonradan yəni 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə həmin normaya dəyişiklik edilərək, fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpağın" ayrılması üçün açıq torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi istisna olunmuşdur. Azərbaycan Respbulikası Konstitusiyasının 147-ci maddəsinin 8-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın alqı-satqı bağlanarkən qüvvədə olmuş «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanunun 9.1-ci maddəsinə istinad etməklə bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməli olması ilə bağlı imtinası əsassız olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi üzrə satılma barədə qərar, orada fərdi yaşayış evinin tikintisi aparılması üçün sərəncam, torpaq sahəsinin müvafiq sahəseçmə aktı, DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi, alqı-satqı aktı təqdim olunmışdır. Bu vəziyyətdə cavabdeh orqan tərəfindən imtina əsassız olmuşdur. Hansı ki, göstərilən sənədlər mübahisəli torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ əsasında qeydə alınmasına əsas vermişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bərdə rayonu Qazıqurdalı Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 06 saylı qərarı və xx.xx.2009-cu il tarixli alqı-satqı aktı əsasında İddiaçı satılmış Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 0.1070 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 0.1070 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 0.1070 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət retestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar