Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2541/2025 12.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, Cavabdeh rəisi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixli, 01 saylı akt qeydinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. 1939-cu ildə Kəlbəcər rayonu, Lev soveti, Təkəqaya kəndində anadan olmuş X19 ilə 1952-ci ildə Kəlbəcər rayonu, Təkəqaya kəndində anadan olmuş X2 nikahlarını xx.xx.1968-ci il tarixdə rəsmiləşdirmiş, bu barədə Kəlbəcər rayonu, Lev soveti nümayəndəliyində vətəndaşlıq vəziyyəti aktları kitabında həmin tarixdə (xx.xx.1968) 10 nömrə ilə lazımı qeyd edilmiş, nikah bağlandıqdan sonra ər Rüstəmov, arvad Rüstəmova soyadı götürmüşdür. Bu barədə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı bürosu tərəfindən xx.xx.1968-ci il tarixdə İ-ИE № 459742 nömrəli evlənmək haqqında şəhadətnamə verilmişdir.
2. X20 xx.xx.1969-cu il tarixdə Kəlbəcər rayonun Təkəqaya kəndində anadan olmuş, bu barədə xx.xx.1969-cu il tarixdə 22 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Doğum haqqında akt qeydində ata qrafasında 30 yaşlı X19, ana qrafasında 18 yaşlı X3 qeyd olunmuşdur. Valideynlərin nikahı haqqında şəhadətnamə bölməsində Kəlbəcər rayonu, Lev soveti nümayəndəliyi tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş İ-ИE № 459742 nömrəli evlənmək haqqında şəhadətnamə göstərilmiş, məlumat verən Rüstəmov Vilayət olmuşdur. Doğum haqqında АЗ ******* nömrəli şəhadətnamə tərtib edilmişdir (şəhadətnamədə uşağın adı Təranə qeyd olunmuşdur).
3. X10 xx.xx.1972-ci il tarixdə Kəlbəcər rayonun Təkəqaya kəndində anadan olmuş, bu barədə xx.xx.1972-ci il tarixdə (74) 73 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Doğum haqqında akt qeydində ata qrafasında 1939-cu il təvəllüdlü X19, ana qrafasında 1952-ci təvəllüdlü X3 qeyd olunmuşdur. Ata haqqında qeydin aparılmasına əsas Lev soveti nümayəndəliyi tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş İ-ИE № 459742 nömrəli evlənmək haqqında şəhadətnamə, məlumat verən Rüstəmov Süleyman olmuşdur. Doğum haqqında АЗ ******* nömrəli şəhadətnamə tərtib edilmişdir.
4. X13 xx.xx.1974-cü il tarixdə Kəlbəcər rayonun Təkəqaya kəndində anadan olmuş, bu barədə xx.xx.1974-cü il tarixdə 84 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Doğum haqqında akt qeydində ata qrafasında 1939-cu il təvəllüdlü X19, ana qrafasında 1952-ci təvəllüdlü X3 qeyd olunmuşdur. Ata haqqında qeydin aparılmasına əsas Lev kənd soveti tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş İ-ИE № 459742 nömrəli evlənmək haqqında şəhadətnamə, məlumat verən X19 olmuşdur. Doğum haqqında xx.xx.1974-cü il tarixdə İİ- ЖГ462790 nömrəli şəhadətnamə tərtib edilmişdir.
5. X14 xx.xx.1977-ci il tarixdə Kəlbəcər rayonun Təkəqaya kəndində anadan olmuş, bu barədə xx.xx.1977-ci il tarixdə 2 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Doğum haqqında akt qeydində ata qrafasında 1939-cu il təvəllüdlü X19, ana qrafasında 1952-ci təvəllüdlü X3 qeyd olunmuşdur. Ata haqqında qeydin aparılmasına əsas Lev kənd soveti tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş İ-ИE № 459742 nömrəli evlənmək haqqında şəhadətnamə, məlumat verən X19 olmuşdur. Doğum haqqında xx.xx.1977-ci il tarixdə İV- ЖГ472459 nömrəli şəhadətnamə tərtib edilmişdir.
6. X19 xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonun Çərəktar kəndində ermənilərlə vuruşmada həlak olmuş, bu barədə xx.xx.1993-cü il tarixdə 04 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmiş, ölüm haqqında xəbər verən şəxs Rüstəmova Mehrəngiz olmuşdur. Kəlbəcər rayon VVAQ tərəfindən xx.xx.1993-cü il tarixdə Ölüm haqqında İV-ЖГ389584 nömrəli şəhadətnamə verilmişdir.
7. Göyçay rayonu ƏSMM tərəfindən iddiaçıya xx.xx.2007-ci il tarixdən etibarlı olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən 025320 nömrəli vəsiqə verilmişdir.
8. X3 xx.xx.2023-cü il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək X19 ilə nikah haqqında akt qeydinin bərpasını xahiş etmişdir.
9. xx.xx.2023-cü il tarixdə Cavabdeh nikah akt qeydinin bərpası haqqında rəy tərtib etmişdir.
10. Cavabdeh tərəfindən X19 və Qənbərova (Rüstəmova) Mehrəngiz Süleyman qızı arasında xx.xx.1968-ci il tarixdə bağlanmış nikah akt qeydi xx.xx.2023-cü il tarixdə 01 nömrə ilə bərpa edilmişdir.
11. Tərtib edilmiş akt qeydi ilə bağlı Cavabdeh rəisi, kiçik ədliyyə müşaviri X21 xx.xx.2023-cü il tarixdə Ədliyyə sahəsində baş idarəsinə ünvanladığı izahatında bildirmişdir: Nikah şahadətnaməsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, tərəflərin nikahı Kəlbəcər rayon Lev icra nümayəndəliyi tərəfindən xx.xx.1968-ci ildə 10 saylı nikah haqqında akt qeydi açılmışdır, lakin söbədə saxlanılan Lev icra nümayəndəliyinin akt qeydləri kitabına baxılarkən (Kitab №-38336 il 1967-1977, 1979) M.Rüstəmovanın nikah akt qeydi aşkar olunmamışdır, həmçinin 10 saylı, 11 saylı, 12 saylı aktlar yoxdur. M.Rüstəmovanın övladlarının doğum akt qeydləri nəzərdən keçirilərkən akt qeydinin valideynlərin nikahı haqqında məlumat (16-cı bənd) qrafasında X3 və X7 nikahı xxxx.1968-ci il tarixdə Kəlbəcər rayon Lev icra nümayəndəliyi tərəfindən qeyd edildiyi, İ-ИE № 459742 saylı şəhadətnamənin yazıdığı qeyd olunmuşdur. X7 xx.xx.1993-cü il tarixli 04 N ölüm haqqında akt qeydində ölüm haqqında melumatı verən şəy bəndində məlumatı verən şəxs Rüstəmova Mehrəngiz qeyd edilmişdir. Nikah haqqında akt qeydi bərpa edilərkən tərəfimizdən Vətəndaşlı Vəziyyəti aktlarının qeydiyyat informasiya sistemində axtarış aprılımı (Rüstəmov-Rustamov soyadı, Məmməd-Mamed adı və digər formalarda həmçinin X7 X4 ilə nikahın pozulması, digər şəxslərlə nikahı haqqında hər hansı bir akt tapılmamışdır. Vətəndaşın təqdim etdiyi sənədlər kifayət qədər əsaslanırıcı olduğu üçün nikahın bərpa olunmasına heç bir maneənin olmadığı müəyyən edilmişdir. Sual-1: İzahatda şəhidin Mehrəngiz Rüstəmova ilə nikahını bərpa etdiyiniz zaman informasiya sistemində axtarış apardığınızı, lakin onun Nailə Quliyeva ilə olan nikahını aşkar etmədiyinizi bildirirsiniz, halbuk araşdırma zamanı müvafiq nikaha dair məlumatların xx.xx.2012-ci ilde informasiya sisteminə daxil edildiyi məlum olmuşdur, bununla bağlı nədeyə bilərsiniz? Cavab: Nikah haqqında akt qeydi bərpa edilərkən tərəfimizdən Vətəndaşlıq Vəziyyəti aktlarının qeydiyyat informasiya sistemində axtarıs aprılımış lakin şəhidin digər şəxslərlə nikahı haqqında hər hansı bir akt tapılmamışdır. Sual-2: Nikah haqqında şəhadətnaməyə baxış keçirilərkən, şəhidin təvəllüdün 1939cu il kimi qeyd edildiyi, lakin Sizin bərpa etdiyiniz nikah haqqında akt qeydində isə təvəllüdün 1942-ci il qeyd edildiyi məlum olmuşdur, bu nəilə bağlıdır? Cavab: Tərəfimdən sənədlərə baxıalrkən müəyyən edilmişdir ki, şəhidin barəsində sonuncu tərtib olunan ölüm aktında təvəllüd XX.XX.1942-ci il qeyd olunmuşdur. Bu səbəbdən həmin təvəllüd əsas götürülmüşdür.
12. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-684/2024 nömrəli qətnaməsi ilə İddiaçı ilə X19 arasında Bakı şəhəri Binəqədi Rayon Vətəndaşlıq X5 Şöbəsində rəsmiləşdirilmiş 10 sentyabr 1983-cü il tarixli 692 nömrəli nikah akt qeydi rəsmiləşdiyi andan etibarsız hesab edilmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-294/2025 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-684/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Cavabdeh iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X11 müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli, 547 nömrəli məktubunda bildirmişdir ki, nikah şahadətnaməsi nəzərdən keçirilərkən tərəflərin nikahı Kəlbəcər rayon Lev icra nümayəndəliyi tərəfindən xx.xx.1968-ci ildə 10 saylı nikah haqqında akt qeydi açıldığı, lakin şöbədə saxlanılan Lev icra nümayəndəliyinin akt qeydləri kitabına baxılarkən (Kitab №-38336 il 1967-1977. 1979) M.Rüstəmovanın nikah akt qeydi aşkar olunmadığı, həmçinin 10 saylı, 11 saylı, 12 saylı aktlar olmadığı müəyyən edilmişdir. M.Rüstəmovanın övladlarının doğum akt qeydləri nəzərdən keçirilərkən akt geydinin valideynlərin nikahı haqqında məlumat (16-ci bənd) qrafasında X3 və X7 nikahı xx.xx.1968-ci il tarixdə Kəlbəcər rayon Lev icra nümayəndəliyi tərəfindən geyd edildiyi, İ-ИE № 459742 saylı şəhadətnamənin yazıdığı qeyd olunmuşdur. X7 xx.xx.1993-cü il tarixli 04 N-li ölüm haqqında akt qeydində ölüm haqqında məlumatı verən şəxs bəndində məlumatı verən şəxs Rüstəmova Mehrəngiz qeyd edilmişdir. Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-684/2024 saylı mülki iş üzrə İddiaçı ilə X19 ilə arasında Bakı şəhəri Binəqədi RQŞ-da bağlanmış xx.xx.1983-cü il tarixli 692 saylı nikah haqqında akt qeydi etibarsız hesab edilmişdir. Kifayət qədər sübutlara əsaslanaraq Cavabdeh tərəfindən bərpa edilmiş xx.xx.2023-cü il tarixli 01 N-li nikah haqqında akt qeydinin tərəfimizdən ləğv edilməsi mümkün deyil. Odur ki, mübahisə yarandığı halda məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir.
15. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2-14118/2025 nömrəli məktubu ilə bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Vilayət Rüstəmov ilə Rüstəmova (Qənbərova) Mehrəngiz Süleyman qızına dair xx.xx.1968-ci ildə Kəlbəcər rayonunun Lev icra nümayəndəliyində tərtib edilmiş nikah haqqında akt qeydinin xx.xx.2023-cü ildə Cavabdehndə bərpa edildiyi müəyyən edilmişdir. Bu nikahdan xx.xx.1969-cu il təvəllüdlü X15, xx.xx.1972-ci il təvəllüdlü X12, xx.xx.1974-cü il təvəllüdlü X16, xx.xx.1977-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Eyni zamanda xx.xx.1993-cü ildə vəfat etmiş X9 ölümü xx.xx.1993-cü ildə Cavabdehndə qeydə alınmışdır. Həmçinin informasiya sisteminə baxış keçirilərkən Vilayət Rüstəmovun doğumu, eləcə də nikahının pozulması haqqında akt qeydinə dair məlumat aşkar edilmədi. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli, 01 saylı akt qeydinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə mərhum əri X19 arasında Bakı şəhəri Binəqədi rayon VVAQ şöbəsində xx.xx.1983-cü il tarixdə 692 saylı nikah rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən guya 01 oktyabr 1963-cü il tarixdə iddiaçının mərhum əri X19 ilə X3 arasında bağlanmış nikah qeydi xx.xx.2023-cü il tarixli, 01 saylı aktla bərpa edilmişdir. Həmin akt qeydinin bərpa edilməsi qanunvericiliyə ziddir. Belə ki, şəxs vəfat etdiyi andan nikaha xitam verilir. Xitam verilmiş nikahın bərpa edilməsinin heç bir hüquqi əsası yoxdur. Bundan başqa həmin akt qeydinin bərpası iddiaçının qanunvericiliklə qorunan hüquqlarını pozmuşdur. Belə ki, iddiaçı mərhum əri ilə nikaha daxil olarkən digər nikah qeydi barədə heç bir məlumat olmamış və bu səbəbdən də aralarında nikah rəsmiləşdirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli, 01 saylı aktla bərpa edilmiş nikah qeydinin ləğv edilməsi barədə cavabdehə müraciət etmiş, müraciətə qeydiyyat şöbəsində baxılmış və xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən nikah akt qeydinin ləğv edilməsindən imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı və onun nümayəndəsi (vəkili) məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh rəisi X21 məhkəmədən iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2541/2025 nömrəli qərardadı ilə X3 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs iddiaya dair münasibət bildirməmiş, məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçının və üçüncü şəxsin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).
Əsaslandırma hissəsi:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə X7 nikahları Bakı şəhəri Binəqədi Rayon Vətəndaşlıq X5 Şöbəsində 10 sentyabr 1983-cü il tarixli 692 nömrəli nikah akt qeydi rəsmiləşdirilmişdir. Daha sonra Cavabdeh tərəfindən X19 və Qənbərova (Rüstəmova) Mehrəngiz Süleyman qızı arasında xx.xx.1968-ci il tarixdə bağlanmış nikah akt qeydi xx.xx.2023-cü il tarixdə 01 nömrə ilə bərpa edildiyi üçün Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-684/2024 nömrəli qətnaməsi ilə iddiaçı barəsində tərtib edilmiş nikah akt qeydi rəsmiləşdiyi andan etibarsız hesab edilmişdir. Hazırda iddiaçı X19 və Qənbərova (Rüstəmova) Mehrəngiz Süleyman qızı arasında xx.xx.1968-ci il tarixdə bağlanmış nikah akt qeydinin bərpa edilməsi xx.xx.2023-cü il tarixdə 01 nömrəli akt qeydinin ləğvini tələb edir. İddiaçı analoji tələblə cavabdeh quruma müraciət etmiş, müraciətin təmin olunmasından imtina edildiyi üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsində qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq X5nı dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”: Preambulaya əsasən, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 26-cı bənddə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 28-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən onun qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində müvafiq qeyd aparılır, akt qeydinin digər nüsxəsinin də üzərində müvafiq qeydin aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Ləğv edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının ləğv edilməsini tələb etdiyi xx.xx.2023-cü il tarixli, 01 saylı akt qeydi X19 ilə Qənbərova (Rüstəmova) Mehrəngiz Süleyman qızının nikahlarını Kəlbəcər rayonu, Lev soveti nümayəndəliyində vətəndaşlıq vəziyyəti aktları kitabında xx.xx.1968-ci il tarixdə qeydiyyata alınmış rəsmiləşdirmiş 10 nömrəli nikah akt qeydinin bərpası ilə bağlıdır. Bərpa edilmiş nikah akt qeydinin mövcudluğunu İ-ИE № 459742 saylı evlənmək haqqında şəhadətnamə, həmçinin, X7 övladlarının doğum haqqında şəhadətnamələri təsdiq edir. Həmçinin, xx.xx.1969-cu il təvəllüdlü X15, xx.xx.1972-ci il təvəllüdlü X12, xx.xx.1974cü il təvəllüdlü X16, xx.xx.1977-ci il təvəllüdlü X1 doğum haqqında akt qeydlərindən görünür ki, onların doğumu və ataları haqqında məlumat verən X19 özü olmuşdur. Hazırda isə, Kəlbəcər rayonu, Lev soveti nümayəndəliyində xx.xx.1968-ci il tarixdə 10 nömrə ilə qeydiyyata alınmış nikah akt qeydinin ləğv edilməsi, ümumiyyətlə, X7 nikahının pozulması haqqında məlumat aşkar edilməmişdir. İddiaçı tərəfin “şəxs vəfat etdiyi andan nikaha xitam verilir. Xitam verilmiş nikahın bərpa edilməsinin heç bir hüquqi əsası yoxdur” arqumentinə gəldikdə isə, məhkəmə qeyd edir ki, həmin hallar şəxs barəsində tərtib edilmiş akt qeydlərinin ləğvinə, düzəliş edilməsinə, bərpa edilməsinə maneə yaratmır. Göründüyü kimi, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2003-cü il tarixli 01 nömrəli nikahın bərpa edilməsi haqqında akt qeydinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir və iddiaçı da bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixli, 01 saylı akt qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zəfər Quliyev