Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2551/2022 30.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissənin etibarnamə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək barəsində verilmiş “Xidməti uyğunsuzluq haqqında” əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və məcburi proqul müddətində əmək haqqının ödənilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh komandirinin 25 iyul 2022-ci il tarixli, N əç nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Xidməti zamanı heç bir qayda pozuntusuna yol verməmişdir. İİ Qarabağ Müharibəsi iştirakçısıdır. Bununla bağlı təltifləri vardır. Ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. 25 iyul 2022ci il tarixli əmrlə xidmətə uyğunsuzluq adı ilə xidmətdən azad olunmuşdur. Hal-hazırda heç bir yerdə işləmir. Əvvəlki vəzifəsinə bərpa olunmaq istəyir. Çünki o, işini çoc sevir, işi ilə bağlı bütün qaydaları bilir və hər zaman yüksək nəticələr əldə etmişdir. Xidmət etdiyi hərbi hissədən müsbət xasiyyətləndirilmişdir. Bugünə kimi xidmətdən azad olunmasının səbəbi ona məlum deyil. Hesab edir ki, o, xidmətdən heç bir hüquqi əsas olmadan azad olunmuşdur. Müharibədə çox böyük nəticələr əldə etmişdir. Bununla fəxr edir və hesab edir ki, bu hərəkəti ilə xidməti borcunu yerinə yetirmişdir. Heç bir səbəb olmadan xidmətə uyğunsuz hesab olunması onun üçün çox ağırdır. Eyni zamanda işdən azad olunarkən o, müalicədə olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 30 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissənin etibarnamə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş İddiaçı, 26 dekabr 2012-ci il tarixdə Gədəbəy rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin 3-cü tabor, 9-cu bölük, 2-ci taqım, 2-ci manqa komandiri vəzifəsinə təyin edilmişdir. Hərbi hissənin 3-cü tabor komandiri mayor Ramin Xəlilov xx.xx.2022-ci il tarixdə raportla yuxarı komandanlığa müraciət edərək, MAHHXHQ çavuş İddiaçı xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində hərbi hissəni özbaşına tərk edərək Gədəbəy Rayon Məhkəməsinə gedərək məhkəmənin qarşısında içkili vəziyyətdə üzərində olan bıçaqla özünə xəsarət yetirmək istədiyini və polis əməkdaşları ilə əlbəyaxa olduğunu, polis əməkdaşları tərəfindən Gədəbəy rayon Polis şöbəsinə aparıldığını, polis şöbəsində hərbi polis və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək hərbi qulluqçunun adına yaraşmayan hərəkətlərə yol verdiyini bildirmiş və onun şərəf məhkəməsində dinlənilməsini xahiş etmişdir. Müdafiə Nazirliyinin 6cı Təhqiqat bölməsində MAHHXHQ çavuş İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi üçün Şəmkir hərbi prokuroruna göndərilmişdir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmır. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu İddiaçı yuxarıda qeyd olunan qanun pozuntularına yol verdiyini, vəzifə borclarını layiqincə yerinə yetirə bilmədiyini nəzərə alaraq N nömrəli hərbi hissə komandiri polkovnik İlqar Abdulxalıqovun vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. Cavabdeh komandirinin N əç nömrəli, 25 iyul 2022-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Cavabdeh komandirinin N əç nömrəli, 25 iyul 2022-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması qanunidir və həmin əmrin ləğv edilməsinə və əvvəlki xidmətə bərpa edilməsinə etiraz edirlər. Bundan başqa Cavabdeh komandirinin N əç nömrəli, 25 iyul 2022-ci il tarixli əmri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.6 bəndinə (xidməti uyğunsuzluğa görə) əmrin mətninə uyğundur. İddiada göstərilənlərə etiraz edirlər və iddianı qəbul etmirlər. Odur ki, Cavabdeh komandirinin N əç nömrəli, 25 iyul 2022-ci il tarixli əmrinin ləğv edilmədən qanuni qüvvədə saxlanımasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hazırkı iddia tələbi mübahisələndirmə haqında iddia tələbidir və iddia tələbi üzrə ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmiş, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini və onun hüquqi nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə və dəyişdirilməsinə yönəlməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 4. İddia qaldırmaq səlahiyyəti olmalı; 5. iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35.1, 38.1 maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73. maddəsi). Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - 171 saylı Hərbi Hissə tərəfindən verilmiş xidməti xasiyyətnamənin surətindən görünür ki, MAHHXHQ çavuş İddiaçı 3-cü taborun, 9-cu bölüyün, 2-ci taqım, 2-ci manqa komandiri vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam intizamlı hərbi qulluqçu kimi göstərməyə çalışmır. Komandirlər və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtında yerinə yetirməkdə çətinlik çəkir. Davranış və hərbi nəzakət qaydalarını bilmir. Ümumqoşun Nizamnamələrin səbəblərini bilmir və gündəlik fəaliyyətini onların əsasında qurmağa çətinlik çəkir. Xidmət müddəti ərzində şəxsi heyət arasında hörməti qismən qazanmışdır. Dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır. - 171 saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli raportunun surətindən görünür ki, 9cu bölük, 2-ci taqım, 2-ci manqa komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xx.xx.2022-ci il tarixdə saat 09:30-da radələrində hərbi hissəni öz başına tərk edərək Gədəbəy Rayon Məhkəməsinə getmiş və məhkəmənin qarşısında spirtli içki qəbul etmiş vəziyyətdə üzərində olan bıçaqla özünə qəsd etmək istmiş və polis işçiləri ilə əlbəyaxa olmuşdur, polis işçiləri tərəfdən Gədəbəy rayon Polis bölməsinə gətirilmişdir. Sonra çavuş İddiaçı, polis bölməsində hərbi polisin və polislərin ünvanına təhqiredici söyüşlər söyərək hərbi qulluqçunun adına yaraşmayan hərəkətlər etmişdir. Ona görə də, çavuş İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının “Şərəf məhkəməsində” dinlənilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. - N nömrəli Hərbi Hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli, 35 nömrəli iclas protokolunun surətindən görünür ki, şərəf məhkəməsinə təqdim olunan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı məhkəmədə ona qarşı deyilən iradlardan razı olduğunu bildirmiş və xidmətini davam etməyə köməklik göstərilməsini xahiş etmişdir. - N nömrəli Hərbi Hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, şərəf məhkəməsinə təqdim olunan mahhxhq çavuş İddiaçı xidmət etdiyi müddət ərzində hərbi intizama riayət etməməsi, döyüş mövqeyinə qalxmaqdan imtina etməsi, polis əməkdaşlarına qarşı kobud rəftar etməsi bununla da şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərərək pis nümunə olmasını nəzərə alaraq Azərbaycan Respublikasının Müdafiə nazirinin 30 may 2015-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların şərəf məhkəmələri haqqında” Əsasnamənin 5.2.6-cı maddəsini rəhbər tutaraq ona xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyyata buraxılma barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Komandanlıq tərəfindən xidmətində olan nöqsanlara görə mahhxhq əsgər İddiaçı ona göstərilən iradlardan heç bir nəticə çıxarmamışdır. - N nömrəli Hərbi Hissə komandirinin verdiyi təqdimatın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. - Cavabdeh komandirinin xx.xx.2022-ci il tarixli, N əç nömrəli əmrindən çıxarışdan görünür ki, MAHHXHQ çavuş İddiaçı 171-ci motoatıcı briqadanın (N nömrəli Hərbi Hissə) 3-cü motoacı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi 6-cı Təhqiqat Bölməsinin xx.xx.2022-ci il tarixli qərarının və xx.xx.2022-ci il tarixli, 3654 nömrəli məktubunun surətlərindən görünür ki, N nömrəli Hərbi Hissənin 3-cü tabor, 9-cu bölük, 2-ci taqım, 2-ci manqa komandiri vəzifəsində xidmət edən MAHHXHQ çavuş İddiaçı üzərində “HALMAK” firmasına məxsus Krt.Sn-2394 yazısı olan 1 (bir) ədəd bıçaq aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə başlanmış cinayət işinin istintaqının davam etdirilməsi üçün aidiyyəti üzrə Şəmkir Hərbi Prokurorluğuna göndərilmişdir. Şəmkir Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HP-21/5706 nömrəli məktubundan görünür ki, N nömrəli Hərbi Hissənin 3-cü tabor, 9-cu bölük, 2-ci taqım, 2-ci manqa komandiri vəzifəsində xidmət edən MAHHXHQ çavuş İddiaçı üzərində “HALMAK” firmasına məxsus Krt.Sn-2394 yazısı olan 1 (bir) ədəd bıçaq aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə başlanmış cinayət işinin istintaqının davam etdirilməsi üçün aidiyyəti üzrə Şəmkir Rayon Prokurorluğuna göndərilmişdir. İstintaq zamanı İddiaçı qeyd olunan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmiş və onun CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanaraq xx.xx.2022-ci il tarixdə baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xx.xx.2022-ci il tarixdə saat 09:30-da radələrində hərbi hissəni öz başına tərk edərək Gədəbəy Rayon Məhkəməsinə getmiş və məhkəmənin qarşısında spirtli içki qəbul etmiş vəziyyətdə üzərində olan bıçaqla özünə qəsd etmək istmiş və polis işçiləri ilə əlbəyaxa olmuşdur, polis işçiləri tərəfdən Gədəbəy rayon Polis bölməsinə gətirilmişdir. Sonra çavuş İddiaçı, polis bölməsində hərbi polisin və polislərin ünvanına təhqiredici söyüşlər söyərək hərbi qulluqçunun adına yaraşmayan hərəkətlər etmişdir. Bununla da şəxsi heyətin mənəvi psixoloji vəziyyətinə mənfi təsir göstərərək pis nümunə olmuşdur. Buna görə də mahhxhq çavuş İddiaçı N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilmiş və məhkəmə onun barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti üyğunsuzluğa görə) ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılmasını qərara almışdır. Qərar hərbi hissə komandirinə təqdim olunmuş və hərbi hissə komandiri verilmiş qərarla razılaşaraq mahhxhq çavuş İddiaçı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması üçün təqdim etmiş, nəticədə mahhxhq çavuş İddiaçı Cavabdeh komandirinin xx.xx.2022-ci il tarixli, N əç nömrəli əmri ilə ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:
1. maddəsinə əsasən bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.
2. maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətəçağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.
156. maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.
161. maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
168. maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun:
3. maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
4. maddəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. 30.1 maddəsinə əsasən hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı hərbi xidmətə uyğun olmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
Nəticəvi h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov